Təbiətlə musiqinin həmahəng olduğu festival

 

Dünyanın ən məşhur ifaçıları Qəbələni musiqinin paytaxtına çeviriblər

 

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin "Gilan Holdinq”in dəstəyi ilə IX Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi baş tutdu.  İyulun 30-da rəsmi açılış mərasiminə start verildi.  Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə alan Qəbələ rayonu yenidən musiqisevərləri ətrafına topladı.

 

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə, ölkəmizdə musiqi mədəniyyətinin inkişafında təbliğində müstəsna rol oynayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxundu.

 

"Leyli Məcnun” la başlayan  festival

 

Mehriban xanımın məktubunun oxunmasından sonra Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının Simfonik Orkestrinin konserti başlayıb. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli Məcnunoperası ifa olunub. Orkestri Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, dirijor Cavanşir Cəfərov müşayiət edib. Xorun təqdim etdiyi əsər Əməkdar İncəsənət Xadimi, rejissor Hafiz Quliyevin quruluşunda səhnələşdirilib. Orkestrin solistləri isə tanınmış xanəndələr Gülyaz Məmmədova, Elnur Zeynalov, Arzu Əliyeva, Afaq Ağayeva, Mütəllim Dəmirov, Təyyar Bayramov, Nəzər Bəylərov, Taleh Yəhyayev (bariton) Cahangir Qurbanov (bariton) olub. İllərin süzgəcindən keçərək öz aktuallığını qoruyub saxlayan "Leyli Məcnunoperası tamaşaçıların alqışları ilə qarşılanıb.

 

Tamaşaçıları yüksək keyfiyyətli musiqilər gözləyir

 

Avqustun 3-dək davam edəcək Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiya, İsrail, ABŞ, İtaliya, Litva, Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Mixael Slatkin, Moyka Zlobko Vayql, Massimo Merçelli, Stefen Deitz, Anna Serova, Roberto Molinelli, Nomeda Kazlaus başqaları iştirak edəcəklər. Festival günlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının Simfonik Orkestrinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchestra” Kamera Orkestrinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin, "FemusaKamera Orkestrinin, "Clarteklarnet kvartetinin, "Furiosokvartetinin konsertləri olacaq.

 

Qeyd edək ki, IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində, iyulun 29-da axşam Qax şəhərindəki "İçəribazarTurizm Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti olub.

 

Mərkəzin yay səhnəsində keçirilən konsertdə yerli musiqisevərlər, həmçinin şəhərin qonaqları iştirak ediblər.

 

Zəngin proqram

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2009-cu ildən keçirilən festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da hər il olduğu kimi çox zəngindir. Festivalın proqramına uyğun olaraq, Qəbələ səhnəsində Azərbaycanın dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər səhnəyə çıxırlar. Burada klassik kamera musiqisi, muğamlarımız ifa olunur.

 

Əsl musiqi bayramı

 

Bəstəkarlarımız da ölkəmizdə belə festivalların keçirilməsini təqdirəlayiq hal hesab edirlər. Onlar bizimlə söhbətində festivalı bayram kimi qeyd etdiklərini vurğuladılar.

 

Azərbaycanın xalq artisti əməkdar incəsənət xadimi Faiq Sücəddinov "Kaspi açıqlamasında belə festivalların ölkəmizdə keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi: "Bu festival ölkəmizdə əsl musiqi bayramına çevrilib. Qəbələ isə bir neçə gün ərzində dünyanın musiqi paytaxtına çevrilib. Azərbaycanın mədəni həyatında ən önəmli hadisələrindən biri olan bu festival zəngin proqramı dəyərli qonaqları ilə yadda qalmağı bacaracaq. Çünki indiyə qədər Qəbələdə keçirilən festivallar özünü doğruldub. Dünyanın ən məşhur musiqiçilərinin ifaları Qəbələnin ecazkar təbiəti ilə ahəng təşkil edib. Bundan gözəl nə ola bilər ki”.

 

Ölkəmizin tanıdılmasına xidmət edir

 

Tanınmış bəstəkar Sevinc Tofiqqızı bizimlə söhbətində Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqləndiyini və festivalın ölkəmizə gətirdiyi uğurlardan danışdı: "Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı ölkə mədəniyyətinin tanıdılmasına xidmət edir. Biz özümüzü xoşbəxt hiss edirik ki, ölkəmizdə belə əhəmiyyətli festival keçirilir. Bu festivalın əhəmiyyəti möhtəşəm musiqi əsərlərinin ifası ilə məhdudlaşmır. Qəbələ Festivalı müxtəlif ölkələrdən olan görkəmli musiqiçilərin bir-biri ilə tanış olmasına, yeni əməkdaşlıq münasibətlərinin qurulmasına şərait yaradır. Bu da bizim musiqimizin beynəlxalq aləmə inteqrasiyası deməkdir. Belə bir mötəbər beynəlxalq festivalda iştirak həm kifayət qədər tanınan musiqiçilər, həm də sənətə yeni başlayanlar üçün gözəl təcrübədir. Festivala ölkəmizə gələn turistlər də böyük maraq göstərirlər. Onlar təbiət qoynunda keçirilən, ən gözəl musiqi nümunələrinin ifa olunduğu möhtəşəm beynəlxalq festivalda iştirak fürsətini əldən vermirlər. Neçə illərdir ki, bu festival ölkəmizin dilbər guşələrinin birində keçirilir. Bunun özü də ölkəmizin tanıdılmasına xidmət edir. Mən bir Azərbaycan vətəndaşı olaraq qürurlanıram. Bu festival sayəsində ölkəmizə gələn xaricilər klassik əsərlərimizi dinləyir və bizim mədəniyyətimizlə tanış olurlar. Bu da klassik musiqilərimizin tanıdılması baxımından  çox böyük üstünlükdür. Bilirsiniz ki, klassik əsərləri çox sevirəm. Bu festivalı da bayram kimi qiymətləndirirəm. Bayramımız mübarək əziz musiqisevərlər”.

 

"Gözlərinin yaşardığını gördüm

 

Festivalın açılışında "Leyli və Məcnun” operasında baş rolu canlandıran xalq artisti Gülyaz Məmmədova isə öz təəssüratlarını bölüşdü: "Biz açılışda  "Leyli və Məcnun” operası ilə çıxış etdik. Tamaşamız açıq havada, təbiətin qoynunda çox  möhtəşəm qarşılandı. Açıq havada səsin çatdırılması üçün hər şey möhtəşəm qurulmuşdu. Çox gözəl bir hiss yaşadıq. Festivalın təbiətin qoynunda keçirilməsi isə daha böyük maraq doğurur. Təbiətlə musiqi həmahənglik təşkil edir. Birinci dəfə idi ki, belə bir festivalda OperaBalet Teatrının solisti kimi çıxış edirdim”.

 

Xalq artisti deyir ki, festivalın açılışında xaricilər üstünlük təşkil edirdi: "Festivalda yerli tamaşaçılarla bərabər, xarici izləyicilər də var idi. Bizim nümayiş etdirdiyimiz tamaşadan sonra tamaşaçıların gözlərinin yaşardığını gördüm. Tamaşa bədbin sonluqla bitir. Bilirsiniz ki, tamaşanın sonunda Leyli ölür. Onlar Leylinin ölməsini istəmirlər. Tamaşadan sonra bizə təşəkkür etdilər. Ərəb dilində, ingilis dilində bizə minnətdarlıqlarını bildirirdilər. Düzdür, biz onların dillərini bilmirdik, amma onları az da olsa başa düşürdük. Nəinki xaricilər, digər bölgələrimizdən təşrif buyuran vətəndaşlarımız da var idi. Bizə deyirdilər ki, qonşu kəndlərdən məhz festivalı izləməyə gəlmişik.  Onların özləri də bu festivalın keçirilməsinə maraqlı idilər. Ümumiyyətlə, sevgi məhəbbət insanı hər yerə aparır.  Festivalın keçirilməsi gözəldir”.

 

Xəyalə Rəis

Kaspi  2017.- 1 avqust.- S.11.