Görkəmli alim, peşəkar memar, qayğıkeş ana

 

Gülçöhrə Məmmədova bilik bacarığını Azərbaycanın inkişafına sərf edir

 

Azərbaycan qadını zəkası, dünyagörüşü, müdrikliyi, qəhrəmanlığı ilə daim tarixdə öz layiqli yerini tutub. Tarixin səhifələrini vərəqləyəsi olsaq, qadınlarımızın cəmiyyətdə rolunu aydın görə bilərik. Peşəsindən asılı olmayaraq tarixdə dərin izlər qoyan xanımlarımızın sayı kifayət qədər çoxdur. Keçmişində Sara Xatunu, Məhsəti Gəncəvisi, Xurşidbanu Natəvanı olan bir xalqın bu gün sayılıb seçilən qadınları var. Hansı ki, o xanımlar xalqın gələcəyi, inkişafı naminə əllərindən gələni edirlər. Həmin qadınlardan biri memarlıq doktoru, professor, Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovadır.

Gülçöhrə Məmmədova 24 aprel 1953-cü ildə Qərbi Azərbaycanda anadan olub. 1971-ci ildə orta məktəbi, 1976-cı ildə isə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirib. 1975-ci ilin sentyabr ayında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun komsomol komitəsinin katibi seçilib 1979-cu ilə qədər həmin vəzifədə işləyib. 1979-cu ildə həmin institutun memarlıq konstruksiyaları abidələrin bərpası kafedrasında assistent vəzifəsində çalışmağa başlayıb. 1987-ci ildən həmin kafedranın baş müəllimi, 1991-ci ildə dosenti, 2000-ci ildə isə professoru vəzifəsinə seçilib. 1999-cu ildə Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru təyin edilib. Elmi fəaliyyəti əsasən Qafqaz Albaniyasının memarlığı Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bir çox abidələrin bərpa elmi rekonstruksiya layihələrini işləyib. Həmçinin bir çox beynəlxalq elmi konfransların təşkil olunmasında iştirak məruzələrlə çıxış edib, memarlıq abidələrinin bərpası ilə bağlı bir sıra beynəlxalq layihələrə rəhbərlik edib.

2000-2005-ci illərdə Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olub. Gülçöhrə xanım 1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. Beynəlxalq Elmlər Akademiyası Şərqi Avropa Bölməsinin Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür. 2006-cı ildə ona "Azərbaycan Respublikasının Əməkdar Memarıfəxri adı verilib.

65 yaşı tamam olan Gülçöhrə xanımın yoldaşları ilə həmsöhbət olub, tanınmış alim haqqında fikirlərini öyrəndik

AZMİU-nun İnşaat fakültəsinin dekanı, dosent Hikmət Məmmədov bildirdi ki, Gülçöhrə xanım hər şeydən əvvəl nümunəvi müəllimdir: "Gülçöhrə xanım haqqında çox şey demək olar. 20 ilə yaxındır ki, Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru vəzifəsində çalışır. O, rektor olandan bu günə qədər universitetdə ab-hava kökündən dəyişib. Tədrisin keyfiyyəti yüksəldilib, təlim-tərbiyə işi tələb olunan səviyyədə qurulub, kadr seçiminə xüsusi fikir verilib. Həmçinin işlərinin çox olmasına baxmayaraq, özü nümunəvi bir müəllim kimi bütün dərslərdə iştirak edir. Digər müəllimlərimiz ondan nümunə götürürlər. Gülçöhrə xanım işini bilən təhsil işçisi olmaqla yanaşı, eyni zamanda 10 il Milli Məclisin deputatı olub. Bu bir daha sübut edir ki, Gülçöhrə xanım kifayət qədər dünyagörüşlü, elmi, biliyi yüksək  səviyyədə olan biridir. Təxminən 10 ilə yaxındır ki, biz onunla birlikdə işləyirik. Çox tələbkar, ciddi, işin keyfiyyətinə önəm verən biridir. Gülçöhrə xanımın sayəsində bizim universitetlə İstanbul Texniki Universiteti arasında ikili diplom əlaqələri qurulub. Bu nailiyyət hələ ki, Azərbaycanda heç bir universitetdə yoxdur. Gülçöhrə xanımı təbrik edir, ona uzun ömür, cansağlığı arzulayıram. O, nəvələrini çox sevən bir nənədir. Arzu edirəm ki, daim onlarla birlikdə olsun”.

AZMİU-nun Su təsərrüfatı mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı, dosent Zakir Musayev hazırda universitetdə ciddi şəffaflıq hökm sürdüyünü bunun üçün Gülçöhrə xanıma minnətdar olduqlarını deyir: "Gülçöhrə xanım olduqca ədalətli bir xanım, gözəl ailə başçısı, yaxşı təhsil işçisidir. O, işçilərə, müəllimlərə böyük qayğı ilə yanaşır. Hazırda universitetimizdə ciddi şəffaflıq hökm sürür. Bütün imtahanlar test üsulu ilə aparılır. Bunun üçün universitetimizin rəhbərinə minnətdarıq. O, elmi fəaliyyətlə məşğuldur. Bir sıra böyük beynəlxalq layihələrdə iştirak edib. Gülçöhrə xanım işlədiyi müddətdə universitetimizin iki dəfə - 30 40 illik yubileyini keçirib. Yubiley münasibətilə bir çox müəllimlərə prezidentin sərəncamı ilə fəxri adlar verildi, medalla təltif olundular. Bunların hamısı Gülçöhrə xanımın əməyi sayəsində baş verib”.

AZMİU-nun Memarlığın əsasları kafedrasını müdiri, professor, əməkdar memar, memarlıq doktoru, Nizami Nağıyev qeyd edir ki, Gülçöhrə xanım həm müəllimlərlə, həm tələbələrlə səmimi münasibət saxlayır: "Azərbaycanda memarlıq sahəsində ən görkəmli alimlərdən biri olan Gülçöhrə xanım bütün gözəl sözlərə layiqdir. Bu sahədə kifayət qədər əhəmiyyətli işlərə imza atıb. Həmçinin Memarlar İttifaqının katibidir. Orada da çox böyük işlər görüb. O, rektor olduqdan sonra bizim universitet əsaslı şəkildə, müasir standartlara uyğun səviyyədə təmir olundu. İndi memarlıq fakültəsinin yeni korpusu tikilir. Ona can sağlığı, xoşbəxtlik arzu edirəm. Gülçöhrə xanım çox gözəl ailə başçısı, qayğıkeş anadır. Həm müəllimlərlə, həm tələbələrlə səmimi münasibət saxlayır”.

AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, memarlıq doktoru, professor, Nərgiz xanım onu gənclik illərindən tanıdığını həmin dövrdə fəal, aktiv bir xanım olduğunu qeyd edir: "Yaxşı rəhbər, gözəl insandır. Bütün işlərə böyük məsuliyyətlə yanaşır. Universitetimizə rektor təyin olunduğu gündən bir sıra əhəmiyyətli işlərə imza atıb. Universitetimizdə sağlam kollektivin qurulmasında Gülçöhrə xanımın rolu böyükdür.  Xüsusilə , hər kəsə böyük qayğı ilə yanaşır. Kollektivimizdə gənclərin önə çəkilməsinə, onların inkişafına böyük önəm verir. Onların inkişafı üçün hər bir şəraiti yaradır. Həmçinin beynəlxalq səviyyədə bir çox əhəmiyyətli layihələrə imza atıb. Universitetimizin xarici əlaqələrinin genişlənməsində onun rolu danılmazdır. Mən onun bu fəaliyyətini yüksək qiymətləndirirəm. O, bir insan, bir ana, bir qadın kimi hər kəsə nümunə olacaq biridir. Düşünürəm ki, Gülçöhrə xanım kimi qadınlarımız qədər çox olarsa, bir o qədər yaxşı olar. Bir mütəxəssis kimi onun işlərini yüksək qiymətləndirirəm. Xüsusilə onun köhnə abidələrin bərpa olunmasında göstərdiyi səyləri qeyd etmək lazımdır. Biz institut illərində onunla paralel oxumuşuq. O, gənclik illərində çox fəal, aktiv idi”.   

 

Günel Azadə

 

Kaspi  2018.- 25 aprel.- S.9.