“Oskar” təqdimatında
maraqlı anlar yaşandı
Zərflər qarışıq
düşdü, müsəlmanların qalib gəlməsi birmənalı
qarşılanmadı
Bütün dünyanın və eləcə də kinosevərlərin maraqla gözlədiyi gün gəlib çatdı. Belə ki, fevralın 26-sı tarixində 89-cu "Oskar” Akademiya Mükafatları ABŞ-da, Hollivuddakı "Dolby Theatre”-da öz sahiblərinə təqdim edildi. Cimmi Kimmelin aparıcılıq etdiyi gecədə 121 namizəd bütün zamanların ən nüfuzlu mükafatına sahib olmaq üçün yarışdı. Bu il də təqdimat mərasimində maraqlı hadisələr baş verdi. Qırmızı xalıdan keçən kino cameəsinin ulduzları gecədə maraqlı anlar yaşayıblar.
Səhv düşən zərflər
Gecədə ən qalmaqallı məqamı "Ən yaxşı film” nominasiyasının açıqlanması zamanı baş verdi. Bütün dünyanın kino həvəskarlarının hakim kəsildiyi həmin anda anlaşılmaz məqamlar yaşandı. Səhnədə əvvəlcə "La La Land” filminin qalib olduğu bildirilsə də, ardınca yanlışlıq olduğu elan edildi. Sonda "Moonlight” filminin qalib olduğu açıqlandı. Sözügedən sensasiya xarici ölkələrin saytlarında əsas mədəniyyət xəbəri kimi qeyd edilməyə başladı və bu günə qədər həmin hadisə danışılır.
Belə ki, gecə Hollivudun əməkdar aktyorlarından Warren Beatty və Faye Dunawayın "İlin
ən yaxşı film”i
mükafatını açıqlaması ilə
başladı. Beatty və Dunaway müküfatı
"La La Land” filminin qazandığını
anons etdilər. Sevinclərinin həddi-hüdudu olmayan yaradıcı heyət səhnəyə
çıxdı və
öz hisslərini bildirməyə başladılar.
Dostları zaldan onları
alqışlayırdılar. Filmin yaradıcı heyətində iştirak edənlərin hamısı
tək-tək təşəkkür
çıxışı etdi
və həmin gözlənilməz an çatdı. Son olaraq söz filmin ssenari müəllifi olan Fred Bergerə gələndə,
aparıcılar zərflərin
qarışdığını və əslində mükafatın "La La Land”ın
digər ssenari müəllifi olan Jordan Horowitzə çatacağını
deyərək səhvlərini
düzəltməyə çalışdılar.
Horowitz isə səhnədə
öz çıxışında
belə bir açıqlama verdi:
"Xeyr, xeyr bir yanlışlıq var.
"Moonlight” ən yaxşı
film nominasiyasında qalib
oldu və bu mükafatı məhz bu filmin
yaradıcı heyəti
qazanıb... İnanın ki, mən zarafat etmirəm”. Sonra o,
"Moonlight” filminin yaradıcı
heyətini səhnəyə
dəvət etdi.
Böyük xoşbəxtlik yaşayan
və uzun müddət idi ki, bu günü
gözləyən "La La Land” filminin
yaradıcı heyəti
isə təbii ki, pərt vəziyyətə
düşdü. Amma sevincləri
gözündə qalan
kino aləminin ulduzları özlərini
sındırmamağa çalışdılar.
"La La Land” filminin yaradıcı
heyəti səhnədən
düşürülmədi. Elə oradaca "Moonlight” filminin
yaradıcı heyəti
səhnəyə çağırıldı
və həqiqi qaliblər təbrik edildi.
Mükafatı sahiblərinə təqdim
etmək üçün
səhnəyə çıxan
Warren Beatty və Faye Dunaway isə nə üçün belə bir səhv etdiklərini
belə açıqladılar:
"Bizə verilən
zərfin içərisindəki
kartda "Emma Stone – La La
Land” yazılıb. Ona görə
də biz səhv etdik”.
Beatty əlavə edib
ki, bu olay
öncədən planlaşdırılmayıb:
"Məhz bu səbəbə görə
biz səhv etdik. Əslində biz səhnəyə çıxıb burada gülməli vəziyyətə
düşmək istəməzdik.
Sizdən artıq dərəcədə
üzr istəyirik”.
Onların bu çıxışları
zalda əyləşənləri
də heyrətləndirib.
Nikol Kidmanın qəribə alqışları
Dünya
şöhrətli avstraliyalı
aktrisa Nikol Kidman hər zamankı kimi, bu il də Oskar gecəsində hər kəsi ovsunlayıb. "Armani” markalı paltarı ilə hər kəsi özünə heyran edən Kidman diqqət mərkəzində olub.
Ancaq bu dəfə gözəlliyi ilə deyil. 49 yaşlı
Kidman alqışlayarkən kameralara yaxalanıb.
Ancaq aktrisanın əllərinin
"qəribə" görüntüsü
sosial şəbəkəni
biri-birinə qatıb.
Sosial şəbəkə istifadəçiləri
"Nikol Kidman niyə
normal insan kimi alqışlamır" - deyə
fotoya şərh veriblər.
Oskarda müsəlman davası
İlin "ən”lərinə gəlincə
isə, proqnozların
əksəriyyəti özünü
doğrultmayıb. Bu ilin ən çox
Oskar qazanan filmi isə Alfonso Kuaronun "Qravitasiya” filmi oldu. Həmin film ümumilikdə 7 Oskar aldı.
Ən yaxşı köməkçi
kişi aktyoru mükafatını
"Ay İşığı"
("Moonlight") filmiylə Maherşala Əli qazanıb. Beləcə, o, Oskar qazanan ilk müsəlman aktyor olub. Əlinin Oskar alması isə
xristian ölkələrin
aktyorlarını qəzəbləndirib.
Dünya
mediasında "müsəlman
aktyor Oskar aldı” kimi başlıqlı yazılar yayılıb.
Söz-söhbət hələ də
səngimir.
Dünya
mediasında bu il müsəlmanlara
üstünlük verilməsi
ilə bağlı da yazılar dərc olunmaqdadır. Belə ki, müsabiqədə
"İlin ən yaxşı xarici filmi” nominasiyasında müsəlman Əskər
Fərhadinin "Satıcı”
filmi seçilib.
Rejissorun
hərəkəti isə
amerikalıları qəzəbləndirib.
O, ABŞ prezidenti Donald Tramp 7 ölkənin vətəndaşlarının
ABŞ-a girişinə qadağa
qoyduğu üçün
mərasimə qatılmayaraq,
bu qərarı boykot edib.Onun göndərdiyi çıxış
mətni kürsüdə
səsləndirilib. Fərhadi məktubunda
"Bu gün orada olmamağımın səbəbi
öz ölkəmin insanlarına olan hörmətimdən qaynaqlanır.
Trampın viza qadağası
insanlığa sığmayan
bir addımdır”, - deyib. Bu fikirlər
isə birmənalı
qarşılanmayıb.
İlin "ən”ləri kimlərə
verildi?
13 nominasiyada namizəd
olan "La La Land” filmi
6 mükafat qazanıb. Oskar mükafatlandırma
gecəsində "Ən yaxşı qadın aktrisa” – Emma Stona ("La La Land”) seçilib.
"Ən yaxşı
kişi aktyor” nominasiyasında isə
Casey Affleck ("Yaşamın sahilində”) mükafatlandırılıb.
"Ən yaxşı
rejissor” Damien Chazelle
("La La Land”) seçilib. "Ən yaxşı
kino musiqisi” də "La La Land”dan seçilib. "Ən yaxşı sənədli filmi” "Ağ dəbilqələr"
olub. "Ən orijinal ssenari” nominasiyasında
"Dənizkənarında Mançester" seçilib.
"Ən yaxşı
animasiya filmi” - "Zveropolis”ə verilib.
Ən yaxşı vizual effekt isə "Cuqli kitabı” olub.
Kinoprodüser və rejissor Fehruz Şamıyev
bizimlə söhbətində Oskar
mükafatlandırma gecəsini belə şərh etdi: "Builki Oskar mərasimi demək olar
ki, Amerikada son vaxtlar baş
verən siyasi yeniliklərin bir parçası oldu. Məsələn,
"La La Land” filmi 13 nominasiyada mükafata namizəd
idi. Bir çox mütəxəssislər bu filmin ən yaxşı
film nominasiyasında qalib
olacağını gözləyirdilər. Amma
Akademiya üzvlərinin qərarı bu proqnozun doğru
olmadığını göstərdi. Amerikadakı siyasi yeniliklərə, sürprizlərə Oskar mükafatını da
əlavə etmək olar. Belə bir möhtəşəm mükafatın təqdimetmə
mərasimində səhv etmək gözlənilməz idi. "Ən yaxşı film”
mükafatı elan olunur
və zərfi açılır. "La La Land” filminin
heyəti səhnəyə çıxır. Hamı sevinc içində olarkən, məlum olur ki, ən yaxşı film o yox,
"Moonligth” seçilib.
Düşünürəm ki, "Moonlight” filminə mükafatın verilməsində
məqsəd Amerikada qaradərili probleminin qabarmasıdır. O ki
qaldı dünya kino
bazarına təsir edən nominasiyalardan biri - "Xarici dildə ən
yaxşı film”ə, düşünürəm ki bu nominasiya
uğrunda yetərincə ciddi
mübarizə gedirdi. Beşlikdə
Əskər Fərhadinin filməndən başqa
5 filmin hamısı Avropa
istehsalı idi. Mükafatı
qazanan "Salesman” filminin rejissoru və aktyor heyəti ABŞ-ın yeni
prezidentinin viza qərarına
etiraz olaraq Oskar mərasiminə qatılmaqdan imtina etmişdilər. Üstəlik, yaddan çıxarmayaq ki,
rejissor Əskər Fərhadi bir neçə il öncə
"Nadir və Siminin
boşanması” filmi ilə Oskar almışdı. Uzun
müddət keçmədən ikinci
dəfə Fərhadinin Oskar qazanması mənim
üçün gözlənilməz idi. Amma "Salesman” filmi
bu mükafata layiq idi. Mən Əskər
Fərhadinin filmləri
ilə tanışam.
Düşünürəm ki, son illərdə
kinoya gətirdiyi yeni estetika, üslub və həm də mövzuya yanaşma tərzi onu başqalarından yetərincə
fərqləndirir”.
Hər il Oskar mükafatlandırılma
gecəsi ilə bağlı yenilikləri izləyir və orada adı keçən filmləri seyr edirik. Həm də
hər dəfə
"kaş, bir dəfə də bizim filmimiz bu mükafata layiq görüləydi” -
deyə düşünürük.
Hər il
Oskar mükafatlandırma gecəsi
ilə bağlı yazanda, növbəti ildə filmimizi həmin müsabiqədə
görmək arzusu ilə yazıma son verirdim. Amma illər ötdükcə,
bu tip müsabiqələrdə
siyasi maraqların daha çox üstünlük təşkil
etdiyinin şahidi olduğum üçün
yerli filmlərimizə
sadəcə uğurlar,
dünya miqyasında böyük tamaşaçı
kütləsi arzu etməklə kifayətlənirəm.
Xəyalə Rəis
Kaspi.-2017.-28 fevral.-S.12.