“Onun tələbələrinin
bəxti gətirmişdi” - Gənclərə örnək
Jurnalist,
ictimai xadim Nəsir İmanquliyev çoxları
üçün örnək olacaq bir ömür
yaşayıb
"Səliqəli müəllim geyimindən tutmuş aydın nitqinə, tədris etdiyi fənlərdən tutmuş elmə münasibətinə, klassikaya, məhəbbətdən tutmuş müasir düşüncəyə hörmət məqamlarınadək hər şeydə müəllim nümunəsi göstərirdi. Bu mənada onun tələbələrinin bəxti gətirmişdi. O tələbələrin bir çoxu indi yaşlı nəslin, xeyli hissəsi yeni dövrün söz adamlarıdır. Dəqiq bilirəm ki, onun tələbəsi olmuş jurnalistlər öz peşəsinə heç vaxt etinasızlıq etməyəcəklər. Çünki onların hər birinin qəlbində Nəsir İmanquliyevin klassik ənənələrdən yoğrulmuş müəllim sözü, müəllim həqiqəti var” - bu sözləri mərhum jurnalist, professor Nəsir İmanquliyev haqqında tanınmış jurnalist, Bakı Dövlət Universitetinin müəllimi Cahangir Məmmədli deyib.
Həm də səmimi və xeyirxah həmkar...
BDU-nun jurnalistika fakültəsinin professor Şirməmməd Hüseynovun onunla bağlı xatirələrinə nəzər salanda elə onunla bağlı bir cümlə əslində haqqında bir çox fikir demiş olur: "Nəsir İmanquliyev mənim üçün həm yüksək əxlaqi-mənəvi keyfiyyətli, hərtərəfli savadlı, təcrübəli jurnalist-müəllim, sonralar həm də səmimi və xeyirxah həmkar, qayğıkeş dost, böyük qardaş olub”.
Əslində, təəssüratlara nəzər saldıqca, onun haqqında bu kimi fikirləri eşidərik, amma onun gördüyü işlər də artıq haqqında bir çox fikir ifadə etmiş olur. Mahiyyətcə bütün insanlar həyatları boyu nəsə edirlər, yaxud buna çalışırlar. Lakin iş görməklə yanaşı, getdiyin yolun bir məktəb kimi qalması artıq başqa mövzudur. Çünki bu sıradan bir fəaliyyətlə əldə olunmur, olması mümkün də deyil... Bu dəfə elə bu gün doğum günündə yad edəcəyimiz şəxs Azərbaycan jurnalistikasında bir məktəb formalaşdıran, jurnalistikanın fədailəri sırasında adı çəkilən jurnalist, elm və ictimai xadim Nəsir İmanquliyevdir.
Qeyd edək ki, N.İmanquliyev 1911-ci ildə Bakıda anadan olub.
"Siyasi işçi kimi Krım cəbhəsinə göndərilir”
Yaradıcılığından danışanda, dövrü mətbuatda ilk yazıları hələ tələbəlik illərində çap olunmağa başlayır. Tələbəlik illərindən başlayaraq, "Kommunist”, "Yeni yol”, "Gənc işçi” qəzetlərində çalışır. İkinci dünya müharibəsi zamanı 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilir, orada o, "Vuruşan Krım” qəzetinin məsul katibi kimi çalışır, həmçinin, hərbi hissədə tərcüməçi kimi kömək edir. Bir il sonra Nəsir İmanquliyev "Kommunist” qəzetinə məsul katib təyin edilir, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görür.
Onun adı çəkiləndə
yada düşən "Bakı” qəzeti
isə 1958-ci ildə yaradılıb. Həmin il
yanvarın 10-da qəzetin ilk nömrəsi
işıq üzü görür.
5 il
sonra isə qəzet rus dilində də çap olunmağa başlayır. N.İmanquliyev uzun illər
yaratdığı bu
iki qəzetin baş redaktoru vəzifəsində çalışıb.
Bu qəzetlər 1960-1970-ci illərdə mətbuatımızın
inkişafında böyük
rol oynayıb. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər
rəhbərliyinin apardığı
siyasəti geniş ictimaiyyətə çatdırmaq
olub. Qəzetlərin mövzu dairəsi
paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə
edir. Təxminən yarım əsrlik
dövrdə şəhər
qəzetləri paytaxtda
yeni yaradılan nəhəng sənaye müəssisələri, idman
qurğuları, sosial-mədəni
təyinatlı obyektlər,
yaşayış massivləri,
mikrorayonlar, şəhərin
müvəffəqiyyətlə yaşıllaşdırılması və başqa sahələr barədə
oxuculara geniş məlumat çatdırıb.
"Bizim qəzetlər təkcə paytaxtda populyar deyildi”
N.İmanquliyev banisi olduğu bu qəzetlərə 30 il ərzində
rəhbərlik edir. Qəzetin axşam nömrəsi də çap olunur. "Axşam
qəzeti yaradılması
zərurəti nə ilə bağlı idi?” - sualına
cavabında deyib ki, 1950-ci illərin ortalarında Bakıda azərbaycan dilli əhalinin, o cümlədən
ziyalıların sayının
artması ilə əlaqədar, operativ məlumat almağa zərurət hiss edilirdi. Buna görə o, belə bir qəzetin
yaradılmasını təklif
edib. Bildirib ki, bu məsələ
təkcə Bakıda
həll edilə bilməzdi, bunun üçün mərkəzi
hökumətin - Moskvanın
razılığını almaq lazım idi: "O vaxt mən Azərbaycan Radio Verilişləri Komitəsinə
sədr təyin edilmişdim. Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsindən
Şixəli Qurbanov mənə zəng vurub bildirəndə ki, Moskvanın razılığı alınıb,
sevincimin həddi-hüdudu
yox idi. Qəzetin yaradılması ilə əlaqədar bütün
təşkilati işlər
və ona rəhbərlik etmək mənə həvalə olundu. Mən axşam qəzetinin nəşri barədə çoxdankı arzuma nail olmuşdum, buna görə Radio Verilişləri
Komitəsindəki işimdən
qəzet redaktorluğuna
məmnuniyyətlə keçdim,
hərçənd məvacibim
xeyli azaldı. Nəhayət, 1958-ci il yanvarın 10-da qəzetin birinci nömrəsi çapdan çıxdı. Həmin nömrədə
Bakıda baş vermiş hadisələr barədə xəbərlər,
istehsalat yenilikləri
dərc olunmuşdu.
Qəzetdə ədəbi yaradıcılığa
xeyli yer ayrılırdı. Bizim
qəzetin səhifələrində
Abdulla Şaiq, Süleyman
Rüstəm, Sabit Rəhman, Mirzə İbrahimov, Rəsul Rza, Hüseyn Abbaszadə, Qabil kimi sənət adamlarının qələmindən
çıxan bədii
nümunələrin dərc
edilməsi ona marağı daha da artırır, oxucuların sayı çoxalırdı. ...Tədricən
qəzetin tirajı artdı, biz bu qəzetə reklam əlavəsi nəşr etməyə başladıq.
1962-ci ildə isə rusdilli "Baku” qəzetinin nəşrinə
başladıq. Bizim qəzetlər
təkcə paytaxtda populyar deyildi, hətta Azərbaycanın
ucqar rayonlarında da abunəçilərimiz
vardı, bizə çoxlu oxucu məktubları gəlirdi”.
"Hər cümləni yazanda neçə dəfə ölçüb-biçirsən”
N.İmanquliyev 60 ilə yaxın müddətdə Azərbaycan
mətbuatında səmərəli
fəaliyyət göstərib,
eyni zamanda 1947-ci ildə Bakı Dövlət Universitetində
pedaqoji fəaliyyətə
başlayıb, müəllim
kimi çalışaraq
gənc jurnalist kadrların yetişməsinə
böyük əmək
sərf edib. "Bakı” və "Baku” qəzetləri ötən
əsrin 70-80-ci illərində
jurnalist kadrlarının
püxtələşməsində əsl məktəbə çevrilib. Burada vaxtilə
Azərbaycan incəsənətinin
və mədəniyyətinin
bütöv nəsli yetişib. B.Vahabzadə, N.Xəzri, C.Novruz,
G.Hüseynoğlu, N.Kəsəmənli
və onlarca belə görkəmli şəxsiyyətlər bu
sıradadırlar.
AzərTAc-ın sabiq baş direktoru, "Şöhrət"
ordenli, əməkdar jurnalist Şamil ŞahməmmədovNəsir müəllimin
tələbələrindən olub. Ş.Şahmməmədov müəllimi haqqında danışarkən bildirib:
"Adətən, sevimli
müəllimin haqqında
xatirə yazanda dəfələrlə götür-qoy
etməli olursan, onun təkrarsız məziyyətlərini ən
dəqiq cizgilərlə
təsvir etməyə
çalışırsan, hamının
yaxşı tanıdığı
bir şəxsin obrazını özünə
layiq ifadələrlə
canlandırmaq istəyirsən.
Əgər ustadın
özü müqtədir
qələm sahibi, tələbkar redaktor olubsa, məsuliyyət hissin qat-qat artır: hər cümləni yazanda neçə dəfə ölçüb-biçirsən, sanki zabitəli müəllim qarşısında
imtahan verirsən. Mətbuatımızın görkəmli şəxsiyyəti,
jurnalistlərimizin neçə-neçə
nəslinin müəllimi,
bir çox həmkarımızın, o cümlədən,
mənim həyat və peşə taleyimin uğurlu məcraya yönəlməsinin
səbəbkarı, qəzetçilikdə
mükəmməl bir
məktəbin yaradıcısı
olmuş Nəsir İmanquliyevə hər dəfə dərin minnətdarlıq hissləri
keçirirəm. Nəsir
müəllim haqqında
yazdığım xatirələrdə
bir məqamı əvvəllər də vurğulamışam: unudulmaz
ustadımız Azərbaycan
mətbuatının tamhüquqlu
klassiki adına
layiqdir”.
"Hər gün işdən evə qayıtdıqdan sonra, gecə saat 2-3-dək çalışardı”
Nəsir
İmanquliyevin nəvəsi
– M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Nərgiz Paşayeva babası haqqında danışarkən
bildirib ki, sözün qüdrətindən
istifadə etmək məharəti hər kəsə nəsib olmur: "Bu qüdrətdən
istifadə etmək məharəti böyük
yazıçılara, şairlərə
xas olan ali keyfiyyətlərdir. Jurnalistlər bu qüdrətdən
necə istifadə ediblər? Onların qarşısında hansı mətləblər
və hansı prinsiplər durur? Jurnalist üçün ən vacib keyfiyyət onun ifadə etdiyi sözün vaxtında deyilməyindən
asılıdır. Yazıçı
istədiyini, düşündüyünü
bu gün yazmasa da, sabah yaza bilər. Lakin jurnalist başqa
cür hərəkət
etməlidir. Jurnalist operativliyi
bacarmalıdır. Bu mənada Nəsir müəllimin gördüyü
işlər ona görə qiymətli idi ki, o, qəzet
redaktoru kimi bu tələbləri son dərəcə dəqiqliklə
bilir və özünün gündəlik
fəaliyyətində onlara
ardıcıllıqla əməl
edirdi. Mənim yadımdadır, o, hər gün işdən evə qayıtdıqdan sonra, gecə saat 2-3-dək çalışardı. Bütün mətnləri
özü yoxlayardı,
gözdən keçirərdi.
Gün ərzində baş verən elə bir hadisə olmazdı ki, onun redaktoru olduğu qəzetlərdə
əksini tapmasın.
Bu gün internet vasitəsilə hər şeyi izləmək olur. Lakin o vaxt bu imkan yox idi.
O vaxt "Bakı"
və "Baku" axşam
qəzetləri mübaliğəsiz
demək olar ki, bu günün
xəbər agentliklərinin
yerinə yetirdikləri
işləri görür,
hər gün baş verənləri operativ surətdə oxucularına çatdırırdı”.
Xeyirxahlıq, alicənablıq, nəciblik,
yüksək daxili mədəniyyət və
böyüklük
"Nəsir müəllim ömrünün sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyib. Ancaq zənnimcə, Nəsir müəllimin əsl universiteti "Bakı” və "Baku” qəzetləri olub. Professor Nəsir İmanquliyev universitet auditoriyalarında tələbələrə yalnız jurnalistikanın əsaslarını öyrədirdi. "Bakı” və "Baku”nun "auditoriyalarında” isə bizə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistika məharəti, redaktə bacarığı, səbirlə işləmək vərdişləri, ən başlıcası isə Nəsir İmanquliyev şəxsiyyətinə xas olan xeyirxahlıq, alicənablıq, nəciblik, yüksək daxili mədəniyyət və böyüklük – ağsaqqallıq, təmkinlilik kimi məziyyətləri təlqin edirdi...” - fikirlər isə Nəsir müəllimin daha bir tələbəsi olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov unudulmaz müəllimi haqqında xatirələrindəndir.
Professor Nəsir İmanquliyev 1998-ci ildə Bakı şəhərində vəfat edib. Lakin onun zamanla mətbuatda, universitetdə keçdiyi yol, qoyub getdiyi nümunələr bir məktəb olaraq yaddaşlardadır.
Hazırladı A.Əhmədova
Kaspi.-2017.- 22 dekabr.-S.12.