Sənət əsərinə
psixoanalitik baxış
Cengiz Güleçin essesi
Kulis.az artkaspi.aza istinadən tənqidçi-ədəbiyyatşünas Seyfəddin Hüseynlinin tərcüməsində Türkiyənin tanınmış psixiatrı, fikir adamı və ictimai xadimi, professor Cengiz Güleçin "Sənət əsərinə psixoanalitik baxış” adlı essesini təqdim edir
Psixoanalizin banisi Ziqmund Freydin, ədəbiyyat başda olmaqla, ümumən sənətə marağı təmənnasızlıqdan çox uzaqdır. O, ömrünü insanın şüuraltı istək və xəyallarının öyrənilməsinə həsr etməyə başladığı XX əsrin ilk illərində bütün diqqətini yuxugörmə prosesi və onun mahiyyəti üzərində cəmləmişdi. Yuxuları "şüuraltına gedən Kral yolu” kimi dəyərləndirir və yuxu dilinə xas rəmzlərin mənasını bir növ "şifrə açmaq” cəhdinə bənzər yanaşma ilə açıqlamağa çalışırdı.
"Yuxuların yozumu”
adlı şah əsərində əsasən
öz yuxularına yozum verir, insanda
psixi mexanizmin fəaliyyətini xəstələrindən
topladığı örnəklər
sayəsində izah etmək istəyirdi.
Şüuraltının mövcudluğuna
işarə edən hər bir psixi
əlaməti diqqətlə
araşdıran Freyd,
ilk növbədə Göte
və Dostoyevskinin, daha sonra digər
yaradıcı şəxsiyyətlərin
əsərlərində psixoanalitik
metodun təməl ünsürlərindən – adları
qeyd edilməsə də – necə ustalıqla istifadə olunduğunu göstərməyə
çalışır, öz
"insani nəzəriyyə”si
üçün istinad
nöqtələri tapırdı.
Bu müxtəsər girişdən
də anlaşıldığı
kimi, Freydin ədəbiyyata marağı
xalis sənətsevərlikdən
çox uzaq olan bir təmənnadan
qaynaqlanırdı.
Freydin inkişaf
etdirdiyi psixoanaliz nəzəriyyəsi həm
sənətkarların həyat
yoluna dair bioqrafik detallara, həm də onların yaratdıqları
əsərlərə əsaslanan
yeni bir təhlil-tənqid axınına
yol açıb. Bu yanaşmanın ilk nümunələrini
o, Leonardo da Vinçinin
bir uşaqlıq xatirəsini şərh etdiyi məqaləsinin, həmçinin Mikelancelonun
"Musanın heykəli”
əsəri barədə
psixoanalitik rəyinin timsalında ortaya qoyub. Psixobioqrafiyanın bu ilk örnəklərindən
sonra sürətlə
yayılan psixoanalitik təhlil metodu çox keçmədən
ciddi tənqidə məruz qalıb.
Sənətkarların şəxsiyyəti və
həyat tərzi üzərində qurulan spekulyativ təhlillər onların məhrəm dünyasına kobud müdaxilə cəhdləri
kimi qarşılanıb,
şəxsi həyatının
çək-çevir edildiyini
düşünən bir
qisim yaradıcı adamlar da psixoanalitik
şərhlərə etirazını
bildirib. Ədəbiyyata aid psixoanalitik dəyərləndirmələrə
nisbətən təmkinlə,
insafla etiraz edən bir sıra
sənət təhlilçiləri
isə hansısa əsərdə gerçək
həyat hadisələrinin
aşkarlanmasının o əsərin
dərkində və layiqincə qiymətləndirilməsində
rol oynamadığını
önə çəkiblər.
Psixoanaliz təmayüllü təhlilçilərin
qəbul etdikləri ortaq fikir budur
ki, sənət əsəri onu yaradan müəllifin şüuraltı istəklərindən
qaynaqlanır. Bu baxımdan,
əgər sənət
əsəri mübhəm
bir istəyin üstüörtülü, yuxulardakı
kimi müəmmalı,
simvolik dillə ifadəsinə xidmət edirsə, onun məzmunundakı gizli elementlərin ifşası,
sanki müəllifin qurduğu oyunun pozulması anlamına gəldiyi üçün,
sənətkarda narahatlıq
doğura bilər.
Çağdaş ədəbi psixoanalizçilər
məsələnin heç
də düşünüldüyü
kimi olmadığını,
"müəllif oyunu”nu
pozmaq, əsərlərdəki
yaradıcı üslubu
ucuzlaşdırmaq, sənətkarın
şəxsi həyatını
qurdalamaq məqsədi
güdmədiklərini inandırıcı
tərzdə vurğulayırlar. Bildirirlər ki, məramları ədəbi əsərdəki
personajların fikir və davranışlarına
təkan verən şüuraltı səbəblərə
aydınlıq gətirməklə
oxucunun əsəri daha dərindən, hərtərəfli anlamasına
kömək etməkdir.
Zənnimcə, Freydin yaradıcı
fəaliyyəti necə
şərh etdiyinə
dair qısa izahatla
mülahizəmizin dərkini
bir qədər də asanlaşdırmış
olarıq. Freyd, sənətkarların yaradıcı
fəaliyyətilə uşaqların
oyun oynaması arasında önəmli oxşarlıqlar olduğunu
bu sözlərlə ifadə edir: "Uşağın ən sevimli məşğuliyyəti
oyun oynamaqdır. Oyun oynayan uşağın yaradıcı-sənətkar kimi
davrandığını, bununla
özünə aid bir
dünya yaratdığını,
yaxud da ətraf aləmdə gördüklərini – özünə
xoş gələn yeni biçimdə – təzədən düzüb-qoşduğunu
iddia edə bilmərikmi?! Uşağın bu dünyanı ciddi qəbul etmədiyini düşünmək
düzgün olmaz; tam
əksinə, öz oyun dünyasına son dərəcə ciddi və olduqca duyğulu yanaşır.
Oyunun tərs tərəfi ciddi deyil, gerçək
olandır. Uşaq öz
oyununa bəslədiyi
duyğulara rəğmən,
onu gerçəklikdən
çox yaxşı fərqləndirir və xəyalən canlandırdığı
nə varsa, onları gerçək dünya ilə əlaqələndirməkdən xoşlanır. Uşaq
oyununu sənətkar təxəyyülündən ayıran
yeganə cəhət
məhz bu "əlaqələndirmə”dir. Yaradıcı-sənətkarın
fəaliyyəti eynilə
uşağın gördüyü
iş kimidir. Bir tərəfdən, qəti
şəkildə gerçək
dünyadan ayrı düşürsə, digər
tərəfdən, çox
ciddi yanaşdığı,
yəni böyük duyğularla bağlandığı
xəyali dünya yaradır”.
Freydə görə, şairlərin
uşaqlara xas oyun aləminə çox bənzəyən
poetik dünyası dilin bədii obraz yaratma imkanları
hesabına, təxəyyülün
sanki gerçəyə
çevrilməsilə yaranır. Yeri gəlmişkən,
alman dilindəki
"spiel” kəlməsinin həm
"oyun”, həm
"xəyali obraz” anlamı verməsi də bu qənaəti
təsdiqləyir. Yenə
də almanca "Lustspiel” və "Trauerspiel” sözlərinin
məzhəkə və
faciə, yəni
"şən oyun” və "qəmli oyun” kimi mənalanmasını
da misal göstərən Freyd, oyunla şeir arasındakı təxəyyül
dünyası bənzərliyini
sübut etməyə
çalışır.
Adi bir təxəyyül məhsulu
nəyə görə
şeir sayıla bilməz? Bu suala Freyd belə cavab verir: "Şairlərin, yaxud hekayə-roman yazanların
bədii təxəyyül
dünyası gerçəkliyə
yaxınlaşdıqca əsərlərinin
oyatdığı təsir
zəifləyə bilər.
Özü-özlüyündə sönük olan
bəzi duyğular isə bir sənətkarın
təxəyyül dünyasından
keçib oxucunu ovsunlayar. Bədii dilin üstünlüyü
də elə bundadır!”
Uşaq böyüdükcə oyunlarını tərgidir və illər keçdikcə, həyatın gerçək üzünə uyğunlaşmaq üçün, təxəyyül dünyasından ayrılır. Bir sözlə, əvvəllər oyun oynamaqdan aldığı həzdən artıq imtina etmiş kimi görünür. Halbuki insanın vaxtilə duyduğu bir həzdən ömürlük imtina etməsi mümkün deyil. İmtina edilmiş kimi görünənin, əslində, yeri dəyişilir. Uşaq böyüyüb oyunlarını tərgidəndə sadəcə gerçəkliklə oyun arasında əlaqə qurmaqdan əl çəkir: oyun oynamaq əvəzinə, təxəyyülündə obrazlar yaratmağa başlayır. Bu isə bir şairin, yaxud nasirin dünyaya gəlişi deməkdir.
Kaspi 2018.- 7-9 aprel.- S.17.