Kinoya getdiyim yerin rəhbəri olacağımı düşünməzdim”

 

Leyli Mirzəyeva: “Düşünürəm ki, işim məndən çox üzdə olmalıdır"

 

Bakı Musiqi Akademiyasında fortepiano üzrə təhsil alıb. Təhsil aldığı yer Nizami Kino Mərkəzinə yaxın olduğu üçün qrup yoldaşları ilə dərsdən sonra tez-tez kinoya gedirmişlər. Amma bu gün o, Nizami Kino Mərkəzinin rəhbəridir. Deyir ki, nə vaxtsa bu mərkəzdə çalışacağı, rəhbər olacağı heç ağlına gəlməyib. Müsahibimiz Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyevadır.

 

- Bakı Musiqi Akademiyasını bitirmisiniz. İxtisasınız nədir?

- Fortepiano üzrə oxumuşam. Sadəcə, işlər elə gətirib ki, heç vaxt o sahə üzrə çalışmamışam. Bitirəndən sonra "Kainat” Gənclik Mərkəzində layihələr üzrə koordinator işlədim. Sonra da elə başqa istiqamətlərdə davam etdim. Ümumilikdə, 5 ildir ki, Nizami Kino Mərkəzindəyəm. Ondan əvvəl isə 4 il başqa qurumlarda təcrübələrim var.

 

- Musiqi öz seçiminiz olub? Yoxsa uşaqlıqdan musiqiyə getmisinizbuna görə ali təhsili də o sahədə almısınız?

- Birinci sinifdə oxuyandan məktəblə paralel olaraq konservatoriyanın nəzdində fəaliyyət göstərən studiyanın şagirdi olmuşam. 11 il orada fortepiano üzrə təhsil almışam. Məktəbi bitirəndə isə təhsilimi Bakı Musiqi Akademiyasında almağa qərar verdim. 11 il musiqiyə getməyimlə yanaşı, ali təhsil üçün bu istiqaməti seçməyimdə başqa faktorların da rolu oldu. Belə ki, bizim ailəmizdə musiqiçilər çoxdur. Anam fortepiano müəllimidir. O faktorlar da təbii ki müəyyən mənada təsirini göstərdi. İnsanın daxili aləminin inkişafı üçün incəsənət çox önəm daşıyır. Mən də elə düşünürəm ki, bir insan kimi daxili inkişafım üçün bu, böyük təkan oldu. Amma sırf peşə baxımından, mənə o qədər də uyğun olmadı.

 

- Tələbəlik illərində adətən, başqa sahəyə meyillənənlər öz sahəsi üzrə çalışmırlar. Tələbəlik illəriniz necə keçib? İşləmisiniz o dövrlərdə?

- Mən oxuduğum Bakı Musiqi Akademiyası Nizami Kino Mərkəzinə yaxındır. Dərsdən çıxıb qrup yoldaşlarımla bura kinoya gəlirdik. Amma heç vaxt kinoya getdiyim yerin gələcəkdə rəhbəri olacağımı düşünməzdim. Tələbəlik illərində çalışmamışam, amma dövlət imtahanı verən günün sabahı artıq həyatına atıldım.

 

- İdarəetmə, təşkilati işlərə meyil yəqin, daha çox olub...

- Əslində, həmişə təşkilati işlərə maraqlı olmuşam. Birinci çalışdığım yerində vəzifəm layihələr üzrə koordinator olub. O məni sırf təşkilatçılıq cəhətdən çox maraqlandırdı. Hansısa layihəni sıfırdan başlayıb hazırlayırsan, icra edirsən və yekunlaşdırırsan. Bu proses çox maraqlı gəlirdi. Hazırkı işim təkcə idarəçilik, rəhbərlik deyil, həm də təşkilatçılıq tərəfi var.

 

- Bundan öncə Nizami Kino Mərkəzində marketinq üzrə çalışmısınız. Bəs bu sahəyə yönəlməyiniz necə oldu?

- Marketinqi öyrənməyə xeyli vaxt sərf etmişdim. Bura gəlməmişdən 2 il öncə bir sıra kurslara getmişdim, təlimlərə qatılmışdım, bu sahədə müxtəlif kitablar oxuyurdum. Amma bunları öyrənərkən hardasa marketinq şöbəsində çalışacağımı heç düşünmürdüm, sadəcə, maraqlı sahə olduğu üçün öyrənirdim. Mənə bu sahə ilə bağlı təklif gələndə, içimdə bir az qorxu vardı, amma ümid edirəm ki, öhdəsindən gəldim. Ondan sonra artıq marketinq istiqamətində davam etdim.

 

- Rəhbər olaraq da marketinq lazım olur?

- Əlbəttə ki, rəhbərdə marketinq bilgilərinin olması önəmlidir. Marketinq şöbəsi ilə bir yerdə işləyirəm. Düşünürəm ki, bütün qurumlarda marketinq rəhbər bir şöbə kimi çalışmalıdır. Rəhbər marketinqin işini bilməlidir ki, fikir bildirsin, marketinq mütəxəssisinin etdiklərini qiymətləndirməyi bacarsın.

 

- "Bu kino ki var, bu, çox qəliz məsələdir”. Səməndər Rzayevin "Bəyin oğurlanmasıfilmində səsləndirdiyi bu fikir dillər əzbəridir. Siz kino nümayişini təşkil edirsiniz. Bəs filmin bu tərəfi necə, qəlizdir?

- Bəli, çox qəliz məsələdir. Əslində, bu qədər qəliz olacağını heç düşünməzdim. Ən çətin məqam isə tamaşaçının zövqünü tutmaqdır. Tamaşaçının hansı filmə baxmaq istədiyini bilib işləməliyik. Artıq bunu çox yaxşı anlayırıq tamaşaçıların istədikləri filmləri seçib nümayiş etdiririk. Bu gün Nizami Kino Mərkəzində izləyicilər müxtəlif janrlarda olan filmlər arasında seçim edə bilərlər. hər kəs onun üçün maraqlı olan filmi tapa bilər.

 

- Özünüz filmə baxansınız?

- Film izləməyi sevirəm, amma kinoteatrda izləməyə elə vaxtım olmur. Əksər vaxtlarda kinoteatrda filmi izləyən ən son izləyici mən oluram. Amma filmə maraq göstərən adamam.

 

- İki ildir, direktor təyin olunmusunuz, amma o qədər üzdə deyilsiniz...

- , düzdür. Mən artıq 5 ildir burda çalışıram, ilk olaraq marketinq şöbəsinin müdiri kimi çalışmışdım. Ondan sonra direktor müavini oldum, 2 ildir ki, direktoram. Əslində, düşünürəm ki, mənim işimdə üzdə olmağa ehtiyac yoxdur. İşim məndən çox üzdə olmalıdır. Ümid edirəm ki, işimlə bunu doğrulda bilmişəm.

 

- Səhərdən gecə saatlarına qədər film nümayiş olunur. Bəs rəhbərin rejimi necədir?

- Kinoteatrın rejimi gündəlik 14 saatdır. Mənim rejimim belədir. Çalışıram ki, gününün əsas hissəsini işdə olum. Təbii ki bizdə qeyri-standart rejimidir. Bəzən tez gəlirik, bəzən çox olanda 15-16 saat da işləyirik. İşdən asılıdır. Lakin sevdiyim mənə çox maraqlı bir sahə olduğu üçün bu qrafiki ilə bağlı çətinlik hiss etmirəm.

 

- Bu, subay xanımın rejimidir...

- Bəli, bu qrafiki məhz subay adam üçün uyğundur. Ailəli olsam, bəlkə bir az çətin olardı (Gülür).

 

- İşdə irəliləmək üçün işçi özünü mütləq göstərməlidir. Siz çox da uzun olmayan bir müddətdə irəliləməyi bacarmısınız, demək ki, özünüzü göstərmisiniz...

- Direktor müavini təyin olunmağım mənim üçün çox böyük məsuliyyət idi. "Nizamikinoteatrının 77 yaşı var bu illər ərzində bir sıra adamlar direktor, direktor müavini kimi çalışıb mərkəzin tarixinə nəzər salanda, adları çəkiləndə gördükləri işlər bir növ xatırlanır. Hələ müavin kimi təyin olunanda düşündüm ki, mənim adım o siyahıda olacaq deyəcəklər ki, filan illərdə direktor müavini filankəs olub, filan işləri görüb. O məsuliyyəti dərk edirdim əlimdən gələn qədər işimi mükəmməl görməyə çalışırdım. İndi o səylərimin dərəcədə gözəl nəticə verməsini demək mən tərəfdən çətindir. Ümid edirəm ki, özümü doğrulda bilmişəm.

 

- Əvvəllər cəmiyyətdə "qadından rəhbər olmazdüşüncəsi var idi. Bunu bəlkə , qadınların emosiyaları ilə davrandıqlarından dolayı deyiblər. Xanım rəhbər olaraq yanaşmanız maraqlıdır...

- Bu fikri o qədər düzgün hesab etməzdim. Ola bilsin ki, emosional olmadığım üçün belə yanaşıram, mənim üçün idarəetmə o qədər çətin deyil. Ümumiyyətlə, rəhbərlik xüsusiyyətinin cinsiyyətə görə bölünməsi məncə, o qədər doğru yanaşma olmazdı. Tarixə baxsaq, kifayət qədər qadın rəhbərlər görərik ki, öz işlərinin öhdələrindən gözəl şəkildə gəliblər. Kişi emosional ola bilər.

 

 

 

- Kompüter arxasında çox olursunuz, yoxsa işin içində olan rəhbərlərdənsiniz?

- Məni kompüter arxasında nadir hallarda görmək olar. Daim görüşlərdə, tədbirlərdə oluram. Tez-tez zallara baş çəkirəm. Düzdür, buna nəzarət edən işçilər ayrıdır, amma mən özüm baxıram. Bu elə ictimai bir işdir ki, kompüter arxasında oturmaqla alınmaz.

- İşçilərlə münasibətdə əsas nələrə diqqət edirsiniz?

- Nizami Kino Mərkəzi bizim üçün yeri deyil, ikinci evimizdir. Burada məndən əvvəl direktor 3 il Vüqar Zeynalov olub. Kinoteatrımız 2012-ci ildə yenidən qurulanda bura rəhbər təyin olunmuşdu. O, bu mərkəzə ikinci nəfəs gətirdi, çox gözəl bir təməl qoydu. Mən bu gün onun işini davam etdirirəm. Burda ailə münasibəti var. Heç vaxt rəhbər-işçi bölüşməsi etmirik. Bəzən işlər çox olanda heç bir əməkdaşımız öz işini bitirməmiş evə getmir, çünki hər əməkdaşımız öz işinə böyük məsuliyyət sevgi ilə yanaşır.

 

- Amma idarəetmə elədir ki, təcrübə ilə təkmilləşir. Bu mənada ilk vaxtlarla indiki idarəetmə qabiliyyətinizi müqayisə etsək, təcrübə artdıqca nələri öyrəndiniz?

- İdarəetmə böyük məsuliyyətdir, çətindir. Direktor müavini keçəndə bu, mənə bir az qorxulu gəlirdi. Düşünürdüm ki, birdən yaxşı bacarmaram. Amma qarşımda gözəl nümunə var idi. Öncəki direktorumuzdan çox şey öyrənmişdim. Direktor olan andan çox yaxşı rəhbər olduğumu deyə bilmərəm, bəlkə səhvlərim olub, amma çalışıram, öz üzərimdə işləyirəm. Rəhbərlərlə bağlı ədəbiyyatlar oxuyuram. İdarəetmə çox çətindir. Hər şey qədərində olmalıdır. Ciddilik, səmimiyyət, tələbkarlıq s. hər şey normasında olmalı heç birini həddindən artıq göstərməməlisən.

 

- Sizə görə, uğurun sirri nədir?

- Daim öz üzərində çalışmaq. Mən başqa bir sahədə təhsil alsam da, tamam başqa istiqamətdə fəaliyyət göstərirəm. Hər hansı vəzifəyə gəlirdimsə, o işin dərinliyini öyrənməyə çalışırdım. Xarici dil biliyi lazım olurdusa, onu tam öyrənmək üçün səy göstərirdim. İnsan üzərində işləməklə məqsədinə nail ola bilər. Mən buna inanıram, əminəm ki, belədir. Öz məqsədinə doğru getmək öz üzərində işləmək.

 

- Maraqlıdır, əvvəldən rəhbər olmaqla bağlı məqsədiniz olub ki, indi direktorsunuz?

- (Gülür) Əslində, uşaq vaxtı deyirdim ki, 30 yaşımda rəhbər vəzifədə işləyəcəm. Konkret bu istiqamətə kökləndiyimi deyə bilmərəm, amma daxilən belə bir istəyim vardı. İşlər elə gətirdi ki, artıq o istək reallaşdı.

 

Aygün Asimqızı

 

Kaspi  2018.- 2 fevral.- S.8.