Məni yaradan kitablar
Hanya Yanagihara
Havay adalarına
köç etmiş yaponların dördüncü
nəslinə aid olan amerikalı yazar, jurnalist, ədəbi tənqidçi Hanya Yanagihara 1974-cü ildə
Kaliforniya ştatının,
Los Ancelos şəhərində
onkoloq Riçardın
övladı olaraq, dünyaya göz açıb. Onun anası Seulda
anadan olmuş amerikalıdır. Hanyanın uşaqlıq
illəri Kaliforniya, Havay, Nyu-York, Merilend və Texas arası səyahətlərdə
keçib.
1995-ci ildə Smits Qızlar
Kollecindən məzun
olduqdan sonra, Nyu-Yorka köçür və elə həmin ildən də onun yazı
və ədəbiyyatla
dərindən bağlanır. İlk romanı
"Ağaclarda yaşayan
adamlar” ("The people in the trees”)
2013-cü ildə işıq
üzü görüb.
Bunu müəllifin yaradıcılığı
üçün uğurlu
başlanğıc hesab
etmək olar. Amma Hanyaya dünya
şöhrəti gətirən
romanı 2015-ci ildə
çap edilmiş
"Bir az
da həyat” ("A
little life”) olur. Bu romanla müəllif
"National Book Award” mükafatına layiq görülür,
"Man Booker” mükafatının qısa siyahısına düşür. Hanya hazırda
"New-York Times” qəzetinin köşə yazarı və ədəbiyyat şöbəsinin tənqidçisidir.
"Guardian”-ın "Məni yaradan kitablar” rubrikasının budəfəki qonağı
da Hanya Yanagihara olub. Müəllif unutmadığı ədəbi
nümunələrdən danışıb.
Hazırda oxuduğum kitab – İndi paralel olaraq, iki kitab
oxuyuram. Son illər
bu üsul çox işə yarayır. Devid Fransın QİÇS, xəstəliyin tarixi, yoluxma üsulları, statistikasına bir hekayənin fonunda işıq tutan "Bəladan qorunmağın
yolları” ("How to survive a plague”) kitabını evdəki rahat saatlarda əlimdən qoymuram.
Avtomobili
özüm idarə etmədiyim üçün
yolda, növbədə,
naharda keçən vaxtları isə Alan Hollinqhörstün "Sparşolt
məsələsi” ("Sparsholt
affair”).
Ən son oxuduğum
güldürən hekayə
- Belə deyək də, oxuduqca ürəyimin ritmini sürətləndirən sonuncu
kitab. Nil Mukerjinin
"Azadlıq diyarı”
("The state of freedom”) romanının adını çəkə
bilərəm. Həm ürküdücü,
həm də təəccübləndirən hadisələrin baş verdiyi hekayənin olduqca hərəkətverici
bir effekti var.
Layiq olduğu
dəyəri almadığını
düşündüyüm kitab– Hilari Mantelin
"Qurd süfrəsi”
("Wolf hall”) romanı ilk çap olunanda, bəlkə də, oxuyanlar az qalırdı
ona sitayiş etsin. Bəli, hər
yazarın ən dərin istedadının büruzə verdiyi belə nümunələr
var. Amma mən çox istərdim ki, bu romanı
oxuyanlar Hilarinin qələminin hələ
oyunlara düşmədiyi
vaxtlarda yazdığı
zərif, əyləncəli
və insana zövq verən ilk əsərləri ilə də tanış olsunlar – "Hər gün analar günüdür?” ("Every day is mother’s
day?”), "Vakant yer”
("Vacant possession”), "Məhəbbət
sınağı” ("An experiment in love”)
və s. O qədər
möhtəşəm nümunələrdir
ki…
Bir də Conatan Ko. Baxmayaraq ki,
Birləşmiş Krallıqlarda
onun oxucu auditoriyası ABŞ-dakından
çoxdur. Amma mən
də onun "Yağışdan əvvəl”
("The rain before it falls”) romanına heyran olmuşdum və amerikalı oxucuların bu əsəri layiqincə qiymətləndirmədiyini düşünürəm.
Müəllifi olmaq istədiyim kitab – Kazuo İşiquronun
"Gündən qalanlar”
("The remains of the day”) romanı. Əsəri oxuyanda
qiymətləndirmə şkalasına
baxmamışdım. Bununla belə, oxuyanda heyranlıq hissindən doğan dərin qısqanclıqdan doğrandığın
əsərlər olur.
Mən də bu romanı
dəfələrlə məhz
belə qısqanclıqdan
qıvrıla-qıvrıla oxumuşam.
Həyatımı dəyişdirən kitab –
Çoxdur. Ümumiyyətlə, bir romanın
bir həyatı dəyişdirə biləcəyinə
inanmıram. Bir hekayə
insanın şüurunda,
həyat tərzində
nəyisə dəyişə
bilər, amma bütünlüklə həyatın,
baxışın dəyişməsi
davamlı qiraətin nəticəsidir. Odur
ki, məndə bu siyahı uzundur, amma bir
neçəsinin adını
çəkəcəyəm – yəqin ki, bu siyahıya Filip Rotun "Əlvida” ("Goodbye”), "Kolumb”
("Columbus”) romanları başçılıq
edir. İkincini mənə atam
hədiyə etmişdi,
mənimlə birgə
özü də yenidən oxudu. Birinci dəfə elə də ciddi təsirləri
olmamışdı, çünki
yetkinlərin qiraət
menyusu ilə ilk tanışlığım idi.
Buna baxmayaraq, tarixin müəllifə xəyanəti,
müəllifin tarixi həqiqətlərə meydan
oxuya bilməsi bacarıqları ilə tanış olmuşdum. Bu, ədəbiyyat
haqqında öyrəndiyim
ilk ciddi nüans idi.
İlk qiraət siyahımı atam məsləhət görürdü, onun zövqü əsasında
istiqamət alırdım
– odur ki, həyatımı dəyişən
yazarlar siyahısında
Barbara Pim, Anita Brukner,
VS Naypol, Devid Livit, Vladimir Nabokov, Ceyms Boldvin və təbii ki, yapon ədəbiyyatının
çağdaş nümayəndələri
var idi.
Baxış bucağımı, düşüncə
tərzimi dəyişdirən
kitab– insanın xarakterik keyfiyyətləri
çox dəyişməsə
də, düşüncə
tərzi, həyata baxışları sürətlə
dəyişir. Xüsusilə də, ədəbiyyatın,
incəsənətin içində
sovrulanların. Amma bu siyahıda mən sadalama apara bilməyəcəm – Ann Karsonun
"Qırmızının avtobioqrafiyası” ("Autobiography of Red”) romanı alternativsiz nümunədir.
Yazı üslubuma təsir edən kitab – yazarlar bunu necə
dəqiqləşdirə bilirlər,
o mexanizmi dərk etməmişəm. Bunu kənardan müşahidə
aparanlar deyə bilərlər. Mən sadəcə
kimdən nümunə
götürdüyümü bilirəm. Məsələn, Juniçiro Tanizakinin
"Makioka bacıları”
("The Makioka sisters”) romanında
sərgilədiyi təhkiyə
üslubu mənim nəzərimdə nümunəvidir
– mükəmmələ ən
yaxın üslubdur.
Oxumağa səbrim çatmayan
bilmədiyim kitab – haradasa iki il bundan əvvəl bir kitab oxumuşdum, davam etmək istəmirdim, elə sətirlərə göz
gəzdirə-gəzdirə "oxuyub qurtardım”. Sonra özümü çox günahkar hiss etdim və eyni
zamanda cavabdeh, birinin əziyyətini alçaltmış kimi görünürdüm. Ona görə
qəti qərar verdim, zövqümü oxşamayan əsəri sadəcə oxumayım –
son zamanlarda yarımçıq
qalan yeganə əsər Uilki Kollinsin "Göy daşı” ("Moonstone”) romanı
olub.
Oxumadığıma utandığım kitab – Aman Allah, bu siyahı o qədər uzundur ki, bunu
etiraf etməkdən belə utanıram. Amma ən
çox Henri Ceymsin
"Xanımın portreti”
("The portrait of a Lady”) romanını oxumamış olmaq məni utandırır.
Yəqin
ki, sırada o var. Bundan əvvəl isə Con Banvilin "Xanım Ozmond” ("Mrs.Osmond”) romanını oxumaq istəyirdim, yaxşı ki o əldən çıxdı.
Sevə-sevə hədiyə etdiyim kitab – yenə, Tanizakinin yaradıcılığına
üz tutaram. Amma bu əsas hədiyə verəcəyin adamın xarakterindən, həmin dönəmdəki vəziyyətindən,
zövqündən asılıdır.
İngilis dilindən tərcümə
edən: Elcan SALMANQIZI
Kaspi 2018.- 17-19 fevral.- S.15.