“Əsas məsələ yaşamaq
uğrunda mübarizədir”
Oleq Basilaşvili deyir ki, nə qədər
böyük və məşhur aktyor olsan da, ailədə
tamlıq və rahatlıq yoxdursa, xoşbəxtliyin
yarımçıqdır
Oleq Basilaşvilinin atası biləndə ki oğlu artist olmağa hazırlaşır, evə qəzəblə gəlib «hə, artist olmaq istəyirsən – ol. Amma yadında saxla, mən sənə heç nədə və heç vaxt kömək etməyəcəyəm” demişdi. Amma o, inadkarlıq göstərərək artist oldu. Hazırda aktyorun 83 yaşı var. O elə «İşdə məhəbbət» macərasındakı Samoxvalovdur, «İki nəfər üçün vağzalda» Platon Ryabinin, «Payız marafon»unda Andrey Buzıkindir. Aktyor ekranda əvvəlki kimi yaraşıqlıdır. Həyatda isə şıltaq deyil, utancaqdır və yarım əsrdən çoxdur ki, bir qadına sədaqətlidir. Ad gününü isə həmişə ailəsi ilə qeyd etməyi xoşlayır: «Heç bir tarixə xüsusi önəm vermirəm. İlləri tez-tez unuduram. Ad günlərimi yalnız yaxın adamlarla bağda oturanda, vaxtım və həvəsim olanda qeyd edirəm. Bu isə ilk növbədə mənim ailəm olmalıdır”.
«Bax, bu qızla evlənəcəyəm»
- Siz tez-tez deyirsiniz ki, ad günlərinizi qeyd etməyi xoşlamırsınız. Nə üçün?
- Düzdür, xoşlamıram. Hay-küylü məclisləri sevmirəm. Bu mənasızdır, insanın vaxtını və enerjisini alır. Səhnədə saatlarla oturub təbrikləri qəbul etməkdən zəhləm gedir. Bunu dəqiq deyə bilərəm. Belə bir hadisə həyatımda olub və yaxşı emosiyalar keçirməmişəm. Həmçinin güllər arasında oturan aktyora baxmaq üçün gələn insanlar da vaxtlarını itirirlər. Bu, kimə lazımdır? Ancaq özümə qalanda, öz bağımda istədiyim qədər təmiz havada istirahət edə bilirəm. Bizim bağda istirahət hansısa xarici ölkədə istirahətdən daha yaxşıdır. Onu da deyim ki, əksər ad günlərim tamaşada oynadığım günlərə təsadüf edib.
- Hansı hədiyyələri gözləyirsiniz?
- Bilmirəm... Keçən il qızım Kseniya mənə gözəl hədiyyə etdi: nəvəm Timofey dünyaya gəldi. Bundan gözəl nə ola bilər? Böyük nəvəm Mariyanın 5 yaşı var. Baba olmaq böyük xoşbəxtlikdir. Nəvələr həyatı canlandırır.
- Hazırkı həyat yoldaşınızla – Qalina Yevgeniyevna Mışanskaya ilə harada və necə tanış olmusunuz?
- Bu, 60-cı illərin söhbətidir. O vaxt Leninqrad televiziyasında klassiklərin ən yaxşı əsərləri əsasında çox maraqlı teletamaşalar çəkirdilər. Biz Piter aktyorları da daim çəkilişlərə və məşqlərə qaçırdıq. Bu böyük təcrübə idi. Qalya televiziyada musiqi redaktoru işləyirdi. İndi isə Piterin «Mədəniyyət» telekanalının şef-redaktorudur. Mən isə o zaman üçün praktik pleyboy sayılırdım. Təsəvvür edirsinizmi – tənha, heç 30 yaşı olmayan və bütün şəraiti ilə ayrıca mənzilə sahib olan cavan oğlan. Qalya mənim diqqətimi çəkdi və tezliklə ona ürəyimi açdım. Qalya gözəl idi. Onu küçədə tanıyırdılar. Pərəstişkarları hər gün ona çiçək gətirirdi. Məni isə o vaxt tanıyan yox idi. Mən özümdə cəsarət tapıb ekran ulduzuna yaxınlaşdım və onu evlərinə qədər ötürməyə icazə istədim. Payız idi, hava da dumanlı... Qalina onu ötürməyimə razılıq verdi. Ayrılanda ondan telefon nömrəsini istədim. Ancaq uzun müddət zəng vurmağa cəsarət etmədim. Yeni il qabağı nömrəni yığdım. Qalya görüşə gəldi və o gündən sonra biz tez-tez görüşdük. Bir dəfə atamla televizorun qarşısında oturub çay içərkən ekranda Qalina göründü. «Bax bu qızla evlənəcəyəm» - deyə atama bildirdim. Biz artıq bir yerdə uzun illərdir ki, yaşayırıq. İki qızımız var. Mən yalnız belə deyə bilərəm – bizim evimiz Qalinanın istisi ilə qızışır. Mən onun arxasında daş divar kimiyəm. O mənim əsl dostumdur. Həmişə dəstək verir, köməyimə çatır. O, çox xeyirxah və ləyaqətli insandır. Görünür, bu keyfiyyətlər Qalyanın insanlarla münasibətinə də sirayət edib. Onun çoxlu dostları var. Qalya hamıya yaxşılıq etməyə çalışır. Ondan həmişə xeyirxahlıq, istilik və anlayışlılıq emosiyaları yayılır. Mən taleyimə minnətdaram ki, Qalya bu illər ərzində mənim səfeh xarakterimə dözür və mənə güzəştə gedir. Ümid edirəm ki, bundan sonra da aramızda hər şey əvvəlki kimi qalacaq. Düzdür, biz heç bir qiymətli şey yığmamışıq, xüsusi bir şey əldə etməmişik. Təkcə mən bağ evi tikmişəm. Əgər Qalya olmasaydı, heç bu da olmazdı. Mən bütün bunları onun üçün, qızlarım və nəvələrim üçün etmişəm.
Mənim xarakterim ağırdır
- Oleq Valeriyanoviç, siz bir çox rollar oynamısınız. Mənfi rollarınız da tamamilə inandırıcı alınıb. Ancaq sizə baxanda hansısa mənfi keyfiyyətlərə malik olmağınıza inanmaq çətindir. Öz xarakterinizdən razısınız?
- Boş şeylərə görə tez-tez özümdən çıxıram və birdən özümü haradasa qeyri-adekvat aparıram. Düzdür, sonra bunlar keçir, ancaq sonradan öz hərəkətlərimə görə utanıram. Mümkün olanda üzr istəyirəm. Bunu mütləq etməyə çalışıram. Ancaq elə də olur ki, artıq heç nəyi dəyişmək olmur, çox gec olur. Ümumiyyətlə, mənim xarakterim ağırdır və insanlar mənimlə ünsiyyətdən xüsusi sevinc ala bilmirlər. Daha çox, əlbəttə, yaxınlarım bundan əziyyət çəkir. Bilirsinizmi, bizim işimiz çox çətindir. Axı, əsl aktyor həmişə rolda öz "mən”ini yaradır. Bu isə inanılmaz dərəcədə çətindir. Bu sənin enerjini, gücünü alır. Artist özünü oynadığı obrazla birləşdirməyə çalışır. Bu, həmişə alınmır. Tamaşaçı bunu görmür, amma aktyor özü bunu hiss edir və bundan da daxili xoşagəlməzlik yaranır, stress başlayır. Belə hallar çox olur, insan çətin psixoloji vəziyyətə düşür.
- Eldar Ryazanovun diqqətini necə çəkdiniz?
- Eldar Ryazanovla
görüşdə «başa
düşmürəm, mən nə üçün
səni öz filmlərimdə çəkmirəm?»
- dedi. Və o, bu "səhv”ini düzəltdi. Bizim dostluğumuz belə başladı.
Mən dərhal onun «Qəribə təsadüf
və ya həmişə təmizlikdə»
filminə dəvət aldım. Mən kinoda çoxlu rollar oynamışam. Ancaq kinoda
sevimli rolum yoxdur. Çünki hər rol –
uşaq kimidir. Onları bölmək olmaz. Bununla belə, mənim sevimli rejissorlarım var ki, onlardan
biri də Eldar Ryazanovdur. Elə təkcə onun çəkdiyi «İşdə
məhəbbət macərası»
filminin adını çəkmək kifayətdir.
- Həyatınızın ən
xoşbəxt dönəmi
hansı vaxtlardır?
- Bədii teatr studiyasında çalışanda
və Georgi Aleksandroviçin işlədiyi
bütün illər...
Hədsiz çətin, mürəkkəb
illər idi, amma xoşbəxt vaxtlar idi. Mən teatr institutunu 56-cı ildə bitirmişəm.
Sonra 3 il
Leninqrad kinostudiyasında
işləmişəm. O illər
də xoşbəxt çağlar idi. Ümumiyyətlə, teatrda işləməyin
özü xoşbəxtlikdir.
Kino isə ayrı
aləmdir. Kinonun gətirdiyi
şöhrət də
xoşbəxt çağlarımdır.
Səni tanıyırlar, sevirlər.
Ən böyük xoşbəxtlik
isə ailədə olmalıdır. Ailədə tamlıq və rahatlıq olmayanda, nə qədər böyük və məşhur aktyor olsan da, xoşbəxtliyin
yarımçıqdır.
- İndi tamaşaçılarla
münasibətləriniz necədir? Dil tapmaq
bir qədər çətinləşib?
- Konsertlərə xeyirxahlıq
istəyən insanlar gəlirlər. "Nə olursa yaxşılığa olur”
fikirlərini onlar gözlərdən oxuyurlar.
Nə vaxt ki, onlar
ağlamağa başlayırlar,
sən öz vəzifəni yerinə yetirdiyini başa düşürsən. Mən dünyanı
çox gəzmişəm.
İnsanlar qarşısında gecə yarıya qədər konsertlər vermişəm. İndi
fikirləşirəm: hansı
yolla getmək lazımdır? Onların necə yol olduğunu başa düşürəm. Onların gözü
necə yumulur, necə düşünürlər
– mən bütün bunları anlayıram.
Mən Moskvada Tretyakov Qalereyasında, Bədii Teatrda böyümüşəm. Hələ Moskva
Bədii Teatrı əvvəlki şöhrətini
saxlayanda teatrın qocaları sağ idi. Mən bu dağılmış
teatra gəldim. Qarşımda köhnə, təmirsiz
zal, qaranlıq səhnə, solmuş dekorasiyalar, ayaqlarımızın
altında döyülmüş
kərpiclər var idi. Mən qalxdım və qışqırdım: «Bravo». Bu
mənim evim idi və mən
onunla həmişəlik
vidalaşdım. Bu günün tamaşaçısı
isə fərqlidir.
Bu, adama hərdən
maraqlı, hərdən
də darıxdırıcı
gəlir. Onların bəzisi
ənənəvi teatrı
qiymətləndirir, bəzisi
isə inkar edirlər. Ortaq nöqtəni tapmaq
lazımdır.
- Siz bir ara deputat da seçildiniz. Bu sizi sənətdən
uzaqlaşdırdı?
- Mənə RF xalq deputatları qurultayında
bizim ölkəmizi təmsil etmək etimadı göstərildiyi
üçün əhalimizə
insan kimi yaşamağa başlamaqda
sadəcə kömək
etmək istəyirdim.
Deyə bilmərəm, buna nə qədər nail oldum. Amma çox çalışdım.
- Bu gün nə edirsiniz?
- Bu gün də ara-sıra çəkilirəm.
Teatrda da rollarım olur. Amma əsas məsələ
həyatda yaşamaq uğrunda mübarizədir.
Oleq Basilaşvili haqqında yeddi maraqlı fakt:
1. Eldar Ryazanov filminə çəkiləcək
aktyorların siyahısını
yazırdı və Basilaşvilinin adı bütün filmlərdə
yer almışdı. Ancaq rejissor
öz sözünün
üstündə dura
bilmir. Məsələn, Basilaşvili «Qaraj»
filmində çəkilmir.
2. «İki nəfər üçün vağzal»ın
çəkilişlərindən sonra Oleq iki
ay koloniyaların birində
yaşayıb. Platon rolu
bəstəkar Mikael Tarverdiyevin real tarixçəsi
əsasında yazılmışdı.
Avtomobil piyadanı vuranda Tarverdiyev və aktrisa Lyudmila Maksakova rul arxasında oturmuşdu. «Baharın on yeddi anı» filminin məşhur bəstəkarı
koloniyaya düşmür,
ona amnistiya verilir.
3. «İki nəfər üçün vağzal»
filmində Basilaşvili
tərəf-müqabili Lyudmila Qurçenko ilə öpüşməkdən utanır.
Buna görə də qatarın kupesində sevimli arvadına deyəcəyi sözlər alınmır.
Qurçenko axşam onun
üçün bütün
replikaları yazır.
İkilikdə qalanda isə
birinci özü Basilaşvilini öpür.
Qurçenko çəkiliş zamanı ondan meydançadan getməməyi
tələb edirdi.
Çünki aktyor onu ilhamlandırırdı. Oleq həmin
rola görə məhz Qurçenkoya minnətdardır.
4.
SSRİ zamanında Basilaşvili
çox ölkələrə
qastrola gedib. Bir çox aktyorlar xaricə iki çemodanla gedirdilər.
Basilaşvili Yaponiyada o vaxt
sovet adamı üçün çox böyük bir qonorar alır və aktrisaların birindən onunla mağazaya getməyi xahiş edir. Aktrisanın ayağı onun Qalyasının ayağının
ölçüsündə idi. Basilaşvili bütün pullarını
xərcləyib həyat
yoldaşına 6 cüt
ayaqqabı alır.
5. Basilaşvili Cənubi Osetiya ilə Gürcüstanın sərhədində yaşayan məşhur bir nəslin nümayəndəsidir. Həmin torpağı onun babalarına gürcü çarı bağışlayıb. Bir dəfə Oleq Basilaşvili həmin torpağa baxmaq üçün Gürcüstana gedir və həmin ərazinin mövcud olduğunu görür. Onu sevinclə qarşılayırlar və burada özü üçün ev tikə, bağ sala biləcəyini deyirlər. Ancaq Basilaşvili hələlik bu imkandan istifadə etməyib.
6. «Ustad və Marqarita» filmində Volanda roluna çəkiləndə Basilaşvili səsini itirib. Aktyorun boğazında qıcolma yaranır, xırıldamağa başlayır və huşunu itirir. Həkim ona tam sakitliyi məsləhət görür və susmağı tapşırır. Ətrafdakılar bu fakta mistika kimi baxırlar.
7. Həyat yoldaşı Qalya Mışanskaya deyir ki, ərinin yeməklərlə bağlı şıltaqlığı yoxdur. Əgər evdə günorta yeməyi yoxdursa, o, heç olmasa özü üçün yumurta bişirəcək.
Rusiya mətbuatından tərcümə
etdi
Təranə Məhərrəmova
Kaspi.-2017.-7-9 oktyabr.-S.8.