Qlobal iqtisadi böhrandan xilas
olmağın yolu yeni
valyutadadır
Qazaxıstan prezidenti Nursultan
Nazarbayevin fikrincə, bu, fövqəlmilli, siyasi faktorlardan
asılı olmayan yeni bir valyuta olmalıdır
Dünyada bir çox iqtisadi böhranlar olub. Lakin ilk böyük iqtisadi
böhran 1929-cu ildə
baş verib. Bu böhran əsasən
ABŞ-da başlamış,
sonra isə Avropanı bürümüş
və əsasən də sənayeləşmiş
ölkələri əhatə
etmişdir. Məsələ
burasındadır ki,
2007-ci ilin ortalarında
özünü hiss etdirən
və 2008-2009-cu illərdə
daha da şiddətlənərək
dalğavari şəkildə bir
çox ölkələrə
yayılan, demək olar ki, dünyanın
əksər ölkələrini
öz cənginə alan növbəti qlobal iqtisadi böhran da elə ABŞ-dan başlamışdır.
Üstündən təqribən
on il keçsə
də, dünyanın
inkişaf etmiş dövlətləri hələ
də bu qlobal iqtisadi böhrandan çıxmaq
üçün yollar
axtarmaqdadırlar.
Qazax xalqının milli lideri, Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin bu günlərdə mətbuatda
yer alan
qlobal iqtisadi böhrandan çıxmaq
üçün fəaliyyət
planı dünya mətbuatının da aktual mövzusuna çevrilib. Odur ki, oxucularımız
üçün də
maraq kəsb edəcəyini nəzərə
alaraq, onu təqdim etmək qərarına gəldik.
Burada hər şey Nursultan Nazarbayevin məşhur kəlamı üzərində
qurulub :
"Əvvəlcə iqtisadiyyat,
sonra siyasət”. Qazaxıstan rəhbərinin fikrincə, böhrandan
qurtulmaq üçün
bütün dövlətləri
birləşdirən vasitə
–əlbəttə ki,
yeni valyuta olmalıdır. Bu, fövqəlmilli , maksimal dərəcədə
siyasi faktorlardan asılı olmayan vahid bir valyuta
olmalıdır.
Hər şey vahid olmalıdır!
Xatırlatmaq yerinə düşər
ki,
Qazaxıstan prezidenti Nursultan Nazarbayev qlobal iqtisadi böhrandan çıxış yolu kimi bütün dünya dövlətlərində
istifadə ediləcək
fövqəlmilli valyutanın
hazırlanması ideyası
ilə hələ bir neçə il bundan əvvəl
çıxış edib.
Onun bu barədəki
məşhur bəyanatı
düz 7 il bundan əvvəl Hindistanın paytaxtı Dehlidə keçirilən
iqtisadi forumda çıxışı zamanı
səslənib. Forumda
çıxış edən
Qazaxıstan prezidenti,
hər şeydən əvvəl, qlobal iqtisadi böhrandan xilas olmaq vasitəsi
kimi bütün
dünya üzrə fövqəlmilli valyuta sisteminin yaradılmasının
zəruriliyini vurğulayıb.
Onun fikrincə, bu yeni sistemin
işlək mexanizmə
çevrilməsi üçün,
o, maksimal
dərəcədə universal və mənfi təsirlərdən kənar
olmalıdır. Nursultan
Nazarbayev forumdakı çıxışında demişdi:
"Belə hesab edirəm ki, bu tədbirlərin əsas məğzi ondan ibarət olmalıdır ki, biz dünya üzrə ədalətli valyutaya
sahib olmalıyıq, özü
də, bu, indiki kimi, yalnız bir emitet olmamalıdır.
Bir emitetin hökmranlıq etməsi
– bu, nə demokratikdir, nə həmin valyutanın azad olması deməkdir, nə onun rəqabətə
davamlılığıdır, nə də ki, nəzarət
edilə bilən dünya valyutası deməkdir. Bununla yanaşı, yeni valyutanın işləməsi
üçün, dünya
ölkələri malların
mübadiləsi məqsədilə
vahid gəlirlilik əmsalının da müəyyənləşməsində
razılığa gəlməlidirlər.
Bu isə Birləşmiş
Millətlər Təşkilatı
(BMT) tərəfindən qəbul
olunmalı, eləcə
də həmin təşkilatın müvafiq
komissiyaları tərəfindən
bu prosesə nəzarət olunmalıdır”.
Qazaxıstan prezidentinin sözlərinə
görə, belə mexanizmin praktikada tətbiq olunması tamamilə mümkündür.
Vahid valyutanın BMT tərəfindən qəbul
edilməsindən əlavə,
bu,
dünyanın əksər
ölkələri tərəfindən
ratifikasiya olunmuş
"Dünya valyutaları
haqqında” Qanunla da təsdiq olunmalıdır. "Bu bazarda hazırda
dünyada mövcud olan hər hansı
bir valyutanın, yaxud emitet qruplarının
hər hansı birinin üstün olması qəti şəkildə yolverilməz
olmalıdır. Belə bir
sistemin mövcudluğu
bəşər tarixində
ilk dəfə olaraq
tam qanuni və dünya üzrə legitim olan vahid
valyutanın yaradılmasının
əsasını təşkil
edə bilər.
Vahid valyutanın yaradılmasında
mütləq şərt
onun fövqəlmmilli,
eləcə də nağdlaşdırılmayan və
sabit olmasıdır.
Bu yeni valyutanın
kursu isə heç bir şərt daxilində dünya valyutalarının
məzənnələrinin düşüb-qalxmasından asılı
olmamalıdır. Belə
olduğu halda, yeni valyuta sistemi,
dünyadakı mövcud
valyuta sistemini dağıtmayaraq, uzunmüddətli
və sabit infrastruktur
layihələrinə investisiyalar
yatırmağa və
operativ əməliyyatlar
həyata keçirməyə
şərait yarada bilər” , - deyə Qazaxıstan prezidenti çıxışı
zamanı vurğulayıb.
İslahatların formaları
Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev analoji bəyanatı ötən il BMT Baş Assambleyasında çıxışı zamanı da səsləndirib. O, üzv dövlətlərə səslənərək, qlobal, dünyanı bürüyən qlobal böhrana qarşı səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, bu məqsədlə BMT-nin yaradılmasının 100 illiyinə həsr olunan "Qlobal Strateji Təşəbbüslər Planı- 2045” hazırlamaq, mövcud beynəlxalq mexanizmlər sistemini təkmilləşdirmək, eləcə də müasir şəraitdə fəaliyyətdə olan real sistemlərə yenilərini əlavə etmək lazımdır. Bu sxemdə vahid valyutaya, təbii olaraq, önəmli yer verilməlidir. Bundan əlavə, Nursultan Nazarbayev sözügedən toplantıda çıxışı zamanı BMT-nin İqtisadi və Sosial Şurasının Qlobal İnkişaf Şurasına çevrilməsinin zəruriliyini bildirib. Şuranın tərkibinə iştirakçı dövlətlər tərəfindən BMT-nin Baş Assambleyasında seçilən, eləcə də təşkilatın ixtisaslaşdırılmış qurumlarının və Beynəlxalq Valyuta Fondunun(BVF) rəhbərliyi daxil edilməlidir. Layihəyə əsasən, sözügedən quruma qlobal iqtisadi tənzimləmə funksiyasının verilməsi nəzərdə tutulur. Qurumun əsas vəzifəsi isə qlobal iqtisadi inkişafın dayaqlarını təşkil edə biləcək ümumdünya layihələrinin reallaşdırılmasından ibarət olacaq. Nursultan Nazarbayevin qənaətinə görə, belə bir mexanizmin yaradılması qlobal böhran risklərini azaltmaqla yanaşı, dövlətləri milli iqtisadi və sosial siyasəti həyata keçirirkən daha məsuliyyətli olmağa vadar edəcək. Bu, həm də dünyanın gündəmində olan bir sıra aktual məsələlərin, o cümlədən terrorizm, dövlətlərin məhv olma təhlükəsi, miqrasiya və digər mənfi meyllərin həllinə imkan yaradacaq. Qazaxıstan prezidenti çıxışı zamanı iqtisadi böhranın nəticələrinin, eləcə də yoxsulluq, savadsızlıq və işsizlik kimi mənfi meyllərlə elə iqtisadi metodlarla da mübarizə aparmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu məqsədlə ilk növbədə dünya miqyasında aktiv və qlobal antiböhran tədbirlərinə başlamaq lazımdır. Eyni zamanda BMT-yə üzv olan dövlətlər də öz ölkələrinin maliyyə sistemlərində bir sıra prosedurlara əməl etməli, qayda-qanun yaratmalıdırlar.
"XXİ əsrdə dünyaya yeni keyfiyyətdə maliyyə mexanizmləri lazımdır. Odur ki, BMT-yə üzv dövlətlər qlobal dayanıqlı inkişaf və çiçəklənmənin məqsəd və vəzifələrinə cavab verən fövqəlmilli valyutanın yaradılması üçün səylərini birləşdirməlidirlər”, - deyə Nursultan Nazarbayev çıxışında vurğulayıb.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Qazaxıstan liderinin qlobal iqtisadi böhrandan xilas olmaq üçün söylədiyi təkliflərlə bağlı dünyanın tanınmış, nüfuzlu şəxsləri tərəfindən rəylər səsləndirilməkdir. Tanınmış alim, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Mandellanın fikrincə, Nursultan Nazarbayevin təklif etdiyi model praktiki cəhətdən çox çətin olsa da, ümumilikdə bu layihə diqqətəlayiqdir. "Prezident Nursultan Nazarbayevin irəli sürdüyü təkliflə tam şərikəm. Düşünürəm ki, bu məsələdə o, çox doğru yoldadır. O ki qaldı qlobal valyutanın əsas prinsiplərinə, bunun üçün müxtəlif sistem və yanaşmalar mövcuddur. Bunlardan biri regionlaşdırmadır ki, Avropada, Asiyada, yaxud da Afrikada xüsusi valyuta yaratmaq olar. Əgər qlobal yanaşma öz bəhrəsini verməzsə, bu regionlaşdırma metodundan istifadə etmək olar”, - deyə Nobel mükafatçısı KİV-ə müsahibəsində vurğulayıb.
Digər bir tanınmış ekspert, iqtisadiyyat üzrə Nobel mükafatçısı Edmund Felps Qazaxıstan prezidentinin təklifi ilə tam razılaşmasa da, onu bir ideya kimi yüksək dəyərləndirib: "Dünyada 90-dan artıq valyutaya sahib olmağın heç bir mənası yoxdur. Odur ki, bu təklifi-ideyanı çox yüksək qiymətləndirirəm. Lakin buna baxmayaraq, yeni dünya valyutasının yaradılması ciddi araşdırmalar tələb edir. Bu valyutanın daha sabit olması üçün mütləq çevik mexanizm işləyib hazırlamaq lazımdır”, - deyə Edmund Felps vurğulayıb.
Göründüyü kimi, təqribən on ilə yaxın bir müddətdə dünya ölkələrini öz cənginə alan qlobal iqtisadi böhrandan çıxmaq üçün real təklif və ideya artıq ortadadır. Qalır təkcə onun reallaşdırılması. Bu işdə dünya dövlətləri öz səylərini nə qədər tez birləşdirsələr, prosesə bir o qədər də tez başlamaq olar.
Fuad
Kaspi.-2016.-26 oktyabr.-S.10.