“Mənim üçün qara var, boz yoxdur

 

Vüsalə Səid Əyyubqızı: “Uğurla keçən “Sinema gözəli-2” layihəsi Azərbaycanda bir ilkdir”

 

Türkiyənin "Sinemanın kral və kraliçası, 2-ci sinema gözəli yarışması” layihəsinin Azərbaycan seçimi başa çatıb. Bu layihə çərçivəsində seçimlərdə paytaxt Bakı və bir çox regionlardan 14 qız və 30 oğlan iştirak edib. Yarışmada gənclərin səhnə mədəniyyəti, intellektual səviyyələri və aktyorluq bacarıqları yoxlanılıb. Nəticədə 1 qız və 1 oğlan finala vəsiqə qazanıblar. Qaliblərdən biri - 24 yaşlı Səhər Əkbər modeldir, eyni zamanda 5 ildir Lider televiziyasında aparıcılıq edir. Digər qalib - 24 yaşlı Pərviz Musayev Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsidir. İkinci yeri tutan bir qız və oğlan isə müsabiqədə iştirak üçün seçilən Səhər Əkbər və Pərviz Musayev müsabiqədən imtina edəcəyi və yaxud hər hansı səbəbə görə getməyəcəyi təqdirdə, onların yerinə göndəriləcək. Yarışmada bir istisna hal da olub. Belə ki, Pərvin Həsənzadə Kiprdə keçiriləcək "Miss Fashion” gözəllik yarışmasında iştirak etmək üçün seçilib.

 

"Sinemanin kral və kraliçasi, 2-ci sinema gözəli yarişmasi” layihəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səidlə bu layihə barədə daha ətraflı söhbət etmək üçün onu redaksiyamıza dəvət etdik. Bir müddət Azərbaycan Dövlət Televiziyasında (AzTV), daha sonra Lider kanalında xəbər aparıcılığı edən, sevilən aparıcı Vüsalə Səid Əyyubqızı bizə yeni layihəsinin nəticələrindən danışdı. İmici və səmimiyyəti ilə seçilməyi bacaran xanımın vətənpərvərlik hissinə də heyran qalmamaq mümkün deyil. Belə ki, imzası və iştirakçısı olduğu layihələrdə öz ölkəsi naminə əlindən gələni etməyə hər zaman hazır olan Vüsalə xanımın bir məqsədi var - ölkəmizi beynəlxalq arenada mükəmməl səviyyədə tanıtmaq.  

  

- Vüsalə xanım, bu layihənin ideyası necə yarandı? Sizzamandan hiss etdiniz ki, Azərbaycanın da "Sinema gözəli” seçilməlidir?

- Ötən il "Sinema gözəli-1” layihəsinə İstanbula qonaq olaraq dəvət edilmişdim. Layihənin rəhbəri ilə görüşümüz oldu. Qərara aldıq ki, bunu Azərbaycanda da keçirək. Vətənimə gəldim, məsləhətləşdim, dostlarımın fikrini öyrəndim və belə bir layihənin həyata keçirmək üçün daha da ürəkləndim. "Sinema gözəli” layihəsi Azərbaycanda bir ilkdir. Bu ötən əsrin 70-ci illərində Türkiyənin "Artist” və "Səs”  jurnallarının həyata keçirdikləri "Sinema gözəli” yarışması "Yeşilçam”ın bir çox məşhur aktyor və aktrisalarını meydana çıxarıb. Bir müddət bu layihəyə ara verilib. Atilla Kaplakarslan illər sonra bu layihəyə yenidən müraciət edib. O, eyni zamanda, "Əngəlsiz yaşam vəqfi”nin rəhbəridir. Bu layihəni keçirməklə oradan yığılan məbləğin bir qismi həmin əngəlli insanlara xərclənilir. Əngəlli insanlara köməkçi olmaqdan əlavə, bu layihə ilə gənclərə film sahəsində yol açmış olur. Qeyd edim ki, "Sinema gözəli-1” çox uğurla keçdiikincinin də mükəmməl olacağına heç şübhə etmirəm.

 

- Layihənin məqsədi nə idi?

- Layihənin məqsədi istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır. Bakı yarışmasında 13 nəfərdən ibarət olan münsiflər heyətinə Türkiyənin məşhur sənətçilərindən Tamer Karadağlı, Ceren Kaplakarslan, Vilma Elles, Salih Güney və digərləri, Azərbaycan tərəfdən isə aktrisa Məlahət Abbasova, modelyer Gülnarə Xəlilova daxil idi.

 

- Bəs Azərbaycanda bu layihənin tanıtımını necə etdiniz?

- Ötən ilin noyabrında 3 nəfərlik heyət Azərbaycana gəldi. Bizonlarla bərabər layihənin media vasitəsilə tanıtımını etdik. Elan verdikdən sonra layihəyə yüksək marağın olduğunu gördük.

 

- Daha çox kimlər müraciət etdilər?

- Bu layihə 18 yaşdan 26 yaşa qədər olanlar üçün nəzərdə tutulsa da, 30 yaşından yuxarı insanlar daha çox müraciət edirdilər. Mindən çox oğlan, beş yüzdən çox qız zəng vurmuşdu. Əslində, bu qədər maraq olacağını gözləmirdim. Qızlar üçün minimum boy 1.65, oğlanlar üçün 1.75 idi. Yaşı uyğun gəlməyənin boyu uyğun gəlmirdi, boyu uyğun gəlməyənin yaşı uyğun gəlirdi. Yəni belə hallarla da qarşılaşırdıq. Ancaq çox şükür ki, istədiyimizə nail olduq.

 

- Estetik əməliyyat etdirənlər necə, bu müsabiqədə iştirak etmək şansı qazanıblarmı?

- Əsla. Qaliblərimizin heç birinin üzərində əməliyyat yoxdur.

  

- Layihənin sponsorları kimlər idi?

- Sponsorum yox idi. Bizə kömək edənlər dostluq naminə etdilər. İlk layihə idi, yarımçıq qoymaq istəmirdim. Amma geri çəkilən sponsorlardan peşman olanlar da az deyildi. Anında yardım etməyənlər məni tək qoydular. Ancaq geri çəkilmədim. Bu layihə sponsorsuz başa gəldi. Əlimdən gəlirdisə, etdim.

"Pullman Baku Otelmənə çox böyük dəstək oldu. "Avrasiyahospitalı bizim üçün xüsusi təcili tibbi yardım maşını ayırdı. Birdən komandadan kiminsə səhhətində bir problem olar deyə, hər ehtimala qarşı bizim üçün tibb işçiləri ayırdılar. Bunun üçün onlara təşəkkür edirəm. Bundan başqa Fəxriyyə Xələfova, Gülnarə Xəlilova bizə əllərindən gələn dəstəyi göstərdilər. "Şəms tərcümə mərkəzi”, "Mission PR Group”-a da dərin təşəkkürlərimi bildirirəm. 

 

- Qalib gələnlər təkcə filmdə çəkiləcək, yoxsa onları başqa sürprizlər gözləyir?

- Onlar 6 ay bu işin peşəkarlarından dərs alacaq. Aprelin 4-də İstanbulda qala gecəsi keçiriləcək. Qala gecəsində 400-dən çox təşkilat rəhbəri, türk film sektorunun qaymaqları, ən məşhur aktyorlar, aktrisalar, rejissorlar, yazarlar, bəstəkarlar, biznesmenlər, şirkət rəhbərləri iştirak edəcək. Onların marağını cəlb edən kimsə varsa, öz yanlarına çəkirlər. Bu bizim iştirakçılar üçün bir şansdır. Qala gecəsindən sonra həmin iştirakçılara sıfırdan təhsil veriləcək. Qaliblər üçün ayrıca film ssenarisi yazılıb onlar o ssenarilərə uyğun filmlərə çəkiləcəklər.

 

- Layihənin adı Azərbaycanda türk dilində - "Sinema güzelikimi təqdim olundu.

- "Sinema gözəlilayihəsinin adı artıq illər öncə qoyulub. Bu, türklərin layihəsi olduğuna görə onlar özləri belə illər sonra bu layihəni bərpa etdikdən sonra başqa ad qoymayıblarsa, Azərbaycan tərəfi olaraq bizim ayrı ad verməmiz düzgün deyil. Mən Azərbaycan tərəfinin rəhbəriyəm, layihənin rəhbəri deyiləm. Sadəcə olaraq, biz Azərbaycandan bu müsabiqəyə gənclər cəlb edirik.

 

-  Siz özünüz yaraşıqlısınız aktrisa olmaq üçün bütün standartlara uyğunsunuz. Türk filmlərinə marağın bu qədər çox olduğu bir vaxtda üçün özünüz iştirakçı kimi bu layihədə iştirak etmədiniz?

- 12 il əsas xəbərlər buraxılışının aparıcısı kimi çalışmışam. Türk filmlərinə onların peşəkarlığına kifayət qədər rəğbətim var. Təkliflər alıram. Ancaq xəbər aparıcısı olduğum üçün hələ düşünürəm. Bəlkə gələcəkdə ola bilər.

 

 

 

- Çox maraqlı imiciniz var. Saçlarınız isə bu imicin əsas hissəsidir.

- Saçlarımın rəngdə olmasını istəyirdim onu boyatdım. Ancaq istədiyim rəngi boya ilə əldə edə bilmədim. Saçımın piqmenti o rəngi almaq istəmədi. İstədiyim saç rəngini almağa az qalmış saçlarım yanıb töküldü. Saçlarımın yanmasına görə bir gün stress keçirdim, düşünürdüm ki, bu saçla insanların içinə necə çıxacam. Ancaq yeni saçlarıma tez alışdım bunu imic kimi saxladım. Mən bu saç düzümündə rahatlıq tapdım. Bir dəfə saçımın arxasını çox qısa kəsdirmişdim. Çox açıq olmasın deyə onu xına ilə işlətdim. Bilirsiniz ki, incəsənətə bağlı insanam. Başımın arxa tərəfində olan o naxışların müəllifi özüməm.

 

- Qadınların ən böyük silahının saçları olduğunu nəzərə alsaq, böyük risk etmisiniz.

- Bəlkə də saçlarım yanmasaydı, mən də o riski etməzdim. İndi öz saçlarım boy göstərir, o ağlar məni sevindirir. Hətta elə bilirlər ki, dibdən çıxan o saçlarımı özüm belə etdirirəm.

 

- Yaşlanmaqdan qorxmursunuz?

- Əsla. Allah hər kəsə gözəl yaşlanmağı nəsib etsin. Bu məni heç zaman narahat etməyib. Qocalmaqdan qorxmuram.

 

- Türkiyədə kifayət qədər məşhur olan "Ben bilmem, eşim biliryarışmasında qalib oldunuz. İstərdik, o müsabiqəylə bağlı təəssüratlarınızı bizimlə bölüşəsiniz.

- Yoldaşımla sayt üzərindən anket doldurduq. Hətta biz unutduğumuz anda, üzərindən xeyli müddət keçdikdən sonra bizə zəng gəldi. Dedilər ki, Azərbaycana film təqdimatına gələcəyik, sizinlə tanış olmaq istəyirik. Getdik ki, orada 800-dən çox ailə var, açığı, ümidimiz yox idi ki, bizi seçə bilərlər. 4 gündən sonra zəng vurdular ki, siz seçilən ailələr içərisindəsiniz. Qalib olmağımıza gəlincə isə, heç onu da gözləmirdik. Sonda bəxtimiz gətirdi, şans üzümüzə güldü.

 

- Xəbər aparıcısı ciddi bir o qədər dəqiq olmalıdır. Ancaq sizin ruhunuzda mədəniyyətə, incəsənətə maraq o qədər sezilir ki...

- Anam deyir ki, 4 yaşımdan "Vestixəbərlər proqramını izləyirmişəm. Düzdür, incəsənətə bağlı biriyəm. Valideynlərim deyir ki, səndə hər ikisinin ən pikidir. Həm kövrəkliyin, həm sərtliyin. Mənim üçün qara var. Boz bozumtul yoxdur. Ya "var, ya "yox”. Bəlkə deyə bir şey yoxdur. İncəsənətə meyilliliyim bununla bağlıdır. Bizim nəsildə hər kəs həkimdir, tək mən bu sənətlə məşğul olmuşam. Heç zaman ailədə mənə qadağalar olmayıb. Üçüncü kursda təhsil alanda, aparıcılıq üzrə keçirilən müsabiqələrə qatılmağa başladım. Ancaq bunu ailədə deməmişəm. Qatıldığım bütün müsabiqələrdə seçilmişəm. Televiziyaların "gəlin, artıq işləməyə başlayaqdediyi vaxtda telefonlarımı söndürüb, uzaqlaşmağa başlamışam. Özümdə cəsarət tapıb işə qəbul olduğumu evdə deyə bilmirdim. 2003-cü ildə Lider televiziyasına dəvət alanda, evdə dedim. Atamla birlikdə gəldim. Onlar məni qəbul etdilər, bir həftə ərzində "Səda”nın radio aparıcısı oldum. İki ildən sonra analıq məzuniyyətinə ayrıldım. Ondan sonra Az.TV- gəldim.

 

- Saytlar sizin Az.TV-dən "Ben bilmem, eşim bilirlayihəsinə görə ayrıldığınızı yazmışdılar.

- Bu, düzgün informasiya deyil. Az.TV-dən öz istəyimlə çıxdım. Bir müddət sonra yenidən xəbər aparıcısı olaraq işimə davam edəcəm.

 

Xəyalə Rəis

 

Kaspi 2018.- 27 fevral.- S.12.