Rövşən Almuradlı: “Hələ
mənim zamanım gəlməyib”
Teatr həyatın aynasıdır. Teatr elə bir məkandır ki, həyatımızı canlı şəkildə məhz o səhnədən izləmək imkanı əldə edirik. Bəzən də izlədiyimiz həyat hekayələri bizə o qədər təsir edir ki, uzun müddət onun təsirindən çıxa bilmirik. Son dönəmlər teatr və kino səhnəsində süni ab-havanın olduğu iddia edilir. Rejissorların hazırladıqları tamaşalarda vətəndaş mövqeyinin olmamasından şikayətlənirlər. Bugünkü müsahibimiz isə çəkdiyi filmlərdə və hazırladığı tamaşalarda mütləq şəkildə bir vətəndaş olaraq öz mövqeyini qoyan və onu tamaşaçıya olduğu kimi təqdim edən bir rejissordur. O, rejissor ki, öz dəsti xətti ilə seçilir, sadə insanların həyatını onlara olduğu kimi təqdim etməyə üstünlük verir.
Bəli, müsahibimiz uzun illərdir ki, kino və teatr aləmində külüng çalan Rövşən Almuradlıdır. Bir neçə illik fasilədən sonra onun yenidən teatr səhnəsində tamaşa hazırlayacağı xəbərini eşitdik. Özü də ona doğma olan Azərbaycan Dövlət Sumqayıt Dram Teatrında. Bu səbəbdən, rejissorla əlaqə saxlayıb, hazırladığı tamaşa barədə söhbət etdik. Amma imkan düşmüşkən Rövşən müəllimlə elə milli kinomuzun problemlərindən də danışdıq.
- Eşitdik ki, beş illik fasilədən sonra Sumqayıt Dövlət Dram Teatrında tamaşa hazırlayırsınız.
- Yaradıcı insan üçün fasilə
olmur. Bu beş
ili mən də bekar qalmamışam.
Hazırlıqlar görmüşəm, nəsə etmək istəyində olmuşam.
O ki, qaldı Sumqayıt Teatrında tamaşa hazırlamağıma,
teatrdan dəvət aldım və məmnuniyyətlə qəbul
etdim. İndi burada dövlət
sifarişiylə Marsel
Bertie Marinyenin "Oğru"
əsəri əsasında
hazırlanan eyniadlı
tamaşada üzərində
çalışırıq. Tamaşada əsas rolları əməkdar artist İzaməddin
Bağırov, Şəmistan
Süleymanlı, Vəfa
Qurbanova və İlahə Səfərova
oynayacaqlar. Bir aydan
çoxdur ki, tamaşanın məşqləri
geldir. Gələn ayın əvvəlləri
tamaşa təhvil veriləcək. Ümid edirəm
ki, bu tamaşa
da izləyicilərin zövqündə olacaq.
- Bizim rejissorlarımızın qoyduğu
tamaşalarda çox
zaman vətəndaş
mövqeyini görə
bilmirik. Bəs sizn
hazırladığınız tamaşada necə, bunu görə biləcəyikmi?
- Dünyada iki cür teatr var. Biri dramatik, biri epik teatr.
Dramatik teatr deyir ki,
mən ruhlu bir aləm yaradıram,
bacarırsansa, gəl
mənə qoşul.
Etik teatr isə – mən oynamıram, sənə hadisələri
göstərirəm, mən
yuxarıda durmamışam,
elə sənin yanındayam, gəl birlikdə bütün cəmiyyətimizin problemlərini
həll edək.
Bu iki teatrın
hərəsinin minlərcə
qolu var. Mən də o epik teatrın qolunun birini özümə istiqamət götürmüşəm
və onun yolu ilə gedirəm.
Mənim
bütün tamaşalarımda
vətəndaş mövqeyi
mütləq şəkildə
olmalıdır. Hazırlamaqda olduğumuz "Oğru” tamaşasında söhbət
lotereya oğurluğundan
gedir. Təbiətin bütün dəyərləri
oğurluq üzərində
qurulursa, o ilkin olaraq ailədən başlayır. inşAllah, gəlib görərsiniz. Əslinə qalsa mən
əsərin təqdimatı
ilə məşğul
olmuram. Əsərdən istifadə edib,
bu günün ağrısından, dərdindən
danışıram. Hadisələri göstərib deyirəm ki, gəl çiyin-çiyinə
duraq, baxaq görək nəyimiz var, nəyimiz yoxdur. Nəyi düz edirik,
nəyi səhv edirik. Teatr zaman və məkan çərçivəsindədir.
- Bu tamaşada hansı yeniliklərin şahidi olacağıq?
- Çox zaman əsər seçimi rejissorun istəyincə olmur. Hər hansı əsərə
müraciət edəndə
gərəkdir ki, çalışdığın truppanın, teatrın imkanlarını nəzərə
alasan. Bu əsər teatr üçün daha lazımlıdır. Mənim də
repertuarımda rahatlıqla
hazırlanan bir tamaşadır. Yeniliklərə gəlincə isə bunu tamaşanı izləyəndə biləcəksiniz.
- Teatrın imkanı demişkən, Sumqayıt
Teatrı yenicə təmirdən çıxıb.
Yəqin
ki, sizin üçün orada işləmək daha rahat olar.
- Teatrın imkanı deyəndə onun nə binasını, nə də texniki imkanlarını nəzərdə tutmuram. Teatrın maliyyə imkanları, truppanın iş mexanizmini nəzərdə tuturam. Bu tamaşada cəmi
dörd nəfər iştirakçı var. Burada
Sumqayıt Teatrının
bütün kollektivi əhatə olunmur. Dörd iştirakçı ilə
satirik yumor janrında hazırlanan tamaşadır. Həm əyləndirici,
həm də düşündürücü bir tamaşadır. Hər zaman mənim hazırlamağa
can atdığım iri,
monumental əsər deyil.
Güman
edirəm ki, rejissor üçün bu da lazımdır.
Əgər məsləhət görülübsə, deməli
belə lazımdır,
bunun da öz yeri var.
- Film
sahəsində tanınmış rejissorlardansınız. Film sektorunun bu qədər inkişaf etdiyi bir dövrdə nə
üçün o meydanda sizi görə bilmirik?
- Təklif olunsa əlbəttə ki, çox böyük məmnuniyyətlə film çəkərdim. Filmdən əlavə serial çəkmək arzusunda da olmuşam. Ancaq bunu mənə həvalə edən olmayıb. Tamaşa elədir ki, onun üçün lazım olan sərmayə çox az olur. Cüzi bir imkanla tamaşa hazırlamaq mümkündür. Filmdə isə nə qədər çox maliyyə ayrılsa, texniki tərəfdən o qədər keyfiyyətli bir iş çıxar ortalığa. İndiki dövrdə serial bazarına girmək, serial çəkmək üçün ya yaxşı əlaqələrin olmalıdır, ya da yaxşı sponsorun.
- Bəs çəkilən
serialların keyfiyyətindən necə
razısınızmı?
- Çəkilən serialların içərisində razı qaldıqlarım da var, qalmadıqlarım da. Seriallarımızda sanki mövzu qıtlığı yaşanır. Hərdən imkan olduqca ötəri şəkildə onları izləyirəm. İnsanda elə təsəvvür yaranır ki, sanki bizim insanların hamısı villalarda yaşayır, ciplərdə gəzirlər. Camaatın əsas problemi odur ki, bir-birilərinə pul atsınlar, ətrafındakı insanların firmalarını ələ keçirsinlər. Axı torpaqlarımızın 20 faizi işğal altındadır, kəndlərimiz boşalıb, nə qədər ağrılarımız, acılarımız var. Bizim qədim türklərə söykənən şanlı tariximiz, mədəniyyətimiz var. O qədər bədii əsərlərimiz var ki... Onlardan gözəl seriallar çəkmək mümkündür. Ancaq görünür ki, indiki zəmanə başqa şeylər tələb edir. Güman edirəm ki, hələ mənim zamanım gəlməyib.
- Bu gün
gənclər film meydanını ələ
keçiriblər. Güclü sponsor tapıb film çəkirlər.
Siz də sponsor tapıb, onlara əsil filmin necə çəkildiyini
göstərə bilərsiniz...
- Heç kimə nəyisə sübut etməyə ehtiyac görmürəm. Əgər
tələbat varsa müraciət edəcəklər,
yoxdursa... Mən köhnə adamam.
Həmin
gənclər sponsorla
danışa bilirlər,
mən danışa bilmirəm. Onların canı suludur
- axtarırlar, araşdırırlar,
gəzirlər, tapırlar
və çəkirlər.
Azərbaycan teatrının və
kinosunun tamaşaçısı
elə bir vəziyyətə düşüb
ki, onlara təqdim olunan hər bir layihəni
qəbul edir. Tamaşaçıların da keyfiyyətli
məhsula baxmağa ehtiyacı var.
Hüseyn Cavidin "İblis” əsərini film-tamaşa
kimi çəkmək
istəyirəm və
bunu da mətbuat
vasitəsi ilə bəyan etmişəm. Görün, biri qarşıya çıxıb
deyirmi ki, gəl, çək! Hüseyn Cavidə, Azərbaycan ədəbiyyatına
kim vurğundursa
bu layihəyə kömək etsin. Ancaq reallıq budur ki, heç
kim bu
layihəyə razılıq
verməyəcək. Cazibədar bir
xanım qoltuğunda bir qovlula rəhbərliyin
qəbuluna girib üzünə gülümsəsə,
onun təklif etdiyi layihəni həməncə qəbul
edərlər.
- Rövşən
müəllim, danılmaz
faktdır ki, bu gün tamaşaçıların
əsas tələbatı
komediya filmlərinədir.
Bu məsələyə münasibətiniz necədir?
- Siz onlara komediya deyirsiniz?
- Bəs nə deyək?
- Onlar boş "hır-hır”lardır. Bu komediya deyil. Mənasız, boş gülüşdən
başqa bir şey deyil. Komediya ilə faciə
əkiz bacı kimi bir şeydir.
Faciə
odur ki, ölümdən başqa
heç bir çıxış yolu yoxdur. Komediya odur ki, sənin nə ölməyə, nə də yaşamağa ixtiyarın var. Komediya çox ağır janrdır. Bunu belə yüngül
şəkildə tamaşaçıya
təqdim etmək olmaz. Onun çəkdiyi ağrılı
dərdi faciə çəkə bilməz.
Faciədə heç olmasa
ölürsən canın
qurtarır, komediyada isə ölə də bilmirsən. Komediyanın
cəmiyyətdə çəkdiyi
yük daha ağırdır. Mən vurdum,
sən yıxıldın,
o birisi də hırıldadı. Bu heç komediya da deyil. Bəlkə də fikirlərimi bir az kəskin
ifadə edirəm, ancaq reallıq budur. Çalışsınlar kimlərisə yamsılasınlar.
Biri var ağıllı bir adamın komik bir situasiyaya
düşməsini çəkələr,
biri də var ki, yüngül
bir insan düşükləyir və
biz də ona baxıb gülürük.
- Bəlkə siz də komediya
janrında bir film çəkəsiniz?
- Hələ zaman o zaman deyil.
Qədrimi bilsələr, bəlkə
o zaman bir film çəkərəm.
- Yavaş-yavaş yeni teatrlar cücərməyə
başlayır. Bunlara münasibətiniz
necədir?
- Bir güllə bahar olmaz. Mən bunu
müstəqil teatr hesab etmirəm. Kimsə qəbul edir, kimsə etmir. Azərbaycanda müstəqil teatrın
yaranmasından ötrü
böyük şərait
yaratmaq lazımdır.
Hələ ki, belə bir imkan və
şərait yoxdur.
Müstəqil, xeyriyyə, bələdiyyə,
prezident, teatrları olmalıdır. Onları birləşdirən
gildiyalar formalaşmalı,
aktyor əmək birjaları yaradılmalıdır.
Böyük bir sistem qurulmalıdır. O sistem
də hələ ki, bizdə qurulmayıb. Bilmirsən bu nədir və nəyə xidmət edir. Onun yaşamasından ötrü
mühit yoxdur. Elə bil laləni burdan çıxarıb aparıb Sibirdə əkirsən. Ona görə
də hələ ki, Azərbaycanda müstəqil teatrın yaranması və inkişaf etməsi mümkün deyil. Teatr incəsənətin ən
güclü laboratoriyasıdır,
incəsənət mədəniyyətin
ən güclü təsiredici vasitəsidir.
Teatrı qorumaq lazımdır.
Binanı bəzəyib – get, orada işlə deməklə deyil, inkişaf rəqabətdə
olur.
Xəyalə Rəis
Kaspi.-2016.-20 oktyabr.-S.11.