Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici iqtisadi-ticarət əlaqələri

 

 

Müsəlman Şərqində ilk demokratik dövlət quruluşunu yaratmış  Azərbaycan Xalq Cümhuriyyətinin ( 1918-1920) 100 illik yubileyi  respublikamızda  dövlət səviyyəsində  geniş qeyd  ediləcəkdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Azərbaycan Xalq  Cümhuriyyətinin 100  illik yubileyi haqqında 16 may 2017-ci il tarixdə imzaladığı  sərəncamda  milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə  həsr olunmuş  tədbirlər  planının  hazırlanaraq   həyata  keçirilməsi  yubileyin  respublikada dövlət səviyyəsində geniş  qeyd   edilməsi müvafiq dövlət qurumları qarşısında bir  tapşırıq olaraq  qoyulmuşdur.

 

1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk demokratik və yeganə par­la­men­tli respublika  olan  Azərbaycan  Xalq Cümhuriyyəti yaradıldı. Keçmiş Rusiya imperiyasının dağıntıları içərisindən yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Avropa tərəfindən tanınmış yeganə türk respublikası kimi tarixə daxil oldu. Cümhuriyyətin yaranması və onun fəaliyyəti xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun intişarına böyük təsir göstərmişdir. Həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli  təhsil, ordu   quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici  iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində ilk mühüm müstəqil addımlar atılmışdır. Xalqımızın çoxəsrlik tarixinin hər bir səhifəsinə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti tarixinə böyük hörmət və ehtiramla yanaşaraq, həmin  dövrdə ölkəmizdə milli iqtisadiyyatın və xarici iqtisadi-ticarət əlaqələrinin  yaradılması istiqamətində atılmış ilk müstəqil addımlar haqqında arxiv sənəd və materialları və digər tarixi mənbələr əsasında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə  çatdırıram.

 

XIX-XX əsrin əvvəllərində  Azərbaycan  Rusiya İmperiyasının tərkib hissəsi olduğundan  onun  iqtisadi həyatı bilavasitə Rusiya  ilə sıx bağlı idi. Digər qonşu ölkələrdə  sənaye  inkişaf  etmədiyindən,  Azərbaycan  ehtiyac duyduğu sənaye və  fabrik məmulatlarını  əsasən  Rusiyadan əldə edirdi. Lakin həmin dövrdə çarizmin  Rusiya imperiyası ərazisində yürütdüyü  mürtəce hakim  millətçilik  siyasətinin  təsiri altında böyüməkdə olan  rus sənaye kapitalı  bütün Cənubi Qafqaza, o cümlədən  Azərbaycana öz  sənayesini yaymağainkişaf etdirməyə ixtiyarı olmayan, Rusiyaya  özünün müxtəlif növ xammalını  göndərərək, oradan  fabrik məmulatlarını idxal etməyə  möhtac qalan bir müstəmləkə kimi  baxırdı. 1918-ci il mayın 28-də Azərbaycan  Milli Şurasının qəbul  etdiyi  İstiqlal Bəyannaməsi  xalqımızın müstəqillik  əzmini  nümayiş  etdirdi. Cümhuriyyət hökuməti   dövrün  çətinliklərinə baxmayaraq,  ölkənin sosial-iqtisadi inkişafı  xarici-iqtisadi ticarət əlaqələri yaradılması istiqamətində  mühüm addımlar  atdı. Yeri gəlmişkən, qeyd edık ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycandan Rusiyaya əsasən neftneft  məhsulları, həmçinin pambıq, balıq, düyü, şərab, meyvə, xam  ipək, gön-dəri, xalças. göndərilir, oradan  isə taxıl, kartof, çay, qənd, bitki  yağları, manufaktura  malları, dəmir,  tikinti  materialları, sement, kimyəvi  mallar  gətirilirdi. Rusiya ilə əmtəə mübadiləsi  başlıca olaraq Vladiqafqaz dəmir yolu vasitəsilə həyata keçirilirdi. Neftneft məhsulları isə əsasən dənizlə  Həştərxana  daşınırdı. Məsələn,  1916-cı ildə Bakı rayonundan  aparılan  ümumi həcmi 408,8 mln.pud olan neft  məhsullarının 366,4 mln. pudu Xəzər dənizi vasitəsilə daşınmışdır ki, bu  da Xəzər  dənizi  vasitəsilə daşınan bütün əmtəə mallarının 89,6%-ni təşkil etmişdir.  Azərbaycandan  Rusiyaya kənd təsərrüfatı məhsulları  da əsasən dənizlə və dəmir yolu vasitəsilə daşınırdı. Azərbaycanı Rusiya    digər xarici  ölkələrlə əlaqələndirən  əsas  yol-nəqliyyat  xətləri, Qara və Xəzər dənizləri, Vladiqafqaz    Zaqafqaziya  dəmiryolları, eləcə də Volqa  çayının  su-nəqliyyat  xətti  olmuşdur. Qışda Volqa çayında naviqasiya  dayandırıldıqdan  sonra isə  Volqa çayının su-nəqliyyat  xəttini Vladiqafqaz  dəmir  yolu xətti əvəz edirdi. Azərbaycan  Rusiya və Qərbi Avropa ölkələri ilə əlaqəni  Qara dəniz vasitəsilə (əsasən BatumPoti  vasitəsilə) yarada  bilirdi. Zaqafqaziya dəmiryolu xətti Qara və Xəzər dənizlərini əlaqələndirməklə yanaşı,  Vladiqafqaz dəmir yolu ilə də qovuşaraq fasiləsiz dəmir yolu xətti yaradırdı. Zaqafqaziya dəmiryolu xətti özünun  yolayrıcıları - Culfa-Təbriz  vasitəsilə  İranla, Gümrü-Sarıqamış vasitəsilə isə Türkiyə ilə  əmtəə  mübadiləsini  mümkün  edirdi. Beləliklə,  Azərbaycan  Şərqlə, eləcə də Şərqin Qərblə  ticarət  əlaqələrində  böyük  tranzit yolu rolunu oynayırdı. 1917-ci il oktyabrın 25-də Rusiyada mərkəzi hakimiyyət bolşeviklər tərəfindən ələ keçirildikdən sonra bu ölkəni vətəndaş müharibəsinin dəhşətli alovu bürüdü. Bəşəriyyət tarixində misli görünməmiş həmin anarxiya keçmiş Rusiya imperiyasının bütün hissələrini  əhatə etməyə  başladı. Hadisələrin bu  cür inkişafı  nəticəsində Rusiya imperiyasının tərkibinə  daxil edilmiş milli regionlar öz xalqlarını  və ərazilərini hərc-mərclikdən qorumaqdan ötrü bir-birinin ardınca öz müstəqilliyini elan etdilər. Bütün  İmperiya ərazilərində cərəyan edən hadisələr mərkəzlə ucqar regionlar arasındakı əlaqələrin pozulmasına və nəticə etibarilə Rusiya  imperiyasının dağılmasına gətirib çıxartdı. 1917-ci ilin oktyabrında baş vermiş siyasi dəyişikliklərdən sonra isə Rusiya ilə yeni  əlaqələrin, o cümlədən iqtisadi-ticarət əlaqələrinin yaradılmasında bir çox  problemlər yarandı ki, onlardan da  ən  başlıcası Rusiyanın  heç bir  guşəsində  vahid  Rusiya  hökuməti sayıla biləcək   dövlət  qurumunun  yoxluğu  sayılırdı. Yaranmış son dərəcə  mürəkkəb  siyasi  vəziyyət  yeni  iqtisadi əlaqələrin  qurulmasını mümkünsüz edirdi. Lakin müstəqillik yolunda ilk  addımlarını atmaqda olan Cümhuriyyət  hökuməti  dövrün mürəkkəb problemləri ilə əhatə olunmasına baxmayaraq, ölkədə iqtisadi vəziyyətin  yaxşılaşdırılması istiqamətində lazımi  tədbirlərin  həyata  keçiriləcəyinə söz verərək, müvafiq addımlar atmağa çalışırdı.  Azərbaycan Respublikası Ərzaq  Nazirliyinin müvəkkili V.Smirnov 19 yanvar 1919-cu il tarixli "Azərbaycan” qəzetində  dərc olunmuş  müsahibəsində  qeyd  edirdi: ” Hazırkı mürəkkəb vəziyyətdən yeganə çıxış yolu əmtəə mübadiləsi üçün normal şəraitin yaradılmasıdır. Ərzaq Nazirliyi digər  ölkə və vilayətlərdən ərzağın alınması və tədarükü üçün öz nümayəndə və müvəkkillərini UkraynayaKubana göndərməyi qərara almışdır. Ərzaq Nazirliyinin müvəkkilləri yerli ərzaq təşkilatları, kooperasiyalar ilə, həmçinin ayrı-ayrı şəxslərlə əmtəə mübadiləsinin yaradılması haqqında danışıqların aparılması üçün Şimali Qafqaza, Qara dəniz quberniyalarına və Kuban vilayətinə  ezam  edilmişdilər. Öz növbəsində,  həmin vilayətlərin  nümayəndələri də özlərinə lazım olan məhsulları əldə etmək üçün Azərbaycana gəlirdilər. Həmin  ölkə və vilayətlərlə Azərbaycan arasında qənaətbəxş münasibətlərin  yaradılması mümkün olmuşdur. Müstəqilliyin ilk aylarından etibarən Azərbaycan Respublikasının ərzaq  təhlükəsizliyinin  qorunması, onun qonşu ölkə və vilayətlərlə həyata keçirdiyi əmtəə mübadiləsini  nizamlı surətdə təşkil etmək üçün Cümhuriyyət hökuməti tərəfindən bir sıra mühüm qərarlar qəbul edilmişdir. Belə ki, hökumətin 19 iyun 1918-ci il tarixli qərarı ilə Ərzaq Nazirliyinə tapşırılırdı ki, gündəlik tələbat mallarının və mal-qaranın ixracına qadağa qoyulması  haqqında təcili  olaraq qərar  dərc  etsin. Hökumətin  22  iyun  1918-ci  il  tarixli  qərarı  ilə   xarici  ölkələrə  şərab və digər ərzaq  məhsullarının, 27 iyun 1918-ci il tarixli qərarla ilə isə xaricə pambıq, ipək, yun, metal, mal-qara, çörək və digər  məhsulların ixrac  edilməsi qadağan olundu. Hökumətin  1918-ci il   iyunun 22-də qəbul  etdiyi digər qərarla xaricə ərzaq  məhsullarının ixrac edilməsinin  qarşısını  almaq  məqsədilə,  Poylu  stansiyasında sərhəd postu təsis edildi.

 

Xarici ölkə və vilayətlərlə əmtəə  mübadiləsini nizamlı  şəkildə  həyata keçirməkdən ötrü müvafiq qurumun yaradılmasına  böyük ehtiyac duyulurdu. Bu məqsədlə  hökumətin 23  iyun 1918-ci il tarixli qərarı ilə əmtəə mübadiləsi  bürosunun təşkil edilməsi ticarət və sənaye  nazirinə tapşırıldı.

 

Beləliklə, digər ölkə və regionlarla əmtəə mübadiləsinin təşkili, əmtəə mübadiləsinin  norma  qaydalarının  müəyyən edilməsi  üzrə müvafiq qərarların qəbul edilməsi  üzrə Azərbaycan Respublikasının Ticarət və Sənaye  Nazirliyi  nəzdində " Xarici  dövlət  qonşu vilayətlərlə əmtəə mübadiləsi komitəsi” təsis edildi. "Əmtəə Mübadiləsi Komitəsi” haqqında əsasnamə Hökumətin 12  fevral 1919-cu il tarixli  qərarı  ilə  təsdiq  edildi. Həmin  Komitə idarələrarası məşvərətçi, ayrı-ayrı hallarda isə  sərəncamverici  orqan kimi yaradılmışdır. Azərbaycana  lazım  olan  malların  xarici  ölkələrdən və  qonşu vilayətlərdən  idxal edilməsi,  neft  neft məhsullarının  isə həmin ölkə və vilayətlərə ixracına dair məsələlərlə ” Əmtəə mübadiləsi komitəsi”  məşğul olurdu. Komitədə əmtəə  mallarının Azərbaycandan ixracı və   Azərbaycana idxalı ilə bağlı  ərizələrə baxılır və müvafiq qərarlar qəbul edilirdi. "Əmtəə  mübadiləsi  üzrə komitə”nin  tərkibinə bir sıra hökumət    ictimai  təşkilatların nümayəndələri, o cümlədən  Ticarət, Sənaye və Ərzaq Nazirliyi; Maliyyə  Nazirliyi; Əkinçilik    Dövlət  Əmlakı; Rabitə Yolları; Dövlət  Nəzarəti  Nazirliklərinin, eləcə də  Neft  Sənayeçilərinin  Qurultay  Şurasının    Bakı  Şəhər  İdarəsinin nümayəndələri də daxil  edilmişdir. Əmtəə  mallarının   dəmiryolu  vasitəsilə  daşınması  haqqında  məsələlər  müzakirə  edilərkən,  bu Komitənin  iclasına   dəmiryolu  daşınmaları  bürosunun  sədri    dəvət  olunurdu. Arxiv  sənədləri  təsdiq edir ki, həmin dövrdə fəaliyyətdə olan bir çox təşkilatlar  Əmtəə  Mübadiləsi   Komitəsinin  yaradılmasını  böyük  rəğbətlə qarşılamışdır. 

 

Xarici ölkələrə əmtəə mallarının ixrac edilməsi üzrə qaydalar işlənib hazırlanaraq  Azərbaycan Respublikasının Ticarət və Sənaye  Nazirliyinin  16  mart  1919-cu il tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin qaydalara uyğun olaraq xaricə ixrac  olunan  əmtəə malların  siyahısı  tərtib  edilmişdi. Siyahıda  ixrac olunan  əmtəə  malları üç  qrupa  ayrılırdı. Birinci qrupa - ixracına icazə verilməyən mallaryaxud ixracına icazənin  verilməsi Əmtəə Mübadiləsi Komitəsinin səlahiyyətinə aid olmayan mallar daxil  edilmişdir (məsələn, çörək, taxıl, dənli bitkilər, müxtəlif  növ yarmalar, irikiçik  buynuzlu mal-qara, at, donuz, ev quşları, ət və ət məhsulları, etil spirti, dava-dərman, kaustik soda, külçə və sikkə  halında  olan  qızıl  gümüş, sortluq  dəmir    dəmir məmulatları, soyuq silah, yivli  odlu silah, güllə, müxtəlif barıt və  mərmilər).  İkinci  qrupa - ixracına Komitə  tərəfindən icazə verilən əmtəə malları daxil idi: (məsələn, düyü, düyü kraxmalı, makaron, müxtəlif  toxumlar, bostan toxumları, müxtəlif tərəvəz məhsulları, kartof, noxud, paxla, tərəvəz  konservləri, qoz, badam, püstə, şabalıd, quru  meyvələr  və  meyvə  konservləri; neft    neft  məhsulları; dəri    xəzlər (aşılanmış    aşılanmamış); bitki    lifli  materiallar, o cümlədən  pambıq, kənaf; yun    yun  məhsulları; barama  toxumu, xam  ipək, brezent   kisələr, odlu  ov  silahları). Yerdə qalan digər mallar üçüncü qrupa aid edilmişdir ki, onların da  sərbəst surətdə  xarici ölkə    vilayətlərə ixrac  edilməsinə  icazə  verilirdi.

 

Rafiq SƏFƏROV

Milli Arxiv İdarəsinin baş məsləhətçisi

 

Kaspi.-2017.-4 oktyabr.-S.10.