Tofiq Heydərov: ”Hər qastrol səfərini növbəti sənət imtahanı kimi dəyərləndiririk

 

Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasına ...

 

Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasına qastrol səfərinə hazırlaşır. Teatrın direktoru Tofiq Heydərovla görüşüb səfər öncəsi ona bir neçə sualla müraciət etdik.

Tofiq müəllim, bu, gərək ki, teatrınızın İrana ikinci qastrol səfəridir?

Elədir ki, var. Biz ötən ilin dekabrında qonşu ölkənin Rəşt şəhərində birhəftəlik qastrol səfərində olduq Bəhram Beyzayininİlan Sultan” tamaşası ilə çıxış etdik. Tamaşamız iranlı sənətsevərlər tərəfindən gözlənildiyindən artıq yüksək səviyyədə qarşılandı. Məlumat üçün bildirim ki, Gilan vilayətinin mərkəzi sayılan Rəşt şəhərinin əhalisinin əksəriyyətini fars giləklər təşkil etməsinə baxmayaraq, onların bizə olan münasibətində səmimilik, xoş qonaqpərvərlik duyurduq. Şəhərin küçə meydanlarında tamaşamızın afişaları asılmışdı. Yol boyu üz-üzə gəldiyimiz, qarşılaşdığımız yerli sakinlər rəğbət hislərini ifadə edərək, həvəslə truppamızla xatirə şəkli çəkdirirdilər. Qısası, biz həmin səfərdən yüksək əhval-ruhiyyə ilə Vətənə qayıtdıq.

Budəfəki qastrol səfərinə dəvəti isə İran İslam Respublikasının Dram Sənəti Mərkəzindən almışıq. Mayın 22-dən 29-a kimi nəzərdə tutulan səfər zamanı qonşu ölkənin Parsabad Ərdəbil şəhərlərində yenə B.Beyzayininİlan Sultan” tamaşası ilə çıxış edəcəyik.

Tofiq müəllim, təəccüblüdür, truppanız İranda keçirilən Beynəlxalq Fəcr Teatr Festivalında da məhzİlan Sultan” tamaşası ilə çıxış etmişdi, elə deyilmi?

Bəli, düz deyirsiniz. İlan Sultan” əsəri teatrımızın səhnəsində 2015-ci ilin dekabrında iranlı rejissor Xeyrullah Təğiyənipurun quruluşunda tamaşaya qoyulub. 2016-cı ilin yanvar ayında isə biz bu tamaşa ilə İran İslam Respublikasında keçirilən 34-cü Beynəlxalq Fəcr Teatr Festivalı çərçivəsində iki dəfə Təbrizdə, bir dəfə isə Məşhəd şəhərində çıxış etdik. Dünyanın 30-a yaxın teatr truppasının iştirak etdiyi bu sənət yarışmasında tamaşamız böyük uğur qazandı. Bizə festivalın diplomu xatirə hədiyyəsi təqdim olundu. Tamaşanın quruluşçu rejissoru Xeyrullah Təğiyənipur isəƏn yaxşı rejissor işinominasiyasının qalibi oldu.

Bu tamaşa barədə İranın kütləvi-informasiya vasitələrində, radio televiziya kanallarında çoxlu məlumat getdiyindən az qala qonşu ölkənin ən ucqar bölgələrində İlan Sultan”dan danışırlar. Qastrol səfərindən öncə iranlı həmkarlarımızla danışıqlar aparılarkən onlar israrlaİlan Sultan” tamaşasını bir daha gətirib oynamağımızı xahiş etdilər. Biz böyük məmnuniyyətlə həmin tamaşanı yenidən özümüzlə aparmağı qarşımıza məqsəd qoymuşuq. Tamaşada iştirak edən aktyorlardan bir neçəsi müəyyən səbəblərdən teatrdan getdiyi üçün onların yerinə digər ifaçıları cəlb etmişik. İnamla deyə bilərəm ki, aktyorlarımız öz rollarını hər dəfə yüksək şövqlə oynamaqla, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacarırlar. Ümumiyyətlə biz hər qastrol səfərini növbəti sənət imtahanı kimi dəyərləndiririk. Heç şübhəsiz ki, bu dəfə belə olacaq.

Onu da deyim ki, İrana səfərimiz bununla bitməyəcək. Avqust ayında Tehran şəhərində keçiriləcək ənənəviAdət Ənənə Teatr Festivalı”na da dəvət olunmuşuq. Qayıdandan sonra gərək bu barədə düşünək.

Oktyabr ayının ikinci ongünlüyündə isə Qazaxstana qastrol səfərinə getməyi nəzərdə tutmuşuq. Qısası, qarşıda görüləcək işlərimiz çoxdur.

Bəs teatrın cari planları yerdədir? Yaxın vaxtlarda tamaşaçılara nələri vəd edirsiniz?

Bir müddət öncə yerli yazar Hafiz Mirzənin “Ay lolo ya moskvalı gəlinkomediyasını təhvil verdik. Tamaşa böyük əks-sədaya səbəb oldu. Hazırda teatrda paralel olaraq daha iki səhnə əsərininitalyan dramaturqu Lüidci LunarininÜç nəfər yelləncəkdə Rövşən AğayevinBir gecənin nağılıəsərləri üzərində gedir. Bu il həmçinin J.B.MolyerinJorj Danden”, Ə.HaqverdiyevinXortdanın cəhənnəm məktubları”, M.Musabəylinin “Toy səyahəti daha bir neçə uşaq əsərini tamaşaya hazırlamağı planlaşdırmışıq.

 

Söhbəti apardı:

Ağaddin BABAYEV,

Lənkəran.

Kaspi  2017.- 22 iyun.- S.12.