İRƏVAN TEATRI – 135

 

İFTİXAR PİRİYEVLƏ SƏNƏT SÖHBƏTLƏRİ

 

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 135-ci mövsümündə Azərbaycanın əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevlə  yeni tamaşanın hazırlığı ərəfəsində görüşüb söhbətləşirik.

- Xoş gördük, İftixar müəllim. Gərgin işinizdən görünür ki, teatrsevərləri maraqlı tamaşa ilə görüş gözləyir. Həyatını  teatra həsr etmiş yaradıcı insan üçün teatr nədir?

Mən bunu bir neçə dəfə söyləmişəm:  teatr elə bir məkandır ki, bu sənətə gələn hər bir insan anlamalıdır ki, bura yalnız və yalnız mənəvi qida bazası, özünü ruhsal ifadə meydanýdýr. Bu yer - belə bir müstəvi həm sənət adamları, həm də tamaşaçı kütləsi üçün ən mötəbər və müqəddəs bir məkandır.  Teatr sənəti mənim əbədi və əzəli sevgimdir.

- Milli Dram Teatrında uzun illər aktyor kimi fəaliyyətinizdən sonra taleyinizə Tiflis Azərbaycan Teatrının bərpa prosesinə rəhbərliyi dövrü  yazıldı...

1997-ci ildə Ulu Öndər Heydər Əliyevin milli-mədəni dəyərlərimizə xüsusi qayğısının təzahürü nəticəsində, vaxtı ilə qapadılmış və qədim tarixi keçmişə malik olan Tiflis Azərbaycan Teatrının bərpası ilə bağlı Gürcüstan Respublikasının eks-prezidenti, mərhum Eduard Şevardnadze sərəncam imzaladı. Teatrın bərpasının sürətləndirilməsi məqsədi ilə Azərbaycan tərəfi olaraq öz töhfəmizi vermək üçün ümummilli liderimizin tapşırığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi məni 1998-ci ildə, 2 il müddətinə Tiflisə, teatrın bərpa rəhbəri olaraq ezam etdi.

Tiflis Teatrýnýn bərpa prosesinə kömək məqsədi ilə Azərbaycan tərəfinin qoþulmasý fikri ulu öndərimiz  Heydər Əliyevin xüsusi tapþýrýðýna əsasən aparýlan, çox strateji məna kəsb edən bir gediþ idi ki, məhz bunun nəticəsində həmin sənət ocaðý öz  həqiqətinə qovuþa bildi və bu gün böyük əzmkarlıqla fəaliyyət göstərən bu sənət ocağı ulu öndərin adını daşıyır.

- İrəvan Teatrına rəhbər təyin olunmanız hansı zərurətdən yarandı və bu teatr sizin üçün hansı mənanı ifadə edir?

Ölməz  Cəfər Cabbarlının adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrı öz işgüzar kollektivi, geniş tamaşaçı auditoriyası və dəyərli sənət xadimləri ilə mənim həyatımın çox qiymətli anlarını özündə birləşdirir.

Tiflis Teatrının bərpa prosesindəki fəaliyyətimizin nəticəsi olaraq, missiyamızı yekunlaşdırdıqdan sonra, Bakıya dönərkən yeni quruculuq işlərinə ehtiyac olduğu üçün İrəvan Teatrına rəhbər təyin olundum. Bu teatr təkcə sənət məkanı deyil, həm də zamanın tələblərinə uyğun, öz İrəvanı, irəvançılığı üçün mübarizə aparan, Ermənistan adlanan dövlətə bədii kredosu ilə birbaşa meydan oxuyan, öz ədəbi-bədii səngərində döyüşən bir sənət ocağıdır.

Ýrəvan Teatrýnýn istər Qərbi AzərbaycandakýÝrəvan þəhərindəki yaradýcýlýq dövrü, istərsə də deportasiyadaký fəaliyyət prosesi həmiþə Heydər Əliyevin qayðýlarý altýnda olmuþdur. 2000-ci ildən bu günə qədər Ýrəvan Teatrýnda yaranmýþ dönüþ, dinamik inkiþaf, əldə olunan uðurlar teatrýn yeni inkiþaf mərhələsinə çatmasýnüfuz dairəsinin geniþlənməsi mənim də həyatýmda əhəmiyyətli bir faktora çevrildi. Fəaliyyətimizin dəyəri 125 illik yubileyimizə qədərki (2007) bir zaman kəsiyində ölkə başçısının ali fərmanları ilə öz həqiqətinə qovuşa bildi. Həmin ərəfədə, yarandığı gündən etibarən heç vaxt binası olmayan teatrımız hökumətimiz tərəfindən layiqli bina ilə təmin olundu. Mədəniyyət və Turizm Nazirliyinin xüsusi qayğısı ilə dəfələrlə xarici ölkələrdə teatr sənətimizi uğurla nümayiş etdirmək nəsibimiz oldu. Böyük layihələr həyata keçirdik və bu gün də bu ənənələr davam etdirilir.

- Siz öz enerjinizi dramaturgiya, tənqid, elmi-tədqiqat sahələrinə də yönəldirsiniz. Ciddi elmi araşdırmalarınızın nəticəsi olaraq sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almısınız. Amma bütün bunlarla yanaşı əzəli peşəniz olan aktyorluğa eşqiniz heç zaman sönmür. Azərbaycan teatr səhnəsində Ümummilli lider Heydər Əliyevin bədii obrazını oynamaq hər bir aktyor üçün böyük şərəfdir. 

İrəvan Teatrı 2009-cu ildə, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş, yazıçı-dramaturq Aqşin Babayevin "Xilaskar” əsərinin tamaşasını hazırladı. Tamaşada Ümummilli liderimiz Heydər Əliyevin bədii obrazýný yaratmaq mənə qismət oldu; mən dahi rəhbərin  portret cizgilərindən daha çox onun  zəngin daxili aləmini əks etdirməyə çalışırdım. O dövrdə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi layihəsi qismində Gürcüstan Respublikasında yaşayan soydaşlarımıza mənəvi dayaq anlamında, təmənnasız olaraq xidmət göstərmək üçün İrəvan Teatrı Gürcüstan Respublikasına ezam olundu. Ş.Rustaveli adına teatrın səhnəsini İrəvan teatrının kollektivi "Xilaskar”la fəth etdi. Ümummilli liderimizin dostu, mərhum Eduard Şevardnadze dəvətimi qəbul edərək tamaşaya təşrif                   gətirmişdi. Dünya miqyaslı siyasətçi cənab Eduard Şevardnadzenin  səhnə arxasına keçərək, kollektivimizi şəxsən təbrik etməsi, xatirə şəkli çəkdirməsi ayrı bir mənzərə idi.

  2013-cü ildə müəllifi olduğum, Heydər Əliyevin ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edən "Qurtuluş dastanı  2014-cü ildə yenə İrəvan Teatrının quruluşunda görkəmli ədib Hidayətin "Burdan min atlý keçdi” dramýnda da tale belə gətirdi ki, mənə Ulu öndərimizin bədii obrazýný yaratmaq qismət oldu.

Dəfələrlə bölgələrimizdə xüsusi dəvətlərə əsasən oynadığımız, ümummilli liderimizin xilaskarlıq missiyasını və milli ruhun oyanma məfkurəsini ehtiva edən bu tamaşalar bizə Heydər Əliyevə xalq sevgisinin, xalq məhəbbətinin canlı mənzərəsini gözlərimizlə görməyi nəsib edibdir! İrəvan Teatrının kollektivi üçün bundan böyük mükafat yoxdur!

- Siz müstəqillik tariximizə həsr olunmuş bir neçə bədii əsərin   müəllifisiniz. Heydər Əliyevin ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edən "Böyük Turanın Himni”, 9 dilə tərcümə olunmuş "Müstəqil Vətənin Memarı”, "Nurlu ömrün anları” poemalarını, bir sıra vətənpərvər ruhlu digər səhnə əsərlərini - "Azərbaycan bayrağı”, "Qalx ayağa, Azərbaycan!”,  "Soyqırımı tarixinin dastanı” mənzum, xronikal-tarixi dramlarını yazmısınız. Ulu Öndərin 90 illik yubuleyi münasibətilə onun əziz xatirəsinə ithaf edərək yazdığınız və tamaşaya hazırladığınız  "Qurtuluş dastanı”, "Qurtuluş” pyesləri, Möhtərəm cənab prezidentimiz İlham Əliyevin quruculuq işlərinə həsr olunmuş, İrəvan teatrının səhnəsində tamaşaya hazırladığınız "İşıqlı, nurlu sabah”  kimi monumental əsərləriniz  dramaturgiya və teatr tariximizdə layiqli yer tutmuşdur. Hətta bildiyimizə görə  "Qurtuluş dastanı” Naxçıvan teatrının səhnəsində də tamaşaya qoyulmuşdur.

Bir il bundan əvvəl baş vermiş bu tarixi hadisə həyatımın ən işıqlı və ən parlaq səhifəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qayğısı ilə səhnə təcəssümü tapan, müəllifi olduğum "Qurtuluş dastanı” əsərinin  Naxçıvan tamaşaçıları tərəfindən böyük sevgi ilə qarşılanması unudulmaz xatirə kimi hafizəmdə yaşayacaqdır. Bütün məsələlərə ulu öndər Heydər Əliyevin daxili dünyasından və onun nəzər nöqtəsindən baxan və mühüm qərarlar qəbul edən möhtərəm Vasif  Talıbovun "Tarix ədəbi əsərlərdə daha yaxşı yaşayır. Sənədlər arxivlərdə, bədii əsərlər isə oxucuların və tamaşaçıların gözü önündə olur. Bu əsər və tamaşa bədii cəhətdən çox mükəmməldir...” - deyərək tamaşaya verdiyi qiymət, söylədiyi yüksək dəyərli fikirlər müəllif olaraq mənim üçün və Naxçıvan teatrının tamaşada zəhməti olan yaradıcı heyətin hər biri üçün qürur hissi doğuran ən ali miqyaslı dəyər oldu.

- Bəs İrəvan teatrının repertuarı hansı prinsiplərə uyğun qurulur?

Bu günün reallıqları çərçivəsində. 2016-cı il multikulturalizm ili olduğundan üç müxtəlif mədəniyyətləri – azərbaycan, rus və yəhudi mədəniyyətlərini bir məkanda cəmləşdirərək "O da aşiq olub yaza dünyada” adlı layihə çərçivəsində  A.P.Çexovun "Ayı”, Elçinin "O da aşiq ola...” və yəhudi dramaturqu Boris İoseleviçin "Yellənçəkdə iki nəfər” pyeslərini üç müxtəlif mədəniyyətlərin ortaq səhnə təcəssümü olan tamaşa halında gənc rejissor Nicat Qəribin quruluşunda təqdim edəcəyik. Nicat Qəribin quruluşunda daha bir yəhudi dramaturqunun, Yozef Bar-Yozefin "Qəliz adamlar” əsərinin də premyerası bu günlərdə həyata keçiriləcəkdir. İllik repertuar planımıza Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi  Nazim Hikmətin "Bayramın birinci günü” əsəri də daxil edilib. Plana əlavə olaraq, böyük türk şairi Nazim Hikmətin həyatından bəhs edən "Ceviz ağacı” əsəri də hazırlanır. Tanınmış yazıçı-dramaturq Aqşin Babayevin 80 illik yubileyi münasibəti ilə hazırlanan  bu əsərə görkəmli rejissor Ramiz Həsənoğlu quruluş verəcəkdir. Rejissor tərəfindən aldığım təklifə əsasən, inanıram ki, Nazim Hikmət obrazı üzərində yaradıcılıq işi aparmaq, aktyor taleyimdə mənim üçün yeni bir proses olacaqdır.

- Təəssüf edirəm ki, bu qədər geniş fəaliyyəti olan sənət ocağı hələ də təmirsiz binada qərarlaşıb.

Təəssüf etməyə dəyməz. Söhbətimizin əvvəlində dediyim kimi, respublikanın bütün teatrları kimi İrəvan teatrı da dövlətimizin diqqəti və qayğısı ilə əhatələnmişdir. Odur ki, teatrımızın 135-ci  yubiley ilində  təmir işlərinə başlanılacağına böyük ümid hissi ilə yanaşırıq. Çünki sağlam kollektiv yaratmaq üçün böyük əhəmiyyət daşıyan amillərdən biri də normal iş şəraitinin olmasıdır.

Bu gün biz, hal-hazırkı kollektivin üzvləri, dövlətimizin qayğısı ilə əldə olunan nailiyyətlərin daha  geniş vüsət alması istiqamətində fəaliyyətimizi gecəli-gündüzlü, əzmlə davam etdirməyin təkcə vəzifə borcumuz deyil,  həm də bir milli mənafe və vətəndaşlıq görəvimiz olduğunu bütün varlığımızla dərk edirik. 

- Sizə və əzmkar kollektivinizə uğurlu fəaliyyətinizə görə təşəkkürümüzü bildirir və yeni tamaşalarınızı gözləyirik.

Təşəkkür edirəm! 

 

sənətşünas Nərminə Ağayeva 

kaspi.-2016.-3 noyabr.-S.12.