Mövzularda lirik yanaşma Leyla Əliyeva
yaradıcılığının nadir
xüsusiyyətidir
Yazıçı-publisist, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla xanım Əliyevanın poeziya yaradıcılığı ilə bağlı maraqlı məqalə ilə çıxış edib. “Kaspi” qəzeti İran İslam Respublikasının “Şair” ədəbiyyat qəzetinin fars dilində yaydığı məqaləni daha geniş şəkildə təqdim edir.
...Hər bir yaradıcı şəxsin mövzu seçimi onun dünyagörüşünün, fəlsəfi baxışlarının, həyatı dərk etməsinin, dərketmə və hissetmə duyğuları arasındakı mütənasibliyin, ən əsası isə mənəvi aləminin göstəricisidir. Yaradıcı mühitdə tez-tez rast gəldiyimiz bir ifadə var: sərlövhə mətnin yarısıdır! Bədii yaradıcılığı haqqında söhbət açdığımız şairə Leyla xanım Əliyevanın poeziya dünyasına nəzər yetirdikdə onun müraciət etdiyi mövzular ilə şeirlərinə seçdiyi adlar arasındakı tamamlayıcılıq özünəməxsus şəkildə zəngin harmoniya yaradır.
Nobel mükafatçısı, məşhur amerikalı yazıçı Villiam Falkner yazır ki, sənətkar üçün müqəddəs ruh sakitliyi və gündəlik rahat həyat önəmli deyil. Yazıçıya maddi cəhətdən azadlıq və müstəqillik yox, kağız və qələm lazımdır. Bu müdrik fikirlərin reallıq və inkarolunmaz gerçəklik olduğunu Leyla xanımın həyat və fəaliyyətində aydın şəkildə görə bilirik. Şairənin zəngin poeziya dünyasını poetik dildə belə təsvir edə bilərik:
Tanrı dərgahındadır şairə Leyla,
Təmasda yaşayır yıldızla, Ayla.
Hikmətlə, mənayla yükləyib gəmi,
Kədərdən danışır, o qovur qəmi.
Tanrıya sığınıb, qüvvət Ondadır,
Hüzura çatmaqçün eşq yolundadır.
Duyğusu, baxışı, zəngin varlığı,
Ona qısmət edib Natəvan dağı.
Leyla xanımın seçdiyi mövzulara yanaşma tərzi ilə Qırğız ədəbiyyatının ən böyük simalarından sayılan, dünya şöhrətli azadlıq şairi Toktogul Satılganovun yaradıcılığında çox böyük uyğunluq var. Məsələn, Toktogul Satılganov "Barpı[2] ilə qarşılaşma” poemasında yazır:
Yetimi görəndə ağladım,
Əzaba dözməyərək,
Bir ağırmı danışdım?
Hal-əhvalın soruşa bilməyərək.
Leyla Əliyeva da "Romada” şeirində də məhz eyni yanğı ilə miskin insanın acı taleyinə olan zərif hisslərini belə ifadə edir:
Romada bulaşıq bir skamyada,
Səssiz oturmuşam noyabr günü.
Böyrümdə əyləşib miskin bir səfil...
Görən nədir üzən onun könlünü?
İndi isə Toktogul Satılganovun "Əlvida, ana” şeirinin ilk bəndini təqdim edək:
Hıçqırdın ana, hıçqırdın,
Kədərim bir idi min etdin.
Səbr edə bilməzmidin,
Diriykən məni yox olmuş bildin...
Leyla Əliyeva:
Analar ağlayır hardasa, yəqin…
Göz yaşı
– qəlblərə yağan
bir dolu.
Kapilin anası bu gün
xəstədi,
Yenə
də yuxuma möcüzə dolub...
Tamam fərqli
ictimai mənsubiyyətlərə
malik Toktogul Satılganov və Leyla Əliyeva ayrı-ayrı dövrlərdə,
müxtəlif ictimai-siyasi
quruluşlarda yaşayıb
yaratsalar da insani hislərini eyni ahəngdə tərənnüm edirlər. Hər ikisi
mənəvi azadlıq
aşıqidir. Onlar eyni
mövzuları poeziya
orkestrində sadəcə
olaraq fərqli alətlərdə ifa edirlər. Ruhsal azadlıq onların
poetik tərənnümünə
xüsusi bir qol-qanad nəsib edib.
Yuxarıdakı müqayisələrdə görürük ki, iç
dünyası poeziya aləminə özünəməxsus
ifadə tərzi ilə zənginlik gətirən türk dünyasının şairləri
təbiət hadisələrinə,
insan hisslərinə və həyat gerçəkliklərinə eyni
baxış bucağından
yanaşma sərgiləyirlər.
İfadə tərzlərindəki fərqlilik isə, məhz bizim idraki zənginliyimizdir.
Təbiət hadisələri arasındakı
münasibətləri məntiqi
düşüncə ilə
izləyə bilmək
və ona poeziya çaları gətirmək sağlam dünyagörüşüdürsə, insan taleyinə sağlam yanaşmaq və o ağrını poetik dillə bölüşməyi bacarmaq
mənəvi zənginliyin
təzahürüdür ki,
bütün bu nüansları yuxarıda
təqdim etdiyimiz poetik ifadələrdə aydın görə bilirik.
Qeyd etmək
istədiyim mühüm
məqamlardan biri də şairənin müraciət etdiyi mövzuların gələcək
poeziya yaradıcılığı
üçün açdığı
yeni üfüqlər
barədədir. Mənə görə, müəllif
"Sevgi və nifrət”, eləcə də "İblis”, "Sevgi qulu” və
s. şeirləri ilə
məhz bu adlarda duyğu və hisslərə işıq saçıb gələcəyin rəğbətini
qazanmaq imkanında ola biləcək
poemaların əsasını
qoya bilib. Heç şübhə etmirəm ki, məhz bu mövzu
əsasında yaratmaq
imkanında olduğu poemalardakı ifadə tərzi ilə milyonların sevimlisi ola biləcək
dastanların möhkəm
təməlini qoya bilmişdir. Bu şeirlərdəki
bünövrə əsasında
eyniadlı poemaların
yazılması mümkün
olan ideyanı ortaya çıxarmışdır.
Bəli,
bu poemanı yazmaq üçün xanım Əliyevanın tükənməz poetik istedadı və potensialı vardır.
Hansı
ki, bu yaradıcılıq
üslubu genetik baxımdan türk xalqlarına verilən
Allah lütfüdür.
Ulularımızdan dünya ədəbiyyatına
böyük miras qalmışdır. Fikirlərimizi əsaslandırmaq üçün müəllifin
"Qızılbalıq” şeirini
göstərə bilərəm.
–Yazıq balıq ilişdi
İti, bürünc
qırmağa.
Qoca balıqçı isə,
Xəyalda varlanmağa.
Balıq
söyləyincə ki:
"Əvəzini verərəm,
qaytar məni həyata”,
Qoca tez cavabında:
"Nə deyirəm... – söylədi,
Əvəzində mən səndən
qızıl istərəm”
– dedi.
Arzu yetdi yerinə,
Qoca da istəyinə.
Amma sevinmək tezdi,
Balıq
yenə də düşdü
Qocaların əlinə…
Tərəddüd etmədən bu şeiri kiçik həcmli, dərin mənalı poema kimi dəyərləndirirəm. Məhz bu
şeir göstərir
ki, müəllif adi bir hadisəni,
əhvalatı, şifahi
xalq ədəbiyyatının
incisini, o cümlədən
öz təfəkküründə
formalaşan bir nağılı poetik təsvir etmək üçün fitri istedada malikdir. Buna nəsri nəzmə
çevirmək qabiliyyəti
də deyə bilərik.
...Zaman hər şeyə hakimdir. Elə ona görə də o, heç nəyə boyun əymir. Hər bir misrasında
duyğusal azadlığa
tapındığını ifadə etməyi bacaran Leyla xanım
böyük filosof İmadəddin Nəsimi emosionallığı ilə
zamanın əyilməzliyinə
üsyan qaldırır
və ona qarşı ittihamlarını
böyük məharətlə
poetik dillə ifadə edə bilir. Zamanla bağlı tez-tez
roman və hekayələrdə
də rast gəlirik. Görkəmli
ingilis əsilli yazıçı argentinalı
yazıçı (əsərlərini
ispanca yazmışdır)
Xorxe Luis Borxes "Özgə” adlı hekayəsində işlətdiyi
"Çay (Charles çayı
– S.Ş.) mənə istər-istəməz
zamanı xatırladır...”
ifadəsi olduqca düşündürücü olsa da, hekayəçi
burada müqayisəsini
davam etdirməyə sanki bir xəsislik
göstərsə də
elə həmin əsərində az sonra yazır: "Qocalmaq və süqut, yuxu və həyat, zamanın axarı və su”.
Leyla Əliyeva burada da öz düşüncələrini
cilalanmış şəkildə
incə çalarlarla
təsvir edə bilmişdir:
Zaman hara axdı, görəsən,
belə?
Mən-"Dayan!”-söylədim, o dayanmadı.
Yola toran çökdü saat altıda,
Əlimsə Günəşə uzana qaldı.
Və yaxud əfqan əsilli ABŞ-lı yazıçı Xalid Hüseyn dünyaca məşhur "Çərpələng
uçuran” əsərində
yazır: "Kaş ki, zamanı durdura bilərdim...”. Bu ifadəni təkrar-təkrar
oxuyub düşüncəyə
daldıqda mənə
belə gəlirdi ki, yazıçı bir-birindən gərgin dramatik səhnələrin
ağırlığında, obrazların inildədiyi sirlər sandığının
içində sıxılır
və oxucu qarşısında özünə
bəraət qazandırmaq
üçün fikrinin
ardını təsvir
etmir. Leyla Əliyeva isə
sanki bu yerdə yazıçının
acızliyinə acıyaraq
"Zaman” şeiri ilə onun imdadına
yetişir:
– Zaman, ayaq saxla, dayan bir anlıq,
Dayan, gözlə məni,
sözümü dinlə.
Hara tələsirsən? Gizləmə
danış,
Bölərəm sirrimi mən də səninlə.
Şairə misralarındakı hikmətə
güvənərək zamana
və taleyə meydan oxuyur. O, bütün
hallarda mübarizliyini
poetik dildə ortaya qoymağı bacarır.
"Mənə güc
ver, İlahi!”, "Mənim Allah vergim!”, "Həyat nədir, ölüm nə?” kimi şeirlərində Leyla Əliyevanın böyük inanc və etiqadının şahidi oluruq. Şairə:
"Həyat nədir,
ölüm nə? Cənnətlə aramda qalıb
bir pillə” ifadəsi ilə qəlbindəki İlahi eşqin sanki yaratdığı arxayınlığı
tərənnüm edir.
Poetik ifadəsi belədir:
–Tanrı dərgahındadır
şairə Leyla,
Təmasda yaşayır yıldızla,
Ayla.
Hikmətlə, mənayla yüklənib
gəmi,
Kədərdən danışır, o qovur qəmi.
Tanrıya sığınıb, qüvvət Ondadır,
Hüzura çatmaqçün eşq
yolundadır.
Duyğusu, baxışı, zəngin
varlığı,
Ona qısmət
edib Natəvan dağı.
...Müasir həyat tərzimizin ayrılmaz parçasına çevrilən
kompüter, İnternet,
onlara dair texnologiyalar və proqramlar barədə fikir və mülahizələri
poetik üslubda bölüşmək Leyla
Əliyevanın müasir
poeziya aləminə bəxş etdiyi çox böyük nemətdir. Hər gün dünyada
yüzlərlə yeni
şeir yazılır.
Ola bilsin ki, bu mövzuya başqa müraciət edənlər də var. Hər halda, mənim üçün yenilikdir və müasir dünyanın canlı tərkib hissəsinə çevrilən
"wi-fi”, "YouTube” kimi
varlıqların insan
həyatında oynadıqları
əvəzsiz rol Leyla xanımın şeirlərində böyük
bir istedadla tərənnüm olunur.
...Yazını təbrizli yazıçı-publisist, şair
və tərcüməçi
Əkbər Əlyar Həmidinin bir firi ilə bitirmək
istərdim: "iftixarla
deyə bilərəm
ki, geniş ictimai-siyasi fəaliyyəti,
elitar ailə mənsubiyyəti ilə tanınan Leyla Əliyeva zəngin fəlsəfi baxışlarına,
nadir yaradıcılıq dünyası
və poeziya səltənəti ilə
bizə Xan qızı xatın Xurşidbanu Natəvanı
xatırladaraq oxucunu heyrətdə qoyur”.
Yazıçı-publisist,
Sabir Şahtaxtı
Kaspi 2018.- 18 avqust.-
S.10.