Ernest Heminquey
Qısa Hekayə
Paduada isti bir yay axşamı idi. Nəhayət ki, buradakı adamların köməyi
ilə dama çıxan yaralı əsgər yüksəklikdən
şəhərə tamaşa
edərək təmiz
havanı ciyərlərinə
çəkdi. Səmada sərçələr
hay-küylə uçuşur,
sanki oynaşırdılar.
Ancaq, bir az keçmiş
hava qaralmağa başladı və bununla da projektorlar
işə düşdü.
Damdakı digər adamlar isə boş şüşələri
götürərək yavaş-yavaş aşağı düşməyə başladılar.
Onların səsi bütün
eyvanı bürümüşdü.
Ara sakitləşəndən sonra Luz çarpayıda,
– onun yanında əyləşdi. Nəfəskəsən isti yay gecəsində
onun gözəl və təravətli vücudu insana bir yaz mehi
tək sərinlik bəxş edirdi.
Artıq üç ildir, Luz burada gecə növbəsində tibb bacısı işləyir. Bu müddət ərzində
o, bütün xəstələrin
ürəyinə yol tapa bilmişdi. Luz həmin yaralı
əsgər üçün
əməliyyat stolunu
hazırladı, ona toxtaxlıq vermək üçün isə gah dostcasına zarafatlaşır, gah da lağlağı edirdi. Daha sonra yaralı əsgərə keyləşdirici
vuruldu və bununla da, yaranmış
boşluğu doldurmaq
üçün boşboğazlıq
etməyə heç
bir lüzum qalmadı .
Əməliyyatdan sonra qoltuqağacına
öyrəşən əsgər,
artıq, heç kimin köməyi olmadan da temperaturunu
ölçə bildiyindən
daha Luzun çarpayıdan düşməsinə
heç bir ehtiyac qalmırdı.
Burada çox az xəstə
var idi və
hamısı da onlar arasındakı
münasibətdən xəbərdar idi. Bütün xəstələr Luzun xətrini çox istəyirdi. Luza qarşı
daha dərin hisslər bəsləyən
bu yaralı əsgər isə dəhliz boyu geri qayıdarkən onu öz yatağında
xəyal edirdi.
Cəbhəyə qayıtmazdan əvvəl onlar Duomaya gedib
dua etdilər. Sakit və
alaqaranlıq bu məkanda insanlar dua etməklə, sanki, özlərini Tanrıya daha yaxın hiss edirdilər.
Evlənmək üçün buraya gəlmiş bu cütlüyün isə nə sənədləşmə üçün
vaxtı, nə də doğum haqqında şəhadətnamələri
var idi. Onsuz da, heç
bir sənəd olmadan da onlar
özlərini evli
hiss edirdilər, ancaq,
bəzən bir kağız parçası
sevgini heç qorxmadan bütün dünyaya car çəkməyə
güc, sanki, heç vaxt onu itirməyəcəyinə
zəmanət verir.
Onun cəbhədə
olduğu müddətdə
Luz çoxlu məktublar
yazsa da, onlar yalnız müharibədən sonra mənzil başına çatdı. O, cəbhəyə gətirilən
on beş qalaq məktubu tarixlərinə
görə seçib,
hamısını birnəfəsə
oxudu. Bütün məktublarda Luz
xəstəxanadakı həyatından, bir
də onu necə sevdiyindən, onsuz gecələrin necə uzun, dəhşətli keçdiyindən
və daha bu cür bacarmadığından
yazırdı.
Müharibə qurtarandan sonra onlar qərara gəldilər ki, evlənmək üçün
yeganə yol bu cavan oğlanın
öz vətəni, Amerikaya dönüb, yaxşı bir iş tapmağıdır.
Luz isə o, bir iş tapanacan onun yanına getməyəcək, yox əgər darıxsa, yalnız o zaman görüşmək üçün Nyu-Yorka gələcəkdi. Hər halda, iki sevən
qəlbin istəyi belə idi…Oğlan
isə söz verdi ki,
içməyəcək, dost-tanışla eyş-işrət
məclislərinə getməyəcək,
gecə-gündüz yalnız
və yalnız bir yuva qurmaq
üçün işləyəcək.
Bəli, bu idi onun məqsədi:
iş tapmaq və evlənmək. Bununla belə, Paduadan Milana gedən qatarda Luzun onunla
getmək istəməməsi
sevgililər arasında
mübahisəyə gətirib
çıxardı. Milan vağzalında ayrılıq
zamanı çatanda,
onlar bir-birilə həmişəki kimi öpüşüb ayrılsalar
da,
mübahisə hələ
də bitməmişdi.
Sevdiyi qadınla evlənmək üçün
ondan kilometrlərlə
məsafə uzaq qalmağı belə gözə alan
bu cavan oğlan isə Luzla bu şəkildə
ayrıldığına görə
çox məyus idi.
Beləliklə o, Genoadan qayıqla Amerikaya yola düşdü. Luz isə xəstəxana açmaq üçün Pardonone şəhərinə geri qayıtdı. Yağışlı, səssiz bu şəhərdə sükutu yalnız bir neçə müddətdir bura yerləşmiş arditi batolyonu pozurdu. Qarlı-yağışlı havada, palçıqlı küçələrdə qışı keçirən batalyon mayoru Luza vurulur və ona eşq elan edir. İtalyanlara heç də yaxşı bələd olmayan bu qızcığaz isə Ştatlara, artıq keçmişinin bir parçası saydığı həmin, amerikalı əsgərə məktub yazaraq onlar arasında yaşananların sadəcə ötəri həvəs olduğunu bildirir. Luz bu hərəkətinə görə məyus olsa da, çox yaxşı bilirdi ki, bütün bunları qəbul etmək onun üçün asan olmayacaq, ancaq, ümid edirdi ki, bəlkə, nə vaxtsa bağışlanacaq. Bu tələsik sevgi macərasından ağlını itirmiş bu cütlük isə gözlənilmədən yazda evlənməyə qərar verirlər. Ancaq, bütün olanlara baxmayaraq, Luz yenə də həmin əsgəri əvvəlki kimi sevirdi, həmişə də sevəcəkdi, ancaq, qəlbinin dərinliyində bunun əslində adi rəğbət hissindən başqa bir şey olmadığını yaxşı anlayırdı. O, bütün qəlbiylə inanırdı və arzu edirdi ki, bu cavan oğlan nə vaxtsa özünə böyük karyera quracaq və hər şeyi unudacaq. Luz inanırdı ki, belə hər ikisi üçün yaxşı olacaq.
Vaxt ötdü, zaman keçdi…Ancaq, iş elə gətirdi ki, mayor onunla nə yazda, nə də başqa bir fəsildə evləndi. Luz isə bu barədə Çikaqoya yazsa da heç vaxt məktubuna cavab almadı. Amerikalı əsgər isə bir müddət sonra , Linkoln Parkında taksi sürdüyü vaxtlarda univermağın ilme şöbəsində işləyən satıcı qızdan qonoreya xəstəliyinə yoluxmuşdu.
Zeynallı, Təvəkkül.
Kaspi 2017.- 7 oktyabr.- S.24.