“Səsimə
güvənirdim”
“Muğam televiziya
müsabiqəsi-2017”nin qalibi
Almaxanım Əhmədli:
“Bu sənətdə öyrənəcəyim
çox şeyin olduğunu düşünürəm”
İyunun 12-də 3 aydır davam edən və nəticəsini səbirsizliklə
gözlədiyimiz "Muğam
televiziya müsabiqəsi-2017” yekunlaşdı. Bu üç
ay müddətində gənc
xanəndələr, birincilik
uğrunda, sözün
əsil mənasında,
sağlam mübarizə
apardılar. Altıncı "Muğam televiziya müsabiqəsi”nin final mərhələsində
münsiflər heyətinin
qərarı ilə Almaxanım Əhmədli Qran-pri mükafatına layiq görüldü.
Onun qalibiyyəti həm münsiflər, həm də tamaşaçılar
tərəfindən ən
layiqli iştirakçı
kimi dəyərləndirildi.
İfaçının səsi nəinki
münsiflər heyətinin,
eyni zamanda tamaşaçıların da
marağına səbəb
oldu. Müsabiqədən sonra isə
avqust ayında 16 yaşı tamam olduqdan sonra onun AzTV-də solist kimi fəaliyyətə
başlayacağı xəbəri
verildi. Eyni zamanda, Almaxanım
Əhmədlinin müsabiqə
ərzində oxuduğu
dəsgahlar teleradionun
"qızıl fond”unda
saxlanılacaq. Bu xəbər müsabiqənin
gənc qalibi üçün ikiqat sevinc oldu. S.Rüstəmov adına Bakı şəhəri
13 saylı musiqi məktəbini qırmızı
diplomla bitirən Almaxanım Əhmədlinin
dünən şagird
həyatında "Son zəng”i çalındı.
Yİfaçı sevincli günündə
"Kaspi”nin suallarını
da cavablandırdı.
- Sizi təbrik edirik. Muğam müsabiqəsinin qalibi olmaq hər
adama qismət olmur.
- Çox sağ
olun, təşəkkür
edirəm. Sizin vasitənizlə məni təbrik edən hər kəsə, xüsusən
də mətbuat nümayəndələrinə təşəkkürümü çatdırıram. Çox
sağ olun
ki, diqqət göstərib, təbrik edirsiniz.
- Müsabiqənin
qalibi kimi hansı hissləri keçirirsiniz?
- Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Sevincimin həddi-hüdudu yoxdur.
3 ay yarım müsabiqə
davam etdi və bu müddət
ərzində öz üzərimdə durmadan çalışdım. Ondan əvvəl
də müəllimimlə
məşqlərimiz oldu.
Hər həftə yeni qəzəllər əzbərləyir
və repertuarlar hazırlayırdıq. Klassik
şairlərimizin şeirlərini qəzəllərə
oturdurduq. Respublikanın Əməkdar artisti
Təyyar Bayramov mənim müəllimim idi və onun
üzərimdə əməyi
çoxdur. Uğurumda onun
da payı var. Müsabiqədən əvvəl də,
indi də ondan çox şey öyrəndim.
Elə olurdu ki, müsabiqə
ərzində hər həftə bir dəsgah öyrənirdik.
Bu, çox əziyyətli
bir işdir. Kənardan baxanda elə görünür ki, sadəcə, qəzəldir
oxuyursan, vəssalam.
Ancaq belə deyil. Bu, çox qəliz
bir prosesdir və əziyyətlidir.
Bir həftə ərzində
böyük bir repertuar hazırlayırdıq.
Hətta
elə olurdu ki, bir dəsgahı
bir həftə ərzində hazırlamalı
olurduq. Ancaq onu deyim ki,
kim əziyyət
çəkmişdi, bəhrəsini
də gördü. Əziyyətimiz yerdə qalmadı.
Çox
sevinirəm ki, Qran-pri mükafatına layiq görüldüm.
Bu, məni çox
qürurlandırdı. Ayın 12-dən
- müsabiqənin nəticələri
açıqlanandan sonra
xəbəri eşidən
hər kəs əlaqə saxlayıb, bizi təbrik edir. Qalib olmaq gözəl hissdir.
- Ümumiyyətlə,
Qran-pri mükafatının
sizin olacağını
gözləyirdiniz?
- Əslində gözləyirdim. Çünki çox əziyyət çəkirdim. Müəllimim də mənimlə bərabər fasiləsiz işləyirdi. Bilirdim ki,
əziyyətim heç
vaxt yerdə qalmaz. Münsiflər
heyəti də sağ
olsun ki, mənim əziyyətimi qiymətləndirdi. Bu müsabiqə ərzində
həddindən artıq
əziyyət çəkdim.
Ən əsası, səsimə
də güvənirdim.
Münsiflər heyəti də
əziyyətimi görüb,
məni mükafata layiq gördülər.
- İstedad
çox nadir hallarda yetişir. Çox zaman
da bu, ailədən
gəlir. Ailənizdə dayınızdan başqa musiqi ilə məşğul olan varmı?
- Bizim ailəmiz hər zaman keyfiyyətli musiqini dinləyib. Valideynlərim bizə də
keyfiyyətli musiqilər
dinlətdirib. Bildiyiniz kimi,
mənim dayım İzzət Bağırov
da ifaçıdır. O, muğam janrında ifa etməsə də, estrada janrının
mahir ifaçılarındandır.
Atamın da musiqi təhsili var. Uşaqlıqdan
bəri musiqini sevmişəm və bu sahəyə böyük marağım
olub. Bizim ailəmiz də
muğamsevərdir. Mən də
bu ailədə doğulduğum üçün
onların verdiyi tərbiyəni almışam.
Onlar muğamı sevib və hörmət etdikləri üçün
mənim də muğama böyük hörmətim yaranıb.
Uşaqlıqdan muğama və
musiqiyə bağlı
olmuşam. Bunun təsiri
böyükdür. Hər bir
uşağın musiqi
zövqü ailədə
formalaşır. Mənim ailəmdə
də musiqiçilər
çoxdur. Atam musiqiçi
olmasa da, 7 illik musiqi təhsili
var. Özü də musiqişünasdır. O, bütün muğamları
gözəl bilir.
- Adətən, atalar qız övladlarının
ifaçı olmasına
qarşı çıxırlar.
Bu baxımdan, bəxtiniz bir qədər gətirib.
- Elədir. Bunun üçün xoşbəxtəm. Atam mənə
güvənir və oxumağıma icazə verir. O, bilir ki, mən heç
vaxt onun güvənini boşa çıxarmaram. Bir də
ki, mən muğam janrında ifa edirəm. Bu, Azərbaycanımızın mili adət-ənənəsidir.
Muğam
janrı xalqımızın
mənəvi irsidir.
Biz onu bütün
dünyaya tanıtmalıyıq.
Muğamla ölkəmizi beynəlxalq
festivallarda, müsabiqələrdə
təbliğ etmək
istəyirəm. Yeri gəlmişkən,
Azərbaycanın birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Mehriban xanım
həmişə gənc
muğam ifaçılarımıza
dəstək olur.
- Sizin muğam müsabiqəsinə
qədər müəyyən
uğurlarınız da
var idi.
- Bəli, muğam müsabiqəsindən iki
il əvvəl
efirlərdə az da olsa çıxış
edirdim. Tam muğam
janrında olmasa da, başqa janrlarda mahnılar oxuyurdum. Bu müsabiqəyə qatılmaqda məqsədim
özümü muğam
janrında da ifadə etmək idi. Muğam ifaçısı kimi özümü təsdiqləmək istəyirdim.
Bunun üçün müsabiqəyə
qatıldım. İlk olaraq
müsabiqəyə 400 nəfər
müraciət etmişdik.
Onların içərisində istedadlı və gözəl səsli ifaçılar da var idi. Əslində bu, məni heç də qorxutmadı. Çünki səsimə və istedadıma güvənirdim.
4 ay ərzində əziyyət çəkdim
və məqsədimə
nail oldum. Bunun üçün
ailəm mənə çox dayaq oldu. Bəlkə də qalibiyyətimin əsas səbəbkarı
onların arxa-dayağını
hiss etməyimdən qaynaqlanır.
Mən valideynlərimə minnətdarlığımı
bildirirəm. Çünki dünyaya gələndən
onlar mənim yanımdadırlar, dəstəkçimdirlər.
Onlara nə qədər təşəkkür etsəm
də azdır.
- Az.TV-nin ən gənc
solisti olmağa iddialısınız. Yəqin ki,
bunun məsuliyyətini
üzərinizdə hiss edirsiniz.
- Əlbəttə. Bir
neçə aydan sonra, 16 yaşım tamam olan kimi
Az.TV-nin solisti olacağam. Təbii ki, üzərimdə
məsuliyyət hiss edirəm.
Bu, mənim üçün
böyük şansdır.
Dövlət televiziyasında solist
kimi çalışmaq
hər ifaçıya
qismət olmur. Bunun üçün dövlət
televiziyasına və
rəhbərliyinə təşəkkür
edirəm. Onlar gənclərə
hər zaman dəstəkdirlər.
- Müəlliminiz
Təyyar Bayramov Opera və Balet Teatrının
səhnəsində çıxış
edir. Bəs siz necə, həmin teatrın səhnəsinə çıxmağı
arzulayırsınızmı?
- Əlbəttə istəyirəm. Yeri gəlmişkən,
Təyyar Bayramova da təşəkkürümü
bildirirəm. Onun üzərimdə
əziyyəti çoxdur.
Onunla bərabər xalq artistimiz Mənsum İbrahimovdan da çox şey öyrəndim. Opera və Balet Teatrının
səhnəsində çıxış
etmək arzularımın
sırasında ən
öndə yer tutur. Arif müəllim dedi ki,
inşallah səni
gələcəkdə Leyli
kimi görərik. Mənim də istəyimdir ki, "Leyli və Məcnun” operasında Leyli obrazını canlandırım.
İnşallah, gələcəkdə layiq görsələr, sevə-sevə
bu rolu oynayaram.
- Gələcək
planlarınızdan danışın.
Özünüzü gələcəkdə necə görürsünüz?
- Mən öz potensialıma güvənirəm.
Bilirəm ki, əziyyət çəkərək,
istənilən uğura
nail ola bilərəm.
Beynəlxalq festivallarda ölkəmizi
təmsil etmək istəyirəm. Gələcək planlarım hamısı xalqdan asılıdır.
Xalqın sevgisi hər
şeyə dəyər.
Xalqın rəğbəti sayəsində Qran-priyə
layiq görülmüşəm.
- Dünən
11-ci sinfi bitirərək,
məzun oldunuz. Məktəbdə necə şagird
olubsunuz?
- Məktəbdə dərslərimi çox yaxşı oxumuşam.
Bütün siniflərdə əlaçı
olmuşam. İfaçılıq sənəti
ilə yanaşı, dərslərimə də önəm verirdim. Valideynlərim musiqi
ilə məşğul olmağıma ona
görə icazə verirdilər ki, musiqi ilə yanaşı, dərslərimi də
yaxşı oxumalıydım. Dərslərimi heç
zaman musiqidən ayırmamışam. Ona görə də, hər zaman
əlaçı olmuşam. Bu gün mənim üçün ikiqat
bayramdır. Hətta iki sevinci
birgə yaşayıram. Qran-pri almaq ayrı bir sevincdir. Bu sevincin yerini heç nə vermir. Məzun olmaq da ayrı bir hissdir.
Bu sevinci ancaq
yaşamaq lazımdır,
onun izahı mümkünsüzdür.
- Təhsilinizi harada davam etdirmək
istəyirsiniz?
- Azərbaycan Milli
Konservatoriyasına hazırlaşıram. Hələ bu
sənətdə öyrənəcəyim
çox şeyin olduğunu düşünürəm.
Xəyalə Rəis
Kaspi 2017.- 15 iyun.- S.14.