Gözlənilməz görüş

Mo Yan

 

 hekayə

 

1982-ci ilin payızında Boading şəhərindən Gaomi şəhərinə gəlirdim ki, ailəmizə baş çəkim. Elektrik qatarı gecikmişdi, ona görə də Gaomi stansiyasına çatanda artıq axşam saat 10-un yarısı idi. Stansiyadan bizim kəndə gün ərzində yalnız bir avtobus marşrutu gedirdi, gərək ya səhər saat 6-dək stansiyada gözləyəydim, ya da şəhərdə ev tutub gecəni orda keçirəydim. Çox da qaranlıq deyildi, qərara aldım ki, gecəni şəhərdə keçirməkdənsə evimizə piyada gedim. Belə etsəydim həm valideynlərimi daha tez görəcəkdim, həm də təmiz hava udacaqdım.

Çox da ağır yüküm yox idi, balaca bir çamadanım vardı. Bu da sürətlə getməyimə imkan verirdi. Qatar relslərinin arası ilə bir az gedəndən sonra asfalt yola çıxdım. Amma mən asfalt yolla getmədim, çünki bu yol bir az qabaqda sağa burulurduçox uzaq idi. Evimizə tez çatmaq üçün kol-kos basmış torpaq yolla getməyi üstün tutdum. Əslind,ə nə vaxt idi ki, bu yoldan istifadə edən yox idi, son illər ərzində yolun neçə yerrində qazıntı işləri aparılmışdı. Bu səbəbdən insanlar bu yoldan çox nadir hallarda istifadə edirdilər. Yolu tikan, kol-kos basmışdı, yalnız kiçik bir çığır tapdalanmışdı. Mən həmin cığırla getdim.

Yolun hər iki tərəfi əkin sahələri idi, qarğıdalı, lobya, taxıl, şirin kartof əkilmiş sahələr. Ayın işığı qarğıdalı yarpaqlarına düşür, yarpaqlar zəif gümüşü işıq zolağı kimi görünürdü. Nəinki külək, heç zəif meh yox idi. Əkin sahələrində bir yarpaq da tərpənmirdi. Yanlız cırcıramaların səsi eşidilirdi. Onların səsi aylı gecəni daha da yalqız göstərirdi. İrəli getdikcə əkin sahələri çoxlırdı. Qatar stansiyasından bizim kəndə 13 mildən çox idi. Arabir cırcıramalardan başqa səs eşidirdim. Deyəsən, hansısa quş idi.

Qəflətən hiss etdim ki, qorxudan bədənim buz kimi tərlə örtülüb. Öz ayaq səslərim özümə qorxunc gəlirdi. Mənə elə gəlirdi addım atanda ayaq səslərim əks-səda verir. Gecə vaxtı bu yolla tək-tənha gəldiyimə it kimi peşman idim. Mənə elə gəlirdi ki, əkin sahələrində saysız-hesabsız sir gizlənib, mən addım atdıqca minlərlə göz mənə zilənir. Bir yandan da, nədənsə mənə elə gəlirdi ki, arxamca kimsə gəlir.

Birdən-birə ay batdı, ətrafa zil qaranlıq çökdü. Özümdən asılı olmadan addımlarımı yeyinlətdim, ancaq qədər sürətlə gedirdimsə elə bilirdim arxamca gələn sürətini artırır. Nəhayət, özümü ələ alıb arxaya baxdım. Arxamca heç kim gəlmirdi.

Evimizə tərəf getməkdə davam edirdim. Yol gedə-gedə ürəyimdə özümü danlayırdım: "Bura bax, nədən qorxursan? Sən Xalq Azadlıq Ordusunun zabiti deyilsənmi? Yaxşı, bir de görüm kommunist partiyasının üzvü deyilsən? Sən marksizim-leninzmdən dərs demirsən? Hələ bir yandan sən özünü materialist hesab edirsən. Əsl materialist isə heç nədən qorxmalı deyil. Kommunist ölümdən qorxmur. Yaxşı, elə isə bəs nədən qorxursan?? Ruhlardan qorxursan? Yox! Burda vəhşi heyvanlar var? Yox! Yox! Bəs onda nədən qorxursan?”.

Öz-özümü sakitləşdirmək üçün belə desəm qorxudan dişlərim şaqqıldayırdı. Bu vaxtacan ruhlarla bağlı oxuduğum nağıllar bir-bir yadıma düşürdü. Nağılların birində kişi yol gedir, ondan qabaqda gedən bir nəfəri görür. Bir başını qaldıranda görür ki, iki ayaq öz-özünə gedir, bədəni yoxdur.

Yaxud başqa bir ruh nağılında kişi gecə yol gedərkən kimsə gülə-gülə onun üstünə qaçır, kişi diqqətlə baxanda ona gülən adamın üzü olmayan ruh olduğunu görür. Bu ruhun üzü yalnız qırmızı ağızdan ibarət idi. Başqa bir nağılda kişi gecə yol gedir, bir görür ki, saqqalı olan bir qoca yerdə oturub ot yeyir.

Birtəhər özümü ələ alıb bərkdən oxumağa başladım: İrəli! İrəli! İrəli!

Yoluma davam etdim, təbii olarq heç bir hadisə baş vermədi. Kəndimizə çatanda dan yeri sökülürdü. Səma aydın idi, , qara buludlarla örtülmüşdü, yalnız Şərq tərəfdə qızartı vardı. Geri dönüb gəldiyim yola baxdım, əkin sahələri həmişə gördüyüm əkin sahəsi idi. Yol da həmin yol, qeyri-adi heç gözə dəymirdi. Boş yerə qorxduğum üçün özüm axmaq kimi hiss etdim.

Kəndimə girəndə yaxınlıqdakı ağacların altından bir qoca kişi mənə tərəf gəlməyə başladı. Gözlərimi qıyıb kşiyə diqqətlə baxdım. Qonşumuz Zhao kişi idi, çox səliqəli geyinmişdi. Mənə çatmağa beş-altı addım qalmış o dayandı.

– Mister Zhao, deyəsən, bu səhər çox erkən durmusunuz, – ona dedim.

, bu gün tez durdum ki, şəhərə gedim, – Zhao dedi. – Bilirdim ki, sən gələcəksən, dayanıb səni gözləyirdim.

Onunla bir az söhbət etdim, ona filtrli siqaret verdim. O, siqaretini yandırıb dedi:

Cavan oğlan, mən sənin atana beş yuan borcluyam. Amma təəssüf ki, öz pulumu xərcləyə bilmirəm. Götür bu qəlyanı, atana ver borcumun əvəzinə.

– Mister Zhao, niyə belə edirsiniz?

Yaxşısı budur get evinizə. Atanla anan bayaqdan oturub sənin yolunu gözləyirlər.

Qəlyan əqiqdən hazırlanmışdı, onu əlimə alanda buz kimi soyuq idi. Mən mister Zhao ilə sağollaşıb kəndimizə girdim.

Atamla anam gecə vaxtı piyada yol gəldiyim üçün məni danladılar, mənə müxtəlif suallar verdilər. Dedilər ki, gərək belə etməyəydim, gecə vaxtı bir şey olsaydı heç kim köməyimə gələ bilməzdi. Onların sözünü dinləyib güldüm:

İnanın, mən çox istəyərdim ki, ruhlarla rastlaşım, amma heyf ki, ruhlar məndən qorxub qaçdılar.

Anam mənə acıqlandı:

Sən hələ cavansan, belə sözlər demə!

Atam siqaret çəkməyə başlayanda cibimi eşələdim əqiq qəlyanı çıxardıb ona verdim.

– Ata, kəndin girəcəyində mister Zhaoya rast gəldim. O, mənə dedi ki, sənə beş yuan borcu var xahiş etdi ki, borcunun əvəzində bu qəlyanı sənə verim.

? dedin? Deyirsən bu qəlyanı sənə kim verdi?– atam təəccüblə soruşdu.

Qonşumuz mister Zhao. O, qoca kişi

Oğlum, deyəsən ,gözlərin çox pis görür, – atam dedi.

Yox, niyə ki, onunla bir az söhbət etdik, sonra mən ona siqaret verdim, o da mənə bu qəlyanı verdi. Bax, bu da onun verdiyi qəlyan!

Sözümü bitrib qəlyanı atama uzatdım. Atam duruxdu, qəlyanı əlinə almağa tərəddüd etdi.

Anam söhbətimizə müdaxilə etdi:

Oğlum, qoca Zhao srağagün dünyasın dəyişdb. Srağagün səhər.

Belə məlum olurdu ki, mənim gördüyüm ruh imiş. Mən ruhu görəndə qorxmamışdım, çünki o ruh nağıllarnakı kimi qorxulu deyildi. O, mənimlə çox səmimi danışdı. Yazıq qoca borcunu ödəmədən istəməyib. Doğrudan da, ruhlar insanlara xəsarət yetirmir. Ruhlardansa insanlardan qorxmaq lazımdır.

 

İngilis dilindən tərcümə edən: Sevil Gültən        

 

Kaspi 2018.- 2-4 iyun.- S.24.