Cümhuriyyətin 100 illiyinə həsr olunan sərgi
«Kaspi» və "Gənc istedadlar” liseyləri birgə
layihələrin icrasına start verdi
Azərbaycan Xalq Cümhuriyyətinin
və Bakı Dövlət Universitetinin
yubileyləri münasibətilə «Kaspi» Liseyi ilə BDU nəzdindəki "Gənc istedadlar” liseyi şagirdlərinin
rəsm əsərlərindən ibarət sərginin
açılışı prezident İlham Əliyevin Milli Məclisdə
keçirilən andiçmə gününə təsadüf
etdi. «Kaspi» Təhsil
Şirkətinin təsisçisi Sona Vəliyeva
tədbir iştirakçılarının diqqətini ölkədə
keçirilən mühüm hadisəyə
yönəltdi: «Bu gün
Azərbaycan prezidenti İlham
Əliyevin andiçmə mərasimi keçirilir.
Biz dövlət başçısına
ölkəmizin çiçəklənməsi və
inkişafı naminə gördüyü
işlərdə uğurlar
arzulayırıq”.
«Kaspi» Liseyinin yaranma tarixindən,
missiyasından və gələcək hədəflərindən
danışan Sona Vəliyeva Bakı Dövlət Universiteti ilə
«Kaspi» Təhsil Şirkəti arasında imzalanmış əməkdaşlıq
müqaviləsi çərçivəsində yaranan əlaqələri
yüksək qiymətləndirdi. "Ulu
öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli
tərəqqisində, uğurlar
qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə
alaraq yüksək dəyərləndirirdi.
Dahi rəhbər deyirdi:
"Hər bir dövlət
əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin
etsin, öz millətinin
elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir
verməlidir, təhsilin inkişafına səy göstərməlidir,
təhsil üçün bütün
imkanları yaratmalıdır”. Ulu öndərin
bu fikirlərini əldə rəhbər tutaraq "Kaspi” Təhsil
Şirkəti kimi təhsilimizə
töhfə verməyə çalışırıq. Elə
Bakı Dövlət Universitetinin "Gənc
istedadlar” Liseyi ilə
birgə təşkil olunan rəsm sərgisi
də bu qəbil tədbirlərdəndir”.
"Kaspi” TŞ-nin təsisçisi
iki lisey arasında
keçirilən sərginin Cümhuriyyətin 100 illiyinə həsr
olunmasından qürur duyduğunu
bildirdi: "Müsəlman şərqində
ilk parlamentli respublika - Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasından 100 il ötür. Tariximizin ən
şərəfli və şanlı səhifəsi olan cümhuriyyət uzunömürlü
ola bilməsə də, Azərbaycan
xalqının şüuruna müstəqillik
anlayışını, qəlbinə isə müstəqillik
sevgisini həkk etdi. «Kaspi» Təhsil Şirkəti də
öz növbəsində AXC tarixini şagirdlərə sevdirmək, bu tarixin əhəmiyyətini
onlara fərqli formalarla
çatdırmaq, həmçinin özünün
kiçik fəaliyyət miqyasında bu şanlı tarixə və onun
iştirakçılarına simvolik olaraq öz təşəkkürünü
bildirmək üçün seçilən
layihələr həyata keçirməkdədir. Vaxtilə
Bakıda «Kaspi» adında qəzet nəşr
olunurdu. O milli
şüurun oyanması və azadlıq hərəkatında,
sonralar Xalq
Cümhuriyyətinin qələbəsinə qədər olan bir mərhələdə
beyin mərkəzi rolunu
oynadı. Xaricdə təhsil alıb gələn ziyalılar bir yerə toplaşaraq Azərbaycan
Xalq Cümhuriyyətini yaratdılar.
Cümhuriyyət yarananda, onun
uzunömürlü olması üçün hansı amillərin vacib olması sualı ortaya
çıxanda bir elm
məbədinin də yaranması gündəmə gəldi. Beləcə, universiteti təsis etdilər. Az
sonra bu universitetin 100 illiyi qeyd olunacaq. Hər iki liseydə
təhsil alan
şagirdlərin işlərindən
görünür ki, bu uşaqlar azərbaycançılıq ruhunda
tərbiyə alır,
dövlətçilik təfəkkürü
ruhunda böyüyürlər”.
S.Vəliyeva ölkə
başçısı İlham
Əliyevin yenidən prezident seçiləndən
sonra xalqla görüşündə söylədiyi
fikirləri xatırladı:
«Azərbaycanın gələcəyi
gənclərin əlindədir.
Gələcəyin bütün istiqamətləri
onların elmi – intellektual səviyyəsinin
inkişafından asılı
olacaq. Bu mənada çox ümidverici gəncliyin yetişməsinin şahidiyik».
"Kaspi”nin təsisçisi
milli ruhda böyüyən gənclərlə
yalnız qürur duyula biləcəyini söylədi. S.Vəliyeva
BDU ilə əməkdaşlığın
daha da genişlənməsi
təklifini irəli sürdü: "Liseylər
arasında əməkdaşlıq
təhsilimizin inkişafına
yeni töhfələr
verə bilər”.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov prezident
İlham Əliyevin sərəncamı ilə
«Xüsusi istedada malik olan şagirdlərin
yaradıcılıq potensialının
inkişafı üzrə
Dövlət Proqramı»nın qəbulundan sonra həmin proqrama uyğun olaraq liseyin 2007-ci ildən fəaliyyətə
başladığını qeyd etdi: «İndiyə
qədər 9 buraxılışı
olan liseyin 340-dan çox məzununun hamısı ali məktəblərə qəbul
olunub. Liseyin müxtəlif elm və təhsil müəssisələri, o cümlədən
«Kaspi» Təhsil Şirkəti ilə əməkdaşlıq əlaqələri
var”. BDU rektoru rəsm sərgisinin şagirdlərin gələcək
fəaliyyətləri üçün
böyük stimul olacağını qeyd etdi: "Xalq Cümhuriyyəti fəaliyyəti
dövründə mühüm
işlərə imza atdı. İlk növbədə Bakı Dövlət Universiteti yaradıldı.
Bu universitet Xalq
Cümhuriyyətinin müdrik
insanları tərəfindən
yaradılanda bir arzu olub – Azərbaycanda
savadsızlıq aradan
qalxsın”. A.Məhərrəmov
bu gün Bakı Dövlət Universitetinin təhsil və elm mərkəzi olduğunu, dünyada qəbul olunan universitetlər sırasında
yer aldığını
diqqətə çatdırdı:
"Universitetin uğurlarına
görə biz o nurlu insanları bu gün də xoşluqla yad edirik. Şagirdlər öz əsərlərində
o nurlu insanların xidmətlərini yada salıblar. Hesab edirəm ki,
liseylər arasında
əlaqələrimiz ümumi
təhsilin inkişafına
dəstək verəcək.
Şagirdlərin bir-birlərinin
əl işləri ilə tanış
olmaları Azərbaycanın
gələcək elm və
təhsil uğurlarından
xəbər verir. Şagirdlər bu yolla bir-birləri ilə dostluq əlaqələri quracaq. Bu da
elm və təhsilin inkişafı deməkdir.
Mən bu ideyaya yüksək
qiymət verirəm.
Gələcəkdə əməkdaşlığın
genişləndirilməsini arzulayıram. İntellektual səviyyəni yüksəltmək
baxımından belə
tədbirləri yüksək
qiymətləndirirəm”.
"Xalq cəbhəsi” qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli
Cümhuriyyət dəyərləri
ilə bağlı vahid mövqe nümayiş etdirən liseylərin işini təqdir etdi: "Təhsil ocaqları "Cümhuriyyət İli”nə
həsr etdikləri tədbirləri ilə Azərbaycan balalarının
könüllərinə, qan
yaddaşlarına bayrağımızdan
süzülən müqəddəs
xətti aşılayırlar.
Ümid edirəm ki, Azərbaycan Cümhuriyyəti
məhz bizim təhsil sisteminin timsalında daim yaşayacaq”.
«İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də çıxışında
hər iki təhsil ocağında müasirliyi və gələcəyi, milli dəyərləri özündə
ehtiva edən uşaqların formalaşdığını
qeyd etdi: "Sərgidəki rəsm əsərləri böyük
bir tarixi özündə əks etdirir. Bu isə
bizim təhsilin və uşaqların parlaq gələcəyindən
xəbər verir”.
Tədbir çərçivəsində
sərgiyə baxış
keçirildi. «Kaspi»
və «Gənc istedadlar» liseylərinin hər birindən 25 şagirdin 30 rəsm əsərinin nümayiş
etdirildiyi sərgidə
hər liseydən 5 nəfər olmaqla on şagird 1-ci, 2-ci və
3-cü yerlərin qalibi
kimi mükafatlandırıldı.
Digər
şagirdlərə isə
fəxri fərmanlar təqdim edildi.
Yaxın günlərdə liseylər arasında əməkdaşlıq çərçivəsində
ı stolüstü tennis, şahmat,
futbol və intellekt yarışlarının
keçirilməsi nəzərdə
tutulur.
Sərgidə iştirak etdi: Təranə Məhərrəmova
Kaspi.-2018.-19 aprel.-S.6.