Çalışırıq ki, xanımlara praktiki biliklər verək

 

Çinarə Əliyeva: “İnsan resursları idarəçiliyinin əsas məqsədi insanın gücünü daha effektiv, məhsuldar və onun xoşbəxtliyini təmin edəcək şəkildə istifadə etməkdən ibarətdir”

 

WoWoman qadınların inkişafı üçün, onların ən qeyri-adi, çılğın, mümkünsüz görünən arzularını həyata keçirməyə yol göstərən, işarələr verən platformadır. Müəyyən tədbirlərə, layihələrə imza atan qurum

bu dövrün ən tələb olunan və dəbdə olan təlim proqramını təşkil  edib. HR Akademiyası adlandırılan proqramda  qadınlar üçün HR kurslarına start verilib.

Biz də gənc qadınların liderlik yolunda addımlarını sürətləndirən, təcrübəli HR menecer kimi formalaşdıran akademiya haqqında söhbətləşmək qərarına gəldik.

Müsahibimiz WoWoman HR Akademiyasının layihə rəhbəri Çinarə Əliyevadır.

 

- Çinarə xanım, ümumiyyətlə, HR haqqında məlumat verərdiniz. HR nədir?

 

- HR - "human resources management” deməkdir. Bu bizdə insan resurslarının idarə olunması kimi başa düşülür. Lakin bu, sadəcə, bu mənanı vermir. Son zamanlarda yerli şirkətlərdə insan resurslarının idarə edilməsi üzrə ixtisaslaşmış mütəxəssislərə tələbat artıb. HR menecer, HR mütəxəssis vəzifələri şirkətlərdə heç tərəddüdsüz strateji tərəfdaş mövqeyini tutur. Buna müvafiq olaraq, gündən-günə insan resurslarının idarə edilməsi üzrə mütəxəssislərin peşəkar hazırlığına da tələbat yaranır. Bu gün bu tələbat göz qabağındadır müxtəlif proqram təlimlərin təklif olunmasına baxmayaraq, hələ tam ödənilməyib. Biz təlimlərimizə Azərbaycanın aparıcı HR mütəxəssisləriniı dəvət edirik ki, qadınlarımız onların biliklərindən faydalansınlar. Onlar bizim tələbələrimizə sadəcə kargüzarlıq, kadr işlərini öyrətmirlər. HR mütəxəssisi insanlarla çalışdığı üçün psixoloji aspektləri, büdcənin necə yaradılmasını, çətin vəziyyətlərdən çıxma metodlarını bilməlidir. Biz çalışırıq ki, hazırkı gənclərə HR-ın olduğunu izah edək. HR böyük şirkətlərdə işçilərin idarə olunması ilə yanaşı, onlara korporativ mədəniyyətin aşılanması, yaxşı kadrların saxlanılması istedadlı insanların şirkətə cəlb edilməsi istiqamətində uğurlu işlərə imza atır. İnsan resursları idarəçiliyinin əsas məqsədi insan gücünü daha effektiv, məhsuldar onun xoşbəxtliyini təmin edəcək şəkildə istifadə etməkdən ibarətdir. Müasir dünyada rəqabət üstünlüyü təmin etmənin tək yolu insan resurslarını təsirli məhsuldar idarə etməkdən keçir. Yəni əslində HR mütəxəssisi insan resurslarının idarə edilməsi ilə bağlı bütün faktorları nəzərə almalı bilməlidir.

 

- HR Akademiyası hansı zərurətdən yarandı?

 

- Azərbaycanda çox xanımlar hazırda bu sahəyə maraq göstərirlər. Biz gördük ki, bununla bağlı bizə həddindən artıq müraciət olunur. Qadınlar özləri deyirdilər ki, üçün siz bu mövzuda layihə həyata keçirmisiniz? HR sahəsində təlimlər çox baha olur. Ona görə biz çalışdıq ki, bu qədər böyük maraq varsa, biz təmənnasız onlara şans yaradaq. Bunun öhdəsindən gəlmək üçün həqiqətən Azərbaycanın aparıcı HR mütəxəsslərini dəvət etdik. Biz əgər işləyirdiksə, dedik ki, ən yaxşısını edək ki, bizim xanımlar nəzəriyyədən daha çox praktiki biliklər əldə etsin. Xanımlar nəzəriyyəni kitabdan da oxuya bilər. Amma onlara praktiki bilikləri ancaq HR mütəxəssisləri öyrədə bilər. HR Akademiyası təşkilatlara fiziki şəxslərə qabiliyyətlərini inkişaf etdirməyə, əxlaqi ehtiramlı mühiti yaratmağa düzgün nizamlamasına riayət etməyə kömək edən təlim kursudur. Proqramın məqsədi qadınların vəzifələrdə yaxşı lider təcrübəli HR menecer kimi iştiraklarını artırmaq üçün liderlik bacarıqlarını biliklərini inkişaf etdirməkdir. 7 moduldan ibarət kursun təlimçiləri European Tobacco, Azercell, Deloitte, Keel Akademiyası, Kapital Bank s. kimi aparıcı şirkətlərin bankların HR menecerləri mütəxəssisləri olacaq. Qeyd etdiyim kimi, kurs ödənişsizdir. Bu sahəyə marağı olan bütün xanımlar kurslarımızdan faydalana bilər.

 

- Akademiyada insan resursları ilə bağlı xanımlarla söhbətlər aparırsınız. Xanımların ən çox narazılığı nədən olur, daha çox ilə maraqlanırlar?

 

- Biz qeydiyyatı elan edəndə 300-dən çox müraciət daxil olmuşdu. Qeydiyyat linki cəmi iki həftə açıq qalmışdı. Xanımlar " üçün yerində qadın-kişi ayrı-seçkiliyi olur?  üçün elanları yerləşdirilən zaman qadının xarici görünüşü əsas götürülür? Yaxud işdən çıxarılarkən necə davranmalı?” kimi suallarla bizlərə müraciət edirlər. Bizim HR-lar bunların yolunu onlara göstərirlər.

 

- HR Akademiyası gənc xanımlara verəcək?

 

- Biz çalışırıq ki, xanımlara praktiki biliklər verək. Biz nəyəsə başlayırıqsa, onu sona çatdırana qədər bütün tələbələrimizə kömək lazımdırsa, edirik. İş elanlarını bölüşürük. Hazırda bizim akademiyadan iki xanım Kapital Bankdan təklif aldı orada internatura keçəcəklər. Məsələn, müxtəlif şirkətlərdən artıq müraciət ediblər ki, əgər sizdə yaxşı, bacarıqlı tələbələr varsa, onları bizə yönləndirin. O baxımdan da çalışırıq onlara dəstək olaq. Məsələn, xanımlar olub ki, bizim akademiyada öyrəndiklərindən istifadə edərək müsahibələrini uğurla keçiblər. Təlim başlamamışdan əvvəl mən özüm xanımlarla yarım saat ingilis dilində "konverseyşnkeçirəm. Biz çalışırıq ki, onların həm HR sahəsində, həm dil bilikləri olsun. Əlimizdən gələn köməyi edirik. Hətta təlim bitdikdən sonra da əlaqələri kəsmirik. Ən əsası isə onlar öz sahələrinin adamları ilə fikir mübadiləsi aparır, özgüvənləri artır. "məndə alınacaqdeyib işə başlayırlar.

 

- Akademiya vaxta kimi fəaliyyət göstərəcək?

 

- Akademiyamız may ayından fəaliyyətə başlayıb biz bu qədər tələbat olduğu halda akademiyanı bitirmək fikrində deyilik. Əgər bizə bu qədər xanım müraciət edirsə, biz tələbata uyğun akademiyanı inkişaf etdiririk. Bu layihəni böyüdüb, regionlarda da həyata keçirəcəyik. Çünki Bakıdakı qadınların bu haqda məlumatları olsa da, regionlarda ümumiyyətlə, bilmirlər. Ona görə biz çalışırıq ki, bu addımı regionlarda da həyata keçirək layihəni davam etdirək.

 

- HR Akademiyasında təhsil almaq üçün hansı meyarlar olmalıdır?

 

- Bizdə qeydiyyat linki paylaşılır elan verilir. Həmin linkdə suallar qoyulur. O suallara cavab verən xanımlar iştirak edə biləcəklər. Çalışırıq elə xanımları seçək ki, onlar doğrudan da bunu istəyirlər yarıda qoymayacaqlar. HR öyrənməyi həqiqətən ürəkdən istəyən xanımları seçirik. Bizim akademiyada təhsil almaq üçün həqiqətən istəkli olmalısan bunu sübut etməlisən.

 

- Təlimdə iştirak etmək üçün müəyyən yaş həddi varmı?

 

- Yaş həddi qoymamışıq. Bizim akademiyada birinci kurs tələbələri olur, 40-45 yaşlı xanımlar da. Biz hamıya şans yaradırıq. Sadəcə, təlimdə həqiqətən iştirak etmək istəyəni seçirik ki, bizim, onların vaxtı boş keçsin.

 

- Təmənnasız təhsil verirsiniz. Bəs təlimçiləri necə cəlb edirsiniz?

 

- Birinci dərsimiz təmənnasız oldu. Bunu regionlarda da həyata keçirmək istədiyimiz üçün artıq  ikinci təlimdə hər iştirakçıdan 15 manat pul alacağıq. Regionlar Bakı kimi deyil. Maliyyə xərclərimiz olacaq. Təlim yenə pulsuzdur. Sadəcə, iştirakçılar 15 AZN-i töhfə kimi verirlər ki, biz regionlarda bu təlimləri keçirək. Öz həmcinslərinə dəstək olmaq məqsədi ilə ödəniş edirlər. Xanımlar özləri təklif edirlər ki, biz burada öyrənirik, bizə şans yaranır, bizim dəstəyimizlə regionlardakı xanımlar da bu təlimlərdən yararlansınlar. HR mütəxəssislərimiz yüksək vəzifələrdə çalışsalar da, biliklərini bölüşməyə razıdırlar təmənnasız təlimlər keçirlər.

 

- Gələcək planlarınız nədir?

 

- Planlarımız böyükdür. Regionlardan sonra düşünürük ki, Azərbaycandan əlavə, xarici HR mütəxəssislərini cəlb edək həmçinin öz tələbələrimizi təcrübə üçün xaricə göndərək.

 

Aygün ƏZİZ

Kaspi.-2016.-7 oktyabr.-S.13.