Gənc şairin ilk kitabı - Maarif Soltan
artkaspi.az "Gənc şairin ilk kitabı” adlı layihəyə
start verib. Bu layihə
çərçivəsində şeirləri xalqın, oxucuların könlünə
yol tapan, istedadları çoxluq tərəfindən etiraf olunmuş sevimli şairlərin ilk kitabları
haqqında kiçik təqdimatla həmin nəşrdən bəzi şeirləri dərc olunur. Bu dəfə Maarif Sultanın ilk kitabından şeirlər
və şəkillər
oxucuların ixtiyarına
verilir:
Maarif Soltan 1956-cı il
aprelin 10-da İsmayıllı
rayonunun Brovdal kəndində müəllim
ailəsində doğulmuşdur.
Şairin ilk kitabı " Dünya işıqla dolu” 1986-cı ildə çap olunub. 5000
min tirajla nəşr olunan kitabın redaktoru Adil Cəmil, rəssamı V.Sadıxcan, bədii redaktoru P.Əhmədov, texniki redaktoru V.Plitkina, korrektorları F.Rəsulova, Ş.Həsənova,
qiyməti 25 qəpik olmuşdur.
Kəndimizin kədəri
Bir kənd var – kədəri böyükdür,
böyük,
Davaya əsgərlər
verib bir bölük.
Cəbhəyə yollanmış oğullar
təki,
qəhrindən boğaza
yığılıb o kənd.
O qədər qoynuna dağ çəkilib ki,
Dağları qoynuna sığdıra
bilmir,
dağların qoynuna sığınıb o kənd.
O kəndə hər səhər leysanlar yağır,
O odu, yanğını söndürə bilmir.
Hər payız yel əsir, şimşəklər
çaxır –
O kəndin öz doğma oğullarını
Tufan da o kəndə döndərə
bilmir.
O kənddə ana var – oğulsuz ana,
Bacı
var – qardaşsız ağarıb saçı
Qarı
var – barmaqda nişan üzüyü,
Adı da çağrılır hələ
qızbacı.
Bir kənd var – kədəri böyükdür,
böyük,
Davaya igidlər verib bir bölük...
Atamın dediklərindən
Bütün arıların
Allahı
bir, dini bir,
Peşəsi bir, dini bir,
Arı haram götürməz,
Arı təmizlik sevir,
Arı ol, bala, arı
kimi işlək,
Arı kimi əlbir.
Bal damsın dilindən,
Yaxşılıqdan başqa bir iş gəlməsin
əlindən.
Ürəyin – bal dolu bir pətək.
Lazım
olanda sancmağı da bacar
arı kimi...
Bir təpə üstündə düşündüklərim
Günü – gündən bayraq-bayraq
ucalan Vətən,
Torpağından qalxmışam peyvənd
pöhrələr kimi
Min sevda var başımda:
Gözündəki ulduzlara
Yarpaq-yarpaq
Boy atmaq istəyirəm,
Kəmənd atmaq istəyirəm
Daha gözəl
günlərə.
Adlamaq istəyirəm
Bir addımda Arazı
Necə
özündən razı
Meydan oxuyur hələ,
Qatlamaq istəyirəm dilim altda onları,
Mənə meydan ver barı,
ərisin nəfəsimdən
Şimalın buzlaqları.
Ulu dağların dirəyim
Göyün köməyim olsun
Günü-gündən bayraq-bayraq ucalan Vətən,
Torpağından qalxmışam peyvənd
pöhrələr kimi
Min sevda var başımda
–
Halbuki bu yaşımda...
Ötür...
Dəqiqələr ötür, saatlar
ötür,
Fəsillər, illər ötür.
Başımın üstündən buludlar
ötür,
İnsanlar ötürlər böyür-başımdan,
Təyyarələr ötür, maşınlar
ötür.
Ötür, nəsillər ötür...
Pəncərəm önündə bir bülbül ötür.
Qardaş,
dur ayağa məni də ötür –
Qaş ötür,
qardaş, daş ötür.
Hazırladı:
Aysu Kərimova
Kaspi 2017.- 16-18 dekabr.- S.17.