Mənim ilk kitabım
Mirmehdi Ağaoğlu: “İlk
kitab müəllifi üçün üz qabığı böyük
əhəmiyyət daşıyır”
Artkaspi.az "Yazarın ilk kitabı” adlı yeni layihəyə start verib. Layihənin məqsədi
yazıçıların ilk kitabı haqqında, onun çapı barədə xatirələrini
danışması, hələ
kitabları nəşr
edilməyən yazarlarla
təcrübələrini bölüşmələridir.
Budəfəki qonağımız gənc yazıçı
Mirmehdi Ağaoğludur.
– İlk
kitabınızın çap
olunması ideyası haradan qaynaqlandı?
– Məncə, burada elə böyük ideya axtarmaq lazım deyil. Hər bir qələm sahibi həm yazdıqlarının geniş
oxuculara çatmasını,
həm tanınmağı,
həm də yazdığının qalıcı
olmağını istəyir.
Yəqin
ki, elə mən də bu niyyətlə kitabımı çap etmək istəyirdim.
Bunun üçün də artıq əlimdə
"bir kitablıq” əsər vardı –
"Görüş” adlı
romanımı yazıb
bitirmişdim.
– Kitabın çap olunması zamanı hansı çətinliklərlə üzləşdiniz?
– O illər kitaba marağın sıfırın
həndəvərində olduğu
dövrlər idi. Bir tərəfdən demək
olar, kitab oxuyan yox idi,
digər tərəfdən
öz hesabına kitab çap edən nəşriyyat tapmaq mümkünsüz idi. İndi nisbətən yaxşıdır.
Müəyyən şərtlərlə
kitabını çap
etmək istəyən
nəşriyyatlar var. O vaxt
isə gərək haradansa pul tapıb
kitabı öz hesabına çap edəydin, ondan sonra da kitab
mağazalarını gəzib
xahiş-minnət edəydin
ki, kitabımı sat.
Onu da alan olacaqdı, ya yox, hələ
bilinmirdi. Nə yalan deyim, o
qədər vəsaitim
yox idi ki,
kitabı öz hesabıma çap edim. Buna görə
də oturub gözləyirdim, nə vaxt imkan yaranar,
çap edərəm.
Gərək haqq itirməyəsən, Şahbaz
Xuduoğlu kitab çapı sahəsində
buzların qırılmasında
çox iş gördü. Nəşriyyatın hesabına yazıçıların
kitablarını çap
etməyə başladı.
O vaxt "Ən yeni ədəbiyyat” seriyasından müxtəlif
müəlliflərin kitablarını
çıxardı. Şahbaz bəyin
bu layihəsi məni də həvəsləndirdi. Romanı ona
göndərdim, oxuyub
bəyəndi. Ancaq mənim
kitabımı o seriyadan
çap etmək alınmırdı, çünki
orada əvvəllər
kitabları çıxmış
müəlliflər çap
olunurdu. Deyəsən,
buna görə də Şahbaz yeni bir seriya
buraxdı: "Birinci
kitab”. Həmən seriyadan çıxan
ilk kitab da "Görüş” oldu.
2011-ci ildə çap olundu. Növbəti kitabım, "Küləyi
dişləyən” isə
"Ən yeni ədəbiyyat” seriyasından
çıxdı.
– Kitabın üz qabığı, tərtibat işlərində
çətinliyiniz oldumu?
– Kitabın adını Şahbaz bəy müəyyənləşdirdi. Mən "Görüş kafesi” adını təklif etmişdim. Çünki romanın adı
da belə idi. Ancaq Şahbaz bəy razılaşmadı, dedi yazıçının oxucularla
ilk görüşünü simvolu kimi qoy
adı "Görüş”
olsun. Mən də razılaşdım.
Əslində, kitabın çap
prosesi elə bu cür olmalıdır,
nəşriyyatın dediyinə
əməl etməlisən.
Bəzi ölkələrdə nəşriyyatlar
əsərə belə
müdaxilə edirlər,
müəllifdən əsərdə
əlavə və çıxarış eləməyi
tələb edirlər.
Müəllif də nəşriyyatın
təklifinə əməl
etməyə borcludur.
Düzdür, müəllifin hər
hansı bir tövsiyə ilə çıxış etməsi
məqbuldur, ancaq bütün hallarda işi nəşriyyatın
öhdəliyinə buraxmaq
lazımdır. Nəşriyyat kitabın şriftindən
tutmuş, üz qabığına qədər,
kitabın mağazalara
verilmə tarixinə qədər hamısını
özü müəyyənləşdirir,
bunu qabaqcadan hazırlanmış marketinq
planı əsasında
təşkil edir.
Sən yazıçısan, kitabı
yazıb bitirdinmi, çəkil dur kənarda qoy nəşriyyat necə bilir elə də etsin. Sonrakı kitablarımın üz qabığının seçilməsində
yaxından iştirak etmişəm, ancaq "Görüş”də belə
olmadı. Kitabın tərtibini
də, üz qabığının seçimini
də "Qanun” nəşriyyatı öz
üzərinə götürdü.
Üz qabığında dan yeri sökülən vaxtı dəniz kənarında oturmuş kepkalı oğlanla bir qız təsvir
olunmuşdu. Şəkil haradasa
əsərin süjetinə
uyğun idi. O vaxtlar mənim kepkalı bir şəklim yayılmışdı,
yazılarım o şəkillə
çıxırdı. Bir
dostum kitabı görüb dedi ki, elə bil
üz qabığındakı
oğlan özünsən,
çünki səni
çoxları o kepkalı
şəklinlə tanıyır.
Kitab haqqında yazdığı
yazıda da bunu qeyd etmişdi.
Maraqlı bir şeyi də deyim. Kitabın arxasında mənim şəklim verilib.
O şəkli yazıçı-fotoqraf
Orxan Eyp çəkmişdi, ancaq səhvim ucbatından Elmin Həsənlinin adı ilə getmişdi.
– İlk
kitabınızın oxucu
auditoriyası barədə
nə deyə bilərsiniz?
– Mənə elə gəlir ki, "Görüş” layiqincə
qiymətləndirilmədi. Bilmirəm
"Küləyi dişləyən”
ondan qısa müddət sonra çıxıb diqqəti
öz üzərində
cəmlədi, ya nə idisə, "Görüş” tez unuduldu. Ancaq arabir "Görüş”
tərifləyənləri, hətta onu digər əsərlərimdən
üstün tutanları
görəndə sevinirəm,
onlarla həmfikir olduğumu bildirirəm.
Özüm də bu cür düşünürəm
ki, "Görüş”də
peşəkar roman strukturu
var. Ola bilsin, cavan, səriştəsiz olmuşam,
istədiklərimi tam gerçəkləşdirə
bilməmişəm. Bununla
belə deyim ki, "Görüş”,
"Anan Karenina”, "Qara kitab”
havasıyla yazılıb.
Sonralar kitabı təzədən
oxuyanda buna bir daha şahid
oldum.
– İlk
kitabının çapı
hazırlığında olanlara
məsləhətiniz nədir?
–Mən bir neçə
il əvvəl
İstanbul Kitab Sərgisində olanda bir nəşriyyat görmüşdüm. Əgər
yanılmıramsa adı
belə idi: "Yaş 19”. Nəşriyyat gənc müəlliflər
sahəsində ixtisaslaşmışdı,
yeniyetmə və gənclərin kitablarını
çap edirdi. Təəssüf ki, bizim ölkədə belə bir nəşriyyatın olması mümkün deyil. Bunun üçün ölkə əhalisinin sayının da böyük əhəmiyyəti
var. Bununla belə nəşriyyatlar gənclərin
kitablarının çapı
üzrə müxtəlif
layihələrə hazırlaya,
gənc müəlliflərin
kitablarını sistemli
şəkildə çap
edə bilərlər.
Onda gənclər də həvəslənərlər, ədəbiyyatımız
inkişaf edər.
Tövsiyəm budur ki, "mənim də kitabım olsun” deyibən tələskənlik
etməsinlər. Hər şeyi ölçüb-biçsinlər.
Əgər nəşriyyat kitabın
tərtibatı öhdəliklərini
öz üzərinə
götürmürsə dünya
təcrübəsinə əsaslansınlar.
Allaha şükür, internet əlimizin
altındadır, axtarıb
öyrənsinlər, görsünlər
müasir dövrdə
kitabların üz qabığı necə olur? Ola bilsin kitabının üz qabığının necəliyinin
Orxan Pamuk, Haruki Murakami kimi müəlliflər üçün
elə də əhəmiyyəti yoxdur,
çünki onların
imzaları artıq hər şeyi deyir, ancaq ilk kitab müəllifi üçün üz qabığı böyük
əhəmiyyət daşıyır.
Kitabın "Tovarnıy vid”i,
rəfdəki görüntüsü
çox vacibdir.
Təəssüf ki, bizdə
üz qabığı
məsələlərinə həssas yanaşılmır,
kitab var üz qabığından
deyir ki, "məni oxuma”.
Ancaq üz qabığına çox da aludə olmayın, bütün hallarda ən vacib olan kitabın içidir (gülür). Bunu unutmayın.
Hazırladı: Aytac Quliyeva
Kaspi.-2017.-11-13 noyabr.-S.18.