ƏN
DƏRDLİ AĞLAMAQ LAL AĞLAMAQDI
Məni təbiətə qəlbən bağlayan,
Bulağın baharda çağlamasıdı.
Bir də ürəyimi didib dağlayan,
Kiminsə içidə ağlamasıdı .
O dərdli dərdini ağlayıb ağlar,
Dərdi ürəyinə bağlayıb ağlar,
Qəhərdən sinəsi çağlayıb ağlar,
Qəddini düz tutub şux saxlamaqdı,
Ən dərdli ağlamaq lal ağlamaqdı.
Elə ağlamağı yad eşitməyir,
“Ah”lara şadlanan şad eşitməyir,
Doğma da, yaxın da, dad” eşitməyir,
Özünü
dərdinə tən bağlamaqdı,
Ən çətin ağlamaq
lal ağlamaqdı.
Tanrıdan dözümü, səbrini
alar,
Kövrək xatirəli xəyala dalar,
Mehrini sevdiyi həyata salar,
Dərdə əlac tapıb bil, toxtamaqdı,
Ən dərdli ağlamaq
lal ağlamaqdı.
İbrahim YUSİFOĞLU
Kaspi.-2017.-15-17 aprel.-S.21.