Bir gecənin möcüzəsi

 

Nigar Pirimova

 

  "Eşqdir mehrabı uca göylərin,

  Eşqsiz ey dünya, nədir dəyərin?”

 

  Sevgini hərə bir cür təsəvvür edir. Ancaq sevgi deyəndə mənim yadıma nədənsə ən çox ərəb nağıllarındakı hind filmlərindəki romantik sevgi anları düşür. Hələ uşaqlıqdan izlədiyimiz sevgi ilə bağlı elə hind filmi olmazdı ki, orada eşqin alovlandığı anlarda göylər riqqətə gəlib guruldamasın, şimşək çaxıb, leysan yağışlar yağmasın...

"Mənim teatrım”ın  növbəti tamaşasımüəllifi Rövşən Ağayev, quruluşçu rejissoru Vidadi Həsənov olan "Bir gecənin nağılıəsəri bu günlərdə Səda Tədris Teatrında təqdim edildi. Əvvəla onu deyim ki, bu əsər bir neçə il öncə Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulsa da, baxa bilməmişdim. Bu dəfə eşidəndə ki, yeni quruluşda "Mənim teatrım”da oynanılacaq, fürsəti əldən vermədim. Maraqlı bir təsadüfmü deyim, ya nədənmi ancaq həmin gün (18 fevral) bütün günü bir yağış yağırdı ki "tut ucundan göyə çıx”. Sanki tamaşada baş verəcəklərə, yaşanacaq sevgiyə göylər şahidlik edib, yağışını yağdırırdı. Elə öz-özümə düşünürdüm... Romantik bir gecə, aramsız yağan yağış... Əsl sevgi havası mən sevgi haqqında tamaşaya baxmağa gedirəm...

 

  Əlqərəz, kiçik səhnədə bir yay gecəsində parkın təsviri üçün demək olar boş yer saxlanılmamışdı. Bir tərəfdən skamya, heykəllər (maket), digər tərəfdən büst, gecə fənəri, kötükdən oturacaqlar. Tamaşaya keçiddən öncə bu ab-havanı daha da dolğunlaşdırmaqdan ötrü gənc vokalçı Vüqar Hacıyev yanıqlı səslə oxuduğu "Bakı haqqında nağılmahnısı ruha dinclik verirdi.

 

  Əhvalat bütün hadisələr məhz bu balaca parkda baş verəcəkdi. İsti yay günlərinin birində şəhər sakinlərinə konsert verilir elandan sonra Miri Yusifin mahnıları səslənir. Yaxınlıqdakı parkda isə tənha, gözəl bir qız əyləşib isə fikirləşir. Bu gün onun üçün çətin gündür. Hər zaman xəyalında canlandırdığı sevgi tablosu darmadağın edilib. Onu sevmədiyi, tanımadığı, üzünü belə şəkildən gördüyü birisinə nişanlamaq istəyiblər. O isə buna üsyan edərək bütün cəsarətini toplayıb, arxasına da baxmadan evdən qaçıb. Qaçıb, ancaq hara qaçıb, hara gedəcək özü bilmir. Bildiyi tək bir şey var, o da bu gecə ilk rast gəldiyinə ərə getməkdir. Fərqi yoxdur, əyyaşmı, oğrumu, alimmi, yoxsa ki, fəhləmi. Əgər tanımadığı birinə ərə verilirsə, ondansa tanımasa da üzünü gördüyü birinə ərə gedər. Bəxtinə isə o gecə parkda babasının büstü üstünə gül dəstəsi qoymağa gələn cavan oğlan çıxır. ... təsadüfi tanışlıqdan həqiqi sevgiyə dönəcək sevginin əhvalatı başlanır. Heç vaxt kiminsə əlindən tutmayan, kimləsə öpüşməyən qız (Günay Əhməd) qəsdən sərbəst hərəkətlərlə, israrlı sözlərlə oğlanı (Ziya Ağa) məcbur onunla evlənməyə razı salmaq istəyir. Amma bu utancaq oğlangənc alim, sözün əsl mənasında, "ana uşağı”dır. Evə vaxtında gəlməsə danlanar, tanımadığı qızın əlindən tutub evə gətirsə bildirsə ki, onunla evlənmək istəyir anası ikisini evdən qovar. Bütün bunları qıza başa salıb, canını ondan qurtarmağa çalışsa da, qız ondan əl çəkmir. Hər bəhanəsinə bir çıxış yolu tapır. Lakin bu gənc alim ailəsində olduğu kimi anasının istəyi ilə alacağı qız da gərək özü kimi elm sahəsində çalışan olsun. Uzun sözün qısası, bütün çək-çevirlərə rəğmən qız istədiyini əldə edə bilmir. Ancaq bu qədər söhbətlər, problemlərin açıqlanması, qızın bu qapalılığa hayqırıb evdən qaçması, oğlanın hələ dədə-babadan gələn adətlərə boyun əyməsi onlarda bir qığılcım yaradır. Oğlan bir neçə dəfə getmək istəsə , sanki onu isə tutub saxlayır. Elə qız da neçə dəfə onu qovsa da, getməsini heç istəmir. Qızın səmimiliyi, şıltaqlığı, ən əsası cəsarəti oğlanın bütün mənəvi zəncirlərini qırmağa müvəffəq olur, bir gecədə yaşadığı zindanından qurtulur. Bütün parkı dağıtsalar da, rəqs etsələr , səs-küy salsalar da ətrafı düşünməyən gənclər artıq bir-birinə aşiq olublar. İndi həmin utancaq, alim oğlan nişan günü evdən qaçan bu qıza dəli kimi vurulub. Lakin bir əmma varəsl sevgi olanda mütləq göy guruldayıb, yağış yağmalıdır. Bu, qızın xəyalında hər zaman qurduğu həqiqi sevginin əlamətidir. Oğlanın bütün sözlərinə, vədlərinə, yalvarışlarına baxmayaraq, səhər açılanda bir daha qayıtmayacağını deyən qız parkda onu tərk edib gedir. Səbəb isə məlumyağış yağmadı, göy guruldamadı. Xəyalları suya düşən oğlan kor-peşman getməyə hazırlaşır ki, birdən gözlənilən o möcüzə baş verir, yağış da yağır, göy guruldayır. Qız yüyürüb geri qayıdaraq oğlanın boynuna sarılır. Necə deyərlər:

 

Eşqin yanğısından gözəl şey var?

Onsuz gül gülər, bulud ağlar.

  

  Süjet adi sevgi əhvalatı  fonunda cərəyan etsə də, müəllif də rejissor da əslində daha dərin mətləbə toxunmuşlar. Bu gün çox aktual olan bu məsələ ilə bağlı hər gün nə qədər xəbər eşidirik. Erkən nikah, məcburi ərə verilmək kimi faktlar sonda faciəvi sonluqla bitir. Lakin valideynlər hələ də qəflət yuxusundan ayılmırlar. Tamaşada təsvir olunan qız bu gün onlarla, bəlkə də yüzlərlə tanımadığı, görmədiyi birinə ərə verilib, bədbəxt edilən günahsız qızların ümumiləşdirilmiş obrazıdır. Və rejissor da müəllif kimi dinamik, əyləncəli davam edən tamaşasında, əslində, cəmiyyətin bu ədalətsizliyinə, savadsızlığına hayqıraraq qarşı çıxır, çıxış yolu göstərməyə çalışır. Valideynlərin gözlərini açmağı, övladlarının haqqını tələb etməyi bu tamaşa vasitəsilə bir mesaj kimi ötürür.

 

Kaspi.-2018.-22 fevral.-S.10.