Cümhuriyyətin maliyyə
və bank sistemini formalaşdıran “Bakı
taciri”
Onun nəsibi “sakit ölüm” oldu
Azərbaycan Cümhuriyyətinin maliyyə
və bank sisteminin formalaşmasında çox
böyük əməyi
olan Əlağa Həsənov kim
idi? O, 1871-ci ildə Hacı Süleymanın ailəsində dünyaya gəlib. Əlağa mədrəsədə ərəb,
fars dilləri
ilə yanaşı müqəddəs kitabı
da oxumağı öyrənir. Amma bəzi yaşıdlarından
fərqli olaraq, Əlağa bu təhsillə kifayətlənmir.
Əvvəlcə Bakı şəhər
gimnaziyasında sonra isə kommersiya məktəbində oxuyur.
Burada bir necə dili,
xüsusən də rus dillini mükəmməl
öyrənir.
Hələ gənc ikən şəhərin bütün
ictimai, mədəni tədbirlərində yaxından
iştirak edən Əlağa, "Nəşri-maarif”
cəmiyyətinin yaradılmasında
və fəaliyyətində
yaxından köməklik
edir. "Bakı taciri” adlandırılan Əlağa Şollar su kəmərinin çəkilməsində, şəhər
kanalizasiya şəbəkəsinin
yaradılmasında, dənizkənarı
parkın salınmasında
maddi köməyini əsirgəmir. Bakı Şəhər
Dumasının üzvü
olan Əlağa, hər vasitə ilə şəhərin mədəni həyatının
inkişafına dəstək
olur.
Əlağa Həsənov heç bir partiyanın üzvü olmasa da, ətrafda baş verən siyasi hadisələrə biganə də qala bilmir. 1917-ci il inqilabından sonra Azərbaycanın siyasi həyatında daha yaxından iştirak edir.
1918-ci ilin mart-aprelində ermənilər Bakıda və onun ətraf şəhərlərində,
rayonlarında, kəndlərində
azərbaycanlılara qarşı
soyqırımı törədirlər.
Bu qırğının qarşısının alınmasında
digər ziyalılar kimi, Əlağanın da rolu olmuş
və onu qırğının son günlərində
yaradılan Milli Müsəlman Şurası
Müvəqqəti İcraiyyə
Komitəsinə üzvü
seçmişdilər.
28 may
1918-ci il. Azərbaycanın müstəqilliyini sevinclə qarşılayanlar
arasında Əlağa
da var idi.
O, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin
demokratik dövlət
qurmaq ideyalarına sona kimi dəstək
oldu və Cümhuriyyət Parlamentinin
tərkibinə daxil edildi. Ə.Həsənov F.X.Xoyskinin təşkil
etdiyi üçüncü
Hökumət kabinetində
(26.12.1918- 14.03. 1919) maliyyə nazirinin müavini, 1919-cu ilin yanvarın 16-dan isə dövlət müfəttişi vəzifələrini
yerinə yetirmişdir.
Azərbaycan Nazirlər Şurasının
Sədri N.Yusifbəylinin
yaratdığı 1-ci (ümumi
sayca 4-cü) Hökumətdə
o, maliyyə naziri vəzifəsini icra etmişdir. Ə.Həsənov bu vəzifədə
1919-cu ilin 24 dekabrına
qədər fəaliyyət
göstərmişdir. O, 1919-cu ilin dekabrın 24-də maliyyə naziri vəzifəsindən uzaqlaşdıqdan
sonra Azərbaycan Dövlət Bankının
müdiri vəzifəsində
çalışmışdır.
Maliyyə sistemini yaxşı bilən və təcrübəsi olan Ə.Həsənov, bu sahədə bir çox qərarların, qanunların hazırlanmasında
yaxından iştirak edərək, dövlətin
iqtisadi siyasətinin düzgün yürüdülməsi
haqqında dəfələrlə
Parlamentdə çıxışlar
etmişdir. Ölkədə yeni yaradılan
bu sistemin inkişafında və formalaşmasında onun önəmli rolu olmuşdur. Dövlətin
maliyyə problemlərinin
həll edilməsini başlıca məsələ
sayan Ə.Həsənov,
çıxışlarından birində qeyd edirdi: "Əgər maliyyə işlərimizi
yoluna qoymasaq, digər hərbi və maarif işlərimiz qabağa getməz, çünki hər şey ona bağlıdır”.
O, ölkədəki maliyyə
problemlərinin həlli
üçün əsasən
neft gəlirinin əldə edilməsinə
çalışırdı. Arxiv sənədlərindən
də belə aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə
neft və neft məhsulları ehtiyatı 300 milyon puda yüksəlmişdi.
Azərbaycan Parlamentinin iclaslarında
yaxından iştirak edən Ə.Həsənov,
çıxışlarında ölkədəki maliyyə
problemlərinin həlli
yollarını qeyd edərək bütün parlament üzvlərini bu məsələdə hökumətə dəstək
olmağa çağırırdı:
"Bir haldayıq ki, xalqın mümkünü yoxdur ki, vergi versin.
Varı olan da fikir
etmir ki, Hökumət gərək
öz xərcini-borcunu
ödəsin. Hər kəs
bu fikirdədir ki, azadlıqdır, vergi vermək lazım deyil. Bu fikir xalqın
zehnindən götürülməlidir”.
Bütün bunlar bir daha sübut edir ki, Əlağa
Həsənov Azərbaycan Xalq Cümhuriyyəti dövründə
ölkədə maliyyə
işinin inkişafında,
Dövlət Bankının
açılmasında əlindən
gələni əsirgəməyib.
1920-ci ilin aprel işğalından sonra bolşeviklər Əlağa
Həsənovu həbs
etmədilər. Çünki, belə savadlı
kadra ehtiyac var idi. Ona görə də, Ə.Həsənov Sovet dövründə də bir müddət Dövlət Bankının
müdiri vəzifəsini
icra etdi. Lakin hər gün Cümhuriyyət yoldaşlarının
həbsi, sürgünü,
güllələnməsi onu
da təlatüm içində "yaşamağa”
vadar etdi. Və bu təlatümlü həyatına 1933-cü ilin
18 matında son qoyuldu.
Əlağa evində bu
"sakit” həyatla vidalaşaraq haqq dünyasına qovuşdu.
Bəlkə də bu
"sakit ölüm”
Cümhuriyyət liderinin
son arzusu idi.
Qərənfil
Dünyaminqızı
Əməkdar jurnalist
Kaspi.-2018.-7 dekabr.-S.6.