Məhkəmə sistemində
Ali Məhkəmənin yeri
Məhkəmə hakimiyyətində Ali Məhkəmənin xüsusi yeri var. Ali Məhkəmə ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində önəmli saləhiyyətlərə malikdir. Bu qurum həm məhkəmə sisteminin fəaliyyətinə nəzarət edir, burada qanunvericiliyə uyğun işin təşkilini həyata keçirir, həm də aşağı və yuxarı instansiya məhkəmələrində verilən qərarlarla bağlı narazılıq yarandıqda onları yenidən mübahisələndirə bilir.
Azərbaycan Konstitusiyasının 131-ci maddəsinə əsasən Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır.
Ali Məhkəmə Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.
Onun tərkibinə Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədrləri və hakimləri daxildirlər. Ali Məhkəmə Plenumdan və kassasiya kollegiyasından ibarətdir. Ali Məhkəmədə mülki kollegiya, inzibati-iqtisadi kollegiya, cinayət kollegiyası və hərbi kollegiya təşkil edilir.
Ali Məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən olaraq müəyyənləşdirilir.
Qanunların düzgün tətbiq olunması, qanunvericiliyin təkmilləşdirilməsi və elmi təkliflərin hazırlanması məqsədilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurası fəaliyyət göstərir.
Ali Məhkəmənin plenumu da olur. Plenum ali orqan sayılır. O Ali Məhkəmənin qərarından
narazı olanların mübahisəli məsələlərinə
baxır. Plenum Ali Məhkəmənin sədrindən,
onun müavinindən,
kollegiya sədrlərindən
və hakimlərindən
ibarət tərkibdə
fəaliyyət göstərir.
Ali Məhkəmənin Plenumunun tərkibinə daxil olan şəxslərin
öz səlahiyyətləri
daxilində bərabər
hüquqları vardır.
Plenum Azərbaycan məhkəmələrində
qanunvericiliyin tətbiqinin
məhkəmə təcrübəsinə
dair məsələləri
üzrə məhkəmə
sədrlərinin məlumatlarını
dinləyir və ədalət mühakiməsinin
həyata keçirilməsi
vəziyyətinə dair
Ali Məhkəmə sədrinin,
onun müavininin və kollegiya sədrlərinin, apellyasiya
məhkəmələri sədrlərinin,
Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsi
sədrinin və digər ümumi və ixtisaslaşdırılmış
məhkəmə sədrlərinin
məlumatlarını dinləyir,
işlər üzrə
məhkəmə təcrübəsinin
ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili
barədə materiallara
baxır.
Plenum Ali Məhkəmə sədrinin
təklifinə əsasən
Ali Məhkəmənin hakimləri
sırasından məhkəmə
kollegiyalarını və
müvafiq məhkəmə
tərkiblərini təşkil
edir, Ali Məhkəmə
sədrinin təqdimatına
əsasən Ali Məhkəmə
yanında Elmi-məsləhət
şurasının Əsasnaməsini
və tərkibini təsdiq edir, Konstitusiya Məhkəməsinə
sorğu verir. Bunlardan başqa, Plenum Azərbaycan hakimlərinin
vəzifədən kənarlaşdırılması
barədə Azərbaycan
Prezidentinin sorğusuna
baxır və müvafiq rəyi sorğu verildikdən sonra 30 gün müddətində Azərbaycan
Prezidentinə təqdim
edir, məhkəmə
təcrübəsinə dair
məsələlər üzrə
məhkəmələrə izahlar verir, qanunla müəyyən edilən hallarda və qaydada Ali Məhkəmə sədrinin
təqdimatı, Azərbaycan
Baş prokurorunun protesti və ya müdafiə tərəfinin şikayəti
əsasında əlavə
kassasiya işlərinə
və yaxud hüquq və azadlıqların pozulması
ilə bağlı yeni hallar və
yeni açılmış
hallar üzrə işlərə baxır.
Həmçinin, Milli Məclisə qanunvericilik təşəbbüsü
ilə müraciət
etmək barədə
məsələlərə baxır və qərar qəbul edir, hakimlərin andını qəbul edir, qanunvericiliklə müəyyən edilən
hallarda Məhkəmə-Hüquq
Şurasının qərarlarından
verilən şikayətlərə
baxır.
Ali Məhkəmənin Plenumu
üç ayda bir dəfədən az olmayaraq
çağırılır. Ali Məhkəmənin sədri Ali Məhkəmənin
Plenumunun iclaslarına
sədrlik edir.
Ali Məhkəmənin Plenumunun iclaslarında apellyasiya məhkəmələrinin
sədrləri, Naxçıvan
Muxtar Respublikası
Ali Məhkəməsinin sədri,
Azərbaycan Respublikasının
Baş prokuroru və müvafiq icra hakimiyyəti orqanın rəhbəri iştirak edirlər. Ali Məhkəmənin Plenumunun
iclaslarında əlavə
kassasiya qaydasında və ya hüquq
və azadlıqların
pozulması ilə bağlı yeni hallar və yeni açılmış
hallar üzrə işlərin baxılmasında
müdafiə tərəfin
iştirakı təmin
edilir. Plenumunun iclaslarına digər
şəxslər də
dəvət oluna bilərlər.
Ali Məhkəmənin Plenumunun
çağırılması vaxtı və müzakirə çıxarılan
məsələlər barədə
Plenumun üzvlərinə
və Plenumda iştirak edən digər şəxslərə
Plenuma ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur.
Plenumu üzvlərinin
üçdə iki hissəsi iştirak etdikdə Plenumun iclası səlahiyyətli
sayılır.
Ali Məhkəmənin Plenumunun qərarları açıq səsvermə
yolu ilə səsvermədə iştirak
edənlərin səs
çoxluğu ilə
qəbul olunur. Ali Məhkəmənin Plenumunun
üzvləri məhkəmə
işləri üzrə
səsvermədə bitərəf
qala bilməzlər.
Plenuma sədrlik
edən başqa hakimlərlə yanaşı
səsvermədə iştirak
edir və axırıncı səs verir.
Ali Məhkəmənin Plenumunun işində iştirak edən digər şəxslər,
həmçinin Ali Məhkəmənin
sədri məhkəmə
qərarlarından əlavə
kassasiya qaydasında və yeni açılmış
hallara görə Ali Məhkəmənin Plenumuna
verdiyi təqdimatlarla əlaqədar baxılan işlər üzrə səsvermədə iştirak
etmirlər. Plenum baxılan
məsələlər üzrə
qərarlar qəbul edir. Plenumun qərarlarını və iclas protokollarını
iclasa sədrlik edən imzalayır.
Ali Məhkəmənin Plenumu məhkəmə kollegiyalarında işlərə
baxılması üçün
hər biri 3 hakimdən ibarət olan məhkəmə tərkibləri fəaliyyət
göstərir. Mülki kollegiyada kollegiya sədrindən və on yeddi hakimdən ibarət altı məhkəmə tərkibi,
inzibati-iqtisadi kollegiyada
kollegiya sədrindən
və doqquz hakimdən ibarət üç məhkəmə
tərkibi, cinayət kollegiyasında - kollegiya sədrindən və altı hakimdən ibarət iki məhkəmə tərkibi,
hərbi kollegiyada - kollegiya sədrindən və üç hakimdən ibarət bir məhkəmə tərkibi müəyyən
edilib.
Qanunvericiliyə görə, məhkumun vəziyyətini ağırlaşdıran
əsaslara görə
məhkəmə qərarları,
bəraət hökmü,
bəraətverici əsaslarla
cinayət işinin icraatına xitam verilməsi haqqında məhkəmə qərarları
səsvermədə iştirak
edən Plenum iştirakçılarının
üçdə iki səs çoxluğu ilə ləğv edilə bilər.
Ali Məhkəmədə kollegiya da fəaliyyət
göstərir. Kollegiyada apellyasiya məhkəmələrinin
baxdığı işlərə
dair qərarlardan verilən kassasiya şikayətləri və
kassasiya protestləri üzrə işlərə,
Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin
baxdığı işlərə
dair qərarlardan verilən kassasiya şikayətləri və
kassasiya protestləri üzrə işlərə,
qanunla müəyyən
edilən hallarda digər ümumi və ixtisaslaşdırılmış
məhkəmələrinin baxdığı işlərə
dair qərarlardan verilən kassasiya şikayətləri və
kassasiya protestləri üzrə işlərə
baxır.
Kollegiya qanunla müəyyən edilən qaydada və hallarda Ali Məhkəmə sədrinin
kassasiya qaydasında verdiyi təqdimatlar üzrə işlərə
də baxır.
Aparılan bölgüyə əsasən
Ali Məhkəmənin məhkəmə
kollegiyalarında ədalət
mühakiməsi işlərə
(materiallara) qanunvericilikdə
nəzərdə tutulan
qaydada və hədlərdə kassasiya
qaydasında baxılmaqla
həyata keçirilir. Ali Məhkəmənin
Mülki və İnzibati-İqtisadi Kollegiyalarında
apellyasiya instansiyası
məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının
qətnamə və qərardadlarından verilən
kassasiya şikayətinə
və dövlət mənafeyinin müdafiəsi
məqsədi ilə iddia qaldırmış prokurorun kassasiya protestinə, həmçinin
işdə iştirak
etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən
apellyasiya instansiyası
məhkəmələrinin inzibati-iqtisadi mübahisələrə
dair işlər üzrə məhkəmə
kollegiyalarının qətnamə
və qərardadlarından
Ali Məhkəmənin sədrinin
verdiyi təqdimata baxılır.
Ali Məhkəmənin Cinayət və Hərbi Kollegiyalarında apellyasiya instansiyası məhkəmələrinin cinayət
kollegiyalarının çıxardıqları
hökm və qərarlardan verilən kassasiya şikayətinə
və ya kassasiya protestinə, həmçinin işdə
iştirak etməyə
cəlb olunmayan, lakin apellyasiya instansiyası məhkəməsinin
cinayət kollegiyasının
hökm və ya digər yekun
aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə
əsasən Ali Məhkəmənin
sədrinin verdiyi təqdimata baxılır.
Ali Məhkəmənin Plenumunda işlərə qanunla müəyyən edilən hallarda və qaydada Ali Məhkəmə sədrinin
təqdimatı, Azərbaycan
Respublikası Baş Prokurorunun protesti və ya müdafiə
tərəfin şikayəti
əsasında əlavə
kassasiya qaydasında və ya qanuni
qüvvəyə minmiş
məhkəmə aktlarına
hüquq və azadlıqların pozulması
ilə bağlı yeni hallar və
yeni açılan hallar üzrə icraat qaydasında yenidən baxılır.
Ali Məhkəmənin məlumatına əsasən,
2015-ci ildə Ali Məhkəmənin
məhkəmə kollegiyalarında
və Plenumun icraatında cəmi 11095 işə baxılıb. Onlardan cinayət kollegiyasında
2609 nəfər haqqında
2307 iş, hərbi kollegiyada 175 nəfər haqqında 154 iş, mülki kollegiyada 6314 iş, inzibati-iqtisadi kollegiyada 1885 iş, inzibati-iqtisadi kollegiyada 423
iş, Plenumda isə 12 iş olub. 2015-ci ildə Ali Məhkəmənin məhkəmə
kollegiyalarında və
Plenumun icraatında olan 11095 işdən cəmi 9404 işə, yəni 84,8 faizinə baxılıb. 2014-cü illə
müqayisədə 2015-ci ildə
baxılan işlərin
sayı 736 iş və ya 8,5
faiz artıb.
Ali Məhkəmənin hakimlərinin sayı Azərbaycan Prezidenti tərəfindən müəyyən edilir və onlar bu vəzifəyə Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin edilir. Ali Məhkəmə sədrdən, məhkəmə kollegiyalarının sədrlərindən və hakimlərindən - cəmi 40 hakimdən ibarət tərkibdə fəalliyyət göstərir.
Vasif CƏFƏROV
Ekspress.-2017.-15 mart.-S.10.