“Dan ulduzu” kimi əbədiyaşar
insan
O, Şərqlə Qərbi birləşdirmişdi
Yarım əsrdən çoxdur ki, onun adı "Dan
ulduzu” ansamblı ilə qoşa çəkilir: "Dan ulduzu”
və Gülarə Əliyeva. Onun rəhbərliyi ilə
yaradılan və Azərbaycan musiqi
ifaçılığının səmasında bir ulduz kimi
parlayan ansambl musiqi tariximizdə iz saldı. Görkəmli musiqiçinin həyat yoluna nəzər
saldıqda, Azərbaycan musiqisinin inkişafı
üçün çəkilən zəhmət və xidmətin
şahidi olursan.
Əməkdar incəsənət xadimi Gülarə
Əliyeva Əziz Əliyev kimi böyük bir ziyalının
ailəsində doğulub. 1956-cı ildə Üzeyir Hacıbəyov
adına Azərbaycan Dövlət
Konservatoriyasının fortepiano və nəzəriyyə
fakültəsini əla qiymətlərlə bitirib. 1966-cı
ildə "Bəstəkar Fikrət Əmirovun
yaradıcılığı” mövzusunda namizədlik
dissertasiyası müdafiə edib, 1967-1989-cu illərdə
M.Əliyev adına İncəsənət
İnstitutunun musiqi kafedrasının müdiri, o cümlədən
institutun elmi şurasının üzvü olub. 1969-cu ildən
dosent olan, elmi-pedaqoji fəaliyyət göstərən
G.Əliyeva əvvəlcə "Azteleradio”, sonra isə
S.Rüstəmov adına xalq
çalğı alətləri orkestrində konsertmeyster
işləyib. "Dan ulduzu” kamera-instrumental
ansamblının yaradılması Gülarə xanımın
həyatında yeni səhifəyə çevrilir. "Dan ulduzu”nun adını Xalq şairi Nəbi Xəzri
təklif edir. İlk çıõışdan "Dan ulduzu” insanlar tərəfindən
sevilir. Gülarə xanım düz 23 il bu
kollektivə rəhbərlik edir. Gülarə õanım müntəzəm
məşqlərin və ansambl üzvlərinin əzmkarlığı
və sənətə sevgisi sayəsində
arzuladığı ansamblı yaradır. "Dan
ulduzu” tezliklə dövlət tədbirləri, konsertlər, õarici qastrol səfərlərinin
bəzəyinə və aparıcı musiqi ansamblına
çevrilir. Ömrünün sonunadək
"Dan ulduzu”nu öz övladı kimi sevir, onu inkişaf
etdirir. 1991-ci ilin yayında faciəli
ölümü Gülarə xanımı sevimli "Dan
ulduzu”ndan ayırır.
O
dövrdə belə bir ansambl yenilik idi, xalq çalğı
alətləri ilə klassik musiqi alətlərinin sintezini ilk
dəfə G.Əliyeva yaratmışdı. Tofiq Quliyev, Emin
Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Ramiz Mirişli,
Oqtay Rəcəbov və bir sıra digər
tanınmış bəstəkarlarla işləyirdi. Ansambl çox ölkələrdə qastrollarda
olurdu, konsertləri uğurla keçirdi. Həmin
ölkələrin mətbuatında ansambl haqqında
yazılar dərc olunurdu. İtaliya,
İspaniya, Bolqarıstan, Türkiyə, Əlcəzair, Livan,
Suriya, Hindistan mətbuatı "Dan ulduzu”ndan bəhs edirdi.
Əcnəbilər Azərbaycan musiqisinin Qərb
musiqi alətlərində səslənməsini eşidib təəccüblərini
gizlədə bilmirdilər. Akif İslamzadə,
Flora Kərimova, Yalçın Rzazadə, Hüseynağa
Hadıyev və b. ifaçılar "Dan ulduzu”nun solistləri
kimi məşhurlaşmışdılar. 1975-ci
ildə isə Zeynəb Xanlarova "Dan ulduzu” ilə silsilə
proqramla dövlət konsertlərində çıõış edir. Məmmədbağır
Bağırzadə, tarzən Zamiq Əliyev, pianoçu Həsənağa
Qurbanov, qaboy ifaçısı Kamil Cəlilov ansambla dəvət
edilir. Xədicə Abbasova, Şəbnəm Tapdıq,
Züleyxa Mirismayılova və başqa ifaçılar
"Dan ulduzu” ilə məşhurlaşır, sevilirlər. Gülarə õanım
bölgələrdə oõuyan
istedadlı gəncləri də kollektivə dəvət edər,
onların potensial imkanlarının üzə çıõarılmasında köməyini
əsirgəmir. "Dan ulduzu” instrumental
ansamblı tezliklə Azərbaycan televiziyası və
radiosunun ştatına keçirilir.
Xoşbəxt
taleli sənətkar
"Gülarə õanım həm "Dan ulduzu”nun bədii rəhbəri,
yaradıcısı, həm də fortepiano partiyalarının
ifaçısı idi. Ansamblın repertuarına ancaq professional bəstəkarların
mahnıları daõil
ola bilərdi. Bu, bədii rəhbərin
ifaçılar qarşısına qoyduğu şərt idi”-
deyə xalq artisti Flora Kərimova danışır: "Leyla
xanımdan sonra «Dan ulduzu»nda ikinci solist mən oldum. Mən də ansambla Hüseynağa Hadıyevi,
Yalçın Rzayevi gətirdim. Ansambl ən
gözəl dövrünü yaşayırdı. Ayrıca ansamblın rəhbəri kimi Gülarə
xanım həm peşəkarlığı, həm də
insani keyfiyyətləri ilə hamının sevimlisi idi.
20 il o ansamblda çalışdım. Onun hər anı, hər günü bir xatirə
idi. Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Rəcəbov, Oqtay
Kazımi, Ramiz Mirişli kimi bəstəkarların
mahnılarını o ansamblda ifa edirdim. Gülarə
xanım elə bir musiqiçi idi ki, bütün
tanınmış bəstəkarlar mahnılarını, əsərlərini
ona həvalə edirdilər. Ansambl
çox sevilirdi. Hər bir müğənni
o zaman bu ansamblla çıxış etmək istəyirdi.
O zaman bu ansamblda oxuyan müğənnilər brend sayılırdılar.
Seçmə müğənnilər bu ansamblda
oxuyurdu. Gülarə xanımın ürəyi
çox yumşaq idi. Bəzən o qədər
populyar olmayan müğənnilər də ansamblda oxumaq istəyəndə,
onlara yox demirdi. Ancaq bu ansamblda oxumaları
həmin müğənniləri məşhurlaşdırırdı.
Ancaq məsuliyyətli konsertlərdə
ansamblın ulduzları çıxış edirdilər.
Gülarə xanım sadə olduğu qədər də
ciddi, tələbkar idi. Bu xüsusiyyət onun işində daha
aydın görünürdü. O, sadəcə təşkilatçı,
rəhbər deyildi. Azərbaycan musiqi sənətinin,
daha doğrusu, ifaçılıq sənətinin
inkişafı üçün çalışan elm xadimi
idi. Ansambla hər adamı üzv qəbul
etməzdi, onun vaxtilə ansambla gətirdiyi
ifaçıların əksəriyyəti özünü sənət
aləmində təsdiqləyib, sözünü deyə
bilmişdi. Bu mənada da Gülarə
xanım xoşbəxt taleli sənətkarlardan biri idi. Belə istedadlı insanlar az-az doğulur.
Şərqlə
Qərbin birləşməsi
"O,
sözün həqiqi mənasında yaradıcı insan idi -
hər gün nəsə yaradırdı” deyən bəstəkar
Oqtay Rəcəbov Gülarə Əliyevanı təkcə
peşəkar musiqiçi kimi deyil, həm də bütöv
insan kimi dəyərləndirir: "İnsanlar var ki, uzun bir
ömür yaşayır, dünyasını dəyişir,
ancaq yadda qalmır. İnsanın yadda qalması
həm də onun xalqına xidməti ilə
ölçülür. Gülarə
Əliyeva musiqiçi və gözəl bir şəxsiyyət
kimi xalqına xidmət edirdi. Gülarə
xanımda çox müsbət keyfiyyətlər
toplaşmışdı. O, hər gün Azərbaycan
professional bəstəkarlarını ansambla dəvət edir və
onların əsərlərini ifa edirdi. Gənclərlə
işləməyə də üstünlük verirdi. Həmçinin
Cahangir Cahangirov, Süleyman Ələsgərov kimi klassik bəstəkarların
əsərlərini elə gözəl ifa edirdi ki, onlara yeni həyat
verirdi”. O.Rəcəbov deyir ki, G.Əliyevanın gənc
müğənnilərin yetişməsində də
böyük rolu olub: "Hazırda o müğənnilərin
əksəriyyəti xalq və əməkdar artistlərdir. Gülarə Əliyevanın ansamblı həm
mobilliyinə, həm musiqiçilərinin sayına görə
fərqlənirdi. Bu ansambl bir növ Şərqlə
Qərbin birləşməsi idi. Dilarə
xanım milli və ümumbəşəri anlamda bir ansambl
yaratdı. Həmin ansambl bu günə
kimi fəaliyyət göstərir”. Keçən əsrin
60-70-ci illərində Azərbaycanda bir sıra peşəkar
ansamblların yarandığını deyən bəstəkarın
sözlərinə görə, həmin kollektivlər ölkənin
vokal mədəniyyətinin, mahnı janrının
inkişafında böyük rol oynayırdılar: "Bu
ansambl musiqi aləminə yenilik, fərqli ab-hava gətirmişdi”.
Gülarə xanımın yüksək insanı keyfiyyətlərindən
danışan O.Rəcəbov pianoçunu təvazökar və
səmimi insan kimi xatırlayır: "Gülarə xanım
Əziz Əliyev kimi görkəmli şəxsiyyətin
övladı, Zərifə Əliyeva kimi şəxsiyyətin
bacısı, Heydər Əliyev kimi görkəmli insanın
baldızı idi. Ancaq heç vaxt onların adından
istifadə etmirdi. Gülarə xanım heç Xalq
artisti fəxri adına layiq görülməmişdi.
O Əməkdar İncəsənət xadimi kimi həyatdan
köçdü. Azərbaycan xalqı üçün
çox iş gördü. Gülarə
xanımın faciəvi şəkildə dünyasını
dəyişməsi bütün musiqisevərlər
üçün böyük itki oldu. Azərbaycan
musiqisi onun simasında görkəmli bir yaradıcı şəxsiyyəti
itirdi”.
...Yeri
görünür
Əməkdar incəsənət xadimi, rejissor Arif Qazıyevin və ssenari müəllifi Rəfiqə Məsudun 2000-ci ildə çəkdikləri "Dan ulduzu-tale ulduzu” televiziya filmində Gülarə Əliyevanın yadigarı Ayəndə xanımın ürək sözləri görkəmli musiqiçi haqqında ən gözəl fikirləri deyir: "Anam mənim xatirimdə mehriban, qayğıkeş bir insan kimi qalıb. Çox narahat insan idi. Biz bir yana gedəndə, evə dəqiq vaxtında gəlməyəndə nigaran qalar, balkona çıxıb gözləyərdi. Bəzən təzyiqi yüksələr, halı pisləşərdi. Evimiz qonaq-qaralı olurdu, ansamblın məşqlərini də evdə edərdilər. O, musiqi ilə yaşayırdı. Həmişə fəxrlə deyərdi ki, məndən Üzeyir Hacıbəyov imtahan götürüb. Konservatoriyanın iki: bəstəkarlıq və fortepiano ifaçılığı fakültələrini bitirmişdi. Gecələr işləməyi çox sevərdi, hərdən gecə yarısı oyananda qonaq otağının işığının yandığını görərdik, anam çox vaxt sübhədək oturub orkestrovka edərdi. Bütün musiqi alətləri üçün səsləri özü yazar, heç kəsə etibar etməzdi. Sakitlikdə oturub öz-özünə zümzümə edib yazardı. Anamın konsertləri tez-tez televiziyada səslənir, verilişlər hazırlanır, diski buraxılıb. Ad günündə, ölüm günündə qəbrini ziyarət edirik: ailə üzvləri, onu tanıyanlar. Onun xatirə gecəsi Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunmuşdu, çox gözəl bir tədbir alınmışdı”.
Ayəndə xanım anasını onlardan ayıran faciəvi günü böyük kədərlə xatırlayır: "1991-ci il iyulun 27-si idi. Atamı Moskvaya müayinəyə yola salmağa hazırlaşırdıq. Ansamblın violonçelçalanı Minirə xanım da bizdə idi, anamla çox yaxın olduqlarından ona kömək etmək üçün gəlmişdi. Atam yol çantasını götürüb evdən çıxmaq istəyəndə mən və bacım Nuridə də onunla çıxdıq. Nuridə çox aşağı düşmədi, atamı əlində tutduğu "Quran” kitabının altından keçirib, geriyə döndü. Mən isə blokun qapısınadək onu ötürdüm. Bu dəm dəhşətli bir səs eşitdim, tez geriyə, evə qaçdım ki, anam məni görüb sakitləşsin ki, sağ-salamatam. Otağa girib balkona çıxmaq istədim… Balkondan əsər-əlamət qalmamışdı…
Tez-tez yuxularıma gəlir, yoxluğunu çox hiss edirəm, yeri görünür…
Gülarə Əliyevanın ölümündən sonra ansamblın üzvləri onun xatirəsini yaşatmaq üçün əllərindən gələni əsirgəmədilər. Yubileylər, xatirə gecələri, verilişlərlə yanaşı, Əməkdar incəsənət xadimi, "Dan ulduzu” instrumental ansamblına sonradan rəhbərlik etmiş görkəmli pianoçu, mərhum Həsənağa Qurbanovun tərtib etdiyi "Bizim Gülarə Əliyeva” kitabı böyük sənətkarın yaradıcılığına yüksək töhfədir. Kitabda Gülarə Əliyevanın sənət dostlarının, tanınmış incəsənət adamlarının onun haqqında xatirələri yer alıb. Sənət dostları onu "Dan ulduzu” kimi əbədiyaşar insan adlandırıblar.
Təranə Məhərrəmova
Kaspi 2017.- 27 iyul.- S.7.