Bu, Flora Xəlilzadədir…
VAQİF YUSİFLİ
Onu çoxdan, ilk yazılarından tanıyıram və
Flora Xəlilzadə imzası artıq bu məmləkətdə
içində mətbuat sevgisi, ədəbiyyat, jurnalistika məhəbbəti
olanların hamısına tanışdır. Onun
yazılarını hamı oxuyur, çünki bu yazılarda
işıq var, işıq təşnəsi olanların hər
biri bu yazılarla maraqlanır və intizarla digər
yazılarını gözləyir. Azərbaycan
mətbuatı Florasız keçinmir, çünki bu
yazılarda keçmişin, bu günün həqiqətləri
yaşayır.
Flopa Xəlilzadənin jurnalist məharəti, publisist
kimi özunəməxsusluğu, bədii (şeir və nəsr)
yazılarındakı orijinal, fərdi çalarlar haqda onun qələm
dostları da öz ürək sözlərini söyləyiblər. Onun
yazılarında təbiətin özü kimi rəngli, təravətli
boyalar axtarıblar, o yazıları zamansız yazılar da
adlandırıblar. Mən də
bütün bu haqlı təriflərə qoşuluram. Ancaq Flora Xəlilzadə haqqında, onun bir ziyalı
və yaradıcı insan kimi özünəməxsusluğu
barədə mənim də deməyə öz sözüm
var.
BİRİNCİ
SÖZÜM: Flora Xəlilzadə professional yazardır. Belə yazarların sayı mətbuata
sığınıb at oynadan, amma o atın üstündə
duruş gətirməyənlərin sayından qat-qat azdı.
Flora xanım o azlardan biridir və öz
yazıfları ilə o çoxları utandırır. Yəni biz bilirik ki, yazı necə olmalıdır- ən
yaxşı yazılar ən yaxşı insanlara
oxşayır, təmiz, saf, mənən qürurlu, heç
bir maddiyyat əsiri olmayıb öz daxili
azadlığını hifz edən insanlar kimi. Professional səviyyə təkcə savadla, biliklə,
dünyagörüşü ilə ölçülmür, həm
də daxili mədəniyyətlə ölçülür.
Bu daxili mədəniyyət tələb edir ki,
nə yazırsvn, kimdən yazırsan, hansı mövzuya,
hansı problemə müraciət edirsən, təki yalana,
jurnalist «oyunbazlığına» meyl eləmə. Həyatın nəfəsini öz nəfəsinə
qatıb yazıya ver.
İKİNCİ
SÖZÜM: Flora Xəlilzadə sənət, ədəbiyyat
mühitinin adamıdır və bu aləmin – bu mühitin
bütün guşələrinə yaxşı bələddir.
Onun publisistik yazılarının əksəriyyəti
də sənət adamlarının həyatı və
yaradıcılığı ilə bağlıdır.
Bu mövzuya müraciət edənlər az
deyil. Amma Flora Xəlilzadə məlum streotipləri təkrar
eləmir, hansı sənət adamından söz
açırsa, onun tərcümeyi-halında elə cizgilər,
elə məlum olmayan
məqamlar tapır ki, sən o sənət
adamını bir daha kəşf
edirsən. Məsələn, Mirzə
İbrahimov şəxsiyyətində
yazıçılıqla görkəmli dövlət xadimi
obrazını bir vəzdətdə, bir çevrədə dərk
edirsən. Mehdi Hüseynin tənqidçilik
missiyasını ədəbiyyata böyük sevginin təzahürü
kimi anlayırsan. Çünki Mehdi
Hüseynin ən kəskin tənqidi yazılarında da ədəbiyyat
sevgisi yaşayırdı.
İsmayıl Şıxlının zahirən
zəhmli görünüşü arxasında böyük
bir insanın daxili aləminin gözəllikləri
yaşayırdı. Mənim əlimdə Süleyman Rəhimova və
onun oğlu Şamoya həsr edilən iki yazısı var - hər
iki yazı son dərəcə səmimi bir ovqatla
yazılıb. Xüsusilə Şamo Rəhimov
haqqında «Şeh kimi qısa ömür» yazısı.
Mən Şamo haqqında çox az bilgiyə
malik idim, Flora xanımın yazısında qısa bir
ömür yaşayıb dünya elmində daha da parlaya biləcək
bir nakamın portreti ilə qarşılaşdım. «Yaradıcılığın uşaqlarla
bağlı bir istiqaməti gözəldir. İstər bədii əsər olsun, şeir, rəsm,
cizgi filmi, hətta oyuncaqlar da. Çünki
saydığımız ğu qiymətli sərvətlərin,
əşyaların hər birində uşaq
dünyamızın məhz bizim ovqatımızda
yaratdığı sevinc, çöhrəmizdə duyulacaq təbəssümü
şəksizdir»- Flora xanım rəsam Solmaz Musayevaya həsr
etdiyi yazıya bu cümlələrlə başlayır və
o yazıda sənət aləmində bəlkə də o qədər
tanınmayan, amma öz sənəti ilə Azərbaycana beynəlxalq
aləmdə də şöhrət gətirən rəssamı
bizə tanıdır.
Flora Xəlilzadənin
Azərbaycanın üç şöhrətli, sənəti
ilə duyğularımıza hakim kəsilən Flora Kərimova,
Afaq Bəşirqızı və Yaqut Abdullayeva haqqında qələmə
aldığı kitablarından da ayrıca söz açmaq
olar. Bənövşə ətirli səs- Bu
ifadə Flora Kərimovaya aiddir və doğrusu, Flora Kərimovanın
sənəti və xanımlığı,
ziyalılığı barədə bundan önəmli bir ad
tapmaq mümkün deyil. Çünki illər
gəlib keçir, Flora Kərimova yaşa dolur, amma o bənövşə
ətiri həılə də onun mahnılarında
çağlayır. Söhbət təkcə
addan getmir, həm də o adın doğurduğu məna ilə
müğənninin sənət yolu arasında bənzərlikləri
ortaya çıxarmaq da jurnalist məharəti tələb
edirdi. Afaq Bəşirqızının
güldürən və həm də qayğılandıran sənəti
də eynən belədir- bu kitabda da məlum Afaq Bəşirqızının
naməlum insani cizgiləri də «rəsm» edilir». Gözəl, məlahətli səsi ilə ürəkləri
duyğulandıran Yaqut Abdullayeva. Gözə
görünməkdən çəkinən ya çox zaman
unutqanlığa «məhkum» edilən bu SƏS USTASInın sənətinin
sehri də Flora xanımın yazısında öz əksini
tapır.
ÜÇÜNCÜ
SÖZÜM: Flora Xəlilzadə həm də tədqiqatçıdır.
Tədqiqatçılığında publisistikanın əhəmiyyətli
rolu var. Görürsən ki, çox sevdiyi bir klassik sənətkardan
yazır.Məsələn, Vidadidən, Vaqifdən, Haqverdiyevdən.Iə
o yazılarda qətiyyən alimnümalıq eləmir, sadə,
aydın, səlis və duru bir dillə o sənətkarların
ədəbi portretini yaratmağa çalışır. Məsələn, lap bu yaxınlarda F.Xəlilzadənin
Molla Pənah Vaqifə Həsr olunan «Cahan mülkünün əbədi
halı» yazısını oxudum. Bu
yazıda Flora xanım heç də Amerika kəşf eləmir,
məlum həqiqətlərdir söyləyir, amma elə
söyləyir ki, bu yazı sanki Vaqif haqqında təzə
yazıymış. Çünki belə
yazılar və ümumiyyətlə, F.Xəlilzadənin digər
yazıları təhkiyə şirinliyi, sadə, aydın,
amma məıntiqi vurğusu ilə seçilir.
DÖRDÜNCÜ
SÖZÜM:Bizi ilk növbədə, mənən
yaxın və doğma eliyən Məmməd Araza-Azərbaycanın
bu böyük şairinə sevgimiz olub. Məmməd
Arazı, onun poeziyasını sevənlər çoxdu, doqquz
milyonluq bizim Azərbaycanın, həm də sayı-hesabı
bilinməz o taydakı azərbaycanlıların ən sevimli
şairlərindən biridir Məmməd Araz. Mənim
orta məktəb illərindən şeirlərilə
könlümə, ruhuma hakim olan Məmməd Araz. Sonralar bu böyük şairdən bir kitab da
yazdım, onunla yol yoldaşı da oldum və o kitaba görə
ilk ədəbi mükafatımın adı da Məmməd
Araz oldu. Flora xanımın Məmməd
Araz sevgisi isə ölçüyə gəlməz. Onun istedadlı bir qələm sahibi və şair
kimi parlamasında Məmməd Araz qayğvsı böyük
rol oynayıb. Və Məmməd Arazla
Flora xanımın qohumluğu bu sevginin
özülüdür.
BEŞİNCİ
SÖZÜM: Flora Xəlilzadə həm də ŞAİRdir. Onun
şeirlərindən bircə misra belə
oxumamışdım, oğlu Bəhruz Niftəliyevin vasitəsilə
bu şeirlərin bir qismi ilə tanış
oldum və mən şair sözünü böyük hərflərlə
vurğulamağım əbəs deyil. Publisist-tədqiqatçı
Flora Xəlilzadəni bir şair kimi də kəşf etdim.
Flora xanım Qərbi Azərbaycanın Urud kəndində
dünyaya göz açıb, indii o kənd ancaq xatirələrində
yaşayır. Şeirlərində də
həsrət, kədər o xatirələrin ürəkdə,
ruhda, canda korun-korun tüstülənməsindən doğur.
Vətən
hey!
Anamın
uzalı əli
Yanağımdan
süzülən inci seli
Alışan,
quruyan dilim-Vətən hey!
«İlk nəfəsim, son sözüm də Uruddu»-bu
misranı da o yazıb.
Könlüm
ablar ötənə
Ümid bağlar yetənə.
Ovul,
ürəyim, ovul
Əlim çatmaz Vətənə.
Quş
damından vəfalı
Daş da məndən vəfalı.
İldə
bir yol Vətəndə
Qış da məndən vəfalı.
Bu bayatıların da müəllifi Flora Xəlilzadədir.
Bağrımı
bayqular dağlayan yurdun,
Torpağı əkilmir, otu biçilmir.
Dərdini
sinəmdə ağlayan yurdun
Yolları görünmür, izi seçilmir.
Yenə
bahar gəldi, qaynadı qanım,
Könlümə öz evim, öz obam düşdü.
Ölümü, dirimi gərəkdi anım,
Yadıma gül nənəm, nər babam düşdü.
Nənəmin cəhrəsi, ağ idi hələ,
Gərdişdən, dönüşdən xəbər yox idi.
Ləşkər arzularım sağ idi hələ,
Analı-bacılı ömrüm tox idi.
Ömrü qovhaqovla çapıb getdilər,
Nənəmin cəhrəsi sahibsiz qaldı.
Sanki çıxış yolu tapıb getdilər,
Babamın dəhrəsi sahibsiz qaldı.
Bu şeir də Fldora xanımındır və doğma yurd həsrəti çox təsirlidir.
ALTINCI SÖZÜM: Bu avqust ayında Əməkdar
jurnalist Flora Xəlilzadənin ad günüdür. Mən onu xoşbəxt bir sənət adamı,
istedadlı publisist, şair hesab edirəm və təbii ki, mənim
bu fikrimlə həmrəy olanların sayı yüzlərlədir.
Bu yazıda qətiyyən onun indiyə qədər
aldığı mükafatları saymaq istəmirəm. Layiqdir ki, alıb.
Flora xanım yeddicildliyini çapa
hazırlayır və deyəsən, «Yazdıqlarım» adlanan
bu gildlərin ikisi nəşr olunub. Amma o,
yazmaqdan doymur. Onu düşündürən
mövzular tükənmir və haçan mətbuatda «Flora Xəlilzadə»
imzası görünürsə, sevinənlərdən biri də
mənəm. Televiziyada-«Yadigarlar»
verilişi isə hal-hazırda on minlərlə –yüz minlərlə
tamaşaçı sevgisini qazanıb. Yorulmayasan, Flora
xanım,-deyirəm və bu yazımın sonunu Flora Xəlilzadənin
səmimi bir etirafı ilə bitirmək istəyirəm:
«Bütün kəlmələrimə ürəyimin odunu
yaxdım. Çalışdım ki, həmişə
doğru sözün əlindən yapışım. Çalışdım ki, qəlbimin dediyi və qələmimin
naxışladığı yazılarda çiy sözə təsadüf
edilməsin. Sənət
mülkündə kərpic-kərpic hördüym
sözün ürəkdəın gəlməsinə, həqiqətdən
don geyməsinə can aktdım. Bizdən sonra bizi yaşadacaq
sözün həmişə qürurlu, həmişə
uca olmasına çalışdım».
Kaspi 2017.- 8-10 iyul.- S.20.