ADGTT-nın kollektivi festivalda uğurla
çıxış etdi
Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının kollektivi
Rusiya Federasiyasının
Elista şəhərində
(Kalmıkiya Respublikası)
keçirilən "Keyeda"
uşaq və yeniyetmələr üçün
I Beynəlxalq Teatr Festivalında iştirak edib. Rusiya Federasiyası Teatr
Xadimləri İttifaqının
və Kalmıkiya Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə oktyabrın 1-dən
5-ə dək keçirilən
Beynəlxalq Festivalda ölkəmiz ADGTT-nın hazırladığı A.Şaiqin
"Tıq-tıq xanım"
tamaşası ilə
təmsil olunub.
Milli.Az bildirir ki, kollektiv festivaldan
diplomlar və fəxri fərmanlarla geri dönüb. ADGTT-nın
festivalda iştirak edən heyəti aktiv iştirakına, yüksək peşəkarlıq
və yeniyetmələrlə
peşəkar ünsiyyətə
görə Elista şəhərinin Təhsil
İdarəsinin Fəxri
fərmanı, gənc
nəslin təlim tərbiyəsində milli
dəyərlərin yüksək
səviyyədə qorunması
və teatr sənətinin estetikasının
düzgün çatdırılmasına
görə Kalmıkiya
Respublikasının Teatr
Xadimləri İttifaqının
diplomuna layiq görülüb.
Festivalda nümayiş olunan A.Şaiqin "Tıq-tıq"
tamaşası xüsusi
diploma layiq görülüb.
Diqqətə çatdırmaq istərdik
ki, Kalmıkiya höküməti ADGTT-na yaradıcılıq uğurları,
ölkəmizə sülh
və əminamanlıq
arzulayaraq minnətdarlıq
məktubu yollamışdır. Məktubda iki
respublikanın teatrları
arasında inkişaf və ənənələrin
qorunmasında göstərdiyi
xidmətə görə
ADGTT-na minnətdarlıq
ifadə olunmuşdur.
Qeyd edilmişdir ki, sözügüdən festival yaradıcılıq
əlaqələrin daha
da genişlənməsinə
şərait yaradacaq bu əlaqələri daha da möhkəmlənəcəkdir.
"Keyeda" uşaq
və yeniyetmələr
üçün I Beynəlxalq
Teatr Festivalında nümayiş olunan "Tıq-tıq" tamaşasının
quruluşçu rejissoru
Xalq Artisti, Prezident təqaüdçüsü
Ağaxan Salmanlıdır. Tamaşada
əsas rolları aktrisalar Günel Məmmədova, Aygün Fətullayeva, aktyorlar Elnur Hüseynov, Elnur Kərimov, İlham Əsədov, Müşfiq Əliyev, Elşən Şıxəliyev
və Xalq Artisti Ağaxan Salmanlı ifa edir.
Kaspi 2017.- 12 oktyabr.- S.11.