“Azərbaycan dünyaya əsl humanizmin necə
olduğunu göstərir”
“Azərbaycan dünyaya əsl
humanizmin necə olduğunu göstərir”
Məlahət
İbrahimqızı: “Ölkəmiz təkcə təmsil
olunduğu bölgənin deyil, ümumilikdə dünyanın
humanitar mərkəzinə çevrilib”
Azərbaycan paytaxtı Bakı sayca beşinci dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi edib. Humanitar Forumun gündəliyini "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, "Davamlı inkişaf və ekoloji sivilizasiya”, "Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” kimi mövzular təşkil edib. Bundan əlavə, "Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu da ekspertlər tərəfindən müzakirəyə çıxarılıb. Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoq, fikir mübadilələri və müzakirələr meydanı olan bu Forum barədə "Kaspi”nin suallarını Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü, deputat Məlahət (Həsənova) İbrahimqızı cavablandırıb.
- Məlahət xanım, artıq beşinci dəfədir ki, Azərbaycan Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir. Belə forumların paytaxt Bakıda keçirilməsinin ölkəmiz üçün hansı əhəmiyyətə malikdir?
- Beşinci dəfədir ki, ölkəmizdə keçirilən bu tədbir olduqca tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin dili ilə desək, bu tədbirlər dünyada həll olunmaz səviyyəyə çatan humanitar fəlakətlərin, problemlərin həlli üçün çözüm ünvanına çevrilib. Azərbaycan bu gün sadəcə təmsil olunduğu bölgənin deyil, dünyanın humanitar mərkəzinə çevrilib. Bu da Azərbaycan dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin düzgünlüyünü bir daha təsdiq edən amillərdəndir. Dövlət başçısı İlham Əliyev həyata keçirdiyi müstəqil siyasətlə, atdığı addımlarla Azərbaycan xalqının mahiyyətini, yəni, tarix boyu multikultural dəyərləri özündə yaşadan, bəlkə də ən tolerant xalq olduğunu nümayiş etdirir. Azərbaycan xalqının daim dünya xalqlarına, başqa dinin təmsilçilərinə hörmət və diqqətlə, sevgi və qayğı ilə yanaşdığını ortaya qoyur. Bu kimi həyat tərzi ilə Azərbaycan dünyaya əsl humanizmin necə olduğunu göstərir. Bu forumlarda siyasətçilər, diplomatlar, Nobel mükafatçıları, müxtəlif təbəqədən olan tanınmış simalar iştirak edirlər. İldən-ilə Bakıda keçirilən humanitar foruma diqqət daha da artır. Hətta Latın Amerikasından, Avstraliyadan belə, Forumda çox tanınmış şəxslər iştirak edirlər. Bu da Bakıda keçirilən forumun əhəmiyyətinin hansı səviyyədə olduğunu, dünya dövlətlərinin maraq-diqqətini çəkdiyini göstərir.
- Belə forumlarda aparılan müzakirələr, gəlinən qənaətlər bəşəriyyətdə müsbət mənada nəyəsə təsir edirmi?
- Əlbəttə! Belə forumlarda müzakirə edilən məsələlər, gəlinən qənaət beynəlxalq ictimaiyyətə çox ciddi təsir edir. Biz bu gün qeyd edirik ki, hər bir cəmiyyətdə ictimai qınaq olduqca önəmlidir. Belə qınaqlar dünya üçün də keçərlidir. Budəfəki forumda 10-dan artıq Nobel sülh mükafatı almış şəxs iştirak edirdi. Onların hər biri öz sahəsi üzrə dünyada tanınmış, nüfuzlu söz sahibidirlər. Onlar beynəlxalq ictimai rəyə təsir edəcək insanlardır. Onların Bakıdakı forumda iştirakı, müzakirəyə çıxarılan məsələlərlə bağlı fikir bildirmələri, beynəlxalq ictimaiyyətə yönəlik müraciətlər qəbul etmələri bəşəriyyəti gözləyən fəlakətlərin qarşısının alınmasına, mövcud təhlükələrin nisbətən səngiməsinə təsir edir. Eyni zamanda, onların çağırışları dünyada öz maraqlarını güdən və yalnız bu maraqlara uyğun siyasət həyata keçirən beynəlxalq güclər üçün sərt təpkidir. Bu baxımdan, Bakı forumu böyük əhəmiyyətə malikdir. Ona görə də düşünürəm ki, belə Forumlarda nə qədər çox tanınmış insanlar, o cümlədən siyasətçilər, prezidentlər, diplomatlar və sair iştirak edərlərsə, bəşəriyyət üçün bir o qədər xeyirli qərarlar qəbul olunar, dünyaya faydası toxunar.
- Bir az konkretləşdirsək, V Bakı Humanitar
Forumu dünyaya hansı mesajı verdi?
- Bu suala
cavab olaraq bir neçə məqamı vurğulamaq istərdim.
Əvvəla bu Forumla Azərbaycan dünyaya daha
yaxından tanıdılır. Vaxtilə humanitar fəlakəti
yaşayan, bu gün də ərazi bütövlüyü pozulmuş,
20 faiz torpağı işğal altında saxlanılan Azərbaycan
mövcud humanitar böhranın aradan qaldırılması
istiqamətində dialoq aparılması üçün
mühüm məkana çevrilir, bu böhrandan
çıxış yolları araşdırılır,
dünyaya çatdırılır. Azərbaycan
xalqının hansı dəyərlərə malik olduğu,
mənəvi baxımdan dünyanı qucaqlayacaq bir xalq
olduğu bəşəriyyətə təqdim olunur. Bu forum dünyaya mesaj verir ki, Azərbaycan
xalqının məhəbbəti sərhəd tanımır.
Bu gün Azərbaycan mədəniyyəti, incəsənəti
Avropada nümayiş olunur, diqqət və maraq cəzb edir.
Hətta əcnəbilər də Azərbaycan
muğamının sehrinə düşür, bu mədəniyyət
nümunəsini sevərək dinləyir. Bu
da ümumən Azərbaycanı dünyaya tanıdır.
Halbuki, vaxtilə Azərbaycana qarşı
geniş informasiya blokadası mövcud idi. Təcavüzkar
Ermənistan, eləcə də dünyadakı erməni
lobbisi Azərbaycan xalqının, dövlətinin imicini
korlamaq üçün bütün imkanlardan maksimum
yararlanır, yalanı da doğru kimi xarici ölkələrdə
təqdim edirdilər. Bakıda keçirilən
humanitar forumlar belə yalanların ifşası
baxımından da əhəmiyyətli hadisədir. Belə tədbirlərdə iştirak edən əcnəbi
şəxs ona təqdim edilən real faktlar əsasında Azərbaycanı
yaxından tanıyır, ölkəmizin Avropanın enerji təhlükəsizliyində
böyük rol oynayan etibarlı tərəfdaş olduğunu
görür. Bakıda keçirilən
forumlar Azərbaycanın sülh tərəfdarı olması
barədə də dünyaya mesaj verir. 20
ildən artıq bir müddətdə ərazilərimiz Ermənistan
tərəfindən işğal altında saxlanılır.
Baxmayaraq ki, Azərbaycan demoqrafik göstəricisinə
görə Ermənistandan iki dəfədən çox, hərbi,
iqtisadi vəziyyətinə görə isə dəfələrlə
çox üstünlüyə malikdir, ölkəmiz
Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə
maraq göstərir. Baxmayaraq ki, Azərbaycanın
hərbi gücü işğal altındakı əraziləri
qısa zamanda tamamilə işğal etməyə qadirdir,
dövlət başçımız və onu dəstəkləyən
xalqımız münaqişənin danışıqlar yolu ilə
həllinə sadiqliyini nümayiş etdirir. Biz
yaxşı başa düşürük ki, müharibə
insan itkisinə səbəb ola, regionun
sabitliyinə, inkişafına mənfi təsir edə bilər.
Onun üçün də ATƏT-in Minsk
qrupunun həmsədr dövlətləri vasitəsilə
aparılan sülh danışıqlarının nəticə
verəcəyinə ümidimizi itirmirik. Bu
gün bu mövqeyi ilə, bu həqiqətlərin, o cümlədən
Ermənistanın qeyri-konstruktiv mövqeyinin dünya dövlətləri
təmsilçilərinə bir daha çatdırmaq ilə
regiondakı sülhpərvərliyimizi nümayiş etdirir,
dünyaya da sülh mesajı veririk. Bundan
başqa, Bakı Forumu bəşəriyyətin
inkişafını qəlbən istəyən tərəqqipərvər,
sülhpərvər insanlar üçün bir
çağırışdır.
- Forumun
davam etdiyi günlərdə bu tədbirin
iştirakçısı olan xarici ölkə vətəndaşları
Qubadakı Soyqırımı abidəsi, eləcə də
bir sıra muzeylər və tarixi abidələrlə tanış edildiyinin şahidi olduq. Siz bu kimi addımları Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması baxımından necə
dəyərləndirirsiniz?
- Azərbaycanı
onsuz da dünyada tanıyırlar. Çünki,
Azərbaycan 1990-cı illərin əvvəlindəki zəif
ölkə deyil. Ümummilli lider Heydər Əliyevin, eləcə
də onun layiqli davamçısı, Yeni Azərbaycan
Partiyasının sədri, Prezident İlham Əliyevin həyata
keçirdiyi uğurlu siyasi kurs nəticəsində bu gün
Azərbaycan inkişaf edib, regionun lider dövlətinə
çevrilib. Bu inkişaf və tərəqqi
ölkəmizdə bütün sahələrdə, o cümlədən
təbliğat sahəsində də hiss olunmaqdadır. Misal üçün, Ermənistandan azərbaycanlıları
deportasiya edənlər, Sumqayıtda daşnakların siyasətini
təqdir etməyən erməni əhalisinə qarşı
düşünülmüş qətliam həyata keçirənlər,
Xocalıda soyqırımı törədənlər əsl
faktları təhrif edərək dünyaya car çəkirdilər
ki, guya azərbaycanlılar "məzlum” erməni
xalqını qırır, məhv edir. Elə
indinin özündə də Türkiyəyə qarşı
ermənilər qondarma soyqırımı iddiası ilə
çıxış etməkdədirlər. Halbuki, erməni diasporu və lobbisinin təsiri
altında məqsədli soyqırımı və etnik təmizləmə
siyasəti həyata keçirən Ermənistan siyasi hakimiyyəti,
dövləti olub. Bu məqsəd
üçün "ASALA” terror təşkilatı kimi onlarla
silahlı cinayətkar dəstələr də yaradıblar.
Bakı Forumuna gələn qonaqların
Qubadakı soyqırımı məzarlığına
aparılması ermənilərin dünyadakı antiazərbaycan,
antitürk təbliğatının ifşa olunması
baxımından olduqca əhəmiyyətlidir. Bundan
başqa, mən əminəm ki, Qubada olan forum
iştirakçıları bu rayonun Qırmızı qəsəbə
adlanan yaşayış məntəqəsində də olub,
orada yaşayan yəhudi əsilli yerli əhalinin həyat
şəraiti ilə də tanış
olublar. Yaxud İsmayıllıda, Gədəbəydə
rusların kompakt şəkildə yaşadıqları
İvanovka, Saratovka və sair kimi yaşayış məntəqələrində
əhalinin həyat tərzi ilə maraqlanıblar. Yaxud Bakının mərkəzindəki erməni
kilsəsinə də baxış keçiriblər.
Forum iştirakçıları görəndə ki, Ermənistan
tərəfindən işğala məruz qalan, düşmən
tapdağındakı torpaqlarında maddi-mədəni abidələri
vəhşiliklə dağıdılan Azərbaycan öz erməni
əhalisinə qarşı heç bir təsir, təzyiq
siyasəti aparmır, ayrı-seçkilik salmır, hətta
onların dini ibadətgah evini təmir etdirir, o zaman onlarda
ölkəmizin, xalqımızın multikultural, tolerant,
sülhpərvər dəyərlərin
daşıyıcısı olması barədə aydın təsəvvür
formalaşır. Bununla yanaşı, buradakı
tanışlıqlar ermənilərin illərdir
apardıqları yalan təbliğatı da puç edir.
Belə nümunələri çox sadalamaq
olar.
- Sizcə,
Ermənistanın Azərbaycan ərazilərini işğal
etməsi, orada əhalimizə və tarixi abidələrimizə
qarşı soyqırımı siyasəti aparması barədə
həqiqətlərin Forumda diqqətə
çatdırılması bu beynəlxalq tədbir
iştirakçılarının düşüncəsində
hər hansı dəyişikliyə səbəb olacaqmı?
- Əminəm ki, onların düşüncəsində
Azərbaycanın xeyrinə müsbət dəyişikliklər
mütləq olacaq. Onlar Azərbaycan xalqını, dövlətini
görür, reallıqlarla tanış
olur, Prezidentin həyata keçirdiyi siyasətlə
tanış olurlar. Bu forumlarda iştirak edənlər
dünyanın savadlı, tanınmış fikir sahibləridirlər.
Onlar bilirlər ki, BMT Təhlükəsizlik
Şurasının Ermənistan tərəfindən
işğal olunmuş Azərbaycan torpaqlarının
qeyd-şərtsiz azad edilməsi barədə 4 qətnaməsi
heç bir halda əsassız ola bilməz.
Beynəlxalq hüququ, beynəlxalq sənədlər,
beynəlxalq təşkilatlar, eyni zamanda dünya dövlətləri
Azərbaycanın ərazi bütövlüyünü
tanıyır, ona hörmətlə yanaşır. Bütün beynəlxalq təşkilatların qəbul
etdiyi sənədlərdə Ermənistan
işğalçı dövlət kimi tanınır. Forumda iştirakçı olan tanınmış adamlar
həm bu sənədləri görür, bilirlər, həm də
Azərbaycana gəlib buradakı xalqı, onun yaşam tərzini
görür, reallıqları qiymətləndirirlər.
Belə olan halda əlbəttə ki, forum
iştirakçılarının hər birində Azərbaycanla
bağlı real təsəvvürlər formalaşır, eyni
zamanda, onlar ölkəmizin dostuna, təbliğatçısına,
xoşməramlı səfirinə də çevrilirlər.
Rufik
İSMAYILOV
Kaspi.-2016.-4 oktyabr.-S.7.