Hər beş turistdən birinin maraqlandığı
“tax free”
Azərbaycanda bu sistemin tətbiqi
turizm sektorunun inkişafına mühüm
töhfə verəcək
Prezident "Əcnəbilər
və vətəndaşlığı
olmayan şəxslər
tərəfindən Azərbaycan
Respublikasının ərazisində
alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması Qaydası”nın
təsdiq edilməsi haqqında fərman imzalayıb.
"Report"un məlumatına görə, sənəddə
bildirilir ki, ölkə iqtisadiyyatının
əsas prioritetlərindən
olan qeyri-neft sektorunun inkişafında
son illər ərzində
bir sıra mühüm nailiyyətlər
əldə edilib. Aparılan iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın
diversifikasiyası bu sahənin inkişafını
təmin etməklə,
onun ümumi daxili məhsulda xüsusi çəkisinin
əhəmiyyətli artımına
səbəb olub.
Bu tədbirlərin
davamı olaraq növbəti dövrlərdə
də iqtisadiyyatın
neft gəlirlərindən
asılılığının minimuma endirilməsi və qeyri-neft sektorunun inkişafına əsaslanan rəqabət qabiliyyətli milli iqtisadiyyata çevrilməsi
əsas vəzifələrdən
biri kimi müəyyən edilib.
Göstərilən hədəflərə nail olmaq
üçün qeyri-neft
sektorunun mühüm sahələrindən olan turizmin inkişafı və ölkənin əlverişli turizm potensialından daha səmərəli istifadə
etməklə bu sektorun iqtisadiyyatın aparıcı sahələrindən
birinə çevrilməsi
istiqamətində qabaqcıl
beynəlxalq təcrübələr
əsasında müntəzəm
olaraq işlər həyata keçirilməkdədir.
Ötən dövr ərzində turizm sektorunda görülmüş
məqsədyönlü tədbirlər
nəticəsində Azərbaycanda
bu sektorun inkişafı üçün
münbit şərait
yaradılıb, beynəlxalq
turizm bazarına inteqrasiya təmin olunub və milli turizm kompleksinin
rəqabətə davamlığı
yüksəldilib.
Ölkədə turizm infrastrukturunun
beynəlxalq tələblərə
uyğunlaşdırılması, onun ənənəvi və yeni bazarlara
çıxış imkanlarının
genişləndirilməsi turizm
sektorunun rəqabət
qabiliyyətinin artırılması
istiqamətində dövlət
tənzimlənməsinin təkmilləşdirilməsini,
bu sahədə rəqabətədavamlı qiymət
təklifinin təmin edilməsini zəruri edir.
Fərmana əsasən, ölkəyə
xarici turistlərin marağının artırılması,
turizm sektorunda son illər ərzində nail
olunmuş sürətli
inkişafın davamlılığının
təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi
üçün beynəlxalq
təcrübədə xarici
turistlərə münasibətdə
geniş istifadə edilən "tax free” sisteminin
respublikamızda tətbiqinin
təmin edilməsi məqsədilə "Əcnəbilər
və vətəndaşlığı
olmayan şəxslər
tərəfindən Azərbaycan
Respublikasının ərazisində
alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması Qaydası”
təsdiq edilib.
Bəs bu sistemin
tətbiqi Azərbaycanda
turizmin inkişafına
necə təsir göstərəcək? Turistlərin
ölkə seçimində
"tax free” sisteminin mövcud
olmasının rolu nə dərəcədədir?
Sistemin tətbiqi ilə bağlı açıqlama
verən Dövlət
Gömrük Komitəsinin
sədri Aydın Əliyev bildirib ki, Azərbaycanda "tax
free" sisteminin tətbiqinə
ilkin mərhələdə
hava limanından başlanılacaq. APA-nın məlumatına görə, A.Əliyev deyib ki, dünya
praktikasına əsasən,
bütün dünya ölkələrinin vətəndaşları,
eyni zamanda vətəndaşlığı olmayan əcnəbilər bu sistemdən yararlana bilər.
Komitə sədrinin sözlərinə görə,
Azərbaycan ərazisində
alış-veriş edən
əcnəbilərə ölkəni
tərk edərkən
ƏDV sərbəst dönərli
valyuta ilə qaytarılacaq. Qurum rəhbəri əlavə edib ki, sistemin tətbiqi
ilə bağlı qaydalar hazırlanacaq və bir müddət
sonra ictimaiyyətə
açıqlanacaq: "Sistemin
ilkin mərhələdə
hava limanında, ardınca isə hər bir yerdə
tətbiq olunması gözlənilir”.
Mövzu ilə bağlı suallarımızı cavablandıran
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı
Rəhman Səfərov
qəzetimizə açıqlamasında
bildirdi ki, Azərbaycanda turizm sektorunun inkişafı üçün son bir ildə, xüsusilə son
altı ay ərzində
bir çox fərman və sərəncamlar imzalanıb.
"Tax tree” ilə bağlı
qərarı da həmin fərman və sərəncamların
davamı olaraq atılan addım kimi qiymətləndirmək
olar: "Bu, turizm sektorunun inkişafına, ölkəyə gələcək
turistlərin bundan faydalanmasına böyük
təsir göstəcərək.
Dünya təcrübəsində
bununla bağlı nümunələr də
var. Məsələn, Türkiyə
20, İspaniya 40, Fransa
30 il əvvəl
turizm sahəsində bu formada müxtəlif
güzəştlər edərək
bu sektorun inkişafına nail olub. Viza rejimindəki dəyişiklik
qədər effektiv olmasa da, bu
məqamın da turizmin hərəkətlənməsində
təsiri az deyil”.
R.Səfərovun sözlərinə görə, "tax free” sisteminin
tətbiqi 10-20 faiz arasında turistlərin seçiminə öz təsirini göstərir:
"Bu sistemin tətbiqi
ölkə seçimində
müəyyən bir üstünlük yaradır. Amma sistemin tətbiqinin turist üçün önəmli olması ölkələrə görə
dəyişir. Bəzi ölkələrdən
gələnlər üçün
"tax free” vacibdir, bəziləri
üçün önəmli
deyil. Amma ümumilikdə hər
5 turistdən 1-i üçün
"tax free” maraqlı olur.
Səfər edəcəkləri ölkələrdə bu sistemin olmasına diqqət edirlər. Amma 10-20 faiz elə də
kiçik rəqəm
deyil. Bu sistemin tətbiqi ölkə turizminə öz töhfəsini verəcək”.
R.Səfərov deyir ki,
son dövrlər görülən
işlər sayəsində
turizm sektorunda müəyyən canlanma yaranıb. Daha da yaxşı
nəticələr əldə
edilməsi üçün
isə qarşıda müəyyən işlərin
görülməsinə də
ehtiyac var. Onlardan biri də iki-üç
ulduzlu hotellərin sayının artırılmasıdır:
"Viza rejimindəki
asanlaşma onu göstərdi ki, ərəb və yaxın region ölkələrindən
Azərbaycana turist axını ötən illərə nisbətən
ciddi şəkildə
artıb. Azərbaycanda son altı ayda
atılan addımlar sayəsində turizmin inkişafına təkan verilib. Amma turizmin daha da inkişaf etməsi üçün
ölkəmizdə atılmalı
addımlardan biri də iki-üç ulduzlu hotellərin sayının artırılması
ilə bağlıdır.
Bu artıma nail olmaq üçün də sahibkarların bu istiqamətdə iş görməyə yönəldilməsi
lazımdır. Prezident daim
sahibkarlara güzəştli
kredit verilməsi ilə bağlı fikirlər səsləndirir.
Bu güzəştli kreditlərin turizm sektorunun canlanmasına öz təsirini göstərəcəyini düşünürəm.
Azərbaycanda bu gün turistlər üçün
35 min yatacaq yeri var.
2-3 ulduzlu hotellərin
artması ilə Azərbaycanda yatacaq yeri 2020-ci ilə 100 minə qədər çatdırılmalıdır ki, ölkədə kütləvi turizmin inkişafına şərait
yaransın”.
Aygün Asimqızı
Kaspi.- 2016.- 14 iyul.- S.7.