İlham Əliyev və Azərbaycan ədəbiyyatı
Azərbaycanın dövlət müstəqilliyi xalqımızın layiq olduğu halal haqqı idi. Müstəqilliyimizin qazanılmasında ziyalıların və qələm adamlarının payı olduğu kimi, onun qorunub saxlanılmasında da yazarlarımızın töhfəsi inkaredilməzdir. Onlar milli mücadilədə öndə gedərkən, bəlkə də, heç düşünməmişdilər ki, vaxt gələr həmin əziyyətləri dövlət səviyyəsində dəyərləndirilər. Bu həqiqətlər və faktlar müstəqil dövlətimizin başçılarımız – Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev tərəfindən təsdiqini tapdı. Çünki ziyalıların və söz adamlarının dəyərini bilən Ulu öndər Heydər Əliyev hələ sovetlər dönəmində yazarların V, VI, VII, IX qurultaylarında iştirak etmişdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə həm bədii ədəbiyyata və yazarlara, həm də ədəbiyyatşünaslıq elminə, alimlərə dövlət qayğısı sözün qüdrətini daha da artırdı.
Yaradıcı insanların dövlət tərəfindən dəyərləndirilməsi onlara stimul verir. Bu mənada, 1997-ci ilin oktyabrında Ulu öndər Heydər Əliyevin Azərbaycan Yazıçılar Birliyinin X qurultayında iştirakı yazarlar üçün böyük etimad idi. Məhz həmin qurultaydan sonra Yazıçılar Birliyinin ədəbi nəşrləri olan "Ədəbiyyat qəzeti, "Azərbaycan”, "Ulduz”, "Qobustan”, rus dilində çıxan "Literaturnıy Azerbaydjan” jurnalları dövlət dəstəyi ilə yayımlanmağa başladı. Habelə, AYB-nin Mingəçevir, Aran, Moskva bölmələri də həmin qurultaydan sonra yaradıldı. Bu tarixi ənənə hörmətli Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldikdən sonra uğurla davam etdirildi.
Azərbaycan yazıçılarının 2004-cü ildə XI, 2014-cü ildə XII qurultayı dövlət səviyyəsində yüksək şəkildə həyata keçirildi. Həmçinin, hər il müxtəlif şair və yazıçıların Prezident təqaüdünə layiq görülməsi ədəbi prosesin stimullaşdırılmasına yönəlik addımdır. Bununla belə, 2 fevral "Gənclər günü” münasibətilə xüsusi fərqlənən gənclər Gənclər üçün Prezident Mükafatına layiq görülürlər. Qeyd edim ki, Gənc yazar Pərvin Prezident mükafatına layiq görülmüşdür. Hələ 1995-ci ildə ilk dəfə "İstiqlal” ordeni Ulu öndər Heydər Əliyev tərəfindən Bəxtiyar Vahabzadəyə verilmişdi. Bununla yanaşı, Məmməd Araz və Xəlil Rza Ulutürk də "İstiqlal” ordeni ilə təltif edilmişdi.
Yaradıcı insanlara qayğıkeşlik ənənəsini davam etdirən Prezident İlham Əliyev isə Xalq yazıçısı Anarın ədəbi fəaliyyətini "Heydər Əliyev Mükafatı” ilə qiymətləndirmişdir.
Söz adamlarına ən böyük etimadlardan biri Dövlət Mükafatının ədəbiyyat sahəsi üzrə də verilməsidir. Bu mükafata 2010-cu ildə AMEA Ədəbiyyat İnstitutunun hazırladığı "Heydər Əliyev və Azərbaycan Ədəbiyyatı” kitabı layiq görülmüşdür. 2014-cü ildə Elmira Axundovanın 6 cildlik "Heydər Əliyev: şəxsiyyət və zaman” publisist romanı, 2016-cı ildə Fikrət Qocanın on cildlik əsərləri də həmin yüksək mükafatla dəyərləndirilmişdir.
Bildiyiniz kimi söz sahibləri xüsusi fəxri adlarla təltif olunur. Ümumilikdə ölkəmizdə 22 nəfər "Xalq şairi”, 25 nəfər isə "Xalq yazıçısı” var. Onlardan Xalq şairləri Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə və Zəlimxan Yaqub 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən bu ada layiq görülmüşlər. Yazıçılardan isə Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Mövlud Süleymanlı məhz cənab Prezident tərəfindən "Xalq yazıçısı” adına layiq görülüblər. Çingiz Abdullayev 2009-cu ildə 50 yaşı tamam olarkən Prezidentin fərmanı ilə həm "Şöhrət” ordeni, həm də "Xalq yazıçısı” fəxri adına layiq görülüb.
Cənab prezidentin diqqət və qayğısı sayəsində bir sıra mühüm yubiley mərasimləri də gerçəkləşmişdir. İlk halda Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsini diqqətə çatdırmaq lazımdır. O cümlədən, "Ədəbiyyat qəzeti”nin 80, "Azərbaycan” jurnalının 90 yaşı da yüksək səviyyədə qeyd olunmuşdur.
Prezident İlham Əliyev tərəfindən 100 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncam imzalanmış yazarlarımıza S.Vurğunu, S.Rüstəmi, M.Cəlalı, M.Hüseyni, Ə.Ələkbərzadəni, M.İbrahimovu, R.Rzanı, İ.Əfəndiyevi nümunə gətirə bilərik. 100 illik yubileyi haqqında 16 aprel 2007-ci ildə sərəncam imzalanmış Almas İldırım mühacirət həyatı yaşamış, repressiyaya məruz qalmış, 2008-ci ildə sərəncam imzalanmış Mikayıl Müşfiq isə repressiya qurbanı olmuşdur. Repressiyaya məruz qalaraq sürgündə ömrünü başa vurmuş Hüseyn Cavidin anadan olmasının 125, 130 və 135 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyev sərəncamlar imzalamışdır. Bütün bunlar onun göstəricisidir ki, vaxtilə müxtəlif bəhanələrlə məhv edilmiş ədiblərə müstəqil dövlətimizin başçısı tərəfindən yüksək qiymət verilir.
Təntənəli yubileyləri keçirilən yazarlara 110 illiyi qeyd edilən S.Rəhimovla M.A.Dadaşzadəni, 130 illiyi qeyd olunan M.Ə.Rəsulzadəni, 150 illiyi keçirilən Ə.Hüseynzadəni misal çəkə bilərik. Bu yazarların yubileylərinin dövlət səviyyəsində qeyd olunması həm də onların dünyada tanıtdırılmasına xidmət edir. Buna nümunə olaraq 10 noyabr 2008-ci il tarixində M.C.Paşayevin 100 illik yubileyi münasibətilə Parisdə YUNESKO-nun iqamətgahında Azərbaycan Respublikasının Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın çıxış etməsini göstərə bilərik.
Yubileyləri dövlət səviyyəsində qeyd olunan yazarların içərisində klassikləri xüsusilə vurğulamaq gərəkdir. Bunlardan Məhsəti Gəncəvinin, Mirzə Fətəli Axundovun, Xurşidbanu Natəvanın, Mirzə Ələkbər Sabirin yubileyləri barəsində verilən sərəncamlar da klassik irsin müasir təbliğinə hesablanmışdır. Bu sırada Nizami Gəncəvinin yubileyini xüsusi diqqətə çatdırmaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ə qədim dövr ədəbiyyatımızın müasir dünyada təbliğinə xidmət etmişdir. Belə ki, yubiley ilində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinin Çaoyan parkında Nizami Gəncəvinin büstü qoyulmuş, 28 oktyabr 2012-ci ildə Meksikanın Akapulko şəhərində isə heykəlinin təntənəli təməlqoyma mərasimi keçirilmişdir. 23 dekabr 2011-ci il tarixli sərəncam ilə başlanan beynəlxalq tədbirlər silsiləsi 2012-ci ilin 1 oktyabrında Bakıda Heydər Əliyev Sarayında başa çatmışdır. Nizaminin 870 illik yubileyi ilə əlaqədar olaraq bütün türk dünyasında "Nizami Gəncəvi ili” elan edilmiş, onun yubileyi TÜRKSOY-da beynəlxalq səviyyədə qeyd olunmuşdur.
Nizamidən bir neçə əsr sonra yaşamış İmadəddin Nəsiminin Şamaxıda heykəlinin açılış mərasimi 2005-ci ilin 26 aprelində baş tutmuş, Prezident İlham Əliyev bu möhtəşəm tədbirdə iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin. "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında” 12 yanvar
2004-cü il tarixli sərəncamı ilə yüzlərlə bədii kitab nəfis şəkildə
çap olunub. Bundan başqa "Dünya Ədəbiyyatı kitabxanası”
seriyasından isə
150 cilddə dünya ədəbiyyatı nümunələri
tərcümə edilib
və edilir.
Qeyd etdiyimiz
kimi, ölkədə
bədii yaradıcılıqla
məşğul olanlar
diqqətdə saxlanıldığı
kimi, ədəbiyyatşünaslıqla
məşğul olanlar
da daim diqqət
mərkəzindədirlər. 2013-cü ildə
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun 80 illik yubileyinin keçirilməsi
buna sübutdur.Cənab
Prezidentin sərəncamına
əsasən Dövlət
Mükafatı ilə
təltif edilən elm
xadimləri arasında
ədəbiyyatşünaslar da yer almışdır.
2010-cu il Prezident İlham Əliyevin Azərbaycan Respublikasının
Elm, mədəniyyət və
ədəbiyyat üzrə
Dövlət Mükafatları
ilə təltif edilməsi barədə imzaladığı sərəncamla
Komissiyasının təklifləri
əsasında Ədəbiyyat
sahəsi üzrə Bəkir Nəbiyev, Məhərrəm Qasımlı,
Teymur Kərimov, Vilayət Quliyev, Nikpur Cabbarlı, Nizaməddin Şəmsizadə
Dövlət Mükafatları
ilə təltif edilmişdir.
Bütün sadalananlar cənab Prezidentin ədəbiyyata qayğısının bir
hissəsidir, dövlət
başçımızın fəaliyyəti o qədər
nəhayətsizdir ki,
Onun gördüyü
işləri bir yazıyla tam şəkildə
əhatə etmək çətindir. 24 dekabrda
Yeni yaşını qeyd edəcək Cənab Prezidentə yorulmaz fəaliyyətində
uğurlar arzulayırıq.
Gülnar Səma
Kaspi 2017.- 23-25 dekabr.- S.10.