Novruzu turistlərin də bayramına çevirmək olar

 

Bayramdan sonra turistlər Azərbaycandan yaxşı təəssüratla ayrılarsa...

 

Qarşıdan Novruz bayramı gəlir. Milli-adət ənənələri, çeşidli atributları olan bu bayram öz gəlişi ilə ölkəmizə böyük turist axını da gətirir. Son illər ərzində dövlətin prioritet istiqamətlərindən biri hesab olunan turizm sahəsinə göstərilən diqqət, turistlərin ölkəmizə olan marağının artmasına  səbəb olub. Hər il olduğu kimi bu il bayram günlərində ölkəmizə dünyanın müxtəlif ölkələrindən xeyli turistin gəlişi gözlənilir. Bəs görəsən, Novruz bayramı ilə əlaqədar turistlər üçün xüsusi proqram təşkil edilibmi? Ümumiyyətlə, bu il ölkəyə qədər turistin gələcəyi ehtimal olunur? Onları qarşılamaq üçün hotellər mehmanxanalarımızda kifayət qədər yer varmı? Mövzu ilə bağlı rəsmi şəxslərin ekspertlərin rəyini öyrəndik.

 

200 minə yaxın turistin gəlişi gözlənilir

 

Mədəniyyət Turizm Nazirliyinin  informasiya ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Şıxməmmədov deyir ki, hər il mart ayında ölkəyə gələcək turistlərlə bağlı əvvəlcədən araşdırma aparılır müvafiq  statistik rəqəmlərə əsasən növbəti il üçün proqnozlar müəyyənləşdirilir: "Qeyd edim ki, artıq Azərbaycan üçün turizm baxımından prioritet ölkələr müəyyənləşdirilib. Belə ki, proqnozlara əsasən, Azərbaycana gələn turistlər qonşu ölkələrdən,  İran Körfəzi, Avropa Uzaq Şərqi Asiya ölkələrindən olacaq. Bununla yanaşı, keçmiş MDB ölkələri, xüsusən Ukrayna, Belarus, Qazaxıstan kimi ölkələr bu siyahıya aid edilə bilər. Mart ayında, Novruz ərəfəsində daha çox turistlərin İrandan Rusiyadan gələcəyi gözlənilir. Bildiyiniz kimi, Novruz bayramı ərəfəsində 9 qeyri-iş günü müəyyən edilib. Bu çərçivədə turistlər üçün, eləcə yerli sakinlər üçün Novruz şənliklərinin festivallarının keçirilməsi planlaşdırılır”.

 

Müsahibim bəzi statistik rəqəmləri qeyd etdi: "2015-ci ilin  mart ayında prioritet hesab olunan 15 ölkədən Azərbaycana gələn turistlərin sayı 157 min 485 nəfər təşkil edib. 2016-cı ildə bu rəqəm 6,4 faiz artaraq, 167 min 616 nəfər müəyyən edilib. 2017-ci ilin proqnozlarına əsasən, təxminən bu rəqəmlərdə 15 faiz artım gözlənilir. Bu da 193 minə yaxın turistin ölkəmizə gəlişi deməkdir. Ötən ilin mart ayında İrandan ölkəmizə 31 min 114 turist gəlib. Bu il rəqəmin artacağı istisna edilmir. Təkcə İrandan təqribən 47 minə yaxın turistin gələcəyi gözlənilir. Məlumdur ki, turistlər yerləşməsinə, seçdiyi turizm məhsuluna marşrutuna görə fərqlənir. Ötən illərə nəzər salsaq, görərik ki, İrandan gələn turistlər mehmanxanalarla yanaşı, kirayə evlərdə qalıblar. Belə bir təcrübə artıq ölkəmizdə mövcuddur. İl ərzində ölkəyə gələn turistləri  mehmanxana infrastrukturu qane edir. Dövlət başçısı tərəfindən  qarşıya qoyulan tapşırıqlara uyğun olaraq, ölkəyə turistlərin cəlb olunması, sayının artırılması ilə bağlı Azərbaycan daxilində turizm infrastrukturunun genişləndirilməsinə, həm yeni turizm məhsulları yaradaraq, daha yaxşı formada turistlərə xidmət göstərməyə çalışacağıq”.

  

"Hotellərin menecmentlik işindən çox şey asılıdır

 

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov "Kaspi”yə bildirdi ki, Novruz bayramının gəlişi ilə əlaqədar turizm şirkətləri müxtəlif proqramlar tərtib edirlər: "Hesab edirəm ki, turistlər üçün belə proqramlar həm Bakı şəhərində, həm bölgələrdə hazırlanmalıdır. Bunun üçün müxtəlif nəqliyyat növləri, ekskursiyalar, proqramlar təşkil edilə bilər. İçərişəhər, Abşeron yarımadası, Qobustan, Atəşgah, Yanar dağ, Abşeron qalaları digər tarixi abidələrə ekskursiyalar təşkil edilir. Bununla yanaşı hər il olduğu kimi bu il turistlər üçün müxtəlif əyləncəli proqramlar mədəni tədbirlər keçiriləcək”.

 

M.Ağakərimov deyir ki,  bu il dənizkənarı bulvarda turistlərin ən çox olduğu yerlərdə əyləncəli tədbirlər təşkil olunacaq: "Bütün bunlar daha çox turistin ölkəmizə cəlb edilməsi üçün nəzərdə tutulub. Milli adət-ənənələrimizlə tanış olan turistlər öz ailəsi, yaxın dostları qohumları ilə yenidən buraya gəlmək istəyirlər. Artıq hotellərin mehmanxanaların demək olar ki, hamısı əvvəlcədən bronlaşdırılıb. Menecment işi yaxşı təşkil olunan hotellərdə  Novruz şənlikləri keçirilir bayramın atributları, Novruz şirniyyatları gələn qonaqlara təqdim olunur. Bütün bunlar hotellərin menecmentliyindən asılı olan bir şeydir. Turistlər üçün elə bir ab-hava yaradılmalıdır ki, onlar üçün yad olan bu bayramda doyunca əylənə bilsinlər”.

  

"Novruz xüsusi bir imkandır

 

"Luna Travel” Turizm Agentliyinin direktoru, hüquqşünas Rəhman Quliyev deyir ki,  əsas məqsədləri həmişə olduğu kimi bu il daha çox turistin ölkəmizə cəlb edilməsidir: "Ölkəmizə gələn turistlərin böyük əksəriyyətini ərəb ölkələrindən gələnlər təşkil edir. Bu baxımdan, hesab edirəm ki, Novruz xüsusi bir imkandır. Əgər  bayramdan sonra  turistlər Azərbaycandan yaxşı təəssüratla ayrılarsa, ölkəsində, kollektivində, sosial şəbəkələrdə Azərbaycan haqqında müsbət məqamlar paylaşacaqlar ki, bu da  bizim üçün çox vacibdir. Bu baxımdan da, biz əlimizdən gələni etməliyik ki, turistlərin marağını cəlb edə bilək. Bu kontekstdən yanaşdıqda, milli bayramımız olan Novruz yaxşı fürsət hesab oluna bilər. Çalışmalıyıq ki, bu il onlar üçün maraqlı tədbirlər həyata keçirək”.

 

Müsahibim deyir ki, Novruz simvolları, kosa, keçəl, tonqal milli şirniyyatlarımızı daha da geniş təbliğ etməliyik: "Necə ki, dünyada Braziliya deyiləndə ağıla karnaval gəlirsə, bizdə Novruz elə olmalıdır. Novruzun daha çeşidli adət-ənənələrini, oyunlarını daha rəngarəng təşkil edərək, turistlərin yaddaşında qalmasına səbəb olmalıyıq. Xüsusilə turistlərin daha çox cəmləşdiyi yerdə bayram atributlarını daha təntənəli şəkildə qeyd etməliyik. Həmçinin milli musiqimiz gələn qonaqlara təqdim olunmalıdır. Hesab edirəm ki, bu kimi məsələlər təkcə hotellərdə deyil, həmçinin paytaxtın küçələrində   nəzərə alınmalıdır. Hotellərdə bayram tədbirləri daha yüksək səviyyədə təşkil olunarsa, turistlərin daha çox marağını çəkə bilər. Yaxşı olardı ki, onlar üçün nəzərdə tutulan xüsusi bayram proqramları hazırlansın. Çünki elə turistlər var ki, onlar bayram ərəfəsində hoteldən kənara çıxmırlar. Yerlərdə, rayonlarda müvafiq icra orqanları bu işin təşkilinə öz dəstəyini verməlidir. Elə etməliyik ki, turist hər il Novruz bayramını Azərbaycanda keçirmək istəsin buraya gəldiyinə peşman olmasın. Bu baxımdan, dünya təcrübəsindən istifadə edilməlidir. Məsələn, qardaş ölkə Türkiyədə sərhədin bu başından o biri başına kimi turistik zona hesab olunur turist qəbul edilir. Artıq Türkiyəyə gələn turistlər  təkcə Antalya, Bodruma deyil, digər turistik yerləri ziyarət etməyə üstünlük verirlər. Bu canlı praktikadır biz bundan yararlanmalıyıq. Təkcə bir-iki məkanla kifayətlənməməli, bütün Azərbaycanı turistlər üçün maraqlı etməliyik. Novruz brendləşdirilməlidir ki, hər il bu bayramda turistlər başqa ölkələrə deyil, məhz Azərbaycana gəlsin”.

 

Şəbnəm Mehdizadə

Kaspi.-2017.-14 mart.-S.6.