Aygün Kazımovanın “qızıl kəpənəyi”
Aygün Kazımovanın
“qızıl kəpənəyi”Xalq artisti
45-ci mükafatlandırma gecəsində qalib
kimi səhnəyə çıxdı
Çoxdandır gözlənilən an gəlib çatmışdı. Dekabrın 9-da uzun müddətdir ki, müzakirə edilən, Türkiyədə keçirilən 45-ci "Altın Kelebek” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutdu. Hər dəfə yalnız türk sənətçilərinin mükafatlandırıldığı gecədə artıq 2 ildir ki, azərbaycanlı ifaçılarına da yer ayrılır. Ötən il Azərbaycandan qatılan Nigar Camal, Miri Yusif və Röya Ayxan arasında səsvermə keçirilərək Röya "Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə qalib olmuşdu.
Bu il isə
"Azərbaycanda ilin qadın müğənnisi”
nominasiya üzrə namizədlər
arasında Aygün Kazımova, Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra
Rəhimli, Xatirə İslam və Roza Zərgərli var idi. Xalq artisti
Aygün Kazımova Azərbaycanda
keçirilən səsvermənin nəticələrinə uyğun olaraq tədbirdə
iştirak etmək hüququ
əldə etmişdi.
Gözlənilən qələbə
Aygün Kazımovanın
"Altın Kelebek” müsabiqəsinin
"Azərbaycanda ilin qadın müğənnisi”
mükafatına layiq görülməsi
Türkiyə və yerli mediada
böyük səs-küyə səbəb
oldu.
Mükafatlandırma gecəsi "Altın Kelebey”i sənətçiyə saç ustası Öndər Triyaki
təqdim edib. Mükafatı alan A.Kazımova hisslərini ifadə edərək,
onun üçün bu mükafatın böyük
əhəmiyyəti olduğunu bildirib: "Çox
danışmaq istəmirəm. İki dəfə
Türkiyədən namizəd oldum, amma bu mükafatı ala bilmədim. Bu dəfə
Vətənimdən namizəd oldum və qalib gəldim. Mənə səs verən və
buraya gətirən həmvətənlərimə
təşəkkür edirəm. Sizə də bu
cür mükafatınız olduğu üçün
çox sağ ol deyirəm”.
İfaçı öz sevinc hissini mərasimdə
iştirak edən azərbaycanlı
nümayəndələrlə bölüşüb.
Daha sonra öz "İnstagram” səhifəsində
"Bu mükafat
hamımızındır” deyərək sevincini
gizlətməyib.
Mükafatlandırma mərasimi "Xəzər” TV-də canlı olaraq yayımlanırdı. Xalq artistimiz qırmızı xalıdan keçərək Türkiyə mediasına və bizim Xəzər TV-yə müsahibə verib. Aygünün qırmızı xalça və səhnə geyimləri üzərində məşhur dizayner Rüfət İsmayıl çalışıb. Onun bu geyimi böyük diqqət çəkib. Kimisi Aygün xanımın gündəlik geyiminin daha gözəl olduğunu, kimisi də onun geyimini bəyəndiyini qeyd edib.
Türkiyə kimi bir ölkənin ulduzu olmaq çox məsuliyyətlidir
Gecədə iştirak edən
Azərbaycan nümayəndələrindənbəstəkar,
aparıcı, ifaçı Murad Arif ilk təəssüratlarını
bizimlə bölüşdü:
"İştirakçısı olduğumuz
"Altın Kelebek” Türkiyənin musiqi Oskar-ı hesab edilir. Bu, Türkiyənin əsas
mədəniyyət hadisəsidir. Bu
mükafatlandırmanın səviyyəsi gecənin
miqyasından, səhnənin gözəlliyindən, orada çıxış edən müğənnilərin
çəkisindən bəllidir. Türkiyə incəsənəti
üçün çox
əhəmiyyətli bir müsabiqədir.
Bu gecədə türklər bizim xanım namizədimiz olan
xalq artistimiz Aygün Kazımovanı çox
yaxşı qarşıladılar. Bir çox sənətçilər onu kulisdə heyranlıqla izləyirdilər. Gülben Ergen, Demet Akalın Aygün
Kazımova ilə birlikdə kulisdə səhnə həyəcanını
yaşayırdılar. Biz də kənarda
onun yerinə həyəcanlanırdıq.
Aygün xanım səhnədə çox inamlı idi və
səhnədə olarkən ön
sıralarda Türkiyə incəsənətinin önəmli
inciləri ona heyranlıqla
baxırdılar. Hətta Cem
Yılmızın mimikalarından, jestindən diqqət etdim ki, Aygün
xanımın ifa etdiyi
"Sus” mahnısından çox
zövq alır. Təbii ki,
türklərin Aygün xanımın
mahnısına və özünə olan
sevgisi bizi sevindirir. Bir sözlə,
"Altın Kelebek”lə bağlı təəssüratlarım
müsbətdir”.
Murad Arif bu ilki mükafatlandırılma gecəsinin 45-ci olduğunu və möhtəşəm şəkildə təşkil edildiyini bildirir: "Bu il onların yubiley buraxılışı idi. Mükafatlandırma gecəsində iştirak edən bir çox türk sənətçilərini yaxından tanıyırdım. Bilirsiniz ki, bir çox türk sənətçiləri mənim mahnılarıma müraciət edib. Məhz bu işbirliyindən sonra onlarla münasibətlərimiz yaranıb. Türkiyə şou-biznes sahəsində olan önəmli insanlarla yaxından tanışlığım var. Məhz "Altın Kelebek”də onlarla görüşmək mənim üçün xoş idi. İnsanların müsbət münasibətini gördüm, bunun özü nəyə desən dəyərdi. Türkiyənin tanınmış sənət adamları çox rahat müsahibdirlər. Baxmayaraq ki hər müğənninin 10-a yaxın köməkçisi var idi ki, onlar "müğənniyə yaxınlaşıb söz soruşmaq olmaz” kimi bir təəssürat yaradırdı. Türkiyə şou ulduzları istənilən ortamda özünü rahat hiss edirdi. Belə ki, hər hansı bir insan onlara yaxınlaşıb öz heyranlığını, sevgisini bildirə bilirdi. Onlar da insanlara qarşı çox səmimi və mehriban davranırdılar, tanımadıqları adamlara da mehriban cavab verirdilər. Əslində bu, ziyalı bir yanaşmadır. Bizim şou-biznesdə belə bir ortam varmı? Mən bir şeyin şahidi oldum ki, onlar köpük, şar kimi şişirdilmiş məşhurluğun arxasınca qaçmırlar. Onlar həqiqətən bu peşənin çalışaraq, hər bir çətinliyini görərək zirvəsinə gəlib çatıblar. Türkiyə miqyasında bir ölkənin ulduzu olmaq həqiqətən çox məsuliyyətlidir. Bizdə ildə bir konsert müğənni üçün əsas hadisədirsə, orada sıravi müğənni ayda 20 konsert verir. Bu, vəhşi bir əməkdir. Bu iş rejiminin içində müğənnilər həqiqətən də zəhmətləri ilə ucaldıqları üçün şəxsiyyətlərində böyük dəyişimi hiss etmədim. Çox səmimidirlər və bu onların işinə çevrilib. Türkiyənin məşhur ifaçıları məşhurluq, şöhrət üçün çalışmırlar, öz sənətləri üçün can qoyurlar və bu onların yaradıcılıqlarında hiss olunur”.
Murad Arif
söhbətimizin sonunda xalq
artisti Aygün
Kazımovanın Türkiyə televiziyalarına müsahibə
verdiyini və sağ əlini
onun başına çəkdiyini deyir: "Qismət Allahdandır, hələ
qarşıda bir il var. Növbəti il Azərbaycan
nümayəndəliyi "Altın Kelebek”
mükafatlandırma gecəsinə yenə qadın müğənni
seçməsə, seçilmək üçün
əlimdən gələn hər şeyi
edəcəyəm”.
"Aygün
Kazımova Azərbaycan musiqisinin kraliçası kimi
tanınır”
Yerli mətbuatda olduğu kimi, Türkiyə
mətbuatında da Aygün
Kazımovanın bu mükafata
layiq görülməsindən
yazılır. Türkiyənin "Hürriyyet”
qəzetində Aygün Kazımovanın kim olmasından, Azərbaycan şou-biznesindəki
yerindən bəhs edilib: "Aygün Kazımova müasir
Azərbaycan musiqisinin yaradıcısı
olaraq qəbul edilir. Onun ləqəbi Divadır. O, Qarabağ
müharibəsində iştirak edib. 2006-cı ildə Moskvada
konsert verib. 2007-ci ildə
"Tofiq Bəhramov” stadionunda
"Öpsən” adlı konsert
proqramı ilə çıxış edib.
2002 və 2006-cı illərdə "Ən yaxşı model” lisenziyası əsasında "Azərbaycanın
ən yaxşı modeli” müsabiqəsini
təşkil edib. Aygün
Kazımova 2012-ci ildə "FIFA U-17 Qadınlar Dünya Kuboku Azərbaycan
2012” futbol yarışının marşını ifa
edib. Onun "Həyat
Ona Gözəl” mahnısı Türkiyənin
ən çox dinlənilən
"Top50”liyində 39-cu sırada yer
alıb. Hollywoodda mahnı yazdıran və
Snoop Doggla videoklipə
çəkilən ilk azərbaycanlı sənətkardır.
Aygün Kazımovanın 7 albomu, 50-dən çox klipi və 350-dən çox
mahnısı var. O, Azərbaycan musiqisinin kraliçası kimi
tanınır”.
"Media
bu mükafatı ilk gətirən Röyanı unutmasın”
Ötən
il sözügedən mərasimdə qalib olan Röya Ayxan bu
il "Altın Kelebek” mükafatını qazanan Aygün
Kazımovaya söz atıb. Röya sosial şəbəkədə ilk dəfə mükafatı özünün
aldığını xatırladıb: "Əminəm ki, hər il bunu bizə yaşadan layiqli və istedadlı biri
olacaq. Qəbul edin ki, sizi ürəkdən təmsil
edirəm və qeyd edim
ki, tək Allah şahiddir, can atmadan bütün gözəlliklər
önümə çıxır. Media bu mükafatı ilk gətirən
Röyanı unutmasın”. Daha sonra Röya paylaşımını
silib.
Qeyd
edək ki, ötən il yarışmadan sonra Nigar Camalla
Röya arasında qalmaqallar bitib-tükənmədi. Bu dəfə
isə 7 azərbaycanlı xanım ifaçının
qatıldığı yarışmada qalmaqallar gözlənsə
də, Aygün Kazımova onlara heç bir zəmin
yaratmadı. Hansı ki, bu dəfə xanımlar arasında
daha böyük qalmaqallar gözlənilirdi.
Xəyalə Rəis
Kaspi 2018.- 11 dekabr.- S.12.