Aydın Talıbzadənin "Faciə: janriçi mutasiyalar"
kitabının təqdimatı keçirilib
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində (ADMİU) teatrşünaslıq
kafedrasının müdiri, professor, Əməkdar İncəsənət
Xadimi Aydın Talıbzadənin “Faciə: Janriçi
mutasiyalar” kitabının təqdimatı keçirilib.
ADMİU-dan bildirilib ki, tədbirdə universitetin rektoru, professor, Əməkdar İncəsənət Xadimi Fərəh Əliyeva “Faciə: Janriçi mutasiyalar” kitabının məziyyətlərindən danışıb, müəllifə yaradıcılıq uğurları arzulayıb.
Universitetin professor və müəllimləri Məryəm Əlizadə, Gülşən Əliyeva, Əli Əmirli, Kamilə Dadaşzadə, Fəridə Cəlilova, Vidadi Qafarov, “Kritika” nəşriyyat evinin nümayəndəsi Sayalı Həsənzadə və digər qonaqlar həm müəllif, həm də təqdim olunan kitab haqqında fikirlərini bölüşüblər.
Aydın Talıbzadə müəllifi olduğu “Faciə: Janriçi mutasiyalar” kitabında dünya mədəniyyətində mövcud olan problemləri işıqlandırdığını və yeni nəşrin oxucular tərəfindən dəyərləndiriləcəyinə ümid etdiyini bildirib.
Kaspi 2017.- 5 oktyabr.- S. 12.