“24-lər”dən on dördüncüsü

 

O, Azərbaycanın ilk kimyaçı akademiki olub

 

Yusif Heydər oğlu Məmmədəliyev. BDU-nun on dördüncü rektoru olan Yusif müəllim 1954-58-ci illərdə universitetə rəhbərlik edib. "Həyatda yaxşı nə qazandımsa, kitablara borcluyam” söyləyən Yusif Məmmədəliyev Ordubadda Heydər kişinin ailəsində dünyaya göz açıb. 1905-ci ilin sonuncu günü Tanrı bu sadə, kasıb ailəyə bir oğul bəxş edib. İllər sonra bu oğlun xoş sorağına bir ev yox, bir el sevindi.

 

Heydər kişi ailəsini halal zəhməti ilə dolandırıb. Onun böyük meyvə bağı Ordubadda məşhur imiş. Gün çıxandan axşam çağına kimi burada çalışar, ailəsini bağın mer-meyvəsindən əldə etdiyi gəlirlə dolandırardı. Yusifin anası Gülsüm xanım da ömür-gün yoldaşı Heydər kimi savadsız olub. Amma çox güclü hafizəsi olan qadın, uşaqlarını laylalar, nağıllar, zərb-məsələlərlə tərbiyə edib. Yazıb-oxuya bilməsə , evdəki kitablara qayğı ilə yanaşması, uşaqların diqqətindən yayınmayıb. Onlarda elmə, məktəbə maraq oyadıb.

Yusif ilk təhsilini Ordubadda mollaxanada alıb. 13 yaşı olanda ailə Təbrizə göçüb. 1918-ci il ermənilər Naxçıvana hücum edirlər. Heydər kişi ailəsini ara sakitləşənə kimi Arazın o tayına keçirməyi qərara alır. Çayı keçərkən faciə baş verir. Ailənin böyük oğlu İlyas suda boğulub ölür. Bu hadisə Yusifi bərk sarsıdır. O, təkcə qardaşını yox, həm yaxın dostunu itirir. İlyas çox savadlı oğlan idi, bir necə dil bilirdi. Yusif mollaxanadan çox, qardaşı İlyasdan öyrənmişdi yazıb-oxumağı. Qardaşının yoxluğu ilə barışa bilməyən Yusif, ömrü boyu bu faciənin acısını unuda bilmir...

1920-ci ildə Heydər kişi yenidən ailəsini Ordubada qaytarır. Bu zaman Yusif kənd müəllimi işləyirdi. Yaxşı təhsil almaq, bilikli, savadlı olmaq onun ən böyük arzusu idi. Bu arzunu çin etmək istəyi ilə üz tutur böyük şəhərlərə. 1923-cü ildə Bakıya gəlir Azərbaycan Ali Pedaqoji İnstitutunun təbiət şöbəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra öz istəyi ilə əvvəl Gəncə Pedaqoji Məktəbində, sonra isə Yerevan Pedaqoji Texnikumunda dərs deyir. Amma bunlar Yusifi qane etmirdi. Elimdə daha böyük nailiyyətlərə sahib olmaq istəyi onu rahat buraxmırdı. Odur ki, yenidən oxumağa qərar verir. Bu dəfə Moskvaya gedir. 1929-cu ildə MDU-nun kimya fakültəsinin tələbəsi olmaq şərəfinə nail olur. Yusif tez bir zamanda universitetin ən istedadlı, nizam-intizamlı tələbəsi kimi tanınır. Universiteti əla qiymətlərlə başa vuran Yusif, ilk olaraq Moskvada kimya zavodunda işə başlayır.

Amma onun arzusu elimdə öyrəndiklərini öz vətənində həyata keçirmək idi. Ona görə ,  vətənə qayıdır Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzvü-kimya kafedrasında işə başlayır. Bununla da gənc ixtiraçı ömrünü-gününü elmi kəşflərə həsr edir. 1941-ci ildə Böyük Vətən M üharibəsinin başlanması onu saatlarla, günlərlə laboratoriyalarda yeni kəflərin aparılmasına vadar edir. Müharibənin qızğın cağında - 1942-ci ilin sentyabrında Yusif müəllim "Aromatik karbohidrogenlərin alkilləşdirilməsi alkilsizləşdirilməsi yolu ilə tolyolun sintezimövzusunda doktorluq dissertasiyasını çox uğurla müdafiə edir. Bütün elmi ictimaiyyətin diqqətini cəlb edən bu uğurlu işin təbliğinə Moskva qəzetləri səhifələrində gen-bol yer ayırır. O zaman ölkənin məşhur qəzetlərindən biri olan "İzvestiyayazırdı: "Müharibə ilə sıx möhkəm bağlı olan alimin bu işinin arxasında düşmənə zərbə dayanır”. Qəzet haqlı idi. Çünki gənc alim Y.Məmmədəliyev alkilləşdirmə alkilsizləşdirmə reaksiyasından istifadə edərək, sintezin elə orijinal metodlarını işləyib hazırlamışdır ki, bunlar istər yüksək oktanlı aviasiya yanacaqlarının, istərsə trotil hazırlanması üçün zəruri əsas xammal olan tolyolun istehsalını xeyli artırmağa imkan verir. Y.Məmmədəliyev ilk dəfə neft işində elə yeni kimyəvi proseslər tərtib etmişdir ki, bunlar nəinki əsas məhsulun istehsalını xeyli artırmağa, həm neftayırmanın daha da inkişaf etdirilməsi perspektivini hazırlamağa imkan yaratmışdı. Elə bu böyük uğuruna görə, Y.Məmmədəliyev 1942-ci ildə professor adına layiq görülür.

Gənc professor alkilləşdirmə alkilsizləşdirmə reaksiyalarını tətbiq etməklə, neft sənayesinin inkişafında yeni istiqamətin əsasını qoydu. Yusif müəllim ixtiralarını yalnız laboratoriyalarda təcrübədən keçirməklə kifayətlənmirdi. O bilirdi ki, bunlar həm keyfiyyətcə, həm kəmiyyətcə çox böyük səmərə verəcəkdir. Ona görə , 1943-cü ildə "Azərqaztrestinin 4 nömrəli zavodunda ilk sınağını həyata keçirir. Alkibenzinin sintezi üzrə təkcə bir prosesin tətbiqi 1943-cü ilin ötən dövründə əlavə olaraq 10000 tona qədər yüksək keyfiyyətli aviasiya benzini istehsal etməyə imkan vermişdi. Bu böyük uğur dünya alimləri tərəfindən alqışlanır: "Y.Məmmədəliyevin işləri neft sənayesi qarşısında geniş perspektivlər açır cəsarətlə demək olar ki, yüksək keyfiyyətli aviasiya benzini tolyol istehsalında əsl çevriliş edir”.

Bu ixtiralar istehsalatda böyük iqtisadi səmərə verdiyi üçün 1944-cü ildə o, zamanın ən böyük mükafatına Stalin mükafatına 1945-ci ildə isə SSRİ Dövlət Mükafatına layiq görülür. Bundan sonra Bakıda alkibenzol istehsalı zavodu tikilir Y.Məmmədəliyevin metodu ilə işləyir. Y.Məmmədəliyevin bu uğurları Azərbaycanda Neft Kimyası Məktəbinin əsasının qoyulmasına səbəb olur. 1945-ci ildə elimin ən yüksək adına - Azərbaycan SSR Elmlər Akademiyasının akademiki adına layiq görülən Y.Məmmədəliyev, 1947-ci ildə Azərbaycan EA-nın prezidenti seçilir. Artıq 1950-ci illərdə Y.Məmmədəliyevin elmi ixtiralarının şöhrəti Azərbaycanın sərhədlərindən çox-çox uzaqlara da yayılmışdır.

Y.Məmmədəliyev 1954-58-ci illərdə BDU-ya rəhbərlik edib. O, rektor olduğu illərdə BDU-da  bir çox nailiyyətlərə imza atıb. 1955-56-cı dərs ilində rektorluq bütün ixtisaslar üzrə yeni tədris planları aldı. Bütün fakültələrin ilk 3 kursu bu planlar üzrə fəaliyyət göstərməyə başladı. 1956-57-ci dərs ilində tədris prosesində növbəti dəyişikliklər edildi; birgə mühazirələr artırıldı, bir sıra kursların təkrar edilməsi aradan qaldırıldı s. Bu dəyişikliklər tədrisin keyfiyyətini bir qədər yaxşılaşdırmağa imkan verdi.

BDU-nu daha çox elm mərkəzinə çevirmək niyyətində olan Y.Məmmədəliyev, geniş elmi işlər aparmaq yüksək dərəcəli mütəxəssislər hazırlamaq üçün kafedra laboratoriyaların müasir avadanlıqlarla təchiz edilməsinə nail oldu. "Zamanın tələb”lərindən bir qədər yayınmağa can atan rektor, siyasi elmlərin tədrisinə nisbətən "göz yumdu”. 1955-56-cı dərs ilində marksizm-leninizmin əsasları kafedrası Sovet İttifaqı Kommunist Partiyası tarixi kafedrası adlanmağa başladı. Maksizm-leninizm nəzəriyyəsinin tədrisi nisbətən arxa plana keçdi.

 Yusif müəllim BDU-ya rəhbərlik etdiyi bu qısa zamanda universitetin elmi əsərlərinin çapına nail olmuş yeni korpusun inşasına başlamışdı. 1958-ci ilin ortalarından BDU rəhbərliyindən uzaqlaşdırılan Y.Məmədəliyev, yenidən Azərbaycan EA-nın prezidenti SSRİ EA-nın müxbir üzvü seçilir. İxtiraçı alim Akademiyanı həqiqi elmi mərkəzə çevirmək üçün yenidən var qüvvəsi ilə işə başlayır buna nail olur. SSRİ Azərbaycan SSR Ali Sovetinə deputat seçilən görkəmli akademik Lenin ordeni Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunub. Azərbaycanın Əməkdar elm xadimi kimi fəxri adı daşıyan Yusif müəllim, bu gün qəlbimizə, yaddaşımızda bütün bu uğurlarından ucada duran xeyirxah insan, vətənpərvər ziyalı kimi qaldı.

Azərbaycan mətbuatının canlı ensiklopediyası olan Qulam Məmmədli danışırdı: "1953-cü ildə Mərkəzi Komitədə böyük bir tədbir keçirilir. Yusif müəllimə söz verilir. O, qoyulan "qayda-qanunupozaraq ana dilində çıxış edir. Bu, Mərkəzi Komitənin birinci katibi M.C.Bağırovun çoxlarının xoşuna gəlmir. Bu hadisədən sonra Mərkəzi Komitədə ona münasibət dəyişilsə , Yusif müəllim öz inadından, vətənpərvərliyindən dönmür. Əksinə, Azərbaycan EA-da keçirilən əksər böyük tədbirlərin ana dilində aparılmasına nail olur”.

Deməli, vətənpərvərlik, insansevərlik, xeyirxahlıq vəzifəsindən asılı olmayaraq insanın canında-qanında olmalıdır heç bir yüksək titul bunları onun qəlbindən qoparıb ata bilməz.

 

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist

 

Kaspi.- 2018.- 3 avqust.- S.11.