Dirijor Bərdia Kiyarəs Musiqili Teatra belə təşəkkür etdi

 

Heydər Əliyev Fondu Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

 

Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, teatr bu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" "O olmasın, bu olsun" operettalarını nümayiş etdirib. Teatr kollektivinin Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalındakı budəfəki çıxışının xüsusi bir cəhəti olub. Təqdim olunan tamaşaları İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edib. Bərdia Kiyarəs məhz Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakla bağlı Bakıya dəvət olunub. Hər iki tamaşa anşlaqa böyük uğura səbəb olub, tamaşaçılar tərəfindən sevgi alqışlarla qarşılanıb.

 

Uğurlu çıxışdan sonra ünlü dirijor Bərdia Kiyarəs Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə təşəkkür məktubu üvanlayıb.

 

"Salam!

 

Bu şəkil mənim üçün hər zaman əziz yadigar olacaq. Mənim həyatımda bu iki gecə ən gözəl, ən möhtəşəm gecələr oldu. hamısı şəxsən Sizin teatrınızın mənə olan münasibətindən qaynaqlanır. Məni ən çox sevindirən bu oldu ki, həmişə arzum olan möhtəşəm Üzeyir festivalında iştirak etdim. "Arşın mal alan", "O olmasın, bu olsun" operettaları mənim uşaqlıqdan sevdiyim əsərlərdi. Fəqət mən bu əsərlərə təkcə notlarda yazılan kimi dirijorluq eləmədim. Böyük Üzeyir bəyə, Azərbaycana Azərbaycan musiqisinə ürəyimdə olan sevgi məhəbbəti bu notlara əlavə elədim. Mənim üçün ən unudulmaz məqam orkestrin bütün heyətinin tamaşaçılarla birlikdə məni alqışlaması oldu. Ən önəmlisi isə bu idi ki, Siz mənə güvəndiniz, mənə etimad göstərdiniz. Mənim ən böyük sevincim budur ki, Azərbaycanı canı qədər çox sevən mərhum atamın böyük arzusunu həyata keçirdim. O, Azərbaycan musiqisinə qulaq asarkən gözləri yaşarırdı. Mən çox gözəl bilirəm ki, bizim musiqimiz dünyada ən yaxşı ən gözəl musiqidir. mən inanıram ki, dünyada heç bir musiqi Azərbaycan musiqisini üstələyə bilməz, bu musiqinin qarşısında heç bir musiqi dayana bilməz. yenə demək istəyirəm ki, sizin hamınızı - Azərbaycanı azərbaycanlıları ömrümün axırına qədər çox istəyəcəyəm", - deyə məktubda qeyd olunur.

 

Kaspi  2017.- 28 sentyabr.- S.10.