Müdrikləşən sevgi
Kitab
evində Gəncə şəhər İcra Hakimiyyətinin,
Mədəniyyət və Turizm İdarəsinin dəstəyi,
AYB Gəncə Bölməsinin təşkilatçılığı
ilə Gəncə ədəbi mühitinin ağsaqqalı,
tanınmış yazıçı Qərib Mehdinin “Pəncərədən
gələn qonaq” kitabının imza günü
keçirilib.
Tədbiri
giriş sözü ilə açan bölmənin sədri Xəzangül
xanım görkəmli ədibin çoxşaxəli, rəngarəng
yaradıcılığı barədə eləcə də
sovet dönəmində təsis etdiyi “İlham” ədəbi
birliyinin çağdaş ədəbiyyatımıza bəxş
etdiyi istedadlı simalar barədə ətraflı məlumat
verdi. Natiq qeyd etdi ki, 42 kitabın müəllifi olan Qərib
Mehdi eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı,
şair Ənvər Arazov, şəhid şairimiz Nizami
Aydın, Millət vəkili Musa Urud, Elçin İsgəndərzadə,
Qəşəm Nəcəfzadə, Sərvaz
Hüseynoğlu, Aydın Murovdağlı, Fərruxə
Umarova, Zahir Şirani, İmamverdi Məmmədov və digər
tanınmışların yetişməsində misilsiz rol
oynamışdır.
Kitabın
redaktorlarından biri Firəngiz İdrisqızı öz
çıxışında kitabda işıq üzü
görmüş povestlər, sənədli hekayələr,
esselər barədə təsüratlarını
yığıncaq iştirakçıları ilə
bölüşdü.
Kitabın
digər redaktoru, yazıçı Ümbülbanu öz
çıxışına Qərib Mehdinin bu sözləri ilə
başladı: “Mən səni yetirdim ki, sonra səndən
öyrənim”. Bəli Qərib Mehdi balalarını
uçuran dağ qartalı kimi yetirmələri ilə
öyünür, onların uğurlarından qürur hissi
keçirir.
Qərib
Mehdinin həyat və yaradıcılığı barədə
yazılmış “Dəniz ömrü” kitabının müəllifi,
yazıçı Fərruxə Umarova kitabın
yazıldığı müddətdə ustad sənətkarın
görünən və görünməyən tərəfləri
baradə, onun bəzən kövrək, bəzən də
qranit kimi sərt xarakterindən danışdı.
Sonra
yazıçı və şairlərdən İnqilab
İsaq, Saleh Qurbanov, Ofelya Mədətqızı, Zahir
Şirani, İradə Aytel, Cavanşir Atəşi, Fazil Sənan,
Oqtay Abdulla, Ramiz Təmkin, Rəhim Qurbani, Mürsəl Rəfi,
İmam Cəmilli, Xasay Qərvəndli, Nadir Ovçu, Cahandar
Aybər, Ceyhunə Mehmanqızı, Yeganə, Şəlalə
Dağlarqızı, Gülnara Sadiq, Surxay Səlimov, Almaz
Yusifqızı, Səbuhi Rəfibəyli, Banu Qarayeva, Oruc
Göyçəli, Aləmzər Əlizadə öz ürək
sözlərini, təbriklərini çatdırdılar və
ustad sənətkara həsr etdikləri şeirlərini
oxudular.
Sonda
söz səbəbkar Qərib Mehdiyə verildi. O,
çıxışında iştirakçılara təşəkkür
etdi və tədbirin təşkilatçılarına minnətdarlığını
bildirdi.
Kaspi.-2017.-15-17 aprel.-S.22.