Türkiyə mediası Azərbaycanın turizm potensialından yazdı

 

Müəlliflər turistləri cəlb etmək üçün ölkəmizin geniş imkanlara malik olduğunu qeyd edirlər

 

Turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malik ölkəmiz son illər əcnəbilərin diqqətini özünə cəlb etməkdədir. İki dünya sivilizasiyasının qovşağında yerləşən Azərbaycanın turizm potensialı barəsində dünya mediasında çoxsaylı materiallar dərc edilir. Xüsusi qeyd edilir ki, respublikamızda turizmin bütün növlərinin inkişafı üçün əlverişli mühit formalaşıb. Qardaş ölkə Türkiyənin mediasında da bununla bağlı çoxsaylı materiallar dərc edilir, türk ictimaiyyətinə ölkəmizin turizm potensialı, gəzməli-görməli yerləri barədə ətraflı məlumat təqdim olunur. Məsələn, qardaş ölkənin nüfuzlu "Milliyetqəzeti "Azərbaycan haqqında bunları bilmək lazımdırbaşlıqlı məqaləsini "Azərbaycana gəldiyinizdə bəzi anlaşılmazlıqlar baş verə bilər. Bu mövzuda baş verən anlaşılmazlıqlar filmlərin mövzusu olubfikirləri ilə başlayıb. Müəllif yazır ki, ölkənin hər yerindən yüksələn tarixin qoxusu üçün hazır olun. Daha sonra Azərbaycanla bağlı ətraflı məlumat təqdim edilir. Qeyd edilir ki, burada rus ermənilərə rast gəlmək mümkündür. Ölkənin əsas dili Azərbaycan dili olsa da, rusdilli insanların sayı da olduqca çoxdur. "Təbii qaz neftlə zəngin yataqları olan Azərbaycan öz resurslarını ölkəmizin ərazisindən keçən boru xətləri ilə dünyaya çatdırır”, - deyə müəllif yazır. Onun qənaətinə görə, Azərbaycanın  əsas gəlirləri neft sahəsindən əldə olunur: "Ölkənin milli valyutası manatdır. Əgər Türkiyədən gələcəksinizsə, ölkəyə daxil olmaq üçün pasportunuzun olması eyni zamanda viza almanız lazımdır. Yaşıl pasport sahibləri üçün buna ehtiyac yoxdur”. Daha sonra qeyd edilir ki, ölkədə qədim mağara məbədlər mövcuddur. Onların əksəriyyəti YUNESKO tərəfindən qorunur: "Tarixi İpək Yolu”nun marşrutu da bu ölkədən keçir. 1936-cı ildə təsis edilən Milli İncəsənət Muzeyi incəsənət tarixi ilə maraqlanan insanlar üçün zəruri bir yerdir”.

Daha sonra müəllif yerli mətbəxin gözəlliyindən bəhs edib. Türk Azərbaycan mətbəxinin çox oxşar olduğunu, azərbaycanlıların da türklər kimi ağır yeməklərə - xüsusən xəmir xörəkləri, tərəvəzlərə üstünlük verdiyini yazıb. Müəllif qidalanma mədəniyyətlərinin müxtəlif mədəniyyətlərdən təsirləndiyini vurğulayır. Səbəb kimi onun bir çox imperiyaların tərkibində olduğunu qeyd edib: "Bozbaş fərqli dada sahibdir”. Müəllif Azərbaycanda ziyarət ediləcək yerlərdən bəhs edib. Bu sırada ilk olaraq "Baku Crystal Hall”ın adı çəkilib: "2012-ci ildə "Eurovision  yarışmasının keçirildiyi arenanı görməyə dəyər. Şəki, Xaçmazı da xüsusi qeyd etmək gərəkdir. Meşələr, qala tarixi binalar turistlərin həddən artıq maraq göstərdiyi yerlərdir. Atəşgahda yerləşən məbəd xüsusilə insanların valeh edən bir məkandır”. Müəllif sonda Alov qüllələrinin adını çəkir. Hündürlüyü əzəməti ilə turistlərin diqqətini özünə cəlb edən bu möhtəşəm binanın 3 böyük qüllədən ibarət olduğu vurğulanır.

Yeri gəlmişkən, başqa bir nüfuzlu nəşr "Sabah” qəzeti Azərbaycanın gəzməli-görməli məkanlarından bəhs edən məqaləni öz səhifəsində yerləşdirib. "Küləkli şəhərdə sürət yarışıbaşlıqlı məqalə bir neçə gündən sonra Bakıda start götürəcək "Formula -1” yarışlarına hazırlıq işlərinin necə aparılması ilə başlayıb. Müəllif yazır ki, fürsətdən yararlanıb həm belə bir möhtəşəm yarışmaya baxa, həm şəhərin gözəlliyindən, füsunkar mənzərəsindən zövq ala bilərsiniz: "Əgər ağlınızda Bakını görmək varsa, bu ay tam zamanıdır”. Onun sözlərinə görə, aprelin 27-29-da Bakıda keçiriləcək yarışmada dünya şöhrətli idmançılarVettel, Hamilton Alonso iştirak edəcək: "Onlarla selfi çəkdirmək, "Ferrari” "Mercedes” kimi super avtomobillərin yarışmalarını seyr etmək üçün bundan gözəl fürsət ola bilməz. Builki Qran-pri Bakıda keçiriləcək sayca üçüncü yarış olacaq. Yarışla paralel olaraq, konsertlər olacaq. Kristina Aquilera, Dua Lipa, Jamiroquai kimi dünyaca məşhur ulduzlar konsert verəcəklər. Martin Solveiq Afrojak kimi DJ-lər performans göstərəcəklər. Səyahət etməkdə maraqlı olsanız, şəhəri sizə ətraflı tanıda bilərəm. Modern memarlıq abidələri ilə göz oxşayan, dəyişən gözəlləşən kosmopolit bir şəhər. Ləzzətli təamlar dada biləcəyiniz, baxımlı, sürprizli təmiz bir yer. Xəzər dənizinin  ətrafında yer alan şəhərə gəldikdə, ilk olaraq sizi külək qarşılayır. Elə Bakının adı da küləkli şəhər mənasını verir. Köhnə Bakını görmək üçün İçərişəhər adlandırılan yerə getmək gərəkdir. Ətrafı bürclərlə dairələnmiş İçərişəhər UNESCO tərəfindən qorunur. İçərişəhərin qapısından daxil olunca, küləyin  qəfildən dayandığı deyilir. Şəhər bu şəkildə qonaqlarına "xoş gəldindeyir. Bunu özünüz dayanıb müşahidə edə bilərsiniz. Kafelərin, restoranların, antik xalça dükanlarının sıralandığı İçərişəhərin küçələri labirinti xatırladır. Qiymətlər isə turistlər üçün əlverişlidir. Kiçik daşlardan inşa edilən evlərin bir çoxu otel olaraq xidmət göstərir. İçərişəhərdə mütləq görülməsi olan iki yer var. Bunlardan biri XII əsrə aid olan Şirvanşahlar sarayıdır. Şərqin ən möhtəşəm saraylarından biri olaraq qəbul edilir. Saray daxilində Seyid Yəhya Bakuvi türbəsi, cami, hamam, divanxana kimi yerlər mövcuddur. Saray bu gün muzey kimi istifadədədir. İkinci abidə Qız qalasıdır şəhərin simvollarından biri kimi qəbul edilir. 27 metr hündürlüyü olan qalanın da XII əsrə aid olduğu deyilir. Əfsanəyə görə, xan qızını aşiq olduğu gəncdən ayırmaq üçün qalaya qapadıblar. Qız da buna dözməyərək özünü oradan atıb. Qala kənardan baxanda "Q” formasındadır”. Müəllif sonra Dövlət Bayrağı Meydanına yer ayırıb onu müstəqilliyin, birlik bütövlüyün rəmzi olduğunu yazıb: "Bayraq dirəyinin uzunluğu 162, bayrağın eni 35, uzunluğu isə 70 metrdir. Bayrağın ağırlığı 350 kq-dır. Bakıda dənizin küləyin dadını çıxarmaq istəyənlər sahildə gəzirlər. Sahilin arxa tərəfində isə kafe mağazalar yerləşir. Nizami küçəsində bir çox tanınmış firma şirkətlər öz məhsullarını satır. Möhtəşəm "Flame Towers” isə Bakıda inşa edilən ən müasir tikilidir. Bakının vazkeçilməz yerlərindən biri çayxanalardır. Axşamlar insanlar işdən qayıdanda çayxanalarda oturub dincəlirlər”. Müəllif daha sonra azərbaycanlıların türklərin asanlıqla anlaşa biləcəklərini yazır: "Bu arada ölkədə rus dili məşhurdur. Xəzər dənizindən çıxan balıqlardan dadmağı unutmayın. Ən əsas gediləsi yerlərdən biri Yanar dağdır”. Qeyd edilir ki, Azərbaycanda çıxan neftin həm müalicəvi əhəmiyyəti var: "Bakıdan 330 km. kənarda olan Naftalanda pansionatlarda müalicə almaqla, bir çox xəstəliklərdən qurtulmaq mümkündür. Bakının İçərişəhər bölgəsində "Ginessin rekordlar kitabı”na düşmüş gözəl bir muzey var. Bu muzey dünyanın ən miniatür kitablar kolleksiyasıdır. Muzeydə 66 ölkədən 5 600 kitab toplanıb. Əlbəttə, kitabları oxumaq üçün böyüdücü gərəkdir. Ən qədim kitab 1672-ci ilə aid Qurani Kərimdir”.

 

Hazırladı Azər NURİYEV

 

Kaspi  2018.- 18 aprel .- S.6.