Sumqayıtlı cərrahın 40 illik "üsyanı"

 

"Tüstüvar, ocaq söndürür..."

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt bölməsinin və Əli Kərim adına Poeziya klubunun təşkilatçılığı ilə şəhər Poeziya Evində Azərbaycanın tanınmış cərrahı, "Şöhrət" ordenli Hacı Cəfər Quliyevin "Tüstüvar, ocaq söndürür..." kitabının təqdimat mərasimi keçirilmişdir.

 

Respublikamızın və Sumqayıtın tanınmış ziyalılarının, həmçinin Milli Məclisin deputatları  Muxtar Babayevin, Fərəc Quliyevin, Fazil Mustafanın, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının, Sumqayıt şəhər İcra Hakimiyyətinin, müəssisə və təşkilat rəhbərlərinin, mətbuat və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri açan Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt bölməsinin sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday müəllifin sayca 6-cı olan kitabının ölkə əhalisinin, xüsusən də gənclərin sağlamlığının qorunmasına yönəldilmiş dəyərli bir əsər olduğunu diqqətə çatdırmışdır.

 

O, kitabın redaktoru kimi bildirmişdir ki, Hacı Cəfər Quliyev bir həkim kimi dünyanın "sakit", lakin ən müdhiş bəlalarından biri olan siqaretin insan sağlamlığına vurduğu ciddi zərər və fəsadları danılmaz fakt və arqumentlərlə diqqətə çatdırmaq, siqaret aludəçilərini, onların ömrünü qısaldan, minlərlə ailəyə bədbəxtçilik gətirən bu zərərli vərdişdən uzaqlaşdırmaq üçün uzun illər elmi-praktiki araşdırmalar, tədqiqatlar aparmış, maraqlı və olduqca faydalı olan bir kitab ərsəyə gətirmişdir.

 

Tədbirdə çıxış edənlər - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Xalq şairi Sabir Rüstəmxanlı, Millət vəkili Fazil Mustafa, ehtiyatda olan polis polkovniki Həmid Cəfərov, şairlərdən Əşrəf Veysəlli, Əvəz Mahmud Lələdağ, ziyalı qadınlar adından İndira Şəmsivari, tanınmış həkim, Sumqayıt Bələdiyyəsinin üzvü Kifayət Vidadiyeva və digərləri belə bir mühüm mövzuda yazılan, indiki və gələcək nəsillər üçün çox faydalı olacaq kitabın müəllifinin vətəndaşlıq mövqeyini yüksək qiymətləndirmiş, Hacı Cəfər Quliyevinvaxtsa həkimlik fəaliyyətini dayandırsa belə, insanların sağlamlığı uğrunda onun xidmətinin bu kitabla hələ uzun illər davam edəcəyini bildirmişlər. 

 

Bu kitab yazmağa həkim-cərrahı nə vadar etdi?

 

Ömründə heç vaxt nəinki siqaret çəkməyən, hətta onun tüstüsünü belə qəbul edə bilməyən Cəfər həkim hələ tələbəlik illərindən gələcək tibb işçisi kimi tütünün, siqaretin insan orqanizminə, bəşəriyyətə vurduğu ziyanlar barəfaktmateriallarla tanış olduqca, o "zəhri-mar"a olan nifrəti daha da artırdı. Təsadüfi deyil ki, Cəfər həkim 40 ildən çoxdur ki, siqaretə qarşı "üsyan"a qalxıb, respublikanın əksər qəzet və jurnallarında siqaretin törətdiyi bəlalarla bağlı "SOS" xarakterli çoxlu sayda yazılar dərc etdirib. Lakin bəzən onun xeyirxah niyyəti birmənalı qarşılanmayıb. Hətta vaxtilə "Azərbaycan dəmiryolçusu" qəzetində  onun "Mədəni narkomanlar" adlı məqaləsi dərc olunmuşdu ki, bu da Mərkəzi Komitədə bir para yüksək vəzifəli siqaret aludəçilərinin qəzəbinə, həkimə qarşı ciddi təzyiqlərinə səbəb olmuşdu. Əgər görkəmli şair Məmməd Arazın xahişi ilə Ulu öndərimizin böyük qardaşı, akademik Həsən Əliyev işə qarışmasaydı, o məqalə Cəfər həkimə çox ağır başa gələ bilərdi.

 

Siqaretin insan üçün hansı bəlalar, faciələr törətdiyini bilmək üçün isə kitabdakı bir-neçə fakta diqqət yetirmək kifayətdir. Həkimin araşdırmaları göstərir ki, siqaretin tərkibində 40-a yaxın narkotik maddə, 4000-ə qədər kimyəvi maddə var ki, onlar da insanların qanına, iliyinə işləyir, uzun müddət öz zərərli təsirləri ilə əzələ və dərialtı toxumalarda "ilişib qalır".

 

Müəllif  öz əsərində tütünün xalqlara, bəşəriyyətə vurduğu ziyanlardan tarixi faktlarla söz açır və iqtisadçıların araşdırmalarına əsaslanaraq bildirir ki, siqaret hər il birbaşa və dolayısı ilə dünya iqtisadiyyatına 200 milyard dollara qədər ziyan vurur və hər il 4 milyondan çox adam siqaret bəlasından dünyadan köçür.

 

Siqaret bəlalarından bəzi faktlar

 

Sanballılığına və dəyərinə görə namizədlik dissertasiyası səviyyəsində bir elmi əsər olan kitabda, göstərildiyi kimi, siqaret Azərbaycanda da  əhalinin həyatında bədbəxt hadisələrə, faciələrə heçaz səbəb olmamışdır... ...1941-45-ci il müharibəsindən sağ-salamat qayıdan, lakin "dünyanın düz vaxtında" siqaretin ucbatından dünyadan köçmüş Şahbaz kişinin ailə faciəsi Cəfər həkimi bu gün də göynətməkdədir. Belə ki, azyaşlı nəvəsini yanına alaraq, "baba-bala" yatmağa hazırlaşarkən, Şahbaz kişi elə yataqda, uzandığı yerdəcə "bir qüllab" siqaret çəkmək istəyir. Lakin onun havasını "can dərmanı" kimi sinəsinə çəkdikdən bir-neçə dəqiqə sonra kişini mürgü vurursiqaret yanılı halda əlindən xalçanın üzərinə düşür. Faciə qaçılmaz olur - baba ilə nəvə evlə birgə yanıb külə dönürlər. Uşağın anası da bu ağır dərdə, faciəyə dözməyərək, bir ayın içində dünyadan köçür. Müharibə veteranı olan, "dünya görmüş" Şahbaz kişinin başına gələn bu dəhşətli ailə faciəsi adamın qanını dondurur,  ciddi düşündürməyə bilmir.

 

Başqa bir ailədə isə evin balaca körpəsinin yuxusuz qaldığını görən gənc ata-ana, uşaq həkiminin müalicəsindən bir fayda olmadığını görüb, tanışlarının məsləhəti ilə Cəfər həkimə müraciət etməli olurlar. Ailədə gənc atanın siqaret çəkən olduğunu bilən həkim anadan da şübhələnir və ərinin iştirakı olmadan onu söhbətə tutur. Olduqca həssas olan həkim gənc ananın da siqaretə meylli olduğunu duyur. Gənc qadın Cəfər həkimin dəqiq müşahidə və duyumundan heyrətə gələrək, uşağının müalicəsi xətrinə etiraf etməli olur ki, həqiqətən "əsəblərini soyutmaq" üçün hərdən ərindən gizli olaraq siqaret çəkir. Evdə vaxtaşırı siqaret çəkilməsi isə valideynlərin qətiyyən ağlına gəlməsə də, heç bir yaşı da olmayan körpənin yuxusunun dağılmasına, əsəbiliyinə səbəb olur. Cəfər həkim ata-anaya tapşırır ki, əgər övladlarının yaşamasını istəyirlərsə, siqareti birdəfəlik tərgitməlidirlər. Hətta onları məcbur edir ki, siqareti birdəfəlik atmaqla yanaşı, evdə olan bütün pal-paltar tərtəmiz yuyulsunev kosmetik təmir edilsin ki, uşaq siqaretin narkotik təsirindən azad olsun. Haqqında danışılan bu və digər xoşagəlməz faktlar tədbirə gələnlərin çoxunu əslində, zahirən zərərsiz görünən, "elə də qorxunc olmayan" siqaretonun gözlənilməz fəsadları barədə ciddi düşünməyə, həyata siqaret dumanı arxasından yox, daha ayıq gözlə baxmağa sövq edirdi.

 

Xeyirxah, təmənnasız həkim, əsl loğman

 

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədovun rəsmi çıxışının sonunda Cəfər həkimlə ilk tanışlığı barədə söhbəti çox maraqla dinlənildi. O, təxminən 30 il əvvəl başına gələni danışaraq, bildirdi ki, tələbə vaxtı Sumqayıt yataqxanalarından birində qalarkən axşama yaxın qatıq içmək istəyir. Və tələsdiyindən qatığı stəkana tökmədən, "kefir şüşəsi"ni başına çəkməklə içir. 10-15 dəqiqədən sonra mədəsində kəskin ağrı hiss edir. Nədənsə, gecə vaxtı heç kimi narahat etmək istəməyərək, ağrıya əzabla, birtəhər olsa da, dözür. Səhər təcili olaraq özünü poliklinikaya çatdırır. Terapevt ona dava-dərman yazsa da, heç bir səmərəsi olmur. Növbəti gecə ağrıdan qovrulan gənc tələbə, təcili tibbi yardım maşını ilə şəhər xəstəxanasına çatdırılır. Növbətçi həkim çarəni ancaq sabah aparılacaq cərrahi əməliyyatda görür. Ancaq Teymurun bəxtindən səhər işə gələn Cəfər həkim onun vəziyyəti ilə maraqlanır, analizlər götürülməzdən əvvəl onun dünən nə yediyinis. soruşa-soruşa əlini yumşaqlıqla, hərdən də barmağını qəfil basmaqla bir-neçə dəqiqə onun mədəsi üzərində gəzdirir. Necə olursa, gənc oğlan birdən uzandığı yerdən dik atılaraq, oturur və diqqətlə ona göz qoyan həkimə deyir: "Həkim, sizetdiniz? Ağrı keçdi".

 

Cəfər həkim isə "bilirəm, bacıoğlu, keçib-getdi. Səndə əməliyyatlıq heçyoxdur. Bir az uzan, bir-iki stəkan çay , sonra da dur, "haydı!" - gedə bilərsən" deyir  

 

- Həkim, axı deyirdilər ki, cərrahi əməliyyat lazımdır...

 Gənc Teymurun sözü ağzında qalır.

- Heç nə lazım deyil, gedə bilərsən...

 

Teymuraolmuşdusa, mədəsində hansı "tüğyanlar, təlatümlər" baş vermişdisə,  onu yalnız Cəfər həkim özü bilirdi, bir də - onun loğman duyumu, loğman barmaqları...

 

Analoji bir hadisə barədə öz çıxışında Sumqayıtın tanınıb-seçilən və sevilən ziyalılarından olan İndira xanım Şəmsivari də danışdı. O yada saldı ki, nəvəsinin səhhətində anlaşılmaz bir gərginlik, ağrılarla davam edən narahatçılıq yaranmışdı. Həkimlər uşağın gecikmədən əməliyyat olunmasını israr edirdilər. Uşağın əməliyyat olunmasını istəməyən İndira xanım isə cəld Cəfər həkimin üstünə qaçmış və uşağın dərdinə əlac etməkdə ondan kömək diləmişdi. Həkim uşağın üz-gözünü nəzərdən keçirib, sinəsinə, mədəsinə loğman əlləri ilə əl gəzdirdikdən sonra demişdi: "Götürün aparın uşağı, onu nahaq bura gətiribiniz, cərrahlıq işi yoxdur. Aparın evə, bu dərmanları və çoxlu mürəbbəli çay içirdin, vəssalam. Uşaqda qorxulu heçyoxdur..."

 

İndira xanım vaxtilə nəvəsini lazımsız cərrahiyyə əməliyyatından qurtardığına görə, tədbir zamanı Cəfər həkimə bir daha təşəkkür etdi və məmnunluqla bildirdi ki, bu gün həmin "uşağın" 35 yaşı varsağlam bir gəncdir.

 

Qazaxıstanda 24 nəfərlik cinayətkar bandanı tərksilah etməsi...

 

1934-cü ilin dekabrının son günündə, Azərbaycanın qədim və əsrarəngiz guşəsi olan Ordubad diyarının Üstüpü kəndində dünyaya gəlmiş Cəfər Quliyev 1958-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində oxuduğu ilk tələbəlik illərindən ictimai fəallığı, coşqunluğu ilə daim seçilirdi. Elə bu səbəbdən də hələ 29 yaşında ikən Azərbaycandan Şimali Qazaxıstana göndərilən 575 nəfərlik tələbə-inşaat dəstəsinin baş həkimi və komandiri təyin edilmişdi. 

 

Orada inşaat dəstəsində hamı ilə birgə fədakarlıqla çalışan Cəfər Quliyev, necə olursa, bir gün xəbər tutur ki, həmin əyalətdə 20 ildən çox öz zorakılıqları, soyğunçuluqları ilə vilayətin sakinlərinə qan udduran, adı "Adam", üzvləri isə adamlıqdan uzaq olan 24 nəfərlik cinayətkar banda fəaliyyət göstərir. Həmin banda məhz fiziki cəhətdən güclü və iradəli, haqsızlıqlara qarşı barışmaz və mübariz, qətiyyətli və üsyankar-davakar olan Cəfər Quliyevin dəstəsinin sayəsində tutularaq, tərksilah edilmişdi. Həmin qarşıdurmada Cəfər həkimin hər iki qolu "çıxsa" da, az qala ölümlə üzləşsə də, döyüşdən çəkilməmiş,  tələbə dostlarının köməkliyi ilə qudurğan banda ilə axıracan vuruşmuş, səhərə yaxın isə onların hamısını almanların iri yük maşını olan "Sudabeker"ə uzanıqlı şəkildə dolduraraq, vilayət mərkəzinə aparıb, yerli orqanlara təhvil vermişdi.

 

Vilayət rəhbərlyinin təqdimatı ilə Cəfər Quliyev "İgidliyə görə" medalı ilə təltif edilmişdi. Məhz həmin dövrdə - 1964-cü ildə Cəfər həkimə və ilk növbədə belə igid, cəsur oğul böyütmüş vətəninə minnətdarlıq əlaməti olaraq, Çernoqrad vilayətindəki sovxozlardan biri "Azərbaycan" adlandırılmış və Cəfər  həkimin təklifi ilə onun yeni salınmış küçələrinə xalqımızın böyük, klassik şairlərinin - Nizaminin, Füzulinin, Nəsiminin, Səməd Vurğunun, Mikayıl Müşfiqin adları verilmişdi. Minnətdarlıq, təşəkkür ifadəsi olaraq!  

 

50 ildən də artıq fəaliyyət, on minlərlə adama bəxş edilən şəfa

 

Hacı Cəfər həkim uzun illərdir ki yalnız Sumqayıtda deyil, respublikanın ən ucqar guşələrində də yaxşı tanınır və sevilir. Sumqayıt səhiyyəsində çalışdığı 50 ildən artıq müddətdə Azərbaycanın müxtəlif bölgələrindən nicat, ümid yeri kimi çoxları məhz Cəfər həkimə pənah gətirmişlər. Təsadüfi deyil ki, o, xalqın sağlamlığı yolunda təmənnasız çalışan həkim kimi respublikada böyük nüfuza malikdir. Azərbaycanın "Şöhrət" ordenli görkəmli cərrahı, vaxtilə həm də "SSRİ-nin Səhiyyə əlaçısı" fəxri adına layiq görülmüşdür.

 

Bununla belə, "Əmək veteranı", Sumqayıtın Səhiyyə İşçiləri Ağsaqqallar Şurasının sədri, Azərbaycanın iki nüfuzlu yaradıcılıq təşkilatının - Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, vaxtilə iki dəfə Sumqayıt şəhər Sovetinin deputatı seçilmiş, 52 il ərzində on minlərlə adama şəfa bəxş etmiş, yüzlərlə adamı ölümdən, yüzlərlə ailəni bədbəxtlikdən xilas etmiş  82 yaşlı loğman hələ "Azərbaycanın Əməkdar həkimi" fəxri adına layiq görülməyib. Lakin çoxları elə bilir ki, Cəfər həkim artıq çoxdan həm Əməkdar həkim, həm də Prezident təqaüdçüsüdür. Hamını belə düşünməyə vadar edən isə onun işi, xidmətidir.

 

Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti

Kaspi  2017.- 13 iyun.- S.15.