Röyanın Türkiyədə uğuru

 

İlk dəfə azərbaycanlı ifaçıya “Altın kelebek” mükafatı verilib

 

Dünən gündəmin əsas mövzusu Türkiyədə keçirilən "Altın kelebek” mükafatlandırma gecəsində azərbaycanlı ifaçıların iştirakı oldu. 44 ildir ki, Türkiyədə keçirilən "Altın kelebekmükafat mərasimində ilk dəfə azərbaycanlı müğənnilərin iştirak etməsi elə bizim ölkəmizdə də müzakirələrə səbəb oldu. "Azərbaycanın ən parlaq ulduzu” adı uğrunda üç məşhur - Miri Yusif, Nigar CamalRöya Ayxan mübarizə apardı ki, qalib əməkdar artist Röya oldu. Bu mərasimin qalibləri xalqın səsverməsi yolu ilə seçilir. Türkiyədə "Azərbaycanın ən parlaq ulduzu” nominasiyasında Röya sevərlərin səsi üstünlük təşkil etdi.

 

Türkiyənin bir neçə musiqi kanalının "Top-10” luğunda Röyanın türk ifaçıları birgə və tək ifa etdiyi mahnıları tez-tez görsək də, Nigar Camalın da bu mərasimdən əliboş qayıtmayacağına ümidlər var idi. Ancaq bu ümidlər özünü doğrultmadı. Miri Yusif 3 günlük konsert verməsi səbəbilə gecəyə qatılmasa da, iki xanım məşhurumuz tədbirdə özəl görünməyə çalışdılar. Bu, onların geyimlərində də hiss olunurdu.  

 

Mükafatlandırma gecəsində diqqətimi çəkən digər nüans isə aparıcının Türkiyə və eləcə də Azərbaycanda canlı yayımlanan mərasimdə azərbaycanca danışmağı oldu. Xəzər Televiziyası ilə yayımlanan bu tədbir yerli tamaşaçılar tərəfindən də səbirsizliklə gözlənilirdi. Xəzər TV nümayəndəsi olan tanınmış aparıcı Nəsib Nur təqdimat öncəsi Röya ilə Nigarın təəssüratlarını öyrəndi. Hər iki ifaçımız həyəcanlı olduqlarını və doğma kanal vasitəsi ilə tamaşaçıları salamladıqlarını bildirdilər.

 

Röya Ayxanın isə sevincinin həddi-hüdudu yox idi. İfaçı mərasimdən sonra Azərbaycan tamaşaçıları üçün bir video paylaşdı və videoda onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirdi: "Azərbaycanı, Röya sevənləri, üzərimdə əziyyəti olan hər kəsi təbrik edirəm. Bizi bəyənməyib, hər zaman müzakirə edənlərə dərs olsun. Mən Allahın verdiyi bütün möcüzələrə inanıram. Çünki qətiyyən paxıl adam deyilən. Sizikollektivimi çox sevirəm. Mənə verdiyiniz enerjiyə görə çox sağ olun”.

  

Məşhur mərasimdə Röyanın "Azərbaycanın ən parlaq ulduzu” mükafatını alması qonşu ölkənin sosial şəbəkə fenomenləri tərəfindən birmənalı qarşılanmayıb.

 

Sosial şəbəkələrin qardaş ölkədəki bəzi istifadəçiləri tərəfindən bu addım narazılıqla qarşılandı. Türkiyəli istifadəçilər Röyanı səhnədə görüb, "Röyanın bu mərasimə nə dəxli var?”, "Nə mənasız addımdır bu, Röyaya niyə mükafat verirlər?”, "Bu adam kimdir? Bunu kim buraxıb səhnəyə? Bunun Türkiyəyə nə dəxli var?” kimi şərhlər yazanlar az olmadı. Yerli mətbuatda da motivasiya düşürən xəbərlər az yer almadı. Amma bu kimi şərhlərin ifaçını ruhdan salmaması sevindirici haldır.

 

"Altın kelebekkimi nüfuzlu mükafatlandırma gecəsində azərbaycanlı ifaçının mükafata layiq görülməsi bir Azərbaycan vətəndaşı olaraq təbii ki, bizləri qürurlandırmaya bilməz. Röya illərdir sənətdə çəkdiyi əziyyətin, səviyyəli fəaliyyətinin bəhrəsini gördü. O, sənətdən əldə etdiyi gəlirini sənətə xərcləməsinin, səviyyəli mahnılar alıb, bahalı kliplər çəkdirməsinin, eyni zamanda nüfuzlu, tanınmış ifaçılarla duet oxumaq üçün xərclədiyi vəsaitin nəticəsində bu yüksək ada layiq görüldü.

 

Qeyd edək ki, 44 ildir ki, keçirilən bu məşhur mükafatlandırma gecəsi dünyada ən səviyyəli mərasimlərdən biri hesab olunur. Məlumat üçün bildirək ki, bu dəfəki gecənin aparıcıları Cem DavranAyça Ayşin Turan idi. Aparıcılar gecəni əlvan keçirmək üçün yeri gələndə zarafat edir, mərasimi yaddaqalan etməyə çalışırdılar. Bu gecədə 32 mükafat təntənəli şəkildə öz sahiblərinə təqdim edilib.

 

Kanal D-də yayımlanan  "Vatanım sensin” serialı ilə Nuran Everen Şit "Ən yaxşı ssenarist” nominasiyasının qalibi  olub.  Ona mükafatı rejissor Osman Sınav təqdim edib. Ən yaxşı klip isə Mabel Matiz və Anıl Canın çəkdirdiyi "Ya bu işler neolub. Mükafatı onlara müğənni Göksel təqdim edib. İlin mahnısı isə Tarkanın ifa etdiyi "Beni çok sevseçilib. Bəstənin söz yazarı Günay Çobanmusiqi müəllifi Serkan İzeetə mükafatı Ayla Çelik verib. Ən yaxşı kişi pop ifaçısı Tarkan seçilib. Ona mükafatı Cem Yılmaz təqdim edib. Ən yaxşı qadın pop ifaçısı Sezen Aksu elan olunub. Tədbirə gəlməyən Sezenin yerinə Tarkan mükafatı götürüb. Ən yaxşı xalq mahnısı ifaçısı Ebru Yaşar seçilib. Ona mükafatı Erol Evgin verib. Ən yaxşı aparıcı isə "Kelime oyunu” ilə populyarlaşan Ali İhsan Varol elan edilib. Ən yaxşı komediya üzrə aktrisa Hande Erçel seçilib. Ən yaxşı komediya üzrə aktyor isə Çağlar Çorumlu elan olunub. Şou-biznesə ən yaxşı qatılan ifaçı Aleyna Tilki seçilib. Ən yaxşı rejissor Yağız Alp Akaydın ("Söz”, Star TV), ən yaxşı qadın xəbər aparıcısı Nazlı Çelik (Star TV), ən yaxşı kişi xəbər aparıcısı Fatih Portakal (Fox TV), ən yaxşı gündüz saatlarında yayımlanan proqram "Müge Anlı ilə tatlı sertelan olunub.  

 

Xəyalə Rəis

Kaspi  2017.- 12 dekabr.- S.12.