Gecikmiş məktublar
Zərdabinin məqalə-məktublarının
bütün mətnlərində
gerçək insan taleləri dayanır
Azərbaycan milli mətbuatının
ilk qaranquşu, XIX əsr
Azərbaycan ictimai-siyasi
həyatında müstəsna
rolu olan "Əkinçi” (1875-1877) qəzeti
mədəni-mənəvi tariximizə
qızıl hərflərlə,
unudulmaz, şərəfli
səhifələr yazmışdır. Şairə,
yazıçı Sona
xanım Vəliyevanın
H.Zərdabiyə ikinci
həyat verə biləcək gücdə
olan, iri həcmli, tarixi faktlarla zəngin "İşığa doğru”
romanı üzərində
tədqiqat işi apardığımız bir
vaxtda, zərdabişünas
şair, publisist İsaməddin Əhmədov
Həsən bəyin
16 il Zərdabda
sürgündə yaşayarkən
Bakıya - "Kaspi” qəzetinə ünvanladığı
məqalə-məktubları tərcümə edərək,
kitab halında nəşrinə nail olmuşdur.
Bir məqamı da vurğulayaq ki, o illər Zərdabi təkcə "Kaspi”yə
deyil, Rusiyanın müxtəlif şəhərlərində
çıxan rusdilli qəzet və jurnallara da çoxlu
sayda məqalələr
göndərib. Ədəbiyyatımız,
tariximiz üçün
çox qiymətli məxəz olan, fundamental
əsərin məsləhətçisi
Sona xanım Vəliyeva, ideya müəllifi, maddi təminatçısı Lütfəli
Babayev, redaktoru və rəyçisi əməkdar jurnalist, zərdabişünas tədqiqatçı
Tahir Aydınoğludur
(Həsən bəy Zərdabi. "Seçilmiş
məqalələri və
məktublar”. Bakı,
"Zərdabi LTD” MMC. 2016,
912 səh.). 1877-ci il sentyabrın 29-da
son sayı nəşr
olunmaqla, 56 nömrəsi
işıq üzü
görən "Əkinçi”
bağlandıqdan sonra
onu gimnaziyanın müəllimliyindən də
azad edirlər. Basqı, təqib, təsirlərə
dözə bilməyən
Həsən bəy Məlikzadənin işdən
getməsi, təbii ki, onun Bakıdan
sürgün olunması
demək idi. Zərdabinin Krasnodara (keçmiş Yekaterinadora), yaxud Kutaisiyə gedib müəllim işləməsi
tələb olunub.
Sadəcə, müəyyən səbəblərə görə
"ona hörmət əlaməti olaraq” sürgün, doğulub boya-başa çatdığı
Zərdabda məcburi yaşamaqla əvəz olunur. Bakıya köçəndən sonra
"Kaspi” qəzetinin
redaktoru işlədiyi
illərdə bu qəzetdə, eləcə
də "Qafqaz” qəzetində, "Trudi Kavkazskoqo obşestva selskoqo xozyaystva” nəşrində dərc
olunan məqalə və məktubları ilk dəfə rus dilindən Azərbaycan dilinə edilmiş tərcümələr sözügedən
kitaba daxil edilib.
M.F.Axundzadə ideallarını inam və cürətlə həyata keçirən, Fətəlinin hələ
gəncliyində gələcəyinə
ümid bəslədiyi
Zərdabi, demokratik prinsipiallığı ilə
fərqlənən xələflərdən
oldu. H.Zərdabi milli publisistika
tariximizdə ədəbi-tarixi
şəxsiyyət olaraq
müəyyən bir ədəbi mərhələnin
– milli mətbuatın
bünövrəsini gerçəkləşdirdi.
"Əkinçi”də təkcə
kənd təsərrüfatına
aid yazılar deyil (bu ad altında qəzet çıxartmaq təbii ki, gözdən pərdə asmaq idi – B.B.), siyasət, iqtisadiyyat, mədəniyyət, musiqi
haqqında yazdığı
məqalələr, tövsiyələr
elmi dəyərinə,
müasirliyinə, aktuallığına
görə bu gün də əhəmiyyətini itirməmişdir
("Qida məhsullarının
saxtalaşdırılması”, "Məktəb gigiyenası”,
"Bizim yırtıcıların
məhv edilməsinin vacibliyi barədə”,
"Zaqafqaziya çöllərində
meşəliklərin salınması”
). H.Zərdabinin yetişdiyi
dövr, mühit, həyat və fəaliyyəti ilə tanış olmayan oxucu da, kitabdakı
mətnlərin məzmunu
ilə tanış olduqda, onun yaradıcı
dünyagörüşü, publisistik dil-üslubu, məxsusi dəsti-xətti,
məqalə-məktubların ideya-estetik cəhətlərinin
səciyyəvi xüsusiyyətləri
barədə maraqlı,
təsirli, düşündürücü
mülahizələr qarşısında,
dəqiq, tutarlı məlumatlar önündə
qalır və cəmiyyətin eybəcərliklərini
çılpaqlığı ilə görür. H.Zərdabi o
illər Azərbaycan düşüncəsinin seçilə
bilən, özünəməxsus
və orijinal xarakterli insanlardan biri olmuşdur. Fikrimizi təsdiqləmək
üçün Zərdabinin
Moskva Universitetində
təhsil alarkən rektorun qızı Vera Solovyovla dəli eşq macərası yaşaması, rektorun Moskvada qalmaq təkliflərindən imtina
etməsi, Veranı gözüyaşlı qoyub
vətənə dönməsi,
təzə iş yerində – Tiflisdə idarə rəisi ilə haqq və
ədalət uğrunda
mübarizədə toqquşması,
işdən çıxıb
Bakıya qayıtması,
general Fərəc bəyin
və M.F.Axundovun ona məsləhətlər
verməsi və s. məsələləri nümunə
gətirmək bəs
edər ki, onun nə qədər
təmiz, vicdanlı, gələcəyi – bu günü görən böyük şəxsiyyət
olduğu aydınlaşsın. Məqalə-məktublarda Zərdabi özündən
əvvəlki dövrə
deyil, yaşadığı
zamana xas iti, aydın, dinamik şüurdan qaynaqlanaraq gələcəyi
– sonrakı əsrlərdə
baş verə biləcəkləri ifadə
edə bilmişdir.
H.Zərdabi bu məktublarda
önəmli bilgilərə,
üsul-idarənin məhkəmələrinə
daha çox yer verərək, baş vermiş situasiyaları maraqlı əhvalatlarla dərinləşdirmiş,
hətta bəzi məqamlarda Rusiya hakim dairələri ilə öz kəndlilərini müqayisə edərək,
bəzən incə, yumoristik gedişlər sayəsində bədii dillə qələmə almışdır. Bu məqalə-məktubların arxasında
istintaq materialları dayanır. Bunlar, sadəcə, informasiya,
şikayət məktubları
deyil, bütöv bir Azərbaycan gerçəkliyinə xas,
çox güclü sosioloji ittihamlardır.
Bizcə,
H.Zərdabinin məqalə-məktublarının
bütün mətnlərində
gerçək insan taleləri və çar üsul-idarə məmurlarının onlarla
qeyri-müəyyən, pis
rəftarı – münasibətləri
dayanır. Təklənmiş, yalqızlaşmış, özlərini
kimsəsiz sayan Azərbaycan insanları ümidlərini bir Allaha, bir də
zərdabilərə bağlamışlar.
Kitabda toplanmış
yazıların əksəriyyəti
ayrı-ayrı nəşrlərə
ucqar Zərdabdan göndərilsə də,
fəqət bu yazılarda Azərbaycan vilayətlərinin acınacaqlı
həyat tərzi bu və ya
digər dərəcədə
öz bədii inikasını tapıb.
Ədəbiyyatımızı, tariximizi, publisistikamızın
o zamankı dövrünü,
ictimai-siyasi həyatının
və mühitinin öyrənilməsi baxımından,
bu məqalə və məktublar ədəbiyyat tariximizdə
misilsiz məxəzdir
desək, səhv etmiş olmarıq.
Tərcüməçi İ.Əhmədov haqlı
olaraq yazır ki, bu məqalə
və məktublar kəndlərimizin və şəhərlərimizin, xalqımızın
o zamankı tarixini, məişətini, mədəniyyətini,
etnoqrafiyasını öyrənmək
baxımından çox
qiymətli mənbələrdir.
Həsən bəy Zərdabinin seçilmiş məqalə
və məktublarının
ədəbi və elmi ictimaiyyətə çatdırmaqda gecikmələr
olsa da, ustad dərsləri kimi jurnalistlərimizə və elmi düşüncədə
zərdabişünaslığa qiymətli töhfə olacağına əminliyimiz
çoxdur.
Baba Babayev
filologiya elmləri doktoru
Kaspi 2017.- 21 iyun.- S.15.