YENİ DÖVRÜN
İMİŞLİSİ
REGİON
Burada böyük layihələrə
uğurla start verilir
(Əvvəli ötən saylarımızda)
Çünki həmin o layihənin bir bəndində də istehsal olunan məhsulun Rusiya, Belarusiya, Qazaxıstan və digər ölkələrdə
satışa çıxarılması
xüsusi qeyd edilibdi. Əgər söhbət
sənayenin inkişafından
gedirsə, onda İmişlidə alternativ
enerji mənbələrinin,
yəni "Günəş",
"Bioenerji" və
"Şüşə" zavodlarının da tikintisi üzrə imişlilər belçikalılarla
artıq dövlət
səviyyəsində danışıqlar
aparırlar.
Bütün bu söylədikləriimz
bir daha göstərir ki, İmişli rayon icra hakimiyyəti başçısı
və onun komandası İmişlinin
cari və perspektiv inkişaf planlarını hazırlayarkən
təkcə yerli imkanlara deyil, həm də bu imkanları özünə cəlb etdiyi xarici şirkətlərin
də köməyi ilə Mil və Muğan düzlərinin kəsişməsində qərar
tutmuş İmişlinin
yaxın onilliklər üçün möhtəşəm
bir şəhərə
çevrilməsini xüsusi
qeyd ediblər. Yəni tikiləcək zavodlar, açılacaq emal müəsisələri bu
gün layihə olsa da, artıq
bu layihələr ölkə hüdudlarından
kənarda fəaliyyət
göstərən müxtəlif
şirkətlərin diqqətini
özünə çəkibdi.
Ona görə də İmişlidə hər kə sabaha daha ümidlidi və bu günün
işini sabaha saxlamadan problemlərin ortadan qaldırılmasını
sürətləndirirlər.
Adətən istənilən bölgəyə
səfər edəndə
onun tarixi, dünəni, bu günü istər-istəməz
diqqəti çəkir. Çünki həmin bölgənin əraziləri, xüsusilə
yol kənarlarında qoyulmuş ünvan bildirən lövhələr
və burada yazılmış adlar bir anlıq da olsa diqqəti
çəkir. Düşünürsən
ki, hansı kənddəsən, hansı
yerdən keçirsən.
Bu adın mənası
nədir və ümumiyyətlə həmin
söz hansı qaynaqlardan xəbər verir? Bütün bunlar İmişliyə
yolu düşən hər bir kəs
üçün də
maraqlıdır. Şəxsən mən bir rayon kimi, bir inzibati
ərazi vahidi kimi İmişli rayonunun artıq 87-ci ilini yaşadığını
bilirəm. Xəbərim var ki, 1929-cu ildə yaradılmış
bu rayon ərazi vahidi kimi daha
qədim tarixə malikdir. Ən azından İmişlinin
sərhədlərinə daxil
olan elə yaşayış məskənləri
var ki, onların
hər biri özü-özlüyündə Azərbaycan tarixinin səhifələrini yaddaşında
yaşadır. Həmin səhifələri
çevirəndə Muğan
düzünün sinəsində
illərlə gizlənən
və hələ də bir çoxu
bizlərə məlum
olmayan bir-birindən maraqlı hadisələr.
Sirlər, tarixi faktlar
üzə çıxır,
onlarla qarşılaşırıq.
Deməli, İmişlinin bir
rayon kimi formalaşmasında
əsas bazalardan sayılan kəndlər, o
cümlədən də
Qaradonlu kəndi, həmçinin Əliqulular,
Sərxanlı, Əlipənahlı
və digər kəndlər (mən bu kəndlərdə olduğum üçün
onların adını
qabardıram. Təbii ki,
İmişli ərazisində
daha böyük kəndlər var -
Ə.M.) özlərinin
böyük tarixiylə,
o cümlədən kənd
təsərrüfatı heyvandarlıq
sahəsiylə məşğul
olmaları ilə həmişə diqqəti
çəkiblər. Yəni Muğanı
dağlarla birləşdirən,
yayalaqları İmşli
havasıyla qovuşduran
bu insanların həyatı və tarixi həmişə maraq doğurubdu. Bunların arasında Qaradonlunun bir yaşayış massivi kimi, bir
məntəqə kimi,
eləcə də dəmiryolu stansiyası kimi həmişə özəl yeri olubdu. Çox təəssüf ki, sovet dönəmində
bir çox bölgələrimizdə olduğu
kimi, İmişlidə
də dilimizə yad olan adlarla
da rastlaşmışıq.
Məsələn, Paltavka,
Semyonovka, Kutuzovka və digər kəndlər çarizmin
Azərbaycandakı real izləri
kimi tariximizə düşübdü. Ancaq zaman
keçdikcə, xüsusilə
müstəqillik əldə
etdikdən sonra Azərbaycanın bütün
ərazilərində olduğu
kimi, İmişlidə
də həmin ad məsələləri gündəmə
gəlmiş və tarixi həqiqətlər öz təsdiqini taparaq ədalətsizlik ortadan qaldırılmışdı.
Ona görə də bu gün təkcə
İmişli şəhərinin
mərkəzində deyil,
həm də kənd və qəsəbələrində aparılan
abadlıq işləri
insanları sevindirir.
Açıq şəkildə
görünür ki, küçə və yolların abadlaşması,
yeni inzibati binaların, sosial obyektlərin tikintisi, iş yerlərinin açılması, həmçinin
rabitə, qaz, su problemlərinin ortadan qaldırılması
rayon sakinlərinin hər
birinin ürəyindən
xəbər verir.
Hal-hazırda İmişlinin
elə bir kəndi, yaşayış
məntəqəsi yoxdur
ki, orada rabitə, işıq, yol məsələləri
bütünlüklə unudulmuş
olsun. Yəni həm rayon rəhbərliyi,
həm də Azərbaycan prezidenti cənab İlham Əliyev ən ucaq yaşayış məskənlərimizin belə
abadlaşması, müasirləşməsi
üçün gərəkli
olan bütün tədbirlərin görülməsi
naminə ciddi addımlar atırlar.
Elə bunun nəticəsidir ki, indi ölkəmizin
hər yerində olduğu kimt, İmişlidə də qazlaşdırılan müasir
rabitə məsələləri
həll olunmaq üzrədir. Deməli, İmişlinin
kənd və qəsəbələrində qurulan
yeni ATS-lər, onların müasir avadanlıqlarla təminatı,
həmçinin qaz və su probleminin
çözümü rayon rəhbərliyinin, şəxsən
İmişli rayon icra
hakimiyyətinin başçısı
Vilyam Hacıyevin gündəlik diqqət yetirdiyi məsələdi.
Bütün bunlar göstərir ki, bu gün
İmişlidə Azərbaycan
prezidentinin işgüzar,
məsuliyyətli və
real vəziyyəti qiymətləndirməyi
bacaran nümayəndələri
fəaliyyət göstərir. Onlar da öz növbələrində
təkcə rayon mərkəzində
deyil, eləcə də rayonun digər yaşayış
massivlərində həm
günün, həm də gələcəyin problemlərinin çözümünə
çalışırlar. Ən dəqiq hesablamalarla yanaşsaq, onda görərik ki, bu gün İmişlidə
səhiyyə, təhsil,
mədəniyyət məsələləri
yüksələn xətt
üzrə inkişaf
etməkdədir. Həm Heydər
Əliyev Fondunun maliyyə yardımı və dəstəyi ilə, həm də respublika hökumətinin, həm də yerli imkanların
hesabına İmişlidə
müasir məktəblərin
tikilib istifadə olunması işi ardıcıl həyata keçirilir. Təhsilə
göstərilən bu
diqqət və qayğının nəticəsidir
ki, son illər İmişli məzunlarının
ali məktəblərə
qəbul məsələlərində
müsbət dəyişikliklər
baş verir. Bunun da səbəbi məktəblərdə tədris
vəsaitlərinin yenilənməsi,
kompüter siniflərinin
artımı, həmçinin
pedaqoji kollektivlərin
öz bilik səviyyələrini günbəgün
yüksəltməsidi. Yəni araşdırmalar göstərir
ki, İmişli təhsil şöbəsinin
əməkdaşları, ümumiyyətlə,
bu rayonda çalışan müəllim
kontingenti ölkədə
həyata keçirilən
təhsil islahatından
bacarıqla yararlanır.
Ona görə də təhsilə gətirilən
yeniliklər İmişlidə
uğurlu nəticələr
ortaya qoyur.
Bəli, bu gün İmişlidə
səhiyyə məsələləri
də uğurla həll olunur. İstər mərkəzi
rayon xəstəxanasının, istər poliklinika və digər xəstəxanaların hər
birində bu gün üçün zəruri olan vasitələrin təminatı
demək olar ki, birmənalı şəkildə nəzarətdə
saxlanılır. Məhz bu
səbəbdən də
indi rayonun digər bölgələri
və paytaxta səhhəti ilə bağlı müraciət
edənlərin faiz göstəricisi aşağı
düşməyə başlayıb.
Yəni
rayon sakinləri öz
həkimlərinə, öz
səhiyyə ocaqlarına
getdikcə daha çox inanır və güvənirlər.
Çünki artıq İmişlidə
də müasir avadanlıqlar və ondan peşəkarcasına
istifadə edən tibb işçiləri
var. Bu da son nəticədə
insanların sağlamlığına
xidmət edir. Deməli, Azərbaycan səhiyyəsinin
bir qanadı olan İmişli səhiyyəsi və bu sahədə çalışanlar öz
üzərlərinə düşən
işin öhdəsindən
gəlməkdədilər.
İmişli rayonunda tarix-diyarşünaslıq
muzeyinin fəaliyyəti
və mədəniyyət
sahəsinə ayrılan
diqqət sevindiricidi. Elə bu
diqqətin nəticəsidir
ki, İmişlinin mədəniyyət işçiləri
rayonun mədəni-ictimai
həyatında yaxından
iştirak edir, rayon miqyaslı, eləcə də ölkə əhəmiyyətli tədbirlərdə
öz fəallıqları
ilə hər kəsi sevindirirlər.
Deməli, bu gün İmişli rayonu təkcə tikinti, kənd təsərrüfatı
və digər sahələrlə yanaşı,
səhiyyə, təhsil,
mədəniyyət sahələrində
də uğurlu bir yolu davam
etdirirlər. Uğur
olsun!
Ədalət.-2016.-5 may.-S.3.