“YALAN DÜNYA”DAN KƏRAMƏT UMAN RƏSSAM

 

Üslub bədii ifadə zənginliyi ilə diqqət çəkən Azərbaycan təsviri sənətində elə varadıcılar var ki, gərgin davamlı axtarışları ilə elə zamanında öz sənətkarmən”ini təsdiqləmiş, özünəməxsus dəst-xəttə malik olduqlarını sərgiləmişlər. Belə rəssamlardan biri tanınmış fırça ustası - rəngkar Nağdəli Xəlilovdur...

Tanışlıq üçün deyək ki, 1946-cı ildə Qərbi AzərbaycandaQəmərli rayonunun Sarcalar kəndində dünya göz acan N.Xəlilov əvvəlcə Ə.Əzimzadə adına Azərbaçan Dövlət rəssamlıq məktəbində (1968-1972), sonra isə Tiflis Rəssamlıq Akdemiyasında (1974-1980) ixtisas təhsili almışdır. Təhsil illərindən başlayaraq müxtəlif miqyaslı sərgərdə uğurla iştirak edən gənc rəssam 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilmişdir. 1993, 1996 2017-ci ildə Bakıda, 2006-cı ildə isə Ankarada fərdi yaradıcılıq sərgiləri təşkil olunmuşdur. 2011-ci ildəYeni era” Dünya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilmişdir...

Yaradıcılığı mövzu janr əlvanlığı ilə diqqət çəkən rəssamı başqalarından fərqləndirən bədii-estetik xüsusiyyət onun çoxlarına sadə bir qədər tükənmiş kimi görünən realizmin bədii ifadə çərçivəsini duyulası dərəcədə genişləndirməsidir. Bəzilərindən fərqli olaraq yeni cərəyan axtarışı iddiasından uzaq olan Nağdəli Xəlilov, bilavasitə Azərbaycan rəngkarlığında qabarıq duyulan rəngin dominant gücünə tapınmağa üstünlük verdi. Bu mənada onun hər bir tablosunun rəng qatının qeyri-adi dərəcədə qalınlığında axtardığını tapmağa yönəlisəylər toplusu”nun mövcudluğu, həm görünənlərin daşıdığıestetik xəritə”in çoxqatlılığı duyulmaqdadır. Odur ki, onun əsərləri duyğulandırıcı olduğu qədər düşündürücüdür...

Nağdəli Xəlilov yaradıcılığı bütünlüklə doğma yurdlaonun tarixi keçmişi bu günü, yüksək mənəviyyat daşıyıcıları olan insanlar əsrarəngiz təbiəti ilə bağlı olan rəssamlardandır. Onun üçün nəhayətsiz ilham mənbəyinə çevrilən bu qaynaqlarda əslində o. çoxlarının axtarıb tapa bilmədiyi aktual-mənəvi problemləri bəşəri duyğuları da ifadə edə, yaratdıqlarını başqaları üçün duyğulandırıcı estetik mənbəyə çevirə bilmişdir, desək, yanılmarıq.

Yetmiş illik ömrünün bir qərinəsini yaradıcılığa həsr edən, rəssamlıq axtarışları gözlərim önündə keçən, həyatın çox təzadlı hadisələrilə baş-başa qalmasına şahidlik etdiyim Nağdəli Xəlilov bu gün yaşayıb-yaratmaq əzmindədir. Mənəvi ilham qaynaqlarından biri olan dahi M.ŞəhriyarınDünya-yalan dünyadırdeyiminin acı həqiqət olmasına baxmayaraq, imanı-inamı ilə hələ ondan kəramət ummaqdadır. Yurd həsrətinin üstünə maddi sıxıntılarını da qoyub bunları ağır mənəvi-psixoloji yükə çevirən rəssam, təkbaşına onlarıgünahlı dünya”da arzularına doğru çəkməkdədir. Əbədiyyətə yönəli bu yolun uzun, yaxud qısa olacağı isə yəqin ki, onun özündən çox, bizlərdən, ona diqqətimizdən qayğımızdan asılı olacaqdır...

Təhsilsonrası baş tutan qırx illik yaradıcılığında Nağdəli Xəlilov daima millətinin qədim zəngin mənəviyyat daşıyıcısı olduğunu bədii tutumda əbədiləşdirməyə üstünlük vermişdir. Bəzən bunlar çoxlarının tapındığı qazanc dağarcığı kimi baxdığımüasir rəssamlıqnümunələrindən uzaq olsalar da, sənət xiridarları üçün milli mənəviyyat saxlancına töhfə kimi qəbul olunmaqdadırlar.

Doğrudan da onun Tiflisdə diplom işi olaraq yaratdığıAşıq Ələsgərəsərindən başlayan mənəviyyat tariximizin bədiiləşdiruilməsi prosesi sonradan Cəlaləddin Rumi, Nəsirəddin Tusi, Məhəmmədhüseyn Şəhriyar, Xəstə Qasım, Heyran xanım, Məhəmməd Füzuli, Mir Möhsün Nəvvab, Hüseyn xan İrəvani, Xan qızı Natıvan başqa obrazlarının yaradılması ilə davam edib. Bu dahilərin hər biri dünya Azərbaycan tarixinin hər birimiz üçün qürurverici qaynağa çevrilməsində müstəsna xidmətləri olduğundan, rəssam hər yeni əsərində onların daşıdıqları yüksək mənəviyyat məcmusunun tamaşaçı üçün cəlbedici yaddaqalan estetik mənbəyə çevrilməsinə çalışmışdır. Bu portretlərdə bəzən ikonoqrafik dəqiqliyə əməl edən, bəzən məşhurları təxəyyülündən qaynaqlanan cizgilərlə zənginləşdirən rəssam, son nəticədə, onların yüksək bədii tutumda obrazlaşmasına nail olmuşdur.

Onun yaradıcılığında uzaq keçmişlə yanaşı bu günümüzə tutulanbədii güzgü”nün yaddaqalan ifadələrini görmək mümkündür. Bu mənadaQızlar”, “Avtoportret”, “Nar mövsümü”, “Çörək bişirənlər s. tablolarını onun özünün dünyasına müasirlərinin qayğılarının psixoloji-duyğulandırıcı bədii görüntüsü saymaq olar.

Ruhunda gəzdirdiyi yaratmaq gücünü ona bəxş edənə ehtiramını bildirməkdən usanmayan rəssamın dini-mənəvi mövzulara müraciətində qəribə bir səmimilik inandırıcılıq mövcuddur. Tarixin yaddaş saxlancına gömülsə bu gün daşıdığı etik-tərbiyəvi məna-məzmun yükünü qoruyub saxlayan dini həqiqətlər hadisələr fırça ustasının özünəməxsus bədii şərhi nəticəsində keçmişdən bu günə uzanmış etibarlı əhəmiyyətli mənəvi körpü kimi qəbul olunurlar. OnunMerac”, “Salehin dəvəsi”, “İslam cəngavəri”, “Süleyman peyğəmbər hüdud”, “Dinin əsasları”, “İlk İslam Akademiyası”, “Adəm Həvva”, “Qurtuluş ağacı”, “Kəbə”, “Hicrətİlk İslam həmrəyləyiəsərlərində mənəvi dəyərlərimizə təsirli obrazlı görkəm vermək istəyi güclüdür.

Rəssamın mənzərə natürmort janrında çəkdiyi əsərlərdə onun rənglərin pastozluğuna üstünlük verməsinin bilavasitə təsvirin daha təbii inandırıcı alınmasına yönəldildiyini görmək mümkündür. Belə ki, bu cür təqdimatda maddi aləm , təbiət motivləri həyatın bir parçası -“davamıkimi qəbul olunur. Odur ki, tamaşaçı onların canlılığına-malik olduqları fakturanın sankinəfəsaldığına inanır. OnunTək ağac”,”Mərdəkan”, “Heyva ağacı”, “Püstə çiçəkləyəndə”, “Nar ağacı”, “İki ağac”, “Balqabaqlar”, “Heyvalar qərənfillər”, “Payız natürmortu s.əsərləri bu qəbildəndir. Bu əsərlərə hakim kəsilənlal sükut”un qarşılığında rənglərin majorluğunun vurğulan görüntülər lirik-nikbin ovqat yaratması ilə yadda qalır.

Bu yerdə xüsusi vurğulamaq istərdik ki, rəssamlıq yaşın öz sözünü deyə bilmədiyi yaradıcılıq məkanlarındandır. Belə ki. burada son sözünü axırda deyənlər olur, qədər təəccüblü olsa da lap gəncliində ifadə edənlər ... Bunu ona görə deyirik ki, Nağdəli Xəlilovun indiyə qədər yaratdıqları qədər yaxşı olsa belə, onları rəssamın son sözü hesab etməkdən uzağıq. Çünki, özünə ümidi olan kifayət qədər tələbkar olan rəssamın yaradıcı potensialının tükənmədiyinə, açılmamasına inamımız bunu şərtləndirir.

Bütünlükdə, Nağdəli Xəlilovun əsərlərini ilhamını kor-koranə naturaya tabe etməməyin nəticəsi kimi dəyərləndirmək olar. Belə ki, onlarda gerçəkliyə özünəməxsus yanaşma - bədii stilizədən keçirilərək sadə-fəlsəfi tutumda təqdim olunmuş bədii həqiqətlər hifz olunub. Məhz bu məziyyətlərinə görə onun yaradıcılığı müasir Azərbaycan rəngkarlığında tanınandır. Bunu isə onun böyük sənət uğuru saymaq mümkündür...

 

Ziyadxan Əliyev

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Kaspi $2018.- 14-16 aprel.- S.24.