“YUĞ” Teatrı “Quş
dili”ndə danışacaq
Dekabrın
7-də saat 19.00-da "YUĞ” Dövlət Teatrında
"Quş dili” adlı yeni tamaşanın premyerası
keçiriləcək.
Teatrdan
Mia.az-a verilən məumata görə, Təranə Vahidin
hekayələri əsasında Əbdülqəni Əliyevin
quruluşunda hazırlanan tamaşanın məşqləri
artıq yekunlaşmaq üzrədir.
Tamaşanın
quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı
Amid Qasımovdur. Səhnə əsərində Əməkdar
artist Yaqut Paşazadə, Humaymükafatı laureatı
Qasım Nağı, aktyorlarTəranə Atacan, Elgün Həmidov,
Elşən Əsgərov və İlahə Məmmədzadə
iştirak edir:
"İnsanın
ən böyük təlaşı - itirmək qorxusudur. Bəzən
insan içini gəmirən vahimədən xilas olmaq, tapındığı
Allahdan, yaşadığı həyatdan nə istədiyini
anlamaz. Həyatın ən vacib məqsədi - düzgün
olan yolu tapmaqdır. Əhdə sadiq qalmağın yeganə
yolu - arif olmaqdır! Yol boyu sayrışan işarələri
oxumaq - cəsarət, səmimiyyət, həssaslıq istər.
İşarələrin də dili var”.
Hadisə
gözdən uzaq bir dağ kəndində baş verir. Nə
baş verir? Bir gecə kəndə Əzrayıl gəlir -
Əzrayılın gəlişi həmişə hadisədir...
Ölüm mələyi qızmarda və sazaqda bərkimiş
canlardan birini aparır. Hava nə qədər sərt olsa da,
amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa
batmadığı bir şaxtada qoca bağban yerdə
qalmış tənha ölüyə qəbir qazır, dəfn
edir... Qaydalar belədir: kütlədən seçildinsə,
sınaqlarla üzləşəcəksən...aşkar
sınağın mükafatı isə gizli gələr həmişə...
Qoca bağban da həyatının ən ağır
imtahanı ilə – ilk, məsum
sevgisiylə sınanacaq..."
Tamaşada
cərəyan edən hadisələr gözdən uzaq bir
dağ kəndində baş verir:
"Bir
gecə kəndə Əzrail gəlir. Əzrailin gəlişi
həmişə hadisədir... Ölüm mələyi
qızmarda və sazaqda bərkimiş canlardan birini aparır.
Hava nə qədər sərt olsa da, amansızlıqda insan
laqeydliyinə çatmaz - külüngün torpağa
batmadığı bir şaxtada qoca bağban yerdə
qalmış tənha ölüyə qəbir qazır, dəfn
edir...Qaydalar belədir: kütlədən seçildinsə,
sınaqlarla üzləşəcəksən... Aşkar
sınağın mükafatı isə gizli gələr həmişə.
Qoca bağban da həyatının ən ağır
imtahanı ilə - ilk, məsum sevgisi ilə sınanacaq".
Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var...
Kaspi 2017.- 7 dekabr.- S.10.