Mənim bir yazı günüm Cavi Dan

 

"Kaspi qəzetinin "Mənim bir yazı günüm layihəyəsi davam edir. Bu layihə çərçivəsində yaradıcılıqla məşğul olan tanınmış simalar özlərinin məhsuldar hesab etdikləri bir yaradıcı günü təsvir edirlər. Növbəti qonağımız şair, nasir ssnearist Cavi Dandır.

Ah o qaranlıqların Aid olanı,

Bax mən səndən öyrəndim insanların yatmasını gözləməyi.

Yatsınlar da mən oyanım bircə.

Günəşi gətirmək var yenə,

Üfüqlərin bağrından qoparmaq var köz-köz onun ürəyini.

Gecə, gecə, hər gecə...

Mənim yazı günüm yoxdur, heç vaxt da olmayıb.

Gündüzlərim ailəyə, məişətə, çox sevimli hobbim olan tikişə, qonorar üçün çalışdığım redaktə tərcümələrə, eləcə , publisistik yazılara aiddir.

Yəni məni avtobusda, dostlarla görüşdə, yerində, gəzintidə s. məkanlarda birdən-birə əlimi dəftərə ya telefona atıb şeir, ya hekayəyə başlayan məqamda görmək mümkün deyil.

Ədəbiyyat, yazı mənim üçün bir qədər məhrəm mövzudur, kütlə qarşısında (hətta bircə dinləyici, ya tamaşaçı belə varsa) öz şeirimi oxumağı, hamının içində rəqs, ucadan zikr etməyi bacarmadığım kimi, gündüzlər, insanlar dörd yanımda dolaşarkən bədii mətn yazmaq da ruhuma yaddır. Mənim üçün gecələr saat iki-üç radələrində, hər kəs yatandan sonra oyanıb, sübhə qədər sözlərlə, cümlələrlə baş-başa qalmaq daha rahat gözəldir.

Yazdığım obrazları bir-bir dinləməyin, hiss etməyin, davranışlarını, düşüncələrini zərrəbinlə baxırmışam kimi dəqiqliklə görməyin dadı bir başqa olur. Sanki paralel bir dünya yaradırsan yazı prosesində həmin dünyanın içərisində dolaşa-dolaşa hər anı kəlmələrə çevirirsən. Axı yazıçılıq iddian varsa, ilk növbədə özünün iki nəfərə bölünüb, biri ilə hamının içərisində görünməyə, digəri ilə isə yalnız öz ədəbi aləmindəki obrazlarınla baş-başa qalmağa razı hazır olmalısan. Başqa versiya yoxdur. Bu bölünmə baş verməsə, uğurlu ədəbiyyat yarada bilməzsən. Məsələn, mənim evdar qadın versiyam ədəbiyyat adına yaza bilər ki? Heç . Eləcə yazıçı versiyamın məişət qayğıları içərisində işi var? Bəzən bizi qarışdırsalar belə, özümüz bir-birimizi yaxşı tanıyırıq zamanı öz aramızda bölüşdürməyi bacarmışıq. Hətta adlarımız da fərqlidir. Yazıçı Cavi Dandır, o biri isə onun adı ədəbiyyatla bağlı yazıda görünməsə olar...

İlk dəfə on yaşımda şeir yazmaq fikrinə düşmüşdüm. Sevimli müəlliməmə həsr etmək istəyirdim. Amma sinifdə qədər düşünsəm , bunu edə bilmədim. Həmin gün hər yerdə cibimdə balaca bir bloknot qələmlə dolaşdım, hətta yatanda da onları yanımda qoymuşdum. gecə yuxuda həmin bloknotdan öz xəttimlə şeir oxuduğumu gördüm, üç bənddən ibarət, amma müəlliməmə deyil, anama həsr edilmiş şeir idi. Oyanıb həyəcanla yanımdakı bloknotu vərəqlədim, bomboş idi, amma yuxumdakı şeir tam yadımda qalmışdı əllərim əsə-əsə onu olduğu kimi bloknota köçürtdüm. İki-üç dəqiqədən sonra mənim yuxum özünün gerçək halıyla qarşımda dayanmışdı.

O gecədən bəri bloknot qələm yastığımın altından əskik olmadı. Sonralar çox şeirlər gördüm yuxuda, oyanıb dərhal onları bloknota köçürtdüm.

beləcə, ədəbiyyat aləmi ilə sirli-sehrli bir gecə həyatımız yaranmış oldu. Sonra hekayələr yazıldı, sonra romanlar, ssenarilər...

Ən çox heç vaxt yaşamadığım zamanlarda heç vaxt olmadığım məkanlarda baş verən əhvalatları yazmağı sevirəm. Onlar daha dəqiq, təbii uğurlu alınır. Mən bunu "Rozariya povestini, "Məhsəti romanını yazanda daha çox dərk etdim. Düşünürəm ki, bu da məhz gecə səssizliyinin nəticələrindən biridir. Əminəm ki, bir çox həmkarlarım da gecələr daha rahat işləyirlər.

hər kəsə yazı dolu gecələr diləmək qalır.

 

Kaspi 2018.- 10-12 fevral.- S.23.