“Favoritimiz
Azərbaycan təmsilçisi
Diana Hacıyevadır”
Azər Süleymanlı: “Ekstravaqant
və eksperimental musiqiçimiz Kiyevdə hər kəsi heyran etməyi bacarıb”
Bu gün "Eurovision 2017” mahnı müsabiqəsinin
yarımfinal mərhələsi
keçiriləcək. Musiqi həvəskarlarının
diqqəti Ukraynanın
paytaxtı Kiyevə yönələcək. Sözügedən yarışmada 43 ölkə,
o cümlədən Azərbaycan
da iştirak edir. Azərbaycanı istedadlı ifaçı
Diana Hacıyeva "Skeletons” (Skeletlər) mahnısı
ilə təmsil edəcək. İlk yarımfinalda
8-ci çıxış edəcək
iştirakçımızın performansı dünya mediası tərəfindən
yüksək qiymətləndirilir.
D.Hacıyeva caz musiqiçisi,
"Bəri bax” kollektivinin solistidir.
O, 1989-cu ildə Bakı
şəhərində anadan
olub. Hazırda Bakı Caz Mərkəzində çalışır.
2010-cu ildə Diana Hacıyeva "Eurovision” mahnı
müsabiqəsində Azərbaycanı
təmsil etmək üçün milli seçimlərə qatılıb.
Təsnifatı keçən Diana 77 iştirakçının yer
aldığı yarımfinallarda
altıncı yerdə
qərarlaşıb. 2011-ci
ildə onun "Find
Yourself” adlı klipi çəkilib. Məlumat üçün
bildirək ki, uzun müddətdir səbirsizliklə gözlədiyimiz
"Eurovision 2017” musiqi yarışmasının
final gecəsi mayın
13-də baş tutacaq.
Musiqi yarışmasına
ev sahibliyi
edən Kiyev mətbuatında bildirilir ki, həmin gecə tamaşaçıları
böyük sürprizlər
gözləyəcək, onlar
bu gecəni uzun müddət yaddaşlarından silə
bilməyəcəklər. İctimai Televiziya və Radio Yayımları
Şirkətinin
(İTV) tanınmış aparıcısı Azər
Süleymanlı "Eurovision 2017” canlı verilişinin şərhçisi olacaq.
Hazırda Kiyevdə olan
aparıcı Azərbaycan
nümayəndə heyəti
ilə birlikdə ölkəmizin Ukraynadakı
səfirliyində olub.
Artıq
ikinci dəfədir ki, "Eurovision” müsabiqəsi
zamanı şərhçi
olan aparıcı ölkə xaricində olsa da, "Kaspi”nin suallarını cavablandırdı. Gərgin
iş prosesinin getdiyini deyən Azər Süleymanlı təmsilçimizin rəğbətlə
qarşılandığını və bizim təqdim
etdiyimiz performansa böyük marağın
olduğunu bildirdi.
- Azər bəy, artıq "Eurovisin 2017” həyəcanı
başlayıb. Özünüzü
bu həyəcana köklənmiş hiss edirsinizmi?
- Bir şərhçi olaraq yarışmanın həyəcanına qapılmaqdan
daha çox çalışıram ki,
müsabiqənin mənzərəsini
əvvəlcə özüm
üçün müəyyən
edim. Çünki tamaşaçılara mənim şəxsi təəssüratlarım yox,
şou haqqında dolğun və obyektiv informasiya lazımdır. Ona görə
də mən bu müddət ərzində iştirakçılar
və media nümayəndələri
ilə yaxından ünsiyyəti daha vacib hesab edirəm.
- Siz bu yarışmanın Azərbaycandakı şərhçisisiniz.
Bizə də məlumdur ki, bu çox çətin
və eyni zamanda məsuliyyətli bir işdir. Maraqlıdır, bu yarışı
təqdim etmək üçün aparıcıdan
hansı keyfiyyətlər
tələb edilir?
- Öncə musiqini, mədəniyyəti sevmək
mütləqdir. Yarışın ruhunu duymadan, müxtəlif ölkələrin
musiqi mədəniyyətini
anlamadan mikrofon önünə keçmək
çətin olar.
Hesab edirəm ki, şərhçi bir növ araşdırmaçı
olmalıdır. O, arenada
baş verənləri
tamaşaçısına çatdırmaqla yanaşı,
eyni zamanda şounun 62 illik tarixini də bilməlidir, ona yaxından bələd olmalıdır. Onu da unutmamalıyıq
ki, hər bir ölkə təmsilçisinin özünün
də bir hekayəsi var və bütün bunlardan şərhçi
maksimum məlumatlı
olmalıdır.
- Artıq Kiyevdəsiniz. Orada "Eurovision”la bağlı
əhval necədir?
- Bu şou dünyanın ən çox tamaşaçısı, fanatları
olan bir tədbirdir. Onlar həmin sevgi
və hərarətlə
bu müsabiqənin ardınca gedirlər.
Bu il də
Kievdə "Eurovision” fanları
bu coşqunu yarada biliblər.
- Bizim nümayəndə heyətinə
münasibət hansı
səviyyədədir? Oradakı mütəxəssislərin
bizim çıxışımız
haqqında rəyləri
necədir?
- Azərbaycan hər il müsabiqəyə
maraqlı çıxışlar
təqdim edir. Ekstravaqant və eksperimental musiqiçi olan Diana Hacıyeva demək olar ki, hər
kəsi heyran etməyi bacarıb. Şounun məşqlərində, eləcə
də paytaxt Kiyevin müxtəlif məkanlarında çıxış
edərkən alqışlardan
bunu sezmək çətin deyil. Təmsilçimiz həm də
müxtəlif media nümayəndələrinin
marağındadır. Müsabiqə ekspertləri təmsilçimizi
yarışmanın əsas
favoritlərindən hesab
edirlər.
- Bu il
"Eurovision” da nələri
görəcəyik? Hansı fərqliliklər
olacaq?
- Bu şounun elə bir eyforiyası var ki, onu
sözlə ifadə etmək yox, gözlərinlə görüb
hiss etmək lazımdır.
Ona görə təklif edərdim ki, hər şeydən agah olmaq üçün
bu gün ekran qarşısında əyləşib baş verənləri özünüz
müşahidə edəsiniz.
O zaman siz hər şeyin şahidi olacaqsınız.
- Siz bir dinləyici kimi hansı ölkənin ifaçısını
favorit hesab edirsiniz?
- Biz əsas diqqətimizi öz təmsilçimizin
çıxışına yönəltmişik. Amma təbii
ki, bu böyük
müsabiqədə iştirak
edən bütün mahnıları dinləmişəm.
Hər bir mahnı haqqında özümə
görə təsəvvürüm
var. bütün bunlara
rəğmən, bizim
bir favoritimiz var. O da Azərbaycan təmsilçisi Diana Hacıyevadır.
- Biz sizi İTV-də yayımlanan "Yeni gün” verilişinin aparıcısı
kimi izləməyə
adət etmişik. Bu verilişə davam
edəcəksinizmi?
- Əlbəttə ki,
"Yeni gün”lərin
birində mən də sizin görüşünüzə
gələcəyəm.
Xəyalə Rəis
Kaspi.-2017.-9-10 may.-S.12.