Ana dili - milli qürurumuz
Doğma dilim! Sən ki varsan dünyada,
Mən də "varam”- söyləməyə
haqlıyam.
Dost ellərə
min hörmətim olsa
da,
Öz yurduma min könüldən
bağlıyam!
Ələkbər Ziyatay
Mənim ana dilim! Bu, o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir. Bu, o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur. Dil yalnız ünsiyyət yaratmır, mədəniyyətləri, xasiyyətləri, tarixi, insani keyfiyyətləri və soykökü təyin edir. Hər bil dil ayrılıqda dünya haqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Hər millətin özünəməxsus ana dili onun mənəvi diriliyidir. Əbəs yerə deyilmir ki, bir millətin malını, dövlətini və hətta vətənini işğal etsən, ölüb-itməz, amma dilini alsan, məhv olar və ondan nişan qalmaz. Ana dili insan şəxsiyyətinin inkişafının əsasını təşkil edir. Yəni hər bir kəs ömrünün axırınadək dilinə arxalanır. Hər bir millətin varlığının mühüm amillərindən biri olan dili heç vaxt yaddan çıxmayan, unudulmayan qörur mənbəyidir. Azərbaycan dili dünya dilləri içərisində öz gözəlliyi, öz avazı ilə seçilən, uzaq tariximizi bu gün də yaşatmağa kömək edən bir dildir. Dilimiz milli sərvətimizdir. Hər şey ana dilindən başlayır və o, ana südü qədər müqəddəsdir. Tarixin müəyyən dövrlərində dilimiz də düşmən qüvvələrin təzyiqinə, təcavüzünə məruz qalıb. Lakin xalqımız milli birliyi, milli qüruru sayəsində dilini qorumağa müvəffəq olub. Azərbaycan dili də dünyanın ən zəngin dilləri sırasındadır. Bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır və Azərbaycan dilində danışır. Ana dilimiz Altay dilləri ailəsini türk qoluna daxildir. 2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib. Bu, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində atılmış çox mühüm addım olub. Çağdaş Azərbaycan ədəbiyyatının aparıcı simalarından biri olmuş Zəlimxan Yaqub "ruhumuza işləyən, qanımıza hopan, sazın pərdəsindən süzülən”, "bayatı beşiyi, layla yuvası” olan, tarlı-kamanlı dilimizi belə vəsf edir: Füzuli zirvəli, Vaqif arxalı,
Mənim Qorqud dilim, Ələsgər dilim.
Ömrümün naxışı, bəxtimin
xalı,
Dadda, şirinlikdə bal, şəkər dilim! Ana dili bizim müqəddəs sərvətimiz,
anamızın dilidir.
Ana dili ömrümüzə
məna verən, onu gözəllədirən
əxlaq dərsliyidir.
Ana dili adicə
bir ifadə deyil, ürəklərə
hərarət gətirən,
insanı öz keçmişinə bağlayan,
gələcəyə səsləyən
mənəvi xəzinədir.
Ana dili bizim
kökümüz, milli
mədəniyyətimiz, milli
əxlaqımızdır. Dilsiz insan susuz səhralara
bənzər. İnsan hələ
körpə ikən dilin vasitəsilə ana laylasındakı doğmalığı duyur,
hiss edir, eşitdiyi nağıllardakı hər
sözün, hər ifadənin necə səsləndiyini cəhd edir. Mənim ana dilim Azərbaycan dilidir. Bu dil məni
dünyaya gətirən
anamın dilidir, üzərində boy atıb
böyüdüyüm Vətənimin
dilidir, Azərbaycan Respublikasının dövlət
dilidir. Azərbaycan dili həm qüdrətli və gözəl, həm də mənalı, şirin dildir. Bu dil ən mürəkkəb fikirləri
ifadə etməyə,
ən obrazlı epizodları çatdımağa
qadir bir dildir. Azərbaycan dili Azərbaycan
xalqının varlığıdır.
Min ildən artıq
tarixi olan bu dildə nə
qədər gözəl
əsərlər yaranmış,
nə qədər hikmətli fikirlər söyləmişdir. Azərbaycan dili
haqqında yazıçı
Mirzə İbrahimovun
fikri çox maraqlıdır. O yazır:
"Azərbaycan dili qanadlı xəyalları,
coşqun ehtirasları,
dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şerlə,
ahənglə, musiqi ilə doludur.” İnsan həyatında dil qədər lazımlı,
dil qədər ecazkar bir şey
yoxdur. Çünki məhz dilin
köməyilə biliklərə
yiyələnir, onun vasitəsi ilə öz sevinc və arzularımızı,
sevgi və məhəbbətimizi, qəzəb
və nifrətimizi bildiririk. Azərbaycan dili əsrlər
boyu inkişaf edərək zaman çərçivəsində süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir.
Bu incə və
lətafətli dil bütün dövrlərdə
öz gözəlliyi
və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur. Bir çox
tanınmış şəxsiyyətlər
bu dilin gözəlliyini duyaraq onu öyrənmək həvəsində olmuşlar.
Böyük rus şairi
M.Y.Lermontov Qafqazda olarkən dostu S.A.Rayevskiyə yazırdı
ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan
dilini bilmək o qədər zəruridir.
Azərbaycan dili bizim varlığımız və
sərvətimizdir. Onu saflığını
və müqəddəsliyini
qorumaq, yad təsirlərdən qurtarmaq
bizim borcumuzdur. Mən canım Azərbaycan adlı məmləkətdə yaşayıb
Azərbaycan dilində
danışdığıma görə fəxr edir və yazımı
görkəmli şairimiz
Nəbi Xəzrinin şerindən götürülmüş
bir bəndlə bitirmək istəyirəm:
Ucalır bağçada bülbülün
səsi,
Çay susur, əsməyir
çəməndə yel
də.
Nə qədər doğmadır
onun nəğməsi
Bülbül də elə bil ötür
bu dildə.
Rövşən Məmmədov,
Azərbaycan Respublikası Nazirlər
Kabineti Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondunun Əməkdaşı
Kaspi.- 2018.- 2 avqust.- S. 11.