Bir daş altda, bir daş üstdə

 

yaxud Həyatla ölüm arasında

 

İnsan tənha olduğunu hiss etdikdə sevdiyi birinə daha çox ehtiyac duyar, onun yanında olmaq istər, hətta, ayrı dünyalarda olsalar belə...

İyunun 8-də Dövlət Yuğ Teatrında baş rejissor Gümrah Ömərin quruluşunda Kamal Abdullanın "Bir, iki...bizimkiəsəri əsasında "Səsimi unutmaadlı tamaşanın premyerası baş tutdu. Tamaşada baş rolları Məmməd Səfa, Gülzar Qurbanova, Amid Qasımov Ləman Novruzova oynayırdılar.

Tamaşa sanki bir oyun üzərində qurulmuşduruşaqkən hamımıza çox yaxşı bəlli olan bir oyun:

"Bir, iki...bizimki,

Üç, dörd...qapını ört,

Beş, altı...daş altı,

Yeddi, səkkiz...Firəngiz,

Doqquz, on...qırmızı don”

Bir, iki...bizimki...

İki sevgili, ər arvad, yaxud aşiqlər, əlqərəz qadın ölüb, kişi isə ahıl yaşında onun yoxluğundan əzab çəkir, onunla qovuşmaq arzusundadır. Qaranlıq otaq, ətraf boş çərçivələrdir. Tamaşa boyu bu çərçivələrdən kişi ilə qadının uşaqlıq, gənclik xəyalları otağın içində dolaşır. Məmməd Səfanın ifasındakı kişi xəyalpərvərdir, tez-tez xəyallara düşür. Xanımını itirdikdən sonra tənha qalıb. Belə güman etmək olar ki, ya qaranlıq otaqda xəyallara dalır, keçmişini, ötənləri düşünərək xanımının səsi ilə danışır, ya da onun məzarı üstünə dəlib dərdləşir, bəzənsə onu qınayır, hər şeydə özünü təmizə çıxarıb arınmaq istəyir. Ancaq bezib, onunla yenidən qovuşmaq istəyir, çünki darıxıb...

Üç, dörd...qapını ört

Lakin yenə tərəddüd edir. Bu qədər həyata bağlanmışkən ayrılmaq da çətindir. Hətta qadın onunla gəlməyi israr etdikdə qəribə bir üşütmə hiss edir, elə zənn edir ki, qapını bağlasa keçər, ancaq bu daxili üşütmədir. O, qadınının yanına getmək üçün on mərhələ keçməlidir, əslində özü bilmədən işıqlı dünyadan addım-addım uzaqlaşır. hər dəfəsində uşaqlıq xəyalları bu qaranlığın içində ona sanki bir yaşıl işıq kimi görünür. Daima qadının səsiylə danışır. O, artıq elə həddə çatb ki, çarəsizdir. İndi daha çox bu səsə aşiq, daha çox onun yanında olmaq istəyir.

Beş, altı...daş altı

O, yenə qorxur. Bəzən sükutun içində itib batır. Ancaq maraq onu rahat buraxmır. Yarı maraq, yarı qorxu. Ora necədir? sualı ilan kimi qıvrılıb boynuna onu boğur. Ora qaranlıqdır, yoxsa işıq?, hər istədiyin varmı?, hər şey gerçəkmi?, bura üçün darıxırsanmı?, qayıtmaq mümkünmü?...bu kimi suallarla qadına tez-tez müraciət edir.

Bir daş altda, bir daş üstdə...qadınsa yalnız bu cür deyir, oradan hər şeyin daha da gözəl olduğunu təsvir edir. Onun düşdüyü məkan heyrətamizdir.

Yeddi, səkkiz...Firəngiz

Xırda bir söhbət əsnasında məlum olur ki, qadının adı Firəngizdir. O, (Gülzar Qurbanova) həssas, kişisini sonsuz bir məhəbbətlə sevib, sevir . Həmişə yanında olsa da, lakin kişi ruhən ondan çox uzaq olub. Lap bağçadan tanışdırlar, ancaq həmişə yalanlarla qandırılıb, kobudluqlara qatlanıb...amma lakin bağışlayıb sevib...sevir ...Firəngiz onun xəyalına gələn səsiylə yanına aparmaq istəyir. Lakin qorxur, qədər onu yanına aparmaq istəsə , içində qəribə bir hiss var, birdən son anda fikrindən daşınar. Ona görə tez-tez xatırladır "Səsimdən yapışbu səs onu apara biləcək, amma lakin kişi başqa bir şey haqqında düşünməsə...

Doqquz, on...qırmızı don

Budur sonuncu mərhələ yaxınlaşır. Kişi qəti qərarını verir ki, qadının yanına getsin, onun səsinin dediklərinə əməl etməyə razıdır. Lakin hazırdırmı? Özü dəqiq bilmir. Bu həyatda qoyub gedəcəyi kimlərsə var, onlardan ayrılmaq çətindir. Düzdür, başqaları tərəfindən demək olar ki, unudulub, tənhadır, lakin həyata olan eşqi hələ ölməyib. Qadınsa onu məhz belə xatırlayır: "Onda da qırmızı köynəkdə idin, sənə çox yaraşır...” . Yenə fikrində ilişib qalan kişi hətta körpü yaratmaq istəyir iki dünya arasında, bəlkə xoşuna gəlməsə geri qayıda bilsin deyə. Ancaq mümkün deyil, gedən qayıtmır.

Nəhayət çətinliklə də olsa kişi razılaşır. Ancaq qadına qovuşmaq üçün bir əsas məsələ var. Qadının səsi demişdi: "Gərək ki, sonuncuda diqqətli olasan, əgər son mərhələdə kimisə, nəyisə düşünsən qayıdacaqsan onun dalınca. Mən səni düşündüm deyə qayıtdım. Sən isə məni düşün”.

Dediklərinə əməl etsə də, kişi qadınına qovuşa bilmir, çünki gedəndə deyir ki qayıdacam. Sonda düşünür. Ancaq nə qayıda bilir, nə də qovuşa. O, başqa bir aləmə düşürsoyuq və qaranlıq, tənha və kimsəsiz, ucsuz-bucaqsız və sonu olmayan yola... Artıq nə Firəngiz onu eşidə biləcək, nə də o . Hər şey bitdi, uşaqlıq xəyallarının səsiylə bitdi, yenə də ayrıldılar özü də birdəfəlik. Kiçik səhnədə qoyulmuş boş çərçivələr bir növ pərdə rolunu oynayırdı, iki dünyanı ayıran pərdə, yaxud o dünyadan baxılan pəncərə, keçmişi izləmək üçün çərçivə....

Tamaşada arabir səslənən ritmik musiqilər və Gülzar Qurbanovanın özünəməxsus ahəngdar hərəkətləri, rəqsi, öz aləmində musiqiylə uyması qadının necə incə bir ruha sahib olduğunu dəqiq cizgilərlə ifadə edirdi. Çox böyük maraqanşlaqla keçən tamaşanın sonundan Kamal Abdulla da xususi təşəkkürünü bildirdi.

 

Nigar Pirimova

Teatrşünas

Kaspi  2017.- 15 iyun.- S.10.