Ömrünü sözə adayan adam

 

Vaqif Yusifli – 70

 

"Gülnar Qasımlı mənim  doktorantımdır” – bu sözlər 2016-cı ildə çap olunan "Gülşeirlər kitabımın ön sözünün ilk cümləsidir. Müəllifi elmi rəhbərim Vaqif Yusiflidir. Azərbaycan ədəbiyyatşünaslığının sanballı tənqidçi kimi qəbul etdiyi Vaqif Yusifli həm Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiridir. Bu faktları əbəs yerə qeyd etmirəm, çünki həmin şöbə ilə birbaşa bağlılığım olduğu üçün  yazımda daha çox Vaqif müəllimin doktorantı kimi çıxış etmək fikrindəyəm.

Mən 2014-cü ildə Ədəbiyyat İnstitutuna doktoranturaya qəbul olunanda həmin şöbə yeni yaradılmışdı. Həm şöbənin, həm Vaqif müəllimin ilk doktorantı olmaq şərəfinə nail oldum. Qəribədir ki, Vaqif müəllim 1979-cu ildə namizədlik dissertasiyasını müdafiə edəndə mənim indiki yaşlarımda olmuşdur. Bununla belə, digər bir maraqlı tərəfimiz barəsində Vaqif müəllim kitabım "Gül”ün ön sözünün yekununda yazır: "Onun da atasının adı Vaqifdir, elə mən onun şeirlərinə mənəvi Ata xeyir-duası verirəm”. Qeyd etdiyim faktlardan əlavə bizim doğum günümüz eyni aya "qonşu günlərətəsadüf edir. Aprelin 20-də Vaqif müəllimin, 22-də mənim ad günümdür.

Cümhuriyyətimizin 100 yaşı qeyd edildiyi 2018-ci ildə Vaqif müəllimin 70 yaşı tamam olur. Bir alim ömründə bir ölkənin ədəbi sözünün məsuliyyətinin öhdəsindən şərəflə gəlməyi bacarmaq özü böyüklük əlamətidir. Bu böyüklüyün dəyəri Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Yusifli Vaqifdən Vaqif Yusifliyəməqaləsində verilmişdir. İsa Həbibbəyli kimi görkəmli şəxsiyyətlərin Vaqif müəllimə bu cür yüksək dəyər verməsinin tutarlı səbəbləri var. Bunlardan ən əsası onun ciddi ədəbiyyatşünaslıq prinsipləri ilə yazıb-yaratmasıdır. Həmin prinsiplərə arxalanaraq ədəbiyyatşünaslıq elminə bəxş etdiyi kitablara on illiklər üzrə nəzər salsaq, zəhmətkeş bir alimin məhsuldar yaradıcılığı ilə qarşılaşmış olacağıq. 70-ci illərin sonunda "Müasir Azərbaycan nəsrində konflikt xaraktermövzusunda namizədlik dissertasiyası müdafiə edən Vaqif Yusifli 80-ci illərdə "Nəsr, konfliktlər, xarakterlərkitabını ədəbi aləmə təqdim edir.

XX əsrin 90-cı illərində isə "Məmməd Araz dünyası”, "Tənqid yarpaqları”, "Karvanbaşı, yolun hayanadır”, "Yollar hayana aparır”, "Bu sehrdir beləməqalələr toplusundan ibarət kitablarını nəşr etdirir. Eyni ənənə XXI əsrdə yüksək xətlə davam edir. Demək olar ki, hər il ardıcıl olaraq bir sanballı kitab oxuculara təqdim olunur: "Tənqid bədii söz” (2002), "Tənqid yaradıcılıqdır” (2003), "Yolayrıcı” (2004), "Fikrət Qoca – 70 il” (2005), "Yaxşı ki sən varsan” (2007), "Sındır qəfəsi” (2008), "Poeziyanın yolları illəri – 1960-2000-ci illər” (2009), "Rəsul Rza müasir Azərbaycan poeziyası” (2010).

Əsrin ilk illəri ilə müqayisədə onilliyin sonlarına yaxın məqalələr toplularını monoqrafiyalar əvəzləməyə başlayır. 1997-ci ildə yazılmış "Ürəyimi sərdim günəşəmonoqrafiyası təkmilləşdirilərək, 2005-ci ildə "Fikrət Qoca – 70 iladı ilə yenidən çap olunur. 2009-cu ildə "Poeziyanın yolları illəri – 1960-2000-ci illər”, 2010-cu ildə "Rəsul Rza müasir Azərbaycan poeziyası”, 2011-ci ildə "Şeirimizin Nərimanı”, 2012-ci ildə "Poeziya zamanmonoqrafiyaları işıq üzü görür.

2011-ci ildə "Müasir Azərbaycan poeziyasında ənənə novatorluqmövzusunda doktorluq dissertasiyasını müdafiə edən Vaqif Yusifli 2014-cü ildə yenidən məqalələr toplusu olan "Ədəbi həyatkitabı ilə sözünü deyir. Həmin kitab "Ədəbi mənzərəPoeziya (2011-2012)” araşdırması ilə başlayır. Bundan sonra hər il akademiyanın Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi "Ədəbi proseskitablarında geniş məruzələrlə çıxış edir. 2014-cü ildən başlayaraq ardıcıl olaraq "2013-cü ilin ədəbi mənzərəsi”, "Ədəbi mənzərə – 2014”, "Bölgələrdə ədəbi həyat” (2015), "Bölgələrdə ədəbi həyat” (2016) məqalələri ilə hər il üzrə sanballı araşdırma aparır.

Vaqif müəllimin kitablarının adlarını əbəs yerə qeyd etmədim. Həmin kitablara bir mütəxəssis nəzərləriylə diqqət etdikdə görürük ki, Vaqif Yusifli heç bir istedadı ədəbi təhlildən kənarda qoymaq istəməyib. Bu həm artıq sözünü demiş yaşlı nəslə, həm ilk qələm təcrübələrini təqdim edən gənc nəslə şamil edilə bilər. Təkcə "Ədəbi həyatkitabında onun gənc yazarlar haqqında doqquz məqaləsi yer alıb. Bütün bunlardan əlavə gündəlik mətbuatda Vaqif müəllimin hətta bölgələrdə yaşayıb-yaradan yazarlara da münasibət bildirdiyini izləyə bilirik. Həmçinin çoxsaylı mətbu orqanlarda gənc qələm sahibləri haqqında peşəkar yazılarını bu gün oxuyuruq.

70 illiyində isə "Azərbaycan qəzəlikitabı ilə oxucuların görüşünə gəlir. Həmişə böyük şövqlə yazıb-yaradan Vaqif müəllimin bundan sonra da Azərbaycan ədəbiyyatşünaslığına əvəzolunmaz töhfələr verəcəyinə inanırıq. Həmçinin yetişməkdə olan yeni gənc alimlərə dəstəyini diqqətdən kənarda qoymaq olmaz. Bu səbəbdəndir ki institutun Ədəbi tənqid şöbəsi ölkənin savadlı peşəkar tədqiqatçılarını bir arada cəm edib. Həmin şöbənin doktorantı kimi elmi rəhbərim, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflini yubileyi münasibətilə təbrik edir, zəhmətkeş komandası ilə birlikdə uğurlar diləyirəm.

 

Gülnar Səma

Kaspi  2018.- 7-9 aprel.- S.17.